Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

53 
 
Çevik məzənnə rejiminə keçid startegiyasıİH rejimində fəaliyyət göstərən mərkəzi bankların tam 
əksəriyyəti üzən/idarə olunan məzənnə rejimində fəaliyyət göstərir. Bunun iki səbəbi vardır: 

Çevik məzənnə rejimi monetar avtonomiyaya imkan yaradır. Belə ki, təsbit məzənnə rejimi və 
yüksək  kapital  mobilliyi  şəraitində  pul  kütləsini  tənzimləmək  çətindir.  Pul  kütləsini 
tənzimləmədən  isə  inflyasiya  hədəfinə  nail  olmaq  mümkün  deyil.  Bu  baxımdan  İH-nə  keçid 
eyni zamanda çevik məzənnə rejiminə keçidlə müşaiyət olunmalıdır. 

İnflyasiya  ilə  paralel  məzənnə  üzrə  də  hədəfin  müəyyən  edilməsi  ictimaiyyədə  və  maliyyə 
bazarlarında  qeyri-müəyyənliklər  yaradır.  Bu  halda  bazar  iştirakçıları  üçün  iki  hədəfin 
konflikti zamanı hansının üstün olacağı naməlum qalır. Nəticədə inflyasiya gözləntilərinə təsir 
gücü azalır və hər iki hədəfə nail olmamaq riski artır. 
Beləliklə,  çevik  məzənnə  rejiminə  keçid  yalnız  iqtisadiyyatın  və  valyuta  təklifinin 
diversifikasiyası, habelə valyuta bazarı infrastrukturunun dərinləşməsi şəraitində mümkündür. 
 
Dünya  təcrübəsi  göstərir  ki,  konseptual  olaraq  çevik  məzənnəyə  keçid  strategiyası  aşağıdakı  üç 
mərhələdə aparıla bilər (Duttagupta R, 2004): 
 
i) 
Təsbit   rejim→Məzənnənin   məhdud   çevikliyi.   Məzənnəyə   çeviklik   verilməsinin   ilk 
mərhələsi  kimi  optimal  rejim  ABŞ  dollarına  bağlanan  mərkəzi  paritet  olmaqla  dəhliz 
rejimidir. Dəhliz rejiminn tətbiqi i) dollarlaşmanın yüksək olması, ii) ikitərəfli məzənnənin 
qiymətlərə  yüksək  keçiriciliyi  iii)  dünya  bazarındakı  məzənnə  volatilliyinin  daxili  bazara 
birbaşa  təsirinin  azaldılması  və  iv)  kommunikasiya baxımından  effektiv  olması  baxımdan 
rasionaldır. 
ii) 
Məzənnənin  məhdud  çevikliyi→Məzənnənin  əhəmiyyətli  çevikliyi.  Dəhliz  rejimindən  üzən 
tənzimlənən  rejimə  keçidin  reallaşması  və  məzənnəyə  daha  geniş  diapazonda  üzməyə 
şərait  yaradılması.  Bunu  təmin  etmək  üçün,  risk  idarəetməsinə  əsaslanan  prudensial 
nəzarətin  qurulması,  valyuta  bazarında  müxtəlif  maliyyə  alətlərinin  tətbiqinin  (xüsusilə, 
hec alətləri) təşviq edilməsi mühüm fəaliyyət istiqamətləridir. 
iii) 
Məzənnənin  əhəmiyyətli  çevikliyi→Üzən  rejim.   Üzən  rejimə  keçdikdə,  mərkəzi  banklar 
məzənnə  ilə  bağlı  hədəfini  aradan  qaldırırlar  və  valyuta  bazarına  müdaxilə  qaydasını 
müəyyən edirlər. 
Adekvat proqnozlaşdırma sisteminin yaradılması.  İH  rejiminin  mühüm  elementlərindən  biri də 
adekvat  proqnozlaşdırma  bazasının  mövcud  olmasıdır.  Belə  ki,  inflyasiyanın  hədəfdən  məsafəsini 
daim  monitorinq  etmək  üçün  inflyasiyanın  hədəf  dövrü  ərzindəki  trayektoriyasını  proqnozlaşdırmaq 
lazımdır.  Bunun  üçün  makroiqtisadi  modelləşdirmə  (köpüklər,  tarazlı  məzənnə  modeli,  istehsal 
fərqinin  (output  gap)  ölçülməsi,  pula  tələb  modeli  və  s.)  imkanlarının  və  beynəlxalq  iqtisadiyyatın 
təsirini ölçən modellərin olması zəruridir. 
Ümumilikdə, İH rejimini tətbiq edən mərkəzi banklarda proqnozlaşdırma iki səviyyədə həyata 
keçirilir: 
 
1.  Qısa  müddətli  proqnozlaşdırma  -  iqtisadiyyatın  sektorları  üzrə  qısamüddətli  modellər  və 
makroekonometrik  model  əsasında  proqnozlaşdırmanı  özündə  ehtiva  edir.  Bu  çərçivədə 
proqnozlaşdırma iki istiqamətdə aparılır. 


54 
 
-  Sektoral  proqnozlaşdırma.  İqtisadiyyatın  sektorları  üzrə  (real,  tədiyyə  balansı,  büdcə, 
monetar)  zaman  sıraları  metodlarının  tətbiqi  ilə  proqnozlaşdırma.  Bu  halda  həm  təkdəyişənli, 
həm də çoxdəyişənli proqnozlaşdırma üsullarından istifadə edilməlidir. 
-  Makroiqtisadi  asılılıqları  nəzərə  alınmaqla  proqnozlaşdırma.  Bu  halda  makroekonometrik 
model  sektorial  proqnozların  digər  makroiqtisadi  göstəricilərlə  uyğunluğunu  yoxlamaq  üçün 
vasitədir. 
2.  Uzunmüddətli  proqnozlaşdırma  -  daha  detallı  informasiyaya  əsaslanır  və  iqtisadiyyatda 
ümumi  tarazlığı  nəzərə  alaraq  proqnozlar  verir.  Belə  modellər  nəzəri  və  empirik  metodologiya 
baxımından  daha  mürəkkəb  və  hərtərəfi  olur.  Müasir  dövrdə  mərkəzi  banklarda  bu  məqsəd  üçün 
DSGE modelindən (dinamik stoxastik ümumi tarazlıq modeli) istifadə edilir. 
Makroiqtisadi  diaqnostikanın  və  tədqiqatların  dərinləşdirilməsi  üçün  AMB  aşağıdakı 
istiqamətlərdə iqtisadi riyazi üsulların tətbiqini nəzərdə tutur: 
 

Pul  siyasətinin  bütün  transmisiya  kanallarının,  o  cümlədən  məzənnənin  real  iqtisadiyyata 
(təklifə)  və  qiymətlərə  təsirinin  etibarlı  ölçülməsinə  imkan  verən  effektiv  makroiqtisadi 
modelin qurulması; 

Empirik makroiqtisadi tarazlıq modellərinin qurulması; 

İnflyasiya  (Bayesian  VAR,  BVAR),  məzənnə  (BEER),  köpüklər  (SVAR),  buraxılış  kəsiri 
(bayesian kalman fiter) modellərinin metodoloji keyfiyyətinin artırılması; 

DSGE modelinin işlək vəziyyətə gətririlməsi və siyasət simulyasiyalarında praktiki tətbiqi; 

Pulun  qiymətini  və  bankların  resurslarının  marjinal  dəyərini  qiymətləndirən  metodologiyanın 
mənimsənilməsi; 

Manatın məzənnəsinin tarazlı səviyyəsini etibarlı ölçən makroiqtisadi modelin qurulması. 
 
Pul  siyasətinin etibarlılığının artırılması üçün kommunikasiya və şəffaflığın artırılması.  İH  rejimi 
tətbiq  edən  ölkələrdə  pul  siyasətinin  etibarlılığının  artırılması  iqtisadi  agentlərin  gözləntilərini  idarə 
etmək  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  AMB-in  şəffaflıq  indeksi  üzrə 
bençmark kimi İH rejimi tətbiq edilən ölkələr götürülə bilər. 
Qeyd edək ki, mərkəzi bankın şəffaflıq indeksi: 
 
i)  məqsədlərin  şəffaflığı  (məqsədləri  açıq  elan  edən  pul  siyasəti  bəyanatının  olması,  hədəfin 
rəqəmli ifadə olunması, koordinasiya əlaqələrinin institusional çərçivəsi); 
ii)  iqtisadi  şəffaflıq  (iqtisadi  göstəricilərin  ictimaiyyətə  açıq  olması,  pul  siysəti  təhlilində  istifadə 
olunan makroiqtisadi modelin açıqlanması, mərkəzi bankın proqnozlarının nəşri); 
iii)  prosedur  şəffaflığı  (pul  siyasəti  çərçivəsini  açıqlayan  siyasət  qaydasının  və  ya  strategiyanın 
mövcud olması, pul siyasəəti qərarlarının açıqlanması prosesinin ictimaiyyətə açıqlanması); 
iv)  siyasət  şəffaflığı  (siyasət  qərarlarının  açıqlanması  tezliyi,  qərarların  izahı  və  gələcək 
dəyişmələrlə bağlı gözləntilərin qeyd edilməsi) ilə bağlı göstəricilər əsasında hesablanır. 
Bundan  əlavə,  verilən  informasiyanın  əhəmiyyəti,  dəqiqliyi  və  yenilənmə  tezliyi,  ictimai  maraq, 
informasiya  asimmetriyasının  aradan  qaldırma  qabiliyyəti,  nəşrlərin  gözləntilərə  əhəmiyyətli  təsiri, 
pul siyasəti icmalı üçün məsuliyyət və   gözləntilərin davamlı monitorinqi də bu strategiyanın mühüm 
tərkib hissələridir. 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə