Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(11), 2012



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix31.10.2018
ölçüsü1,39 Mb.
#77004
1   2   3   4   5   6   7   8   9   ...   43

 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
15 
topladıq.  Toplanmış  materialları  tutuşdurduq.  Aydın  oldu  ki,  iki  eyni  ad  və 
təxəllüslü el sənətkarlarının tərcümeyi-halı eyniləşdirilmişdir.  
Bu sənətkarlardan biri bizə nisbətən yaxın dövrdə yaşamış Kosacanlı Allah-
verdidir.  Onun  sonbeşik  qızı  Zülfünaz  nənə  hazırda  Aşağı  Aralıq  kəndində 
yaşayır.  Yaşı  87-ni  keçib,  60-a  yaxın  nəvə-nəticəsi  var.  Zülfünaz  nənənin  və 
başqa  qocaların  xatırladığına  görə,  Allahverdi  1919-1920-ci  illərdə  şərurlular 
daşnaqların  zülmündən  İrana  qaçanda  Ərəblər  kəndində  (Araz  çayının  sağ 
sahilində, Şahtaxtı kəndinin qarşı tərəfindədir) 80-100 yaşlarında vəfat etmişdir.  
Qızının və kəndlilərinin xatırladığına görə, Allahverdinin atasının adı Baba, 
anasının  adı  Nənəqız  imiş.  Ailənin  yeganə  övladı  olan  Allahverdi  ərköyün 
böyümüş,  gəncliyində  aşıqlığa  meyil  göstərmişdir.  İki  dəfə  evlə-nən  aşığın 
birinci arvadı Siyaqut kəndindən Zeynəb, ikinci arvadı isə Qərbi Azərbaycanın 
Əzizbəyov  rayonunun  Zirək  (Püsyan)  kəndindən  Pəri  olmuşdur.  Zeynəbdən 
Abbas,  Əli,  Qiyas  adlı  oğulları,  Pəridən  isə  Gülşən,  Ərkinaz,  Zülfünaz  adlı 
qızları  olmuşdur.  Qışı  Şərurda,  yayı  Dərələyəzin  Əyricə  yaylaqlarında  keçirən 
aşıq bu yerlərin el şənliklərində çalıb oxuyarmış. Allahverdi Baba oğlu şeir də 
qoşarmış.  Allahverdi  Baba  oğlu  təxminən  50-60  yaşlarında  (Zülfünaz  anadan 
olmamışdan  bir  neçə  il  əvvəl)  Kərbəlaya  ziyarətə  getmiş,  ziyarətgahda  sazını 
sındıraraq bir daha çalmayacağına and içmişdir. Ömrünün axırınadək əlinə saz 
almayan  sənətkar  getdikcə  düzüb  qoşduğu  şeirləri  də  yaddan  çıxarmışdır.  Elə 
buna  görədir  ki,  aşığın  şeirləri  doğulduğu  Şərurda  belə  geniş  yayılmamış,  ailə 
üzvlərinin  də  yaddaşından  tez  silinib  getmişdir.  Aşığın  adını  daşıyan  nəvəsi 
1930-cu illərdə vəfat edib.  
Ağ Aşıq haqqında məlumat toplayan Göyçənin Şəfəq kənd orta məktəbinin 
müəllimi Z.Cəfərova görə, Allahverdinin atasının adı Qara Osman, anasının adı 
isə Hürü imiş. H.Arif də bu fikri doğru hesab edir. Aşığın nəslinin şiə təriqətinə 
mənsub  olduğunu  bildiyimiz  halda,  atasının  adının  Qara  Osman  olması  şübhə 
doğurur. XVIII əsrin əvvəlində şiə təriqətinə mənsub bir şəxsin övladına Osman 
adı verməsi o qədər də inandırıcı deyildir. M.Həkimov 1982-ci ildə çap etdirdiyi 
“Folklordan  çöl  materialları  toplusu  üzrə  (bayatılar)  metodik  iş”  kitabında  Ağ 
Aşığın  (Allahverdi)  1754-cü  ildə  doğulub,  1860-cı  ildə  vəfat  etdiyini  yazır. 
Söylənilənə görə, yüz ildən artıq ömür sürmüş, haqqında yazılı bir mənbə (qəbir 
daşı,  sənəd  və  s.)  qalmayan  bir  şəxs  haqqında  belə  qəti  hökm  vermək,  bizcə, 
doğru deyil.  
Ağ  Aşığın  vətənini,  təxəllüsünü  aydınlaşdırmaq  üçün  şeirlərinə  müraciət 
etmək daha doğru olar. Göyçədən toplanmış şeirlərdə oxuyuruq: 
 
Eləmi, Göyçəyə mən, 
Gözələ, göyçəyə mən
Qürbətdə həsrət qaldım, 
Vətənim Göyçəyə mən. 
Və yaxud:  
Allahverdi neylər dünya malını, 
Vəsf edər Göyçəni, öz mahalını. 


 OZAN  DÜNYASI                                                               № 4(11), 2012 
 
16 
Yaxın dostlar Ağ Aşığın halını, 
Sormaq üçün Kərkibaşa gəlibdir. 
Və yaxud:  
Əlqərəz ruzumuz oldu üç batman
Növbə mənə çatcaq sındı dəyirman, 
Yerdə qalanını apardı siçan, 
Güldü Ağ Aşığa Göyçə mahalı. 
 
Bu cür nümunələrin sayını artırmaq da olar. Ağ Aşığın şeirlərində Göyçə 
mahalının bir çox oykonimlərinin adı çəkildiyi kimi, Kərkibaş kəndində sənət-
karın  adı  ilə  bağlı  sahə,  ev  yeri,  əşyalar  və  sair  vardır.  Şeirlərində  haqsızlığı, 
bəy-xanların zülmünü kəskin tənqid edən aşıq kəndlərindən xeyli aralıdan axıb 
Göyçə gölünə tökülən çaya həsr etdiyi şeirində deyir:  
 
Dərya kimi çalxalanıb daşırsan, 
Salırsan Göyçəyə qalmaqal, Gilli. 
Bəy-xan kimi çox həddini aşırsan, 
Vermirsən yolçuya bir macal, Gilli. 
 
Aşığın qəbri Kərkibaş kənd qəbirsanlığındadır. Evinin yerində isə nəticəsi 
Bəsdi ev tikdirib yaşayır. 
Onu  da  qeyd  edək  ki,  Aşıq  Alının  ustadı  olmuş  Ağ  Aşığı  Göyçə  mü-
hitindən  kənarda  axtarmağa  ehtiyac  yoxdur...  (Bax:  Əli  Şamilov,  “Sovet 
Naxçıvanı” qəzeti, Rafiq Oday. Şərur folkloru, Bakı, 2006, səh.6-11). 
Tədqiqatçı  Əli  Şamilovun  söylədiyi  fikirlər,  əsasən,  inandırıcıdır.  Lakin 
onun “Ağ Aşığı Göyçə mühitindən kənarda axtarmağa ehtiyac yoxdur” fikri ilə 
razılaşmaq  olmaz.  Çünki  Ağ  Aşıq  40-41  yaşında  Göyçəyə  getmişdir.  Buna 
qədər  isə  o,  əsasən,  Şərur-Dərələyəzdə  aşıqlıq  etmişdir.  Göyçədə  aşıq  sənəti 
yaxşı  inkişaf  etdiyi  kimi,  Dərələyəzdə  də  bu  sənət  yaxşı  inkişaf  etmişdir.  Ağ 
Aşığı yalnız Göyçə mühiti ilə məhdudlaşdırmaq olmaz. 
Professor Mürsəl Həkimov yazır: “Göyçə müdriklərinin, ağsaqqallarının 
verdikləri  məlumatlara  görə,  Ağ  Aşıq  yalnız  Naxçıvan,  Şərur,  Dərələyəz,  İrə-
van, Göyçə, Dərəçiçək, Kəlbəcər, Laçın, Qazax, Şəmkir, Şəmsəddin, Gəncəba-
sarda deyil, həm də Bağdad, Bəsrə, Təbriz, Buxara, Urum ellərində də ağır-ağır 
toy  məclisləri  keçirmiş,  bir  çox  məşhur  aşıqlar  ilə  deyişmişdir.  İrəvanda  Aşıq 
Duraxan,  Naxçıvanda  və  Kiçik  Məzrədə  Keşişoğlu  ilə  deyişmiş,  hamısında  da 
qələbə çalmışdır... 
Ağa  Məhəmməd  şah  Qacarın  Azərbaycana  hücumları  zamanı  Arazdə-
yəndə oba-oymaqlar talan olduğundan, əhali öz doğma ocağını tərk edib dağlara 
tərəf  pənah  aparır.  Ağ  Aşıq  da  vəziyyətin  ağırlığından  təxminən  1794-1795-ci 
illərdə, 40-41 yaşlarında, həyat yoldaşı Süsənbər, bacısı Ümmilbanu və oğulları 
Məhərrəmlə  İsmayılı  götürüb  Göyçə  mahalına  pənah  gətirir.  Kərkibaş  (indiki 
Şəfəq  kəndində)  hazırda  “Şairin  diki”  adlandırılan  yerdə  sakin  olur...” 
(M.Həkimov “Ustad aşıqlar” kitabı, Bakı, “Gənclik” nəşriyyatı, 1983-cü il.) 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə