Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   22   23   24   25   26   27   28   29   30

104 
 
ona qarşı paxıllığı artdı. Həsədi onu məkrə və müxtəlif 
hiylələrə  doğru  aparıb,  cinayətə  məcbur  eylədi. 
Fikirləşdi  ki,  bu  söhbətcil  oğlan  şahın  nəzərində  çox 
əzizdir və bizim izzəti-şərəfimiz və mənsəb mərtəbəmiz 
onun  həddən  artıq  şaha  yaxınlığı  səbəbindən  xələl  və 
nöqsan  görəcək.  Bir  hiylə  fikirləşmək  lazımdır  ki,  o, 
aradan  götürülsün,  bizim  isə  hörmət  və  mərtəbəmiz 
əvvəlki  kimi  artıb,  şahın  gözündə  daha  da  yüksəlsin. 
Fürsət gözləyib, bir gün şahı xəlvətdə görüb dedi: 
-Bu  söhbətcil  oğlanın  baxmayaraq  ki  tayı-
bərabəri  yoxdur,  elm  və  hünərdə  hamıdan  üstün,  zəka 
və  ağılda  çox  kamallıdır,  lakin  padşahın  ona  həddən 
artıq  üstünlük  verməsindən  onun  könlünə  artıq  şeylər 
dolmuşdur.  Bu  barədə  Qurani-Kərimdə  belə  deyilir; 
“Xeyr,  şübhəsiz  ki  özünün  dövlətli  olduğunu  gördüyü 
üçün  insan  mütləq  azar!”
26
  O,  qulluq  yolundan 
azmışdır.  Həm  də  axmaqlığından  mümkün  olmayan 
şeyi  xəyal  edər  ki,  padşaha  yad  olduğu  halda  ona 
bərabər ola. 
Məlik soruşdu ki, nədən deyirsən? 
Vəzir dedi: 
-O  hörmətin  nə  olduğunu  anlamayan  üsyançı 
dünən belə bir söz söylədi ki, onun o it xəyalındakıları 
ölkə padşahı olanlar belə heç ağlına da gətirməz. 
Məlik dedi ki, necə sözlər söylədi? 
                                                           
26
 Ələq surəsi – 6-7 


105 
 
Vəzir söylədi ki, o mənə belə dedi: “Səndən xahiş 
edirəm ki məliyə deyəsən, mənimlə qohum olmaq üçün 
qızını şəriət qaydası ilə mənə versin”. 
Vəzirin  bu  sözləri  şahı  bərk  qəzəbləndirdi.  Vəzir 
o  saat  şah  hüzurundan  qalxıb  oğlanın  otağına  gəldi. 
Özünü  elə  göstərdi  ki,  guya  şahın  arvadı  onu  oraya 
göndərib.  Şahın  arvadının  dilindən  belə  söylədi; 
İstəyim  odur  ki,  lazım  olanlardan  bəzi  şeylər  alıb 
verəsən  ki,  sənin  şah  yanında  sözün  keçərlidir. 
Məsləhəti  odur  ki,  şahın  qızı  həddi-büluğa  çatmışdır. 
Nişanlanmaq  və  ərə  getmək  vaxtıdır.  Şah  onun  qızda 
gözü olduğunu bilir, lakin özünü qəsdən bilməməz-liyə 
vurur.  Əgər  onu  padşaha  layiq  bir  şəklidə  tam  cehizlə 
şəriət  qaydasınca  nikahını  arzu  eyləsən  bu,  onlar  üçün 
də böyük şərəf olar. 
Vəzir  bu  cür  yalan  sözlərlə  oğlanı  hiylə  toruna 
saldı.  Oğlan  bu  sözlərin  təsiri  altında  şahın  hüzuruna 
gəlib  mehribanlıqla  qızın  evləndirilməsinin  səbəbləri 
haqqında bir qədər söyləyib dedi ki: 
Allaha  həmd  və  şükürlər  olsun.  Şah  həzrətləri 
zehni-zəkada və qavrayış qabiliy-yətində bütün xalqdan 
üstündür.  Heç  kimsənin  öyüd-nəsihətinə  möhtac 
deyildir.  Lakin  mən  təəccüb  edirəm  ki,  məlik  öz 
tabeliyində  olan  qadınlar  haqqında  düşünmürlər.  Şahın 
qızının sərv qaməti həddi-büluğ yaşının çəmənində şax 
çəkib,  gözəl  üzlü  cavan  olmuşdur.  Layiq  budur  ki, 


106 
 
padşahın fikri bu işə yönəlib, təcili surətdə o gözəl qızı 
evləndirməklə məşğul olsun. 
Oğlan bu sözləri deyib öz mənzilinə getdi. 
Elə  ki  şah  ondan  bu  sözləri  eşitdi,  vəzirin 
sədaqətinə  inandı.  Oğlanın  bu  cür  cahilliyinə  təəccüb 
edib dedi ki, bu hörmətsiz naşükürü ən aşağı dərəcədən 
ən yüksək dərəcəyə və ehtiyac bataqlığından var-dövlət 
şərəfinə yetişdirdim. Odur ki çaşqın azğınlıq onu bu cür 
yaramaz  hərəkətlərə  təhrik  edər  ki,  bizimlə  qohum 
olmaq  həvəsi  qəlbində  yerləşmişdir.  Onun  qəlbində 
olan  belə  azğın  fikirləri  ölümdən  başqa  bir  şeylə 
təmizləmək olmaz. 
Şah bunu düşünüb şərbət qabına bir qədər həlahil 
zəhəri  töküb  öz  xüsusi  şərbəti  ilə  qarışdırdı  və 
şərabdara  verib  şərəf  və  uğur  üçün  oğlana  hədiyyə 
göndərdi. Bu işi şahdan başqa heç kim bilmədi. 
Şərabdar  tam  arxayınlıqla  o  şərbəti  alıb  həmin 
oğlanın evinə doğru getdi. 
Vəzir 
hamama 
gedib, 
yaxşı 
yuyunub-
təmizləndikdən  sonra,  hamamdan  çıxıb  öz  evinə 
gedərkən  yolda  şərabdara  rast  gəldi.  Hamamın  istisi 
onun  hərarətini  qaldırıb,  bərk  susatmışdı.  Şərabdardan 
soruşdu ki, bu şərbəti kimə aparırsan? 
Şərabdar dedi: 
-Məlik hədiyyə üçün nədim oğlana göndərdi. 
Vəzir dedi: 


107 
 
-İndi  sən  o  şərbəti  mənə  ver  içim.  Bərk 
susamışam. O oğlan üçün başqa şərbət hazırlayıb apar. 
Şərabdar  vəzirin  sözünə  etiraz  eyləməyib, 
tərəddüdsüz  qədəhi  vəzirin  əlinə  verdi.  Vəzir  çox 
susadığından  qədəhi  axıra  kimi  başına  çəkib  içdi.  O 
saat  həyat  minəyindən  düşüb  piyada  oldu  və  ölüm 
mənzilində qərar tapdı. 
Vəzirin  ölüm  xəbərini  padşaha  dedilər.  Padşah 
soruşdu: 
-Vəzirin ölümünə səbəb hansı xəstəlik oldu? 
Dedilər ki: 
-Sözün  kəsəsi,  hamamdan  çıxıb  evinə  gedirmiş. 
Yolda  padşahın  şərabdarına  rast  gəlir.  Şərabdar  əlində 
şərbət  aparıb  gedirmiş.  Vəzir  o  şərbəti  ondan  alıb 
dərhal  hamısını  birnəfəsə  içib.  Ondan  sonra  yıxılıb 
ölüb. 
Şah  bu  hadisəni  eşidən  kimi  öz-özünə  düşünüb 
fikir  eylədi  ki,  bu  siyasət  oxunun  nişanı  oğlanın  ciyəri 
idi.  Səbəb  nədir  ki  hədəf  vəzirin  həyatına  yetişdi? 
Şübhəsiz ki bu dəyişikliyin içində bir sirr vardır. Dərhal 
oğlanı çağırıb dedi: 
-Neçə  illərdir  ki  bizim  mötəbər  hüzuru-muzla 
şərəflənibsən.  Hələ  indiyə  kimi  ehtiyatsız  bir  söz  belə 
söyləməmişdin.  Filan  gün  qızın  evləndirilməsi  haqda 
cürət  edib  bir  neçə  söz  söylədin.  O  sözün  açılmasına 
səni nə vadar etmişdi? 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə