60
onun nəticələrini düzgün təyin etmək bacarığı yalnız
dahilərə məxsusdur. Cavid gələcək müharibədə faşiz-
min məğlubiyyətini labüd bilirdi. O duymuşdu ki, qa-
lib gələn demokratik qüvvələr məğlub olan irticanın
məhkəməsini onların öz ölkəsində, öz vətəndaşlarının
iştirakı ilə aparacaq və bu proseslərdə bütün beynəl-
xalq sülhsevər insanlar iştirak edəcəklər. Elə təkcə
Nürnberqdə müharibə canilərinə qurulmuş beynəl-
xalq mühakiməni buna misal göstərsək, kifayətdir.
Alman, italyan və yapon faşizminə qurulan məhkə-
mələr həmin ölkələrin ərazisində, geniş xalq kütlələri-
nin gözü qarşısında olmuşdur. “İblisin intiqamı”nda
sovet nümayəndəsinin əsərin sonunda söylədikləri bu
baxımdan Cavidin peyğəmbərliyi idi.
İrihəcmli əsərlərinin, demək olar ki, hamısında bu
və ya digər tərzdə ədəbiyyatımıza yeniliklər gətirən
böyük sənətkar burada da öz ənənəsini davam etdir-
mişdir. “İblisin intiqamı”ədəbiyatımızda ictimai-siya-
si məzmunda yazılıb böyük beynəlxalq məclislərin
bədii təsvirini verən ilk dram əsəridir.
Pyesi dəfələrlə oxuyub, Cavidin digər dram əsər-
ləri ilə müqayisəli surətdə tədqiq edəndən sonra gəl-
diyimiz nəticə ondan ibarətdir ki, ”İblisin intiqamı”
dil və bədii cəhətdən onun digər əsərlərindən kəskin
surətdə fərqlənir. Bədiilik baxımından onu deyə bilə-
rik ki, əsərin əlimizdə olan variantı Cavidin sənətkar-
lıq cəhətdən ən zəif əsəridir. Pyes, əsərin tamamlan-
mamış bir qaralama variantını xatırladır. Bizi bu şüb-
hələrə gətirib çıxaran ikinci pərdədən sonra əsərdə
olan natamamlıq və tələskənlik, pyesin dili, oradakı
şeir parçalarıdır. Əsərin birinci və ikinci pərdəsində
61
olan hadisə və məzmunun genişliyini və gərginliyini
üçüncü, dördüncü və beşinci pərdələrdə görmürük.
Son üç pərdə hələ üzərində işlənəcək bir yazını xatır-
ladır. Cavidin bütün əsərlərində özünəməxsus bir dil
vardır. Bu dil onun məişətdəki dilindən fərqlidir.
Onun nəsrlə yazılmış son dram əsərləri “Topal Tey-
mur” və “İblisin intiqamı”dır. “Topal Teymur”dakı
dil Cavidin “Maral”, “Şeyda”və “Afət”kimi əsərləri
ilə çox yaxın olduğu halda, “İblisin intiqamı”ndakı dil
onun məktublarının üslubuna və leksikasına yaxın-
dır. Deməli, Müşkinaz xanımın köçürdüyü və bizə
gəlib çatan bu nüsxə əsərin son bitkin variantı deyil.
Görünür, Cavid onun dili üzərində işləməyə vaxt tap-
mamış və ya əsərin əsas variantı itib-batmışdır. Fikir-
lərimizi pyesdəki üç şeir parçası da təsdiq edir: birinci
pərdədə qaraçıların, ikinci pərdədə Xalidin oxuduğu
parçalar bədii cəhətdən çox güclü olduğu halda, dör-
düncü pərdədə İblisin oxuduğu şeir Cavid şeiriyyəti-
nin tələblərinə cavab vermir. Müqayisə üçün onların
hərəsindən bir bəndə diqqət yetirək. Birinci pərdədə
qaraçıların:
İnsan ömrü dalğa kimi keçər, gedər.
Hər gələn bir sevgi yolu seçər, gedər.
Dərdi burax, zövqünə bax, unutma ki,
Hər kəs əcəl badəsini içər, gedər.
– şərqisi heca vəzninin 12-lik ölçüsündə dörd hecalı
bölgülərin üç dəfə təkrarı ilə yazılmışdır. Nə forma,
nə məzmun, nə də qafiyə sistemində hər hansı bir xə-
tası olan bu şeir sənətkarlıq nümunəsidir.
62
İkinci pərdədə Xalidin nəğməsi:
Səni ürkütdümü halım, çiçəyim!
Öylə yan baxma, aman sevdicəyim!
O baxışlar, o duruşlar, o əda
Qoparır fırtınalar ruhumda.
Şeir əruz vəzninin üçbölümlü incə naqis rəməl nö-
vündə-fə'ilAtün fə'ilAtün fə'ilün ölçüsündə yazılmış-
dır. Bədiilik, vəzn, qafiyə və mənasına irad tutmaq
mümkün deyil. İndi isə dördüncü pərdədəki şeirin
bir parçasına diqqət edək:
Alqış sevda gecələrini oxşayan qaranlıqlara!
Alqış qaranlıqlar içində süzülən işıqlara!
Alqış ipəklər içində qıvrılan qanadsız quşlara!
Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!
Nə əruz, nə də heca vəzninə uyğun gələn ritorik
sətirlər 16, 19, 17, 18 hecadan ibarətdir. Cavidin yara-
dıcılığında belə bir şeyə rast gəlməmişik. Müasirləri
içərisində vəzn baxımından ən yüksək pillədə duran
bir şair belə bir yazını şeir formasında tamamlanmış,
bitkin bir əsərə sala bilməzdi. Deməli, əsərin sonuncu
üç pərdəsinə və bu şeirə Cavidin yenidən, təkrarən əl
gəzdirməsi fikri olmuşdur. O, şübhəsiz ki, “İblis”dəki
63
monoloqlara bənzər tərzdə bu əsərdə də nəsə yarat-
malı idi. Əlimizdəki varianta əsasən əsərin natamam-
lığı barədə şübhələrimizi Cavidin, bəlkə də, hansı ar-
xivdəsə yatan, sonralar əlimizə keçəcək bitkin variantı
doğruldub aradan götürə biləcəyinə ümidimiz çox-
dur.
“Elm” qəzeti. 31 oktyabr, 2006-cı il. № 31-32
64
II FƏSİL
Ədəbiyyatşünaslıq və ədəbi köşə
Dostları ilə paylaş: |