Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                № 4(7), 2011



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix31.10.2018
ölçüsü1,43 Mb.
#77343
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
48 
 
 
 
Əlisahib ƏROĞUL 
yazıçı-publisist 
 
 
 
AġĠQLƏR AġĠQĠ 
AġIQ PƏRĠ 
 
 
 
 
Xan  Arazın  xan  qızı  kimi  doğulan,  təbi  İlahi  vergidən  gələn,  bəda-
hətən  şeirlər  deyən  Aşıq  Pəri  Azərbaycan  aşıq  şeirinin  ən  görkəmli  nü-
mayəndələrindən  biri,  qadın  aşıq  sənətinin  isə  yaradıcısı  və  banisidir. 
Çoxsaylı  tədqiqatçılar,  ədəbiyyatşünaslar,  ədəbiyyatçılar  Cəbrayılın  bu 
inci xanımının həyat və yaradıcılığı haqqında nə qədər ziddiyyətli məlu-
matlar versələr də, doğum-ölüm tarixi ilə bağlı müxtəlif tarixlərdən bəhs 
etsələr də,  aşağıdakı fikirlərdə  yekdildirlər ki,  Aşıq  Pəri  həm  şeir pərisi, 
həm  də  gözəllik  pərisi  olmuş,  şeir,  sənət  xiridarı  olan  kişi müasirləri  ilə 
söz döyüşündən həmişə qalib ayrılmış, aşıq şeirinin ilhamvericisi kimi ad 
çıxarmışdır. Onun hər bir şeiri ədəbi mühitdə dərhal əks-səda doğurmuş, 
bir neçə yeni şeir və deyişmənin yaranmasına səbəb olmuşdur. Söz cən-
gavərləri Aşıq Pəri poeziyasına, onun müstəsna istedadına və məftunedici 
gözəlliyinə  həsəd aparmış və ona mədhiyyələr həsr etmişdilər. Görkəmli 
alman  şərqşünası  A.Berje  1867-ci  ildə  Leypsiqdə  nəşr  etdirdiyi  “Məc-
muəyi-əşari-şüərayi-Azərbaycan”  adlı  məcmuədə  yazırdı:  “1829-cu  ilin 
axırlarında Araz çayı sahillərində uzanan Maralyan kəndində 18 yaşında 
bir qız zühur etdi. Eşidilməmiş bir gözəlliyə malik olan bu qızın adı Aşıq 
Pəri idi... Onun deyişmələri, hazırcavabcasına dediyi şeirləri diqqəti cəlb 
edirdi. Öz dövrünün az-çox istedadlı şairləri ilə şeirləşmədə həmişə mü-
vəffəqiyyət qazanırdı və heç kəsin ona qalib gəlməsinə imkan verməzdi”. 
Böyük ədəbiyyatşünasımız Firudin bəy Köçərli isə 1903-cü ildə yazırdı: 
“Özünün  ağıl  və  istedadı  ilə  çoxlarında  heyrət  doğuran  gözəl  və  gənc 
şairə Aşıq Pəri o zamankı savadlı və təhsil görmüş ədəbi simaların diqqət 
mərkəzində dayanırdı...” 
Aşıq Pəri yaradıcılığının tədqiqatçıları, daha doğrusu pərişünaslar bir 
mənalı  şəkildə  təsdiq  edirlər  ki,  Aşıq  Pəri  Qarabağın,  Dizaq  mahalının, 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
49 
Şuşa  qəzasının  Vərənd  sahəsinin,  Cəb-
rayıl  qəzasının  və  nəhayət,  hər  dövrün 
inzibati  ərazi  vahidinə  uyğun  olaraq 
Cəbrayıl rayonunun Maralyan kəndində 
anadan olmuşdur (Aşıq Pəri bütün bun-
larsız da Maralyandan olduğunu şeirlə-
rində göstərir: 
 
Pərinin dərdi tüğyandır, 
Sakin yeri Maralyandır. 
Gülüm qönçəsində yandı, 
Bülbüllər əfqan eylədi.) 
 
Kiçik yaşlarında ruhani təhsili almış, daha doğrusu mollaxanada oxu-
muş, ərəb, fars dillərini mükəmməl öyrənmiş, türkcə yazı vərdişinə yiyə-
lənmiş,  bədahətən  şeirlər  deməyə  və  yazmağa  başlamışdır.  Maralyan 
kənd məktəbində bir müddət müəllim işləmiş, həmin əraziyə yaxın bələd-
çiliyi olan, o ətrafda yerləşən Horovlu kəndinin yetirməsi, fəlsəfə elmləri 
namizədi Əli Behbudov “Kolxozçu” qəzetinin 07 və 09 dekabr 1982-ci il 
tarixli saylarında dərc etdirdiyi “Aşıq Pəri Maralyanlı” məqaləsində yazır 
ki,  Aşıq  Pərinin  atası  sövdagər  -  xırda  alverlə  məşğul  olduğundan  ona 
kənd arasında tacir Hacı Sayad deyərmişlər. Anası Gülüstan zəmanəsinin 
mütərəqqi  qadını olmuş, qızının  natiq danışmasına, oxuyub təhsil alma-
sına maneçilik etməmişdir. 
Pərişünaslar yekdilliklə qeyd edirlər ki, Aşıq Pəri şeirləşmələrdə işti-
rak etmiş, aşıqlıq sənətinin sirlərinə dərindən bələd olmuş, özunəməxsus 
şəkildə saz çalmış, rəqs etmiş, məlahətli səslə oxumuş, toy-düyünlərə ça-
ğırılmış, o dövrün çalğıçıları ilə məclislər aparmış, aşiqanə davranışlara 
malik olmuşdur. Sözsüz ki, o dövrdə Aşıq Pərinin rübənd vurmadan, çad-
raya  bürünmədən,  qıvraq  geyimdə  meydana  çıxması,  toylarda,  məslis-
lərdə  çalıb-oxuması  bir  inqilab,  dövrünün  görünməmiş  bir  hadisəsi  idi. 
Cəbrayıllı  mütəfəkkir,  fəlsəfə  elmləri  namlzədi  Əşrəf  Mehdiyev  “Kol-
xozçu”  qəzetinin  29  sentyabr  1963-cü  il  tarixli  sayında  dərc  etdirdiyi 
“Aşıq  Pəri”  məqaləsində  yazır:  “Şairənin  evinə  dövrün  qabaqcıl  ziya-
lıları, şair dostları gəlib-getmişdi. Bu isə böhtanlara, ləkə yaxmağa səbəb 
olmuşdur. Bunu Aşıq Pərinin öz qonşusuna qarşı yazdığı şeirdən görmək 
olar: 
 
Məni dərdə salan qonşu
Görüm üzün qara olsun. 


 OZAN  DÜNYASI                                                                № 4(7), 2011 
 
50 
Danışıbsan yalan, qonşu, 
Görüm üzün qara olsun. 
 
Ümumiyyətlə, müəlliflər Aşıq Pərinin yersiz hücumlara məruz qaldı-
ğını  qeyd  edirlər.  Hətta  günü  bu  gün  də  müasirlərimizdən  Aşıq  Pərinin 
bostanına  daş  atanlar  tapılır.  Bu  xoşagəlməz  məsələ  ilə  bağlı  həmyerli-
miz, filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbaslı “Mingəçevir 
leysanı” adlı ədəbi-bədii jurnalın 2010-cu ildə nəşr edilmiş 8-ci və 9-cu 
saylarında  dərc  etdirdiyi  “Aşıq  Pəriyə  böhtan  atmayın”  məqaləsində  ət-
raflı bəhs edir. Halbuki bu gün gec də olsa söhbət Aşıq Pəri sənətkarlı-
ğının  böyüklüyündən,  sənət  dünyasına  qoyub  getdiyi  dəfinəsinin  üzə 
çıxarılmasından, bədii təkamülümüzün tərəqqisi yolunda oynadığı rolun-
dan, ulu söz ustadının ədəbi sənətkarlığının tədqiqindən getməlidir. 
Aşıq Pəri əsasən aşiqanə və aşıq şeiri səpgisində lirik şeirlər yazmış-
dır. Onun şeirlərində bir tərəfdən saf məhəbbət, ana təbiət, dostluq, əda-
lət, təmiz və ülvi insani hisslər tərənnüm olunur, digər tərəfdən isə dün-
yanın  vəfasızlığından,  ölümün  amansızlığından,  hakimlərin  zülmündən 
şikayət edilir. O,  yeri gəldikcə bənzərsiz şeirlərində klassik və xalq şeir 
ənənələrindən, atalar sözü və hikmətli sözlərdən məharətlə istifadə edir. 
Həyatilik  və  səmimilik  onun  şeirlərinin  əsas  xüsusiyyətlərindəndir.  İncə 
və həssas şeirlərini səlis, sadə xalq dilində yazmışdır. Bir sözlə, Aşıq Pəri 
şeiri xalqın şüurunda dərin izlər salmışdır. Ölməz şeirləri dildən-dilə gəz-
miş, nəsildən-nəslə keçmişdir.  Əfsuslar olsun ki, Aşıq Pərinin yaradıcılıq 
irsi  yazılı  ədəbiyyat  yolu  ilə  bütövlükdə  bu  günümüzə  gəlib  çıxmamış, 
çoxu itib-batmışdır. Külliyatının   tərtib edilib  üzə çıxarılmasında dövlət 
səviyyəsində addımlar atılmamışdır.  
Aşıq  Pəri  müasirlərindən  Məhəmməd  bəy  Aşiq  (1776-1861),  Cə-
fərqulu ağa Nəva (1786-1858), Mirzə Həsən Mirza (1786-1830), Tüfeyli, 
Əsəd bəy və Azərbaycan dilində şeirlər yazan erməni Mirzəcan Mədətov 
kimi şairlərlə  yaxın dost olmuş, onlarla bir neçə dəfə deyişmiş və mək-
tublaşmışdır.  Həm  də  görünür  Aşıq  Pəri  şeirlərində  mürşidi-kamilim 
adlandırdığı,  Qarabağ  aşıq  məktəbinin  nümayəndələrindən  biri  Məhəm-
məd  bəy  Aşiqdən  aşıq  sənətinin  sirlərini  öyrənmiş,  o  dövrdə  Qarabağda 
geniş  yayılmş  “Vəlican”,  “Nağıl  kəsməşikəstə”,  “Güllü  qafiyə”,  “Qara 
qafiyə”  kimi  saz  havalarını  cürə  sazda  çalma  və  məclis  aparma  qay-
dalarını da kiçik yaşlarında məhz ilkin olaraq ondan əxz etmişdir. Qeyd 
etmək  yerinə düşər ki,  artıq  XX  əsrin əvvəllərindən başlayaraq Qarabağ 
aşıq  məktəbinin  nümayəndələri  nədənsə,  cürə  sazı  da  tarla  əvəz  etmiş, 
dastanlarımızın deyişmə hissələrini bu simli alət  havasında çalıb-oxuyub 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə