33
MÜVƏQQƏTİ
MONİTORİNQ
TÖVSİYƏLƏRİ
ECRI-
ın Azərbaycanın dövlət orqanları tərəfindən prioritet olaraq tətbiq edilməsini
istədiyi iki xüsusi tövsiyə aşağıdakılardan ibarətdir:
•
ECRI Avropa Şurası Parlament Assambleyasının (2062(2015) Qətnaməsinin
11.1, 11.2 və 11.6
-dan 11.8-
ə qədər olan bəndləri) Venesiya Komissiyasının
(Rəy 787/2014
-ün 94-
cü bəndləri) detallı tövsiyələrinin tətbiq edilməsi ilə fərqli
və müstəqil vətəndaş cəmiyyətinin inkişaf edə biləcəyi şərtləri yaratmlarını
Azərbaycanın dövlət orqanlarına israrla tövsiyə edir.
•
ECRI Avropa Şurasına daxil olduğu zaman ölkənin Azərbaycan
Konstitusiyasının 76
-
cı maddəsində nəzərdə tutulmuş alternativ xidmət
haqqında qanunvericiliyin qəbul edilməsilə bağlı verdiyi sözün dövlət orqanları
tərəfindən yerinə yetirməsini israrla tövsiyə edir.
Bu iki tövsiyənin müvəqqəti monitorinq prosesi hazırkı hesabatın nəşrindən sonra ən
geci iki il müddətində ECRI tərəfindən aparılacaq.
35
TÖVSİYƏLƏRİN
SİYAHISI
Tövsiyələrin hesabatın mətnindəki yeri mötərizə içərisində verilib.
1.
(§ 2)
ECRI Azərbaycana Avropa İnsan Hüquqları Konvensiyasının 12 saylı
Protokolunu mümkün qədər tez ratifikasiya etmək tövsiyəsini bir daha təkrar
edir.
2.
(§ 9)
ECRI dövlət orqanlarına öz cinayət hüququnu əvvəlki paraqraflarda qeyd
edilmiş 7 saylı Ümumi Siyasət Tövsiyəsinə ümumən uyğunlaşdırmağı tövsiyə
edir.
Xüsusən də onlar (i) rəng, dil, milliyyət və etnik mənşə səbəblərini irqçilik
və ayrı
-
seçkiliklə mübarizə məqsədi güdən cinayət hüququnun bütün
müddəalarına daxil etməli, (ii) şiddətə çağırışı və əcnəbilərə qarşı ayrı
-seçkiliyin
salınmasını cəzalandırmalı və (iii) irqçiliyi təşviq edən dəstənin yaradılması və
ona rəhbərlik edilməsini, bu cür dəstəyə yardım edilməsini və onun işlərində
iştirakı cəzalandırmalıdır.
3.
(§ 16)
ECRI Azərbaycan dövlət orqanlarının ayrlı
-
seçkilikdən zərər görən
şəxslərin qorunması haqqında mülki və inzibati hüquq müddəalarını həyatın
başlıca sahələrində irqçiliklə və ayrı
-
seçkiliklə mübarizə aparmaq üçün
müfəssəl qanunu qəbul edərək möhkəmləndirmələrini bir daha tövsiyə edir.
Bununla əlaqədar olaraq o, 7 saylı Ümumi Siyasət Tövsiyyəsinin 4
-
dən 17
-ci
bəndlərinə istinad edir.
4.
(§ 20)
ECRI dövlət orqanlarının 2 saylı Ümumi Siyasət Tövsiyəsinə uyğun
şəkildə həm özəl həm də ictimai sektorda irqçiliklə və ayrı
-
seçkiliklə mübarizə
aparmaq üçün a
yrı xüsusi qurumu yaratmalarını təkidlə tövsiyə edir. Bu qurum
xüsusən ayrı
-
seçkilikdən zərər çəkənlərə məhkəmə işlərində təmsil edilmə də
daxil olmaqla ümumi məsləhət və hüquqi dəstək vermək səlahiyyətinə malik
olmalıdır.
5.
(§ 29)
ECRI Azərbaycan dövlət orqanlarının ictimai qurumların bütün
səviyyələrdə ermənilərə qarşı nifrət nitqindən uzaq durmasını təmin etmələrilə
bağlı tövsiyəsini bir daha təkrar edir.
6.
(§ 33)
Nifrət nitqilə bağlı baş verən istənilən hal barədə məlumatın verilməsini
təmin etmək üçün ECRI dövlət orqanlarının zəif qruplarla mütəmadi dialoq
aparmasını və onların statistik məlumatlarında bütün irqçi, homofob və transfob
cinayətlərlə bağlı hallarının
göstərilməsini təmin etmələrini tövsiyə edir.
7.
(§ 35)
ECRI dövlət orqanlarının məsələn prokurorların və cinayət işləri üzrə
hakimlərin intensiv təlimi vasitəsilə Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin milli, irqi və ya dini düşmənçiliyin salınması barədə 283
-cü
maddəsini tətbiq edərkən söz, din və birləşmək azadlıqlarına lazımi diqqət
ayrılmasını təmin etmələrini təkidlə tövsiyə edir.
8.
(§ 37)
ECRI Avropa Şurası Parlament Assambleyasının (2062(2015)
Qətnaməsinin 11.1, 11.2 və 11.6
-dan 11.8-
ə qədər olan bəndləri) Venesiya
Komissiyasının (Rəy 787/2014
-ün 94-
cü bəndləri) detallı tövsiyələrinin tətbiq
edilməsi ilə fərqli və müstəqil vətəndaş cəmiyyətinin inkişaf edə biləcəyi şərtləri
yaratmlarını Azərbaycanın dövlət orqanlarına israrla tövsiyə edir.
9.
(§ 44)
ECRI nifrət cinayəti riski altında olan qruplarla dialoq və əməkdaşlıq
qurmaq və LGBT şəxsləri qorumaq üçün Məişət zorakılığının qarşısının
alınması qanunundan istifadə edə bilmək məqsədilə polis və prokurorluq
orqanlarının nifrət nitqi ilə bağlı ola biləcək bütün halları diqqətlə araşdırmalarını
tövsiyə edir.
10.
(§ 51)
ECRI dövlət orqanlarının miqrant əsilli şəxslər üçün müfəssəl inteqrasiya
strategiyası hazırlamalarını və həmçinin məxfilik prinsiplərinə və könüllü
qaydada müəyyənləşdirilməyə riayət
edərək statistik məlumatları təşkil