Ədəbiyyat 7-ci sinif



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix19.11.2017
ölçüsü4,8 Kb.
#11165
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   57

 
 
6.  Digər bir janrla (məsələn, hekay ilə) müqayis etməklə əsərin nağıl olduğunu
saslandırın. İşləyərkən aşağıdakı cədvəldən istifadə edin.
Hansı cəhətlərinə gör
müqayis edilir
Nağıl (nümun
göstərməklə izah edin)
Hekayə (nümunə
göstərməklə izah edin)


7.  Sizcə, nağıldakı başlıca fikir – ideya nədir? Cədvəldəki fikirlərə münasibət
bildirin. Öz variantınızı təklif edin.
Əsərin ideyası hansıdır?
Nə üçün belə
düşünürsünüz?
1. Təmkinli, səbirli insan bütün çətinliklərə üstün gələr.
 
2. Adi peşə sahibi olan yoxsul Əhməd hökmdarlara qarşı
qoyulmuş, ağıl və fərasətinə görə onlardan üstün
tutulmuşdur.
 
3. Xalq öz sevimli qəhrəmanını – Əhmədi Vətənin müdafiəçisi
kimi yaratmışdır.
 
4. Nağılda inadkarlıq və dözümlülük başlıca fikir kimi ön plana
çəkilmişdir.
 
İfadəli oxuya hazırlaşın
İfadəli oxu ilə bağlı bilik və bacarıqlarınızı 7-ci sinifdə daha da inkişaf
etdirəcəksiniz. Bunun üçün, ilk növbədə, dərsliyinizdəki tövsiyələri
ətraflı öyrənməli, tapşırıqları ardıcıl yerinə yetirməlisiniz. Həmçinin
bədii oxu ustalarının ifalarını dinləməyədə vaxt ayırmalısınız.
İndi öyrəndiyiniz əsərdən bir epizodu, məsələn, “Şah Abbas car çəkib
bütün İsfahanı işdən xəbərdar etmişdi” cümləsindən “Şah Abbas əmr
elədi” cümlə sinə qədər olan parçanı iş vərəqinizə, yaxud dəftəriniz
köçürün. Mətnin sağ kənarında boş yer saxlayın. Seçdiyiniz parçanı
bir daha diqqətlə oxuyub başlıca fikri aydınlaşdırın. Onun sasında
ifaçılıq vəzifəsini – dinləyicilr nəyi çatdıracağınızı müəyyənləşdirin. Bir
variant belə ola bilər: “Əhmədin məharəti, bacarığı barədə
dinləyicilərdə təsəvvür yaratmaq”.
Mətni cümlə-cümlə oxuyub səsinizin aldığı çalarları (təəccüb, heyrət
və s.) qeyd edin.
Dərsliyinizin sonunda verilmiş şərti işarələrdən istifadə etməklə
fasilələrin yerini, səsinizdəki dəyişilmələri (tonun yüksəlməsi, alçalması
və s.), tələffüzcə fərqləndiriləcək sözləri (məntiqi vurğu qəbul
edənləri) müəyyənləşdirib qeyd edin. Nəticədə mətn aşağıdakı şəklə
(burada bir hissəsi verilir) düşəcək.


Seçdiyiniz parçanı evdə bu qayda ilə sona kimi işləyib oxusuna hazırlaşın.
Unutmayın!
 Aşağı siniflərdən “mövzu”, “ideya” sözləri ilə tanışsınız. Əsərin
mövzusunun, ideyasının müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar yerinə yetirmiş,
müəyyən təcrübə qazanmışsınız.
İfaçılıq vəzifəsi 
Əhmədin məharəti, bacarığı 
barədə dinləyicilərdə 
təsəvvür yaratmaq.
Nağılvari
Təəccüblə


Tətbiq. Müzakirə. Yaradıcı iş
Bu dərslikdə “əsərdə diqqətə çatdırılan mühüm problem”, “əsərdə qaldırılan başlıca
problem” kimi ifadələrə tez-tez rast gələcəksiniz. Yazıçının əsərdə qaldırdığı
problem insanları düşündürən, həlli vacib sayılan mühüm bir məsələ olur. Yazıçı bu
problemin bədii həllini verir. Lakin oxucular bir çox hallarda problemin fərqli həllini
mümkün sayırlar. Təsadüfi deyildir ki, bu, dərslikdə sizə təklif olunmuş
tapşırıqlarda nəzərə alınmışdır.
8.  Cədvəli dəftərinizə köçürün və tamamlayın.
№ Epitet və bənzətmənin işləndiyi
cümlələr
Cümlələrin epitet və
bənzətməsiz yazılışı
Fikrin təsir gücün
dəki fərqi izah
edin
1
Dəli külək göz açmağa imkan
vermir, acı şaxta nəfəslərini
kəsirdi.
 
 
2
Daş kimi ağırlaşmış ayaqlarını
zorla çəkirdilər.
 
 
9.  Parçaları oxuyun, hansı ədəbi növə və qola (şifahi, yaxud yazılı) aid olduqlarını
müəyyənləşdirin. Onların janrları barədə nə deyə bilərsiniz?
a
“Dəmirçinin gözünün ağı-
qarası bir oğlu var idi.
Dəmirçinin oğlu o qədər
tənbəl idi ki, dünyada tayı-
bərabəri yox idi. İyirmi
yaşına çatmışdı, amma
hələ bir qara qəpik
qazanmamışdı. Aylar keçdi,
illər dolandı, dəmirçi
qocaldı.”
b
“Bir gün bizim həyətə yeni
qonşular köçdü. Oğlan və
qız. Onlar bizdən kiçik
idilər, hətta adlarını da
bilmirdik. Onlar heç vaxt
bir-birindən ayrılmır,
pilləkəndə oturub
oynamağımıza baxırdılar.”


DURNA TELİ
(“Koroğlu” dastanından)
(ixtisarla)
1
Koroğlunun bir xasiyyəti vardı ki, boş vaxtlarda həmişə dəlilərlə məşq eləyərdi. At
minmək, nizə oynatmaq, qılınc vurmaq, qalxan tutmaq, ox atmaq onların səhər-axşam
peşələri idi.
Koroğlu Dəmirçioğlu da yanında bir uca yerdə durub məşqə baxırdı. Xanımlar da
onların yanında idilər. Bir də baxdılar ki, budu, bir dəstə atlı çapa-çapa gəlir,
qabaqlarında da Eyvaz. Amma Eyvaz, nə Eyvaz...
Durna telini də ki sancıb başına, elə bil qeysər balasıdır, başına cıqqa qoyub. Nigar
xanım baxdı, özünü saxlaya bilmədi, üzün Koroğluya tutub dedi:
– Koroğlu, bir bu yana bax, gör o gələn kimdi?
Sən demə, Koroğlu da elə ona baxırmış. Nigar deyəndə Koroğlu sazı basdı döşünə,
dedi:
Nigar xanım, sənə deyim, 
Bu gələn Eyvaz, bu gələn. 
Əynindəki polad geyim, 
Bu gələn Eyvaz, bu gələn.
Eyvazım on beş yaşında, 
Qüdrət qələmi qaşında, 
Durna teli var başında,
Bu gələn Eyvaz, bu gələn.
Yada salın
Koroğlu barədə nə bilirsiniz?
Xalq qəhrəmanı kimlərə deyilir?
Düşünün
Koroğlunun xalqın yaddaşında
əsrlər boyu yaşamasına səbəb,
sizcə, nədir?
Oxuda aydınlaşdırın
Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi
ilə aydınlaşdırın.
Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə