Əclafların qanunu



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə61/101
tarix04.11.2017
ölçüsü2,27 Mb.
#8419
1   ...   57   58   59   60   61   62   63   64   ...   101

www.vivo-book.com 

 

304 



Hər  şey  qanunauyğun  idi.  Görünür,  Qogiya,  Xotivari 

və  adamları  Vaxtanqın  xəyanəti  haqda  öyrənib  və  onunla 

haqq-hesab  çürütmək  qərarına  gəliblər.  Belə  də  olmalıydı. 

Onların  aləmində  satqınları  sevmirdilər.  Vaxtanq  həlledici 

anda  öz  partnyorlarını  və  həmyerlilərini  Ryaboya  satdı  və 

onlar  da  öz  növbəsində qisas  aldılar.  Deməli,  banka olan  o 

azğın hücum buna görəymiş! Onlar hər şeyi aydınlaşdırıblar. 

Onda  çox  böyük  xoşagəlməzliklər  gözləməyə  dəyər. 

Ryaboyla  əlaqə  yaratmaq  lazım  gələcək,  qoy  kömək  etsin. 

Bu,  onun  ideyasıydı.  Onlara  qarşı  yalnız  gürcü 

qruplaşmaları  çıxış  etsə  yaxşıdır.  Bəs  bütün  qafqazlılar, 

üstəlik  də  bu  güvə  Qara  Vasya  işə  qoşulsa?  Onda  onlar 

şəhərdə duruş gətirə bilməzlər. Qafqazlıların həm merlikdə, 

həm də şəhərin hüquq-mühafizə orqanlarında mövqeləri çox 

güclüdür. Hə, müharibə çətin olacaq. Onunsa Mansurovdan 

başqa  heç  bir  müttəfiqi  yoxdur.  Hərçənd,  Ryaboy  üç 

qruplaşmaya bərabərdir. Amma əgər o, kömək etmək istəsə. 

Daha bir telefon zəngi gəldi. Qaşlarını çatıb dəstəyi götürdü: 

gözləyə bilmirlər. 

– İşlər necədir? – o, tanış səs eşitdi. 




www.vivo-book.com 

 

305 



Bu  qarabasma  kimiydi.  O  elə  indicə  Ryaboy  haqda 

düşünürdü. Hətta peyk əlaqəsi olsa da, heç cür alışa bilmirdi 

ki,  ona  istənilən  an  Amerikadan  zəng  edə  bilərlər.  Keçmiş 

sovet adamı üçün psixoloji baxımdan dəyişilmək çətin idi. 

– Yaxşıdır, – o öskürüb xırıltıyla dedi. 

– Soyuqlamısan? – Ryaboy nəvazişlə soruşdu. 

– Yox, əlbəttə, yox. 

– Nyu-Yorkda bugünkü hadisə haqda eşitmisən? 

– Hə, mənə artıq çatdırıblar. Vaxtanq öldürülüb. 

– Bunun nə demək olduğunu anlayırsan? 

– Onlar hər şeyi anlayıblar. Ona görə də bizim banka 

hücum ediblər. 

– Çox pul aparıblar? 

– O qədər də yox. Yüz milyon rubl. Onlar pula görə 

yox,  bizə  güclərini  göstərmək  üçün  hücum  ediblər,  – 

Lazarev izah etdi. 

– Bunu sənin izahatların olmadan da bilirəm. Deməli, 

güclərini göstərmək istəyiblər? 

Bu  telefon  hətta  Ryaboyun  nəfəsini  də  çatdırırdı. 

Sanki o lap yaxında, qonşu küçədəydi. 




www.vivo-book.com 

 

306 



–  Mən  uşaqlarımdan  bir  neçəsini  göndərəcəyəm,  – 

Ryaboy bir qədər düşünüb dedi, – onları özün qarşıla. Birisi 

gün  Nyu-Yorkdan  “Delta”  təyyarəsiylə  uçacaqlar.  Yaxşı, 

yoxlanılmış uşaqlardır. Hər birində qırmızı şərf olacaq. Qoy 

sənin  hesablaşmalarında  iştirak  etsinlər.  Mansurova  isə 

çatdır  ki,  onun  payını  artıracağıq,  qoy  adamlarından  sənə 

versin. Bütün uşaqları topla. Qarayanızları əzəcəyik. 

– Sizcə onlar hamısı birləşiblər? 

–  Bəs  sən  necə  düşünürsən?  Onlar  öz  Qafqazlarında 

axmaqlar  üçün  bir-birilə  vuruşur.  Burdasa  dostcasına 

gəzirlər.  Elə  Moskvada  da.  Amma  hələ  başqalarına  dəymə. 

Qoy elə fikirləşsinlər ki, biz onlar haqda heç nə bilmirik. Bu 

gün nə etməyi düşünürsən? 

– Artıq düşünmüşəm. Görünür, Mixonun şöhrəti Arçil 

Qogiyanı rahat buraxmır. Sənin oğlanın yüksək səviyyəlidir, 

qızıl parçasıdır. Bu gün o, öz sözünü deyəcək. 

–  Qoru  onu,  –  Ryaboy  məsləhət  görüb  telefonu 

söndürdü. 

Lazarev  əlini  üzünə  çəkdi.  Ryaboy  haqlıdır.  Digər 

qruplara  göstərmək  lazım  deyil  ki,  onlar  bütün  oyunu 




www.vivo-book.com 

 

307 



hesablaya  biliblər.  Qoy  elə  düşünsünlər  ki,  Lazarevlə  Arçil 

Qogiyanın adamları arasında adi hesablaşma gedir. 

Lazarev heç təsəvvür belə edə bilməzdi ki, ondan iki 

kilometr  məsafədə  dayanan  ağ  “Mersedes”də  oturan 

Xotivari onun danışdığı hər bir sözü eşidir. Detroytdan olan 

mütəxəssis əsl sehrbaz idi, o, möcüzə göstərməyi bacarırdı. 

Quram  Xotivarinin  belə  məharətlə  istifadə  etdiyi  texniki 

proqres  ona  çox  xeyir  gətirmişdi.  İnformasiyaya  malik 

olmaqsa onların səylərinin ən ali nəticəsiydi. İndisə Arçilin 

həyatına  hazırlanan  sui-qəsdi  eşidib  fikrə  getdi.  Nə 

edəcəyini bilmirdi. Bir tərəfdən onun ətrafında Arçil Qogiya 

və  adamları  ən  çox  döyüş  qabiliyyətli  dəstəydi.  Digər 

tərəfdənsə...  həddən  artıq  döyüş  qabiliyyətliydilər.  Və 

həlledici anda Arçil sadəcə olaraq, mərhum Mixonun yerini 

tutacaq.  Osa  –  Moseşvilinin  sağ  əli,  bütün  əməliyyatı 

hazırlayan  Quram  Xotivari  işlərdən  kənarda  qalacaq.  Belə 

bir  perspektiv  ona  heç  sərf  etmirdi.  Bir  daha  fikrə  getdi. 

Cəld  qərar  vermək  lazım  idi,  seçimsə  çox  çətin  idi.  O, 

telefonunu gözləri önünə qaldırdı. Son zamanlar gözləri pis 



www.vivo-book.com 

 

308 



görməyə  başlamışdı.  Arçilin  şəxsən  özünün  götürdüyü 

nömrəni yığmağa başladı. 

– Eşidirəm, – Arçilin narazı səsi gəldi. 

–  Batono  Arçil,  –  o  birinci  dəfəydi  ki,  Qogiyayla 

tamamilə sakit danışırdı, – mənəm, Quram. 

–  Nə  lazımdır,  –  Arçil  Xotivarini  sevmirdi  və  bunu 

həmişə hiss etdirirdi. 

– Biz burda məsləhətləşirik, – Quram başladı, – qərar 

vermək  lazımdır,  Mixonun  payı  necə  olacaq.  Lazım  olan 

qədərini  ailəsi  alacaq,  bəs  qalanı?  Hansı  faizi  bölək, 

kiminlə? 

–  Qoy,  bu  səni  narahat  etməsin.  Mixo  getdi  –  indi 

kimsə 

onun 


firmasına 

rəhbərlik 

etməlidir. 

Biz 


məsləhətləşmişik,  belə  qərar  gəlmişik  ki,  Zurab  hamıdan 

uyğun  variantdır.  Mənsə,  şirkət  şurasının  sədri  olacağam. 

Sərf edir? 

O, Xotivariyə heç nə təklif etmədi və bu təhqirdən də 

pis  idi.  Amma  indi  inciklik  göstərmək  olmazdı.  Qogiya 

qalan  bir  neçə  saat  ömründə  tamamilə  qisas  almağa  qadir 




Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə