101) Hazırlanmasına 50 qram etil spirti sərf olunan reseptdə təbii itki nə qədər ola bilər?
A) 1,9 q
B) 1 q
C) 0,6 q
D) 0,95 q
E) 0,8 q
Malın və maddi dəyərin saxlanılmasında cavabdehliyi möhkəmləndirmək məqsədilə apteklər üçün təbii itki normaları hesablanmışdır. Etil spirti üçün TİN belədir: fərdi hazırlanan dərmanlara sərf olunan miqdarın 1,9% -i ((100 q-A) . Deməli, 50 q etil spirtinə 0,95 q itki yol verilir.
Ədəbiyyat: M.N.Vəliyeva, Ş.A.Cabbarova, E.A.Quliyeva. “Əczaçılığın menecmenti” I hissə. Bakı 2002. Səh 59
102) Göstərilən dərman preparatlarından hansı reseptlə buraxılmalıdır?
A) Diklofenak
B) Pankreatin
C) Siklodol
D) Abomin
E) İbuprofen
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 sentyabr 2008-ci il 130 saylı əmrində reseptsiz buraxılan dərmanların siyahısı verilmişdir. Abomin, diklofenak, ibuprofen və pankreatin preparatları reseptsiz buraxılan dərmanlar sırasındadır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 sentyabr 2008-ci ildə verilmiş “Reseptsiz buraxılan dərmanların siyahısı” 130 saylı əmri
103) Tərkibində Klonazepam tableti yazılmış resept neçə gün müddətinə etibarlıdır?
A) 5 gün
B) 2 ay
C) 7 gün
D) 10 gün
E) 1 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 46 saylı əmrinə görə, tərkibində psixotrop maddə olan (Klonazepam) dərmanlara yazılan reseptlər 7 gün müddətinə etibarlı sayılır.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007 ci-il 46 saylı əmri
104) Əlavə rekvizitlər tələb olunmayan reseptlər hansı müddətə yararlıdır?
A) 7 gün
B) 1 ay
C) 5 gün
D) 2 ay
E) 3 ay
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007-ci il 46 saylı əmrinə əsasən əlavə rekvizitlər tələb olunmayan reseptlər üçün yararlılıq müddəti 2 ay təsdiq olunmuşdur.
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 may 2007-ci il tarixli “Reseptlərin yazılması və aptek müəssisələrindən buraxılması qaydaları haqqında” 46 saylı əmri
Dostları ilə paylaş: |