Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə18/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

49 
 
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 
4-cü  maddəsinə  görə  “Mərkəzi  Bankın  fəaliyyətinin  əsas  məqsədi  öz  səlahiyyətləri  daxilində 
qiymətlərin  sabitliyinin  təmin  edilməsidir.”  Qanunda  da  qeyd  olunduğu  kimi,  Mərkəzi  Bank 
inflyasiyaya  yalnız  öz  səlahiyyətləri  çərçivəsində  təsir  göstərə  bilər.  Bu  səbəbdən  Mərkəzi  Bank 
bütövlükdə,  inflyasiya  səviyyəsinə  yalnız  onun  monetar  amilləri  vasitəsilə  təsir  göstərməyə  çalışır. 
Mərkəzi  Bank  özünün  son  hədəfi  olan  inflyasiyaya  təsir  göstərmək  üçün  iki  göstəricini  -  valyuta 
məzənnəsini və pul bazasını nəzarətdə saxlamağa çalışır. Bu iki göstəricinin Mərkəzi Bank tərəfindən 
tənzimlənməsinin təfərrüatlarını nəzərdən keçirək. 
Hədəf  götürülən  inflyasiya  səviyyəsindən  asılı  olaraq, tələb olunan pul  kütləsinin  artım  həddi 
təyin  edilir  və  bu  göstərici  pul  siyasətinin  tətbiqi  üçün  istiqamət  rolunu  oynayır.  Pul  kütləsinin 
inflyasiya ilə qarşılıqlı əlaqəsi nəzəri olaraq aşağıdakı bərabərliklə (Fişer bərabərliyi)

ifadə olunur: 
 
MV= PY  (1) 
Bu  bərabərliyə  görə  pul  kütləsi  -  M,  V  dəfə  dəyişərək  P  dəyərində  olan  Y  məhsulların  alqı- 
satqısında istifadə edilir. 
(1) bərabərliyinə artım dərəcələri baxımından yanaşdıqda, aşağıdakıları almış oluruq: 
Pul təklifi artımı + Dövretmə sürətinin artımı= İnflyasiya + Real iqtisadi artım (2) 
Buradan da: 
İnflyasiya = Pul təklifi artımı- (Real iqtisadi artım – dövretmə sürətinin artımı) (3) 
Beləliklə,  iqtisadi  artım  və  pulun  dövretmə  sürətinin  dəyişimi  üzrə  proqnozlar  da  nəzərə 
alınmaqla  inflyasiyanın  müəyyən  həddinə  nail  olmaq  üçün  pul  kütləsinin  tələb  olunan  səviyyəsi 
müəyyənləşdirilir  və  hədəflənir.  (3)  bərabərliyi  pul  kütləsinin  dəyişiminin  gələcək  qiymət 
dəyişiklikləri üçün əhəmiyyətli informasiya mənbəyi olduğunu göstərir. 
Funksional  əhatəsini  (pulun  funksiyalarını  daşıyan  bütün  maliyyə  aktivlərini  əhatə  etmə 
dərəcəsi)  və  siyasətə  yararlılıq  dərəcəsini  nəzərə  alaraq  Azərbaycan  Mərkəzi  Bankı  (AMB)  aralıq 
məqsəd  kimi  milli  valyutada  geniş  pul  kütləsi  olan  –  M2  pul  aqreqatından  istifadə  edir.  M-2  pul 
aqreqatının  strukturu  Beynəlxalq  Valyuta  Fondunun  Monetar  və  Maliyyə  Statistikası  Məcmuəsinə 
uyğun  olaraq  formalaşdırılmışdır  və  kredit  sisteminin  milli  valyutada  olan  bütün  öhdəliklərini  əhatə 
edir. 
M2-nin tərkibinə bank sitemindən kənarda olan nağd pul, manatla tələb olunanadək əmanət və 
depozitlər,  manatla  müddətli  əmanət  və  depozitlər,  habelə  bankların   manatla  digər  öhdəlikləri 
(depozit sertifikatları, bank istiqrazları və s.) daxildir. 
Pul  təklifi  ilə  yanaşı  AMB  həm  də  çoxtərəfli  valyuta  məzənnəsi  və  ya  Nominal  Effektiv 
Məzənnə vasitəsilə qiymətlərə təsir göstərməyə çalışır. Aparılmış ekonometrik təhlillər Azərbaycanda 
pul  kütləsi  və  Nominal  Effektiv  Məzənnənin  uzunmüddətli  dövrdə  inflyasiyaya  əhəmiyyətli  təsir 
gücünə malik olduğunu təsdiq edir. 
Son  məqsədlə  yanaşı  pul  kütləsi  və  Nominal  Effektiv  Məzənnənin  (NEM)  həm  də  pul 
siyasətinin  operativ  hədəfləri  ilə  sıx  qarşılıqlı  əlaqədə  olması  onların  aralıq  hədəf  kimi  yararlılığını 
təmin   edir.   Azərbaycanda   pul   siyasətinin   taktiki   və   ya   operativ   hədəfləri   pul   bazası   və   ABŞ 
 
 
 

Pul  kütləsinin hədəflənməsi rejiminin tətbiqinin nəzəri əsasını pulun kəmiyyət nəzəriyyəsi təşkil edir. Bu  nəzəriyyənin 
banilərindən  biri  olan  Fişer  (1867-1947)  tərəfindən  irəli  sürülən  bərabərlik  hazırda  dünyada  praktikada  ən  çox  istifadə 
olunan bərabərliklədəndir. 


50 
 
dolları/manat  ikitərəfli  məzənnəsidir.  AMB  pul  bazası  vasitəsilə  pul  kütləsinə,  ABŞ  dolları/manat 
ikitərəfli  məzənnəsi  vasitəsilə  isə  çoxtərəfli  məzənnənin  (və  ya  Nominal  Effektiv  Məzənnənin) 
dəyişiminə təsir göstərməyə çalışır. 
Pul  bazası  dövriyyədə  olan  pul  kütləsi  ilə  bank  ehtiyatlarının  cəminə  bərabərdir.  Aktivlər 
baxımından  isə  pul  bazası  xalis  xarici  aktivlərlə  xalis  daxili  aktivlərin  cəmindən  ibarətdir.  Pul 
siyasətinin  operativ  hədəfi  olaraq  məhz  pul  bazasından  istifadə  edilməsi  ölkənin  maliyyə  bazarının 
xüsusiyyətləri ilə əlaqədardır. 
Belə  ki,  sərəncamında  olan  pul  siyasəti  alətləri  vasitəsilə  AMB  pul  bazasına  digər  potensial 
operativ  hədəflərlə  müqayisədə  (məsələn,  qısamüddətli  faiz  dərəcələri)  daha  effektiv  təsir  göstərə 
bilir.  Eyni  zamanda  statistik  olaraq  AMB  pul  bazasının  gündəlik  dəyişimini  izləmək  imkanına 
malikdir.  İkitərəfli  ABŞ  dolları/manat  məzənnənin  önəmli  hədəf  kimi  qiymətləndirilməsi  isə  ilk 
növbədə  onunla  bağlıdır  ki,  AMB  valyuta  müdaxiləsi  vasitəsilə  ikitərəfli  məzənnəni  effektiv 
tənzimləmək potensialına malikdir. 
Eyni  zamanda,  Azərbaycanın  dünya  iqtisadiyyatına  inteqrasiya  səviyyəsi  yüksək  olduğuna 
görə, valyuta məzənnəsi ölkə daxilində iqtisadi subyektlərin daim diqqət mərkəzindədir. Bu səbəbdən 
iqtisadi  subyektlər  valyuta  məzənnəsinin  dəyişimini  AMB-in  pul  siyasətinin  niyyətləri  barədə  bir 
məlumat (siqnal) mənbəyi kimi yaxşı qəbul edirlər. 
Pul  bazası  və  məzənnə  üzrə  operativ  hədəfdən  asılı  olaraq,  pul  siyasəti  alətlərinin  kəmiyyət 
parametrləri  müəyyənləşdirilir.  Azərbaycanda  pul  siyasətinin  çərçivəsini  sxematik  olaraq  aşağıdakı 
kimi təsvir etmək olar: 
 
 
Son məqsəd
 
(inflyasiya) 
Aralıq hədəflər 
 
1. Pul kütləsi (M2) 
 
2. NEM 
 
Operativ hədəflər
 
1. Pul bazası 
 
2. İkitərəfli məzənnə 
Pul siyasəti alətlərinin 
kəmiyyət parametrləri 
 
 
Pul  siyasətinə  dair  gündəlik  qərarlar  pul  bazasının  dəyişimində  və  ikitərfli  məzənnədə  dərhal 
öz əksini tapır. Pul bazasının dəyişimi  isə pul  multiplikatoru vasitəsilə pul kütləsinə təsir göstərir. Bu 
da öz növbəsində müəyyən zaman intervalı (laq) nəzərə alınmaqla inflyasiya üzrə hədəfə nail olmağa 
imkan verir. 
Tətbiq  olunan  pul  siyasəti  çərçivəsi  ötən  illər  ərzində  ölkədə  makroiqtisadi  sabitliyin 
qorunmasında  mühüm  rol  oynamışdır.  Son  illər  inflyasiya  idarə  olunan  səviyyədə  olmuş,  manatın 
məzənnəsi  makroiqtisadi  sabitliyin  vacib  lövbəri  funksiyasını  yerinə  yetirmişdir.  O  cümlədən  qlobal 
iqtisadi  böhranın  neqativ  təsirlərinin  minimuma  endirilməsində  AMB-in  mövcud  çərçivə  daxilində 
həyata keçirdiyi pul siyasəti mühüm rol oynamışdır. 
Bununla  belə,  qlobal  və  daxili  iqtisadi   mühitə  uyğun  olaraq  pul  siyasəti  strategiyasının 
təkmilləşdirilməsi vacib çağırışlarından biridir. 
 
 
 
2.   Qlobal böhranın dərsləri
 
Qlobal  iqtisadi  böhran  öncəsi  makroiqtisadi  siyasət  dizaynı  ilə  bağlı  uzun  müddət  özünü 
doğrultmuş konseptual baza formalaşmışdı və bunun nəticəsi olaraq bütün dünyada iqtisadi tsikllərdə 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə