32
EcoVision
ATİB XƏBƏRLƏRİ
Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respub-
likasının himnləri səsləndikdən sonra tədbir iştirak-
çıları türk şəhidlərinin məzarlarını ziyarət edib, abidə
kompleksinə çələng qoydular. Daha sonra mərasim iş-
tirakçıları Şəhidlər xiyabanında azərbaycanlı şəhidlərin
məzarını ziyarət edib, Əbədi Məşəl Kompleksi önünə
əklil qoydu.
atİB İdarə Heyəti türkiyə–rusiya və
rusiya–türkiyə iş şuralarının ortaq
yığıncağında iştirak edib
30 mart 2015-ci ildə ATİB İdarə Heyətinin sədri
Cemal Yangın, İdarə Heyəti sədrinin müavini Mürsəl
Rüstəmov və İdarə Heyətinin üzvü Rafiq Qarayev Mos-
kvada keçirilən Türkiyə–Rusiya və Rusiya–Türkiyə iş şura-
larının ortaq toplantısında iştirak edib.
Rusiya Ticarət və Sənaye Odasında təşkil edilən yı-
ğıncağa Türkiyə İqtisadiyyat nazirinin müavini Adnan Yıl-
dırım və Rusiya iqtisadi inkişaf nazirinin birinci müavini
Aleksey Lixaçevin yanında şura üzvləri və iş ətrafından
nümayəndələr qatıldı.
Yığıncaqda Türkiyə ilə Rusiya arasındakı gömrük,
kənd təsərrüfatı və qida məhsulları, qarşılıqlı investisi-
yalar, nəqliyyat kvotaları, maliyyə və bank sahələrində
qarşıya çıxan mövzular müzakirə edildi.
Yığıncaqda enerji, kənd təsərrüfatı və turizm
sahələrində qarşılıqlı təqdimatlar reallaşdırıldı.
Moskvada iş şuralarının ortaq toplantısının ardından
Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK)
nəzdində olan Dünya Türk İş Şurası (DTİK) Avrasiya bölgə
komitəsinin iclası keçirildi.
Yığıncağa İqtisadiyyat nazirinin müavini İldırım, DEİK
İcra Komitəsinin sədri Nail Opak, DTİK üzvləri və Rusiya-
dakı türk iş ətrafının nümayəndələri qatıldı.
DTİK-lə əlaqədar təqdimat filminin nümayişi ilə baş-
layan yığıncaqda ticarətdəki problemlər və son inkişaf-
lardan söz açıldı.
azərbaycan univeristeti ilə atİB arasında
əməkdaşlıq müqaviləsi imzalanıb
3 aprel 2015-ci ildə Azərbaycan Universiteti (AU) ilə
Azərbaycan–Türkiyə İş Adamları Birliyi arasında qarşılıqlı
əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq
ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən,
rəqabətyönümlü mütəxəssislərin hazırlanması üçün im-
kan və şərait yaratmağa istiqamətlənib.
Əməkdaşlıq müqaviləsinin imza mərasimində çı-
xış edən rektor Fərid Əhmədov tədbirdə iştirak edən
tələbələrə müraciət edib. Rektor gəncləri cəmiyyətin ri-
fah və inkişafına təmənnasız xidmət göstərən insanlar-
dan nümunə götürməyə, biznes bilik və vərdişlərinin ar-
tırılması və təkmilləşdirlməsi istiqamətində universitetdə
görülən işlərdən maksimum faydalanmağa səsləyib.
ATİB İdarə Heyətinin sədri Cemal Yangın biznes
mütəxəssisləri yetişdirən ali təhsil müəssisəsində olmaq-
dan məmnunluğunu dilə gətirib: "Təmsil etdiyim qurum
universitetlərlə iş birliyində maraqlıdır. Biz təcrübələrimizi
sizlərlə paylaşmağa hər zaman hazırıq. Universitetdə
əldə etdiyiniz nəzəri biliklərin praktikaya ən səmərəli
şəkildə tətbiq edilməsi üçün bütün şirkətlərimiz sizlərin
istehsalat təcrübəsinə açıqdır”.
Tədbirdə ATİB İdarə Heyətinin sədr müavini Cem
Becel, İdarə Heyətinin üzvü Rafiq Qarayev çıxış edərək,
nəzəriyyə ilə praktikanın vəhdətinin əhəmiyyətindən
bəhs ediblər. Çıxışlarda ən səmərəli və vacib investisi-
yanın təhsilə və insan kapitalına qoyulan investisiya ol-
duğu vurğulanıb. Tədbirdə ATİB İdarə Heyətinin üzvləri
Aydın Məmmədov, Ali Gümüş, Kaya Karslı, prof. dr. Fariz
Əmirov iştirak edib.
İki qurum arasındakı qarşılıqlı əməkdaşlıq kadr hazır-
lığı, birgə elmi simpozium, forum və konfransların təşkili,
monoqrafiya, dərslik, dərs vəsaiti və metodiki tövsiyələrin
hazırlanması, mütəxəssis hazırlığına dəstək verilməsi,
tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi
və təkmilləşdirilməsi, tələbələrin istehsalat təcrübəsi
keçməsi və məzunların işlə təmin edilməsinə kömək
göstərilməsi, AU-nun İnnovativ Biznes İnkubatoru ilə
birgə layihələr (startuplar) təşkil edilməsi, elm-təhsil
sahəsində müxtəlif layihələrin həyata keçirilməsi kimi
sahələri əhatə edəcək. Müqavilə ilə həmçinin birliyə da-
xil olan şirkətlərdə çalışan mütəxəssis və əməkdaşların
peşə-ixtisas səviyyələrinin artırılması məqsədilə
universitetdə fəaliyyət göstərən kurslarda iştirakı, birli-
yin öz maliyyə imkanları nisbətində obyektiv meyarlarla
33
seçilən tələbələr üçün adlı təqaüdlər verilməsi, onların elmi-
tədqiqat işlərinə xüsusi qrant və vəsaitlər ayrılması da nəzərdə
tutulur.
atİB beynəlxalq turizm sərgisində iştirak etdi
Aprelin 4-dən 6-dək "AITF 2015” 14-cü Azərbaycan
Beynəlxalq "Turizm və Səyahətlər” və "Horex Caucasus
2015” 7-ci Qafqaz Beynəlxalq "Mehmanxana, restoran və
supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi keçiri-
lib. Birliyimizin üzvü “Iteca Caspian” şirkətinin təşkil etdiyi bu
sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi öz stendi ilə qatı-
lıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.
Bakı Ekspo Mərkəzində keçirilən bu sərgi dünya standart-
ları səviyyəsində turizm xidmətlərinin göstərilməsi üzrə müa-
sir təmayüllərin və yeni texnologiyaların nümayişi üçün regi-
onun ən böyük tədbiri hesab olunur. Sərgidə stendi ilə iştirak
etməklə ATİB biznes mühitində yeni əlaqələrin, ünsiyyət və
münasibətlərin qurulması üçün imkanlarını nümayiş etdirib.
Qeyd edək ki, sərginin ilk günü Azərbaycan Respublika-
sının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin
rəsmi açılış mərasimində iştirak edərək iştirakçı şirkət və
təşkilatların stendləri ilə tanış olub. Sərginin ikinci günündə
isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
və xanımı Mehriban Əliyeva sərgini ziyarət ediblər.
ATİB-in stendi sərgi boyu ziyarətçilərin və sərgidə iştirak
edən şirkətlərin böyük marağına səbəb olub. ATİB stendini
İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyəti sədrinin mü-
avini Cem Becel, İdarə Heyətinin üzvü Rafiq Qarayev və Kaya
Karslı, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin
nümayəndələri və digər ATİB üzvləri ziyarət ediblər.
Sərgi zamanı ATİB ziyarətçilərə təşkilat haqqında geniş
məlumat verərək, nəşrlərini ("Ecovision" jurnalı, iqtisadiyyatın
müxtəlif sektorları üzrə araşdırmalar) təqdim edib.
atİB türkiyənin azərbaycandakı din müşaviri
Sadık Eraslanın və baş ticarət müşaviri Hüseyn
necip Yavuzun səlahiyyət müddətinin başa çatması
münasibətilə vida yeməyi verib
9 aprel 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi
Türkiyənin Azərbaycandakı din müşaviri Sadık Eraslanın və baş
ticaret müşaviri Hüseyn Necip Yavuzun səlahiyyət müddətinin
başa çatması münasibətilə vida yeməyi verib.
Yeməkdə
Türkiyənin
Azərbaycandakı
səfirliyinin
əməkdaşları və ATİB İdarə Heyətinin üzvləri iştirak edib.
Vida yeməyində açılış nitqi söyləyən ATİB İdarə Heyətinin
sədri Cemal Yangın səlahiyyət müddəti başa çatan hər iki
müşavirə indiyə qədər ATİB-ə göstərdikləri diqqət və dəstəyə
görə minnətdarlıq bildirərək, onlara təşəkkür plaketi təqdim
edib.
atİB-in nümayəndə heyəti üzvləri ziyarət etdi
14 aprel 2015-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin
kültür və tanıtma müşaviri Seyit Ahmet Arslan, Azərbaycan və
Türkiyə İş adamları Birliyi İdarə Heyətinin sədri Cemal Yangın,
sədr müavinləri Mürsəl Rüstəmov və Rafiq Qarayev, İdarə
Heyətinin üzvü Ali Gümüş ATİB üzvü olan “Holiday Inn Baku”
hotelini (“Marina Plaza” MMC), “zenit Tour” şirkətlərini ziyarət
ediblər. "Holiday Inn Baku” hotelinin satış direktoru Damla Ba-
yık Çuhadaroğlu qonaqları salamlayaraq bildirdi ki, yeni dörd-
ulduzlu superior hotel 223 qonaq otağı, 18 suit daxil olmaqla 3
lüks rezidensiyadan (dairədən) ibarətdir. Otaqlar Xəzər dənizi
və Bakı şəhərinin gözəl, nəfəskəsici mənzərəsi, mehmanxana-
da qalan hər bir qonağın rahatlıq arzusunu təmin edə biləcək
beynəlxalq standartlara uyğun təchiz olunub.
Növbəti görüş “zenit Tour” şirkətində olub. Azərbaycanın
turizm sahəsində Türkiyə təcrübəsindən istifadə olunması
barədə, eləcə də turizm potensialının yüksəldilməsi mövzu-
sunda söhbətlər aparılıb, tövsiyələr edilib.
Görüşlər zamanı ATİB üzvlərinə plaket təqdim olunub və
xatirə fotoları çəkilib.
atİB İdarə Heyətinin üzvü
“İlin iş adamı” adına layiq görülüb
Bu il 14-cüsü reallaşdırılan “Ekovitrin” jurnalının İlin Ulduzla-
rı Anketi 1 yanvar 2015-ci il etibarilə başlamışdır. İlin Ulduzları
anketində 27 ayrı kateqoriya üzrə 81 namizəd yarışırdı. “Ekovit-