EcoVision



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix27.03.2018
ölçüsü0,84 Mb.
#35210
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

23


24

EcoVision

XƏBƏRLƏR


Türkiyənin  Müdafiə  naziri  İsmət  Yılmaz  isə  bildi-

rib  ki,  belə  görüşlər  ölkələrimiz  arasındakı  dostluq 

əlaqələrini daha da möhkəmləndirir, əməkdaşlığımızın 

digər sahələrdə inkişafı üçün yeni imkanlar açır.

İ.Yılmaz növbəti - üçüncü görüşün bu ilin sonunda 

Türkiyədə keçiriləcəyini bildirib.



türkdilli dövlətlər üzrə “Müasir İpək yolu” 

proqramı hazırlanır 

Dörd  türkdilli  dövlət  –  Qırğızıstan,  Qazaxıstan, 

Azərbaycan və Türkiyə birgə turizm məhsulu yarada-

caq. Bu fikri Qırğızıstan Respublikası Mədəniyyət, İn-

formasiya və Turizm Nazirliyinin turizm departamenti-

nin direktoru Maksat Çakiyev səsləndirib.

Onun sözlərinə görə, hazırda türkdilli dövlətlər üzrə 

vahid turizm marşrutunun yaradılmasını nəzərdə tutan 

“Müasir İpək yolu” proqramı hazırlanır. Marşrut Qırğı-

zıstan, Qazaxıstan, Azərbaycan və Türkiyə dövlətlərini 

əhatə edəcək.

M.Çakiyev  qeyd  edib  ki,  türkdilli  ölkələrdə  dünya 

ictimaiyyətinin marağına cavab verən təbiət obyektləri 

və tarixi yerlər kifayət qədərdir. O deyib: “Turizmin inki-

şafı üçün “Böyük İpək yolu” brendindən istifadə etmək 

lazımdır. Elə bunun üçün də müvafiq proqram işlənilib”.

Xatırladaq  ki,  ölkələr  arasında  birgə  turizm 

məhsulunun  yaradılması  barədə  razılıq  keçən  il  əldə 

olunub.  Bu  istiqamətdə  zəruri  tədbirlərin  həyata 

keçirilməsi  planı  hazırdır  və  yaxın  vaxtlarda  icrasına 

başlanılacaq.

dünYa XəBərLərİ

Elektron ticarət sektorunda lider ölkə hansıdır?

ABŞ  elektron  kommersiya  sektorunda  liderlik 

edərək Şimali Amerika və Avropanı geridə qoyur. 2015-

ci  ildə  ABŞ-da  onlayn  satışlardan  gəlirlərin  349  mil-

yard dollara çatacağı, “RetailMeNot” şirkəti tərəfindən 

tədqiqatın  aparıldığı  səkkiz  Avropa  ölkəsində  bu 

göstəricinin 254 milyard dollar təşkil edəcəyi gözlənilir. 

Ölkə həmçinin 115 dollar təşkil edən orta onlayn sifariş 

göstəricisi üzrə birinci yerdədir. Bu isə səkkiz Avropa 

ölkəsindən 26 faiz (85 dollar), İsveçdən 21 faiz (91 dol-

lar), Böyük Britaniyadan 22 faiz (90 dollar) və Kanada-

dan 15 faiz (98 dollar) çoxdur.

On  ölkədə  aparılan  tədqiqatdan  məlum  olub 

ki,  onlayn  satışlarda  artım  bilavasitə  mobil  ticarətin 

populyarlığının  artması  ilə  əlaqədardır.  ABŞ-da  ba-

zar  həmçinin  tədqiqatın  keçirildiyi  digər  ölkələrlə 

müqayisədə mobil kommersiya sektorunda sürətlə in-

kişaf edir. Proqnozlara görə, 2015-ci ildə ABŞ-da mobil 

kommersiyanın həcmi səkkiz Avropa ölkəsinin 20 faiz-

lik göstəricisi (61,5 milyard dollar) ilə müqayisədə on-

layn satışların ümumi həcminin 27 faizini təşkil edəcək. 

Bu il onlayn satışların 14 faiz artacağı ABŞ-dan kənar 

ölkələrdə Şimali Amerika və Avropa bazarlarının böyük 

beynəlxalq müştəri bazasında maraqlı olan pərakəndə 

satışla məşğul olanlar üçün cəlbedici olacağı proqnoz-

laşdırılır. Məsələn, tədqiqatın aparıldığı səkkiz Avropa 

ölkəsi arasında internet satış həcminin 82 faizi Almani-

ya, Fransa və Böyük Britaniyanın payına düşür.

Həmçinin Almaniyada elektron ticarətin illik artımı-

nın  23  faiz  olacağı  proqnozlaşdırılır.  Hazırda  bu  ölkə 

Avropa bazarında onlayn satışların həcminə görə ikinci 

yeri tutur. Fransada bu göstəricinin 17 faiz (Avropada 

satış həcminə görə üçüncü yer), Böyük Britaniyada 16 

faiz (Avropada onlyan satışların sayına görə birinci yer), 

Polşada 21 faiz, Kanadada 13 faiz olacağı gözlənilir.

Beynəlxalq telekommunikasiya 

İttifaqı 5G rabitənin yeni standartını 

tətbiq etmək niyyətindədir

Beynəlxalq  Telekommunikasiya  İttifaqında  (BTİ) 

xüsusi işçi qrup yaradılıb. İşçi qrupun üzvləri 5G stan-

dartın  tətbiq  edilməsi  sahələrinin  tədqiqi  ilə  məşğul 

olacaq.  BMT-nin  xəbərlər  mərkəzi  xəbər  verir  ki,  bu, 

böyük həcmli məlumatların yüksək sürətlə ötürülməsi 

və qəbulunu həyata keçirməyə kömək edən yeni nəsil 

simsiz rabitənin telekommunikasiya standartdır.

Hazırda  İnformasiya-Kommunikasiya  Texnologi-

yalarının  (İKT)  mənimsəməsi  sahəsində  liderlik  edən 

bir  sıra  dünya  şirkətləri  yeni  formatın  hazırlaması  ilə 

məşğuldur.  Ekspertlərin  fikrincə,  texnologiya  2020-

ci  ildə  kommersiya  istifadəsi  üçün  əlçatan  olacaq. 

Bu  texnologiya  hazırda  smartfonlarda  və  planşet 

kompyuterlərdə  istifadə  olunan  4G  formatını  əvəz 

edəcək.


Mütəxəssislər  hesab  edirlər  ki,  yeni  format  yal-

nız  mobil  rabitədə  deyil,  həm  də  avtomatlaşdırılmış 

cərrahiyyə,  virtual  reallıq,  robotlaşdırılmış  sistemlərin 

hazırlanması,  sənaye  və  nəqliyyat  vasitələrinin  avto-

matlaşdırılması  kimi  innovasiya  sistemlərində  istifadə 

oluna bilər.




25


26

EcoVision

ATİB XƏBƏRLƏRİ



atİB XəBərLərİ

türkiyənin İqtisadiyyat naziri nihat 

Zeybekçi azərbaycanda fəaliyyət göstərən 

türk iş adamları ilə görüşdü

Türkiyənin İqtisadiyyat naziri Nihat zeybekçi Türkiyə 

səfirliyində  Azərbaycanda  fəaliyyət  göstərən  türk  iş 

adamları ilə görüşdü. Bu görüşdə Azərbaycan Türkiyə İş 

Adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın da 

iştirak edib.



Vergilər nazirliyinin yaradılmasının 15 illik 

yubileyinə həsr olunmuş "azərbaycanın vergi 

sistemi: reallıqlar və perspektivlər" mövzusunda 

ıV Vergi Forumunun Plenar iclası keçirilib

Fevralın  9-da  Bakıda  Azərbaycan  Respublikasının 

Vergilər  Nazirliyinin  yaradılmasının  15  illik  yubileyinə 

həsr olunmuş "Azərbaycanın vergi sistemi: reallıqlar və 

perspektivlər" IV Vergi Forumu öz işinə başlamışdır.

Forumun Plenar iclasında Prezident Administrasiya-

sının,  Milli  Məclisin,  Nazirlər  Kabinetinin,  digər  dövlət 

orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq struk-

turlarının,  BMT-nin,  Avropa  Birliyinin,  Dünya  Bankının, 

Beynəlxalq  Maliyyə  Korporasiyasının,  Rusiya,  Türkiyə, 

Litva  və  Qazaxıstanın  vergi  xidməti  orqanlarının,  yer-

li    bankların,  qeyri-hökumət  təşkilatlarının,  sahibkarla-

rın  ictimai  birliklərinin,  kütləvi  informasiya  vasitələrinin 

nümayəndələri və iş adamları iştirak edib.

Forumda  Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyinin 

sədri Cemal Yangın da iştirak edib.



atİB sədri “İslam mədəniyyətində elm və 

texnologiya” mövzusunda beynəlxalq 

simpoziumda iştirak edib

Fevralın 20-də Xəzər Universitetində IRCICA (Research 

Center for Islamic Art, Science and History) qurumunun 

birgə təşkilatçılığı ilə "İslam mədəniyyətində elm və tex-

nologiya” adlı beynəlxalq simpozium öz işinə başlayıb.

Simpoziumda ATİB İdarə Heyətinin sədri Cemal Yan-

gın da iştirak edib.

Simpoziumun  açılış  proqramında  Xəzər  Universite-

tinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri 

professor  Hamlet  İsaxanlı  iştirakçıları  salamladıqdan 

sonra elm tarixinin əhəmiyyəti və İslam mədəniyyətinin 

elm tarixindəki rolunun əhəmiyyətindən danışıb. Sonra 

IRCICA-nın direktoru, fəlsəfə doktoru Halit Eren qurumun 

İslam  mədəniyyətinin  müxtəlif  aspektlərinin  tədqiqinə 

həsr  olunmuş  rolu  haqqında  danışaraq,  simpoziumun 

bu fəaliyyətlərə öz töhfəsini verəcəyini bildirib.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsma-

il  Alper  Coşkun  Xəzər  Universitetinin  elmin  inkişafına 

dəstəklə  əlaqəli  təşkil  etdiyi  müxtəlif  maraqlı  tədbirlər 

arasında  İslam  mədəniyyətində  elm  mövzusuna  həsr 

olunmuş  bu  simpoziumun  böyük  əhəmiyyət  daşıdığı-

nı  qeyd  edib.  Akademik  Vasim  Məmmədəliyev  İslam 

mədəniyyətinin  dünya  mədəniyyəti  tarixinə  töhfələri 

haqqında  danışaraq,  ölkəmizdə  daha  az  bilinən  bu 

sahənin  aydınlanmasına  həsr  olunmuş  simpoziumun 

işinə uğurlar arzulayıb.

Azərbaycanın müxtəlif ali təhsil qurumlarından çox-

lu elm adamının və tələbələrin də iştirakı ilə hər plenar 

iclasın  sonunda  məruzələrlə  əlaqəli  sual-cavab  və  fikir 

mübadiləsi aparılıb. 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə