Ədəbiyyat və sənət



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix23.08.2018
ölçüsü2,01 Mb.
#63878
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

70
 
 
görüşümüz qısa oldu: “Sənədlərini ver baxarıq”, – de-
di. Bir neçə həftədən sonra sənədlərimi elmi katibliyə 
verdim və yenidən görüşdük... Bu dəfə isə İsa müəlli-
min  yaratdığı  səmimi  münasibətdən  cürətlənib  təsis 
etmək  istədiyim  pyes  müsabiqəsi  haqqında  da  danı-
şıb, dəstəyini istədim. Böyük həvəslə bu məsələdə ya-
nımızda  olacağanı  dedi...  Hətta  yerindəcə  müsabiqə-
nin  adının  “Anamın  kitabı”  olmasını  təklif  etdi.  Mə-
nim romantik Cavid sevgisi ilə yaratmaq istədiyim bu 
müsabiqəyə  realist  Cəlil  sevgisi  də  daxil  oldu.  Bir  az 
nə işlə məşğul olduğum haqqında məlumat istədi. Be-
ləcə bir dəfə də görüşdük... Və dördüncü görüşümü-
zün  təşəbbüskarı  İsa  müəllim  oldu.  Həmin  ərəfədə 
akademik  Teymur  Kərimlinin  yeni  vəzifəyə  getdiyi 
üçün, onun vəzifəsini mənim tutmağımı istədiyini de-
di. Elə hökmlə, elə inamla dedi ki, nə müzakirə etmə-
yə, nə də düşünməyə imkanım oldu. Çünki bu təkli-
fin arxasında müdrik bir insanın gəncliyə olan inamı, 
etibarı  dururdu.  Beləliklə,  mənim  doğma  Ədəbiyyat 
İnstitutunda  doktorant  olmaq  arzum  birdən-birə  bu 
mötəbər  elm  ocağında  direktor  müavini  olmaqla  bit-
di. İsa müəllimin bu təklifini, addımını onun gənclər-
lə işləmək, gəncləri önə çəkmək, gəncliyə stimul ver-
məsi kimi qiymətləndirirəm. Çünki bir gənc kimi mən 
də öz qınıma çəkilib, təhsilimiz və elmimiz üçün gü-
cüm  çatan  dərəcədə  müstəqil  fəaliyyət  göstərirdim. 
Mənim  kimi,  bir  çox  gənc  var  ki,  dövlət  və  millət 
üçün  heç  kimdən  heç  nə  gözləmədən  əməli  işlər  gö-
rür.  Lakin  dövlətçiliyimizin  sadiq  carçısı,  elmimizin 
fədakar insanlarından biri olan İsa müəllim kimi ziya-
lılarımız  əllərini  gəncliyin  çiyninə  qoyduqları,  onlara 


71
 
 
daha işıqlı yol göstərmək arzusunda olduqları zaman 
dövlətimiz və millətimiz üçün xeyirli və uğurlu olur.  
Elə buna görə də İsa müəllim haqqında düşündü-
yüm  zaman  onun  elmi,  siyasi  fəaliyyəti  ilə  bərabər, 
insani  keyfiyyətlərinə  daha  çox  heyranlıq  duyuram.  
Çünki çox az insan olur ki, siyasi fəaliyyət göstərərək 
həm dövlətin, həm də xalqın etibarını itirməsin, sima-
sını  dəyişməsin.  İsa  müəllim  elmi,  ictimai-siyasi  fəa-
liyyətində Ulu Öndər Heydər Əliyevə, prezidentimiz 
İlham Əliyevə  verdiyi  dəyərlə  bərabər,  həyatının  bö-
yük  bir  hissəsini  bəxş  etdiyi  doğma  Naxçıvanında  el 
ağsaqqalı kimi tanınması və adının rəğbətlə qarşılan-
ması bunun bariz nümunəsidir. Ziyalının şəxsiyyəti o 
zaman bütövləşir ki, onun əməlləri ilə əqidəsi üst-üs-
tə düşsün, yaradıcılığı ilə həyat tərzi vəhdətdə olsun. 
Bu zaman geniş anlamda qəbul etdiyimiz “insan” an-
layışı ilə tanış oluruq, bu ziyalıdır, bu müəllimdir, bu 
siyasi  xadimdir,  bu elm fədaisidir,  bu  vətəndaşdır    –  
bu İsa Həbibbəylidir. 
İnsanların həyatında kimlərinsə təsiri olur həmişə. 
Bu təsir işıqlı adamlardan olduğunda o bu işığın tam-
lığa doğru göstərdiyi yolla gedir. Zənn edirəm ki, da-
marlarında bəy nəslinin qanını daşıyan İsa Həbibbəy-
linin  həyatında  böyük  mütəfəkkir  Cəlil  Məmmədqu-
luzadənin,  akademik  Abbas  Zamanovun  və  Ümum-
milli lider Heydər Əliyevin təsiri daha güclüdür. Bəl-
kə də, məhz buna görədir ki, İsa müəllim sirli, qapalı, 
qorxulu,  müəmmalarla dolu qara rəngi sevmir. O şəf-
faflığı,  ağı,  paklığı  sevir  və  buna  üstünlük  verir.  İsa 
müəllimin həyatının və yaradıcılığının bütün sahələri 
Ağ yolla gedir. 


72
 
 
Mənə  yeni  vəzifə  təklif  edəndə  qarşıma  iki  şərt 
qoydu: sadiqlik və məsuliyyət. Bir də kitabları ilə bə-
rabər bir qutu Naxçıvan duzu verdi. Bu iki söz və əş-
yavi  yazı  nümunəsi  olan  duz  hər  şeyi  deyirdi.  Təbii 
ki,  sadiqlik  və  məsuliyyət  istənilən  rəhbərin  işçisin-
dən  gözlədiyi  və  tələb  etdiyi  ilk  və  əsas  amildir.  Bu-
nun geniş izahına ehtiyac yoxdur. Amma duz məsələ-
si vicdanıma oyulmuş bir möhür oldu. Çünki elimizin 
duza münasibəti hamımıza bəllidir. Tarixin aşılanma-
sından keçib bu gününə gələn duz kultu bir qutsallığa 
çevrilib.  İsa  müəllimin  duzu  mənə  verərkən  baxışla-
rındakı  dərinlik  çox  şeyi  ifadə  edirdi:  duza  sədaqət, 
duz  dağı  olmaq,  duzu  tapdalamamaq,  duzu  artıq et-
məmək, duz verməyi bacarmaq və duz dağı kimi sa-
bit, uzunömürlü, səxavətli, mərd, yenilməz və sirli ol-
mağı  bacarmaq.  (Bu  yazını  yazdığım  ərəfədə  işdən 
sonra İsa müəllimin otağında bir kitab üzərində çalış-
mamızda onun şəxsi albomunu gördüm. Bir az vərəq-
lədik.  O  zaman  İsa  müəllimin  duz  dağına  olan  ürək 
yanğılı  məhəbbətinin, heyranlığının, hətta  aşiqliyinin 
ifadəsini gördüm. “Duz dağı mənim romantikamdır” 
deyən İsa müəllimin albomunda 50-dən çox duz dağı 
ilə  bağlı rəsm  vardı.  Bir çoxunda  isə  özü  yox  idi.  Sa-
dəcə sehirli duz dağı vardı). İsa müəllimin bu duz yü-
künü  çiynimə  qoyması  onun  daima  sayğı  ilə  andığı 
müəllimləri  professor  Əziz  Şərifə,  professor  Abbas 
Zamanova, akademik Məmməd Cəfərə, professor Ya-
vuz  Axundluya  qoyduğu  ehtiramın  və  sayğının  əla-
mətini  xatırlatdı  mənə...  Çünki  söhbətlərimiz  zamanı 
onlar haqqında kövrələrək danışdığı xatirələr, onların 
gənclərə  və  millətimizə  göstərdiyi  xidmətlərini  vur-


73
 
 
ğulaması, daima böyük tutması bir insanın duz-çörə-
yə olan hörməti idi... 
İsa müəllimin 1987-ci ildə Məmməd Cəfər müəlli-
mə yazdığı məktub onun sədaqət simvolu olan duza 
münasibətinin tərənnümüdür: 
"Əziz və unudulmaz ustad, salam! 
Sizin mənə çox doğma olan adınız, şəxsiyyətiniz, əsər-
ləriniz, xidmətləriniz, səmimiyyətiniz günlər, illər keçdikcə 
nəzərlərimdə daha da müqəddəsləşir. "Məmməd Cəfər mək-
təbi"nin şagirdi olmağımla yalnız fəxr edə bilərəm. Az-çox 
elmi vərdiş qazanmağım üçün hamıdan çox Sizə, Sizin nü-
munənizə minnətdaram". 
İkinci  bir  tərəfdən  bu  duz  qədim  diyarımız  olan 
Naxçıvanın simvoludur və bunun üçün də duzla bağ-
lı məhz Naxçıvanda yaranan bir alqış var: Səni görüm 
duz dağına dönəsən. Bunun anlamı isə alqışlanan in-
sanın duz dağı kimi əbədi, səxavətli olması deməkdir. 
Öz  yurdu  üçün  xoş  əməllərlə  əbədi  olması,  istər  mə-
nəvi, istərsə də maddi tərəfdən dövləti üçün səxavətli 
olmaq  İsa Həbibbəyli  prinsipidir.  İsa  müəllimə  sanki 
əməli saleh analarımız milyon dəfə “səni görüm, duz 
dağına dönəsən” alqışını uca göylərə göndərmişlər ki, 
bu gün duz dağı və İsa Həbibbəyli anlayışlarının xey-
li ortaq cəhətini görə bilirik.  
Bir  dəfə  söhbətlərimizdə  belə  bir  fikir  dedi:  “Mə-
nim üçün ən yaxşı naxçıvanlı odur ki, o Azərbaycana, 
Azərbaycançılığa xidmət etsin. Yalnız bu cür  əməllər 
sahibi naxçıvanlı olmağı ilə fəxr edə bilər”. 
İsa  müəllimlə  tanışlığımda,  dostluğumda,  bu 
məktəbin  üzvü  olduğum  yeddi  ay  içərisində  ondan 
Cəlil  Məmmədquluzadə  kimi  ətrafındakıları  maarif-


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə