Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   2   3   4   5   6   7   8   9   ...   27

23

say 24 | 



EcoVision


ƏSƏS MÖVZU: Biznes təhsili

Ədalət Muradov:

“Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa 

çalışırıq”



Ədalət  müəllim,  rektor  təyin  edil-

dikdən sonra universitetin inkişafı ilə 

bağlı apardığınız islahatlarda əsas ön-

cəliklər nədən ibarətdir?

“Ə.M.:

  Ölkəmizdə  insan  kapitalının 

inkişafı, şəxsin müasir bilik və bacarıqla-

ra yiyələnməsinin təmin edilməsi “Azər-

baycan Respublikasında təhsilin inkişafı 

üzrə Dövlət Strategiyası”nın əsas hədəf-

lərindəndir. Bu strategiya həm də cənab 

Prezident İlham Əliyevin müəyyən etdi-

yi  “insan  kapitalı”nın  formalaşdırılması 

strategiyası  kimi  qəbul  edilə  bilər.  Stra-

tegiyada qeyd edilən əsas istiqamətlərin 

reallaşdırılması,  keyfiyyət  meyarlarının 

sistemin  əhəmiyyətli  dayaq  nöqtəsinə 

çevrilməsi  Azərbaycanda  müasirləşən 

təhsilin ən mühüm təşəbbüsləri sırasın-

dadır.  Bu  baxımdan  universitetimizdə 

həyata  keçirilən  islahatların  əsas  öncə-

likləri  kimi  əmək  bazarının  tələblərinə 

uyğun kadr hazırlığının təmin edilməsini 

və  ölkənin  rəqabət  qabiliyyətini  artıran 

insan  kapitalının  formalaşdırılmasına 

xidmət edilməsini göstərmək olar. Müa-

sir  çağırışları  nəzərə  alaraq,  müasir  bi-

likləri mənimsəyən, təkcə öyrənən deyil, 

həm də tədqiqatçı yanaşması və bacarığı 

ilə  yeni  fikir  və  baxışlar  “istehsal  edən” 

mütəxəssis  yetişdirən  universitet  mo-

delini formalaşdırmaq əsas məqsədləri-

mizdəndir. 

Universitetdə biznes sektorunun möv-

cud tələblərinə cavab verən kadr hazırlı-

ğı üçün hansı yeniliklər gözlənilir?

“Ə.M.:

  Bu  istiqamətdə  gördüyümüz 

və  görəcəyimiz  işləri  ölkədə  əmək  ba-

zarının  tələblərinin  öyrənilməsi,  tədris 

plan  və  proqramlarının  bu  tələblərə 

uyğunlaşdırılması,  professor-müəllim 

heyətinin gücləndirilməsi və tədris pro-

sesinin  düzgün  təşkili  və  keyfiyyətinin 

təmin edilməsi olmaqla dörd əsas qrupa 

ayrımaq  mümkündür.  Bu  gün  Azərbay-

can  Dövlət  İqtisad  Universiteti  (UNEC) 

dövlət və özəl sektor təmsilçiləri, nüfuz-

lu  xarici  universitetlərlə  sıx  əməkdaşlıq 

etməyə başlamışdır. Biz həm ölkə əmək 

bazarının tələblərini, həm də beynəlxalq 

əmək bazarında baş verən yeni tenden-

siyaları  öyrənərək  fəaliyyətimizi  həmin 

tələblər istiqamətində qurmağa çalışırıq. 

Bu  sahədə  “iqtisadiyyat  və  idarəetmə” 

ixtisas  qrupu  üzrə  bakalavr  ixtisasları 

üçün ölkədə ali təhsilin  yeni dövlət stan-

dartlarının hazırlanması prosesində uni-

versitet olaraq fəaliyyətimiz davam edir. 

Hazırlanan  yeni  dövlət  standartlarında 

ixtisaslar  üzrə    tədris  olunan  fənlərin 

sayı və məzmunu əmək bazarının və Av-

ropa Kredit Transfert Sisteminin (AKTS) 

tələbələrinə mühüm dərəcədə uyğunlaş-

dırılmışdır.  Təsdiq  olunmuş  yeni  təhsil 

standartları  tədrisin  keyfiyyətinin  artı-

rılması ilə yanaşı, “Liberal Arts” baxımın-

24

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


biznes təhsili

dan  da  tamamilə  yeni  imkanlar  açır.  Yeni  stan-

dartlarda  tələbənin  sərbəst  işinə  əlverişli  şərait 

yaratmaqla auditoriya saatları azaldılmış, ixtisas-

lar üzrə əmək bazarının tələblərinə uyğun olaraq 

kompetensiyalar  yenilənmiş  və  müxtəlif  ixtisas-

lar  üzrə  tədris  proqramları  ilk  illər  üzrə  unifi-

kasiya edilmişdir. MBA proqramımızın da tədris 

plan  və  proqramları  tamamilə  yeniləşdirilərək 

Avropa  və  Amerikanın  qabaqcıl  MBA  proqram-

larının  tətbiq  etdiyi  standartlara  uyğunlaşdırıl-

mışdır. Hazırda magistratura səviyyəsində tədris 

planlarının  əsaslı  surətdə  yenilənməsi  işləri  də 

tamamlanmaq üzrədir.  ADİU sabahın keyfiyyətli 

ali təhsil modeli olan SABAH-ın ən fəal iştirakçı-

larındandır. SABAH-da təhsil alan tələbənin təx-

minən 1/3-nin bizim universiteti seçməsi, burada 

yaradılmış fərqli mühit əsasən xaricdə təhsil al-

mış müəllimlərin SABAH-da tədrisə cəlb edilməsi 

və s. keyfiyyət göstəricilərinin əhəmiyyətli dərə-

cədə yüksəlməsinə şərait yaratmışdır. Universite-

timizdə əmək bazarının tələblərinə cavab verən 

kadr  hazırlığının  həyata  keçirilməsi  məqsədilə 

atılan  addımlardan  biri  də  ingilis  dilində  fəaliy-

yət göstərən Beynəlxalq İqtisadiyyat Məktəbinin 

yaradılmasıdır. Artıq 2015-2016-cı tədris ilindən 

bu məktəb bir neçə ixtisas üzrə tədris prosesinə 

başlayır. Müxtəlif ixtisaslar üzrə ingilisdilli qrup-

ları yaratmaqla bir tərəfdən ölkəmiz üçün bu dil-

də yüksək səviyyədə təhsil almış kadrlar forma-

laşdırmağı nəzərdə tuturuqsa, digər tərəfdən də 

İqtisad  Universitetinin  dünya  ilə  inteqrasiyasını 

gücləndirməyi  hədəfləyirik.  Ümid  edirik  ki,  bu 

qruplar  tam  şəkildə  fəaliyyət  göstərdikdən  son-

ra İqtisad Universitetinə əcnəbi tələbələrin axını 

güclənəcək  və  universitet  beynəlxalq  tələbə  və 

müəllim mübadiləsi sahəsində çox böyük imkan 

əldə  edəcəkdir.  Eyni  gözləntilərimiz  ingilisdilli 

MBA  proqramlarımız  ilə  də  bağlıdır.  Həmçinin 

2015-2016-cı tədris ilindən başlayaraq universi-

tetimizdə London Universitetinin bakalavr təhsil 

proqramları  da  fəaliyyətə  başlayacaqdır.  Hesab 

edirəm  ki,  bu  təhsil  proqramları  ölkədə  biznes 

sektorunun tələblərinə tam şəkildə cavab verən 

kadrların hazırlanmasına imkan verəcəkdir.

Biznes təhsili üçün zəruri olan insan resurs-

larının,  yəni  müəllim  heyətinin  formalaşması 

istiqamətində  universitetin  qarşısında  duran 

əsas vəzifələr nələrdir və bu istiqamətdə hansı 

işləri görürsünüz?

“Ə.M.:

 Təbii ki, istənilən tələblərə cavab verən 

kadr hazırlığına təkcə tədris plan və proqramla-

rının  təkmilləşdirilməsi  ilə  nail  olmaq  mümkün 

deyildir. Bunun üçün adekvat bilik və bacarıqla-

ra  malik  professor-müəllim  heyətinin  də  olması 

zəruridir.  Bu  məqsədlə  keçən  ildən  başlayaraq 

universitetimizdə  işə  qəbul  komissiyası  yaradıl-

mış, müasir biliklərə yiyələnmiş, Amerika, Avro-

pa  və  Türkiyədə  təhsil  alan  bir  çox  perspektivli 

gənc kadrlar, eyni zamanda da təcrübəli və peşə-

kar  mütəxəssislər  müsabiqə  yolu  ilə  işə  qəbul 

edilmişlər.  Bununla  yanaşı,  uzun  illərdir  univer-

sitetimizdə  çalışan,  bilik  və  bacarığı  ilə  seçilən 

kadrlarımızın  potensialından  da  maksimum  şə-

kildə istifadə etməyə çalışırıq və bu yanaşmamız 

gələcəkdə də davam edəcəkdir. Universitetimizin 

kadr  potensialının  gücləndirilməsi  sahəsində 

gələcəyə istiqamətlənmiş önəmli layihələrimiz də 

var. Belə ki, hazırda “gənc professor” layihəmizi 

icra etməyə başlamışıq və bu layihə çərçivəsində 

yaşı 40-dan aşağı olan professorlar yetişdirməyi 

qarşımıza  hədəf  qoymuşuq.  Bu  layihə  çərçivə-

1930-cu ildə əsası qoyulmuş 

Azərbaycan Dövlət İqtisad 

Universiteti (UNEC) Cənubi 

Qafqaz ölkələrinin ən iri ali 

təhsil ocaqlarından biridir. 

UNEC-də 11 fakültə fəaliyyət 

göstərir, 21 ixtisas üzrə 

18 mindən çox tələbə və 

magistrant təhsil alır.

Mindən çox müəllim, o 

cümlədən sıralarında Milli 

Elmlər Akademiyasının, Nyu 

York Elmlər Akademiyasının 

həqiqi üzvləri, Dövlət 

Mükafatı laureatları, əməkdar 

müəllim və elm xadimlərinin 

olduğu


120 professor, 600 dosent 

çalışır.


UNEC-də dünyanın 12 

ölkəsindən olan 850-dən çox 

tələbə və magistrant təhsil 

alır.


25

say 24 | 



EcoVision

ƏSƏS MÖVZU: Biznes təhsili


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə