Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
91 
düşün.  Bunu  özün  daha  yaxşı  demisən:  “Çay  gəlməmiĢ  çırmanma”, 
“Son  sözünü  üzə  demə”...  Bil  ki,  Yeni  ilin  gəlməsi  hər  şeyin  yeniləş-
məsi, yenidən qurulması, yalanın, yanlışın, səhvin doğrulması deməkdir. 
Biz  də  səhvmizi  doğruldaq,  bilək  və  düşünək  ki,  yerini  səhv  salsaq  da, 
keçirtdiyimiz  bu  bayram  çərşənbələri  yalnız  çalıb-oynamaq  üçün  yox, 
həm  də  düşünmək  üçündür:  işlədiyimiz    günahları  səmimi  qəlbdən 
anlayıb heç olmasa özümüz özümüzlə üz-üzə durub etiraf etməyi bacaraq 
ki, il boyu dinc, rahat yaşaya bilək. Belə olmasaydı bu byramımız, indi 
baĢ-ayaq  da  olsa  keçirtdiyimiz,    hətta  bəzi  tele-kanalarımızda  ələ 
salıb,  düĢmənin  belə  etmədiyi  tərzdə  sataĢdığımız  bu  çərĢənbə  ax-
Ģamları  istilalara,  qadağalara,  yasaqlara  dözüb  minilliklərlə 
içimizdə-çölümüzdə  yaĢamazdı.  Hər  şeydən  öncə  ona  görədir  ki,  İlin- 
Ayın  son  gecəsində  baş  verən  bu  böyük  DoğuĢ-YaranıĢ  bayramı  daha 
çox  elmi  əsaslara  söykənən,  yaşadığımız  fəsillərin-mövsümlərin  gəlib 
getməyi  kimi,  gecənin-gündüzün  açılmağı  kimi  var  olan,  öz  dəqiqliyi, 
düzəni-sahmanıyla  yaşayan,  yerindən  tərpənmədiyi  üçün  minillik  ərəb 
əlyazmalarının  “topal  bayram”    dediyi  bir  təbii  proses,  Varlığın  bir 
doğal gediĢatıdır. 
İl-Ay  gecələrinin,  yəni  ilin-ayın  son  çərşənbələrinin,  bütövlükdə 
Novruz bayramının dərk edilən elmi əsaslarıyla yanaşı anlaĢılmaz, sirrli, 
daha  çox  yuxulara  yaxın  məqamları,  anları  da  çoxdur.  Dediyim  kimi, 
yarandığı  gündən  dini-siyasi  istilalara,  qadağalara,  yasaqlara  baxmadan 
bu  bayramı  qeyd  edən  Xalq  bu  məqamları,  sirrləri    dərindən  anlamasa 
da,  bilir;  nağıla,  yuxuya  bənzəsə  də,  bilir  ki,  bu  ərəfədə  hərəkətdə-
yaşamaqda olan hər şeydə talelərimiz haqda qeydə rast gəlmək mümkün-
dür; bilir ki, “qapı pusmağa” gələn də ona görə o qapıya gəlir ki, o qapıda 
onun haqqında söz var, hər an rastına çıxa bilər. “Tanrı rastına çıxartsın” 
ifadəsi  demək  istədiyim  fikri  daha  yaxşı  anladır.  İnanır    ki,  “su  çərşən-
bəsi”ndə axar sular damar gətirir, yəni daha da canlanır, duaların olduğu 
yerə can atır. Bir qab su bəlkə də başına yığışıb qaba üzük atan, iynə atan 
qızların duyğularına çevrilir. Bəlkə də... bu, hər halda bizlik deyil, müasir 
dünya  elminin  də  əlinin  çatmadığı  yerdi.  Amma  gerçəklərlə  doludu. 
Minlərlə insandan soruş, doğru olduğunu söyləyəcək... 
 
 
 
 
 
*** 
 
 
 
Kəndimiz  irili-xırdalı  dağ  çaylarının  arasında  “dəvə  beli”  iki  dağın 
üstündə yerləşirdi. Bütün qeydlərimdə o kənddə gördüklərimə, yaşadıqla-
rıma  əsaslanıram... Su çərşənbəsində “o başdan”, yəni dan sökülməmiş-
dən demək olar ki, böyüklü-kiçikli hamını su üstündə görmək olardı. Ha-
mı  alaqaranlıqda  çığırışa-çığırışa  yuyunub  yaxanmaqda  olardı.  Hər 
bayram  ərəfəsində    çay  yanı,  yəni  suya  yaxın  torpaqda  “Dəlmə  keçid” 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
92 
deyilən keçid düzəldərdilər, hər ev həyətinə gedən yolun  girəcəyində öz 
od-tonqalını  qalayardı,  suda  yuyunub,  ağırlanıb-uğurlananlar:  “Sudan 
keçdim,  ağırlandım-uğurlandım,  anam  torpaq,  sənnən  də  keçirəm, 
sən  də  ağırlığımı-yağırlığımı  al,  ağırla-uğurla  məni!”  deyib  həmin 
“dəlmə keçid”dən, deşmədən keçərdilər, keçib də hərə öz tonqalına tərəf 
qaçardı,  tonqalın  üstündən  atdanıb  özünü  oda  verərdi.  İstər  qar  olsun, 
istər  yağış  olsun,  mənim  təmsil  olunduğum  nəsil  ilin-ayın  son  (axır) 
bayramını belə keçirən görmüşük, belə keçirmişik... 
Bir çox elm adamları fikrini – su çərşənbəsindən sonra od çərşənbəsi-
nin  gəldiyini  sübut  etmək  üçün  ustad  aşıq  Ələsgərin  məşhur  şeirindən 
misal  çəkir:  “abı,  atəĢ,  xaki,  bad”...  Gəlin,  ustad  Ələsgəri,  özü  demiş, 
“qannı  tutmayaq”,  bədahətən  deyilən  şeirin  düzəni-sahmanı  bunu  tələb 
edib. Hecanın, bölgünün, vəznin pozulmaması üçün belə lazım olub. Özü 
də  farsca,  heç  nəyə  də  əsaslanmadan  deyilib...  Belə  olmasaydı,  dava-
dalaş salan adamlara, ailələrə deyilən “biriniz od olanda, biriniz su olun” 
kimi ifadələr yaranmazdı. 
 
 
 
 
 
 
 
 
*** 
Yeddi-səkkiz  yaşımız  vardı.  İlin-Ayın  son  çərşənbə  gecəsində  bizim 
evə yığışdıq, analarımız bizə “duzlu kömbə” yedirtdi. Kömbənin, dedilər, 
duzunu öz əllərinizlə tökün. Biz nə qədər un vardısa o qədər də duz tök-
dük, analarımız demiş, kömbə oldu duzbora. Yəni həddən artıq duzlu. Biz 
gözlərimiz yaşara-yaşara duzlu kömbəni axıracan yeyib yatdıq... Su istə-
səydik də, içə bilməzdik. Otaqdan su yığışdırılmışdı... Suyu yalnız yuxuda 
görə  bilərdik.  Mən  doğrudan  da  suyu  yuxuda  gördüm.  Həyətimizdə  iri 
söyüd  ağacları  vardı,  ağacların  arasından  bulaq  qaynayırdı.  Gördüm, 
bir qız həmin bulaqdan su doldurub mənə sarı gəldi. Suyu öz bulağımız-
dan doldursa da, niyəsə  uzaqdan gəlməyə başladı. Mən gözləyirdim, bi-
lirdim  ki,  mənə  su  gətirəcək,  gətirdi,  suyu  mənə  uzadıb  gülümsədi.  Şəvə 
kimi  qara  saçları,  yoğun,  tək  hörüyü  vardı,  arxaya  atmışdı,  gümüşü 
rəngdə  saç  bağıyla  da  bağlamışdı.  Gözümü  açanda  başımın  üstündə 
anamı  gördüm:  –  Su  içdinmi  yuxuda?  –  hə,  –  dedim,    Bir  qız  qarşı 
dağdan enib mənə su gətirdi.  
Özüm  də  dikəlib  pəncərədən  qonşu  kəndin  yoluna  baxdım.  Anam 
gülüb: – Boy, – dedi, – uzaqdan evlənəcəksən. 
 
Elə də oldu, iyirmi ildən sonra Bakı Dövlət Universitetinə snədlə-
rimi  verəndə  qızı  tanıdım,  növbəyə  durmuşduq,  yuxuda  gördüyüm  gü-
müşü  rəngdə  saç  bağı  da  hörüyündə,  iyirmi  ildən  sonra    öz  növbəsini 
yox,  məni gözləyirdi... 
 
 
 
 
*** 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə