Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

Mən dəfələrlə ayı ovunda olmuşdum. Güllə ilə vurulanda belə ayı bu cür dəhşətlə
nərildəməmişdi.
Ayı ha eləyib özünü yetirənəcən o tayda qalan balasını dalğalar ağuşuna aldı. Bu
balasını da dalğalar top kimi atıb-tutaraq aparırdı. Ayı gah bu balasının dalınca cumdu,
gah da o birisinin...
Mən isə yerimdən tərpənib özümü göstərmirdim ki, ayı məni görüb daha da karıxar.
Tüfəngim əlimdə sahillə başaşağı yüyürdüm. Üst-başım kola-kosa ilişə-ilişə, daşdan-
daşa hoppana-hoppana sıldırımlı sahillə lap aşağılara endim.
Bu mənzərə sizdə hansı
hislər yaratdı?
Özünü nə qədər həlak elədi, balalarına çata
bilmədi, bir az aşağıda sahilə çıxdı. Çayaşağı
baxıb, çəngə-çəngə başının tüklərini
yoluşdurur, qeyri-adi səs çıxarırdı.


Ayı balalarını sahil daşlarının aralarında axtardım, qumluqları gəzdim, onları köpüklü
dalğaların qoynunda görmək istədim.
Çayın kənarındakı iri qayanın dibini diqqətlə nəzərdən keçirərkən, mənə elə gəldi ki,
kimsə məni izləyir. Başımı qaldırıb qayanın döşünə baxdım, zənnim məni
aldatmamışdı. Boz ayı kədərli baxışlarla mənə baxırdı... Bir-birimizə mane olmadan,
demək olar ki, yanbayan axtarışlarımızı xeyli davam etdirdik. Balalar tapılmadı. Hava
qaralanda əldən-dildən düşmüş, tamam islanmış halda evə döndüm.
3
O gündən sonra ayı tez-tez çayın sahilində görünürdü. O, hələ də inadla balalarını
axtarırdı. Hər on-on iki addımdan bir dayanıb qıjıltı ilə axan suya baxır, yenə çayaşağı
yoluna davam edirdi...
Hadisədən səkkiz aydan da çox keçmişdi. Gecə əsən şiddətli küləyin meşəyə ziyanı
olub-olmadığını öyrənmək niyyətilə ərazini qarış-qarış gəzir, ən çətin keçilən sahələri
belə nəzərdən keçirirdim. Qəflətən gördüyüm mənzərədən yerimdəcə donub qaldım.
Boz ayı qalın kolluqda hərəkətsiz uzanıb qalmışdı. Tüfəngimi əlimdə hazır tutaraq
ehtiyatla ona yaxınlaşdım. Ayı təzəcə ölmüşdü. Bədəni didilməmiş, tükləri
tökülməmişdi. Çox arıqlamışdı. Ov etməyən ayı, bəlkə də, acından ölmüşdü.
Muradın bu davranışı onun
haqqındakı təəssüratınıza
nələr əlavə etdi?
Amma gec idi... Kim bilir, dağ çayı ayının
balalarını daşlara çırpa-çırpa haralara aparıb
çıxartmışdı.
Ayının bu inadkarlığı sizdə
hansı düşüncə yaratdı?
Bu ifadələr yazıçı
sənətkarlığı, əsərin bədii
gözəlliyi barədə hansı
fikirləri söyləməyə imkan
verir?
Ən dəhşətlisi axşamdan xeyli keçmiş –
axtarışını tamamlayanda tükürpədici səslə
bağırması idi.
Əslində, buna bağırmaq, nərildəmək demək
olmazdı. Bu, balalarını ölümə verdiyi üçün
özünü bağışlaya bilməyən ana ayının
ürəkparçalayan fəryadı idi... Bir müddətdən
sonra ayı gözə dəymədi.


I dərs
Məzmun üzrə iş
1. Əsərin ilk iki parçasının oxusundan (bunu fərdi səssiz oxu, səsli oxunun
dinlənilməsi və s. şəkildə yerinə yetirə bilərsiniz) sonra parta yoldaşınızla birlikdə
suallara cavab hazırlayın. 
2. Kiçik qruplarda birləşib, fikir mübadiləsi aparın, çıxardınız nəticələri təqdimatlar
əsasında müzakirə edin. 
3. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
1.  Əsərdəki hadisələrlə səsləşən bir epizod fikirləşin. Onu əsərdəki hansı
hadisədən sonra mətnə əlavə etməyin mümkün olduğunu əsaslandırın.
2.  Əsərin sonluğunu necə görmək istərdim? Nə üçün?
Evdə iş
1. Hekayənin ardını oxuyun. 
2. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
__________________________________________________________________________________________________
II dərs
Məzmun üzrə iş
1. Evdə oxuduğunuz parçaları bir daha nəzərdən keçirin. Mətnin kənarındakı
suallara parta yoldaşınız ilə birlikdə cavab hazırlayın. 
2. Kiçik qruplarda fikir mübadiləsi apardıqdan sonra təqdimatlar əsasında müzakirə
edin.
Bilik və bacarıqlarınızı tətbiq edin 
3. Əsərin hansı mövzuda yazıldığını müəyyənləşdirin.
A) Əmək 
B) Təbiət 
C) Qəhrəmanlıq 
D) Xeyirxahlıq 
E) Vətənpərvərlik
4. Hekayənin məzmunu ilə səsləşən atalar sözlərini seçib cədvəldə yazın.
1) Bala quşun ağzı böyük olar. 
2) Çay aşağı axıtdım, çay yuxarı axtardım. 
3) Meşə ayısız olmaz. 
4) Meşəyə girən ayıdan qorxmaz. 
5) Bala baldan şirindir. 
6) Ana bala ucundan canını oda yaxar. 
7) Ayı balasına “Ağappağım” deyər, kirpi balasına “Yumşağım”. 
8) Ayı ilə bir çuvala girmə.
Seçdiyim atalar sözləri
Bunun səbəbi


 
 


5. Hekayədən seçdiyiniz hissəyə ad verin, məzmununu tərtib etdiyiniz plan
əsasında yaradıcı danışın. 
6. Hadisələrin başlanmasını, münaqişənin (ziddiyyətin) yaranmasını, inkişafını, ən
yüksək mərhələyə çatmasını və həll olunmasını (açılmasını) dairələrdə ardıcıl
yazın.
Evdə iş
Mövzulardan birini seçib işləyin. Tövsiyələrdən (səh. 163-165) faydalanın.
1.  “Hekayə təbiət, heyvanlar aləmi barədə düşüncələrimdə hansı dəyişiklik etdi?”
mövzusunda inşa yazın.
2.  “Təbiətə qayğı lazımdırmı?” mövzusunda esse yazın.
III dərs
Təhlil üzrə iş
Əsərlə bağlı açıqlamalar
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Təbiət haqqında şeirlər, hekayələr oxumuş, müxtəlif mənbələrdən biliklərə
yiyələnmisiniz. Amma “İki bala” hekayəsində deyildiyi kimi, təbiət sirli bir aləmdir.
Yazıçı bu əsərdə ibrətamiz bir hadisədən – ayının öz balalarına olan
məhəbbətindən, onları itirəndə çəkdiyi dərddən söz açır.
Təsvir olunan hadisə, yəqin ki, sizi düşündürdü... Əsərin qəhrəmanı olan
meşəbəyinin – Muradın əməl və davranışına, dara düşən ayıya münasibətinə bir
daha diqqət yetirin. Bu hadisəni təsvir etməklə müəllifin hansı niyyəti güddüyünü,
əsərin təsir gücünü artıran bədii vasitələri aydınlaşdırmağa çalışın.
Araşdırın. Fikirləşin. Cavab verin
2. Murad obrazının xarakterindəki mühüm cəhətləri aydınlaşdırın. Onu oxuduğunuz
hansı əsərin qəhrəmanı ilə müqayisə edə bilərsiniz? 
3. “İki bala” hekayəsini təbiət mövzusunda oxuduğunuz bir əsərlə müqayisə edin. 
4. Hekayənin bədii təsir gücünün artmasında təsir və ifadə vasitələrinin rolunu
aydınlaşdırın.
Bədii təsir və ifadə vasitəsinin işləndiyi
cümlə
Fikrin təsir gücünün artmasında
rolu
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə