45
Pul siyasəti və qlobal çağırışlar
Azər Ələsgərov, Nadir Ramazanov
46
Xülasə
Məqalənin əsas məqsədi post böhran dövrü üçün pul siyasətinin strateji çərçivəsi ilə bağlı
düşüncələri nəzərə çatdırmaqdan ibarətdir. Məqalədə son qlobal böhranın dərsləri də nəzərə
alınmaqla pul siyasəti strategiyasının təkmilləşdirilməsi istiqamətləri öz əksini tapmışdır.
Əsas nəticə ondan ibarətdir ki, post böhran dövründə qiymət sabitlyini qorumaq üçün
inflyasiyanın hədəflənməsi (İH) rejiminə keçid öz aktuallığını qoruyacaqdır. Strateji dövrdə İH-yə
keçid müəyyən mərhələlərlə baş verməlidir. Post böhran dövründə aktivlərin qiymətlərinin
monitorinqinə və bunun pul siyasəti qərarlarında nəzərə alınmasına da xüsusi diqqət yetirilməlidir.
Abstract
The paper aims to review main ideas relating to the strategic framework of monetary policy in
the post crisis period. Taking into account the lessons from the recent global crisis, the paper
considers the ways of improvement of the monetary policy strategy.
The main finding is that moving to inflation targeting (IT) policy framework will be still
important in the post crisis period to ensure price stability. Moving to İT framework should be a
sequenced process in the strategic period. Monitoring asset prices and not ignoring them in the
monetary policy decisions should be given strong attention.
Açar sözlər: inflyasiyanın hədəflənnəsi, transmissiya, aktivlərin qiyməti
Key words: inflation targeting, transmission, asset prices
Müəlliflərin email ünvanları:
azer_alasgarov@cbar.az
,
nadir_ramazanov@cbar.az
47
Miindaricat
Girl.............................................................................................................................................. 48
l.Azarbaycanda pul siyasati....................................................................................................... 48
2.Qlobal bohranm darslari ......................................................................................................... 50
3.Pul siyasatinin bkmilla dirilmasi istiq amatbri..................................................................... 52
4.Natica........................................................................................................15
48
Giriş
Son qlobal iqtisadi böhrandan öncəki dövrdə dünyada pul siyasəti rejimləri
3
arasında
inflyasiyanın hədəflənməsi (İH) rejiminin populyarlığı durmadan artırdı. Getdikcə dünyanın daha çox
ölkəsi İH rejiminin tətbiqinə keçirdi. O cümlədən Azərbaycan Mərkəzi Bankı da özünün pul siyasəti
strategiyasını təkmilləşdirməyin yolunu perspektivdə İH rejiminə keçməkdə görürdü.
Bəs son qlobal böhrandan sonra Azərbaycan üçün pul siyasətinin hansı rejimi optimal
görünür? Bu suala Azərbaycanda pul siyasəti çərçivəsini bir daha qiymətləndirmək və son qlobal
böhranın dərsləri də nəzərə alınmaqla pul siyasəti strategiyasına dair irəli sürülən fikirləri nəzərdən
keçirməklə cavab vermək olar.
Ümumilikdə, İH özünü qlobal böhran dövründə digər pul siyasəti rejimləri ilə müqayisədə
daha dayanıqlı bir rejim kimi təsdiq etdi. Belə ki, aparılmış tədqiqatlar göstərir ki, İH rejimini tətbiq
edən ölkələrdə makroiqtisadi tarazlığın pozulması dərəcəsi daha aşağı olmuşdur. Böhrandan öncə İH
rejimini tətbiq edən ölkələrin əksəriyyəti qlobal böhrandan sonra da monetar siyasət rejimini əsasən
dəyişməz saxlamağı nəzərdə tuturlar.
Lakin, bununla belə qlobal böhranın dərslərini nəzərə alaraq həm qabaqcıl, həm də inkişaf
etməkdə olan ölkələrdə pul siyasəti rejiminə müəyyən modifikasiyalar etmək ətrafında müzakirələr
getməkdədir. Yeni dövrün ən optimal pul siyasəti rejiminə dair konsensus hələ ki, formalaşmamışdır.
Bununla belə, başlıca fikirlərin pul siyasəti yeridərkən maliyyə sabitliyi hədəfinin daha çox nəzərə
alınması, qiymət sabitliyi anlayışının spektrinin genişləndirilməsi ətrafında olduğunu demək
mümkündür.
Bütün bunları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, yaxın və orta müddətli perspektivdə
Azərbaycanda pul siyasəti strategiyasının təkmilləşdirilməsi İH rejiminin tətbiqi şərtlərinin tədricən
reallaşdırılmasından asılıdır. Bununla belə, İH rejimi çərçivəsində perspektivdə pul siyasəti alətlərinin
prudensial alətlərlə inteqrasiyasının gücləndirilməsi məsələsinə də baxılması zəruridir.
1. Azərbaycanda pul siyasəti
Azərbaycanda pul siyasəti rejimi ölkənin səciyyəvi xüsusiyyətləri, o cümlədən maliyyə
bazarlarının inkişaf səviyyəsi, bank sisteminin iqtisadiyyatda rolu, tədiyyə balansının srtukturu,
habelə fiskal siyasət nəzərə alınmaqla formalaşdırılır.
Bir çox xarici ölkələrin mərkəzi bankları kimi, Azərbaycan Mərkəzi Bankının da pul
siyasətinin son məqsədini qiymətlərin sabitliyinin təmin olunması təşkil edir. Çünki, qlobal
böhrandan öncəki dövrdə beynəlxalq təcrübədə dəfələrlə sübut olunmuşdur ki, mərkəzi bank
tərəfindən dayanıqlı iqtisadi artımın və məşğulluğun dəstəklənməsinin ən optimal yolu qiymətlərin
sabitliyinin təmin edilməsidir.
3
Məlum olduğu kimi, hədəflərindən və bu hədəfə nail olmaq yollarından asılı olaraq pul siyasəti müxtəlif strategiyalara və ya rejimlərə
ayrılır. Belə ki, pul siyasətinin pul kütləsinin hədəflənməsi, valyuta məzənnəsinin hədəflənməsi, inflyasiyanın birbaşa hədəflənməsi və
s. kimi rejimləri bir-birindən fərqləndirilir. Pul siyasətinin rejimi bir qayda olaraq, strateji səviyyədə olan göstəricilərin qarşılıqlı əlaqəsi
əsasında müəyyənləşdirilir. Strateji səviyyədə göstərici dedikdə, mərkəzi bankın sıx nəzarəti altında olmayan və ya siyasət qərarlarının
təsirinə adətən bir aydan çox müddətdən sonra məruz qalan göstərici nəzərdə tutulur.
Dostları ilə paylaş: |