Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

45 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Pul siyasəti və qlobal çağırışlar
 
 
 
Azər Ələsgərov, Nadir Ramazanov
 


46 
 
Xülasə 
 
 
Məqalənin  əsas  məqsədi  post  böhran  dövrü  üçün  pul  siyasətinin  strateji  çərçivəsi  ilə  bağlı 
düşüncələri   nəzərə   çatdırmaqdan   ibarətdir.   Məqalədə   son   qlobal   böhranın   dərsləri   də   nəzərə 
alınmaqla pul siyasəti strategiyasının təkmilləşdirilməsi istiqamətləri öz əksini tapmışdır. 
 
Əsas  nəticə  ondan  ibarətdir  ki,  post  böhran  dövründə  qiymət  sabitlyini  qorumaq  üçün 
inflyasiyanın  hədəflənməsi  (İH)  rejiminə  keçid  öz  aktuallığını  qoruyacaqdır.  Strateji  dövrdə  İH-yə 
keçid  müəyyən  mərhələlərlə  baş  verməlidir.  Post  böhran  dövründə  aktivlərin  qiymətlərinin 
monitorinqinə və bunun pul siyasəti qərarlarında nəzərə alınmasına da xüsusi diqqət yetirilməlidir. 
 
 
 
 
Abstract 
 
The paper aims to review main ideas relating to the strategic framework of monetary policy in 
the  post  crisis  period.  Taking  into  account  the  lessons  from  the  recent  global  crisis,  the  paper 
considers the ways of improvement of the monetary policy strategy. 
 
The  main  finding  is  that  moving  to  inflation  targeting  (IT)  policy  framework  will  be  still 
important  in  the  post  crisis  period  to  ensure  price  stability.  Moving  to  İT  framework  should  be  a 
sequenced  process  in  the  strategic  period.  Monitoring  asset  prices  and  not  ignoring  them  in  the 
monetary policy decisions should be given strong attention. 
 
 
 
 
 
Açar sözlər: inflyasiyanın hədəflənnəsi, transmissiya, aktivlərin qiyməti 
Key words: inflation targeting, transmission, asset prices 
 
 
 
 
 
 
Müəlliflərin email ünvanları: 
 
azer_alasgarov@cbar.az

nadir_ramazanov@cbar.az
 


47 
 
Miindaricat
 
 
 
Girl.............................................................................................................................................. 48 
l.Azarbaycanda pul  siyasati....................................................................................................... 48 
2.Qlobal bohranm darslari ......................................................................................................... 50 
 
3.Pul siyasatinin bkmilla dirilmasi istiq amatbri..................................................................... 52 
 
4.Natica........................................................................................................15 


48 
 
Giriş
 
Son  qlobal  iqtisadi  böhrandan  öncəki  dövrdə  dünyada  pul  siyasəti  rejimləri

arasında 
inflyasiyanın hədəflənməsi (İH) rejiminin populyarlığı durmadan artırdı. Getdikcə dünyanın daha çox 
ölkəsi  İH  rejiminin  tətbiqinə keçirdi.  O  cümlədən  Azərbaycan  Mərkəzi  Bankı  da özünün  pul  siyasəti 
strategiyasını təkmilləşdirməyin yolunu perspektivdə İH rejiminə keçməkdə görürdü. 
Bəs  son  qlobal  böhrandan  sonra  Azərbaycan  üçün  pul  siyasətinin  hansı  rejimi  optimal 
görünür?  Bu  suala  Azərbaycanda  pul  siyasəti  çərçivəsini  bir  daha  qiymətləndirmək  və  son  qlobal 
böhranın  dərsləri  də  nəzərə  alınmaqla  pul  siyasəti  strategiyasına  dair  irəli  sürülən  fikirləri  nəzərdən 
keçirməklə cavab vermək olar. 
Ümumilikdə,  İH  özünü  qlobal  böhran  dövründə  digər  pul  siyasəti  rejimləri  ilə  müqayisədə 
daha dayanıqlı  bir rejim  kimi  təsdiq  etdi. Belə ki,  aparılmış tədqiqatlar göstərir ki,  İH rejimini  tətbiq 
edən ölkələrdə makroiqtisadi tarazlığın  pozulması dərəcəsi daha aşağı olmuşdur. Böhrandan  öncə İH 
rejimini  tətbiq  edən  ölkələrin  əksəriyyəti  qlobal  böhrandan  sonra  da  monetar  siyasət  rejimini  əsasən 
dəyişməz saxlamağı nəzərdə tuturlar. 
Lakin,  bununla  belə  qlobal  böhranın  dərslərini  nəzərə  alaraq  həm  qabaqcıl,  həm  də  inkişaf 
etməkdə  olan  ölkələrdə  pul  siyasəti  rejiminə  müəyyən  modifikasiyalar  etmək  ətrafında  müzakirələr 
getməkdədir. Yeni dövrün ən optimal pul siyasəti  rejiminə dair konsensus hələ ki, formalaşmamışdır. 
Bununla  belə,  başlıca  fikirlərin  pul  siyasəti  yeridərkən  maliyyə  sabitliyi  hədəfinin  daha  çox  nəzərə 
alınması,  qiymət  sabitliyi  anlayışının  spektrinin  genişləndirilməsi  ətrafında  olduğunu  demək 
mümkündür. 
Bütün bunları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki,  yaxın və orta müddətli perspektivdə 
Azərbaycanda  pul  siyasəti  strategiyasının  təkmilləşdirilməsi  İH  rejiminin  tətbiqi  şərtlərinin  tədricən 
reallaşdırılmasından asılıdır. Bununla belə, İH rejimi çərçivəsində perspektivdə pul siyasəti alətlərinin 
prudensial alətlərlə inteqrasiyasının gücləndirilməsi məsələsinə də baxılması zəruridir. 
 
 
1.   Azərbaycanda pul siyasəti
 
 
Azərbaycanda  pul  siyasəti  rejimi  ölkənin  səciyyəvi  xüsusiyyətləri,  o  cümlədən  maliyyə 
bazarlarının  inkişaf  səviyyəsi,  bank  sisteminin  iqtisadiyyatda  rolu,  tədiyyə  balansının  srtukturu, 
habelə fiskal siyasət nəzərə alınmaqla formalaşdırılır. 
 
Bir  çox  xarici  ölkələrin  mərkəzi  bankları  kimi,  Azərbaycan  Mərkəzi  Bankının  da  pul 
siyasətinin   son   məqsədini   qiymətlərin   sabitliyinin   təmin   olunması   təşkil   edir.   Çünki,   qlobal 
böhrandan  öncəki  dövrdə  beynəlxalq  təcrübədə  dəfələrlə  sübut  olunmuşdur  ki,  mərkəzi  bank 
tərəfindən  dayanıqlı  iqtisadi  artımın  və  məşğulluğun  dəstəklənməsinin  ən  optimal  yolu  qiymətlərin 
sabitliyinin təmin edilməsidir. 
 
 
 
 

Məlum olduğu kimi, hədəflərindən və bu hədəfə nail olmaq yollarından asılı olaraq pul siyasəti müxtəlif strategiyalara və ya rejimlərə 
ayrılır. Belə ki, pul siyasətinin pul kütləsinin hədəflənməsi, valyuta  məzənnəsinin hədəflənməsi, inflyasiyanın birbaşa hədəflənməsi və 
s. kimi rejimləri bir-birindən fərqləndirilir. Pul siyasətinin rejimi bir qayda olaraq, strateji səviyyədə olan göstəricilərin qarşılıqlı əlaqəsi 
əsasında müəyyənləşdirilir. Strateji səviyyədə göstərici dedikdə, mərkəzi bankın sıx nəzarəti altında olmayan  və  ya siyasət qərarlarının 
təsirinə adətən bir aydan çox müddətdən sonra məruz qalan göstərici nəzərdə tutulur. 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə