Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

77 
 
Digər  tərəfdən  isə  cari  investisiya  xərclərinin  iqtisadi  artıma  müsbət  təsiri  nəticəsində 
gələcəkdə  qeyri-resurs  fiskal  balans  yaxşılaşacaqdır.  Əks  təqdirdə,  qeyri-resurs  fiskal  balansın 
həcmi DG yanaşmasında nəzərdə tutulan həcmdən daha yüksək olacaqdır. 
 
Ölkə  təcrübələri.  Norveç  bu  yanaşma  üzrə  uğurlu  təcrübəyə  malikdir.  Ekvador  bu 
qaydadan  bir  müddət  istifadə  etdikdən  sonra  onun  istifadəsini  dayandırmışdır.  Papua-Yeni 
Qvineyada  dövlət  xərclərində  kəskin  volatiliyə  baxmayaraq,  bu  qayda  uzun  müddət  tətbiq 
olunmuşdur. 
Təbii  resursların  qiymətlərinə
14  
və  struktur  balansa  əsaslanan  qayda.  Bu  qaydanın 
əsas  məqsədi  fiskal  xərclərin  qiymət  volatilliyindən  təsirlənməsini  zəiflətmək  və  stabil  fiskal 
hədəflərə  nail  olmaqdır.  Bu  yanaşmaya  görə  ümumi  fiskal  balans  təbii  sərvətlər  üzrə  gəlirliyin 
kəskin dəyişməsinə uyğunlaşdırılmalıdır. 
 
Ölkə  təcrübələri.  Bu  qaydanın  həyata  keçirilməsi  təcrübədə  müxtəlifdir.  Belə ki,  Çilidə 
bu  qayda  fiskal  siyasətdə  vacib  hesab  olunur.  Nigeryada  isə  qazanılan  bütün  gəlirlərin 
xərclənməsi səbəbindən bu qayda tam ciddiyəti ilə tətbiq olunmamışdır. 
 
Xərclərin  artımı  qaydası.  Bu  qayda  dövlət  xərclərinin  nominal  və  ya  real  ifadədə 
artımını  və  ya  qeyri-neft  ÜDM-də  payının  məhdudlaşdırılmasını  nəzərdə  tutur.  Qayda  adətən 
xərclərin absorbsiya çətinliyi olduqda və  ya resursların kəskin  volatilliyini qarşılamaq  məqsədilə 
qabaqlayıcı  yığımların  yaradılmasının vacib olduğu şəraitdə tətbiq olunur. Onun əsas üstünlüyü - 
aydın müşahidə olunması və iqtisadiyyatın absorbsiya gücünə uyğunlaşmasıdır. 
 
Ümumiyyətlə,  bu  qaydanın  tətbiqi  zamanı  xərclərin  dəyişməsi  tədricən  baş  verir  və 
volatil,   qeyri-müəyyən   gəlirlərin   mövcudluğu   zamanı   da   bufferlərin   yaradılmasına   imkan 
yaranır. 
 
Ölkə  təcrübələri.  Bu  qaydanın  effektivliyi  digər  qaydalarla  bir  yerdə  həyata keçirilməsi 
zamanı  daha  da  artır.  Peru  ümumi  fiskal  balans  qaydası,  Monqolustan  (2013-cü  ildən)  struktur 
qayda ilə birlikdə bu qaydanın tətbiq olunması seçimini etmişdir. 
Fiskal  lövbərlərin
15 
məyyənləşdirilməsi  zamanı  aşağıdakı  məsələlər  diqqət  mərkəzində 
saxlanılmalıdır: 
 
Xərclərin  proporsionallığı.  Xərclərin  proporsional  şəkildə  artırılması  institusional  və 
absorbsiya  potensialından      asılıdır.  Ümumilikdə  isə,  həm  makro,  həm  də  mikro  səviyyədə 
absorbsiya    üzrə    məhdudiyyətlərin    mövcudluğu    xərclərin    proporsional    şəkildə    həyata 
keçirilməsini  ləngidə  bilər.  Dövlətin  investisiya  idarəetməsi  potensialının  möhkəmləndirilməsi 
xərclərin proporsionallığı zamanı iqtisadi mənfəətin yüksəlməsinə tövhə verə bilər. 
 
Eyni  zamanada  ortamüddətli  makro-fiskal  siyasətin  maliyyə  bazasını  orta  müddətli 
xərclər  strategiyası  (OMXS)  təşkil  etməli,  bu  çərçivədə  qeyri-neft  büdcəsi  əsasında  fiskal 
planlaşmaya  keçilməlidir.  Bu  strategiya  büdcə  xərclərinin  ölkənin  ümumi  iqtisadi  inkişaf  və 
 
 
14 
BVF-nun son "Regional hesabat"ında resurs ölkələri üçün dayanıqlı qiymət tövsiyyələri verilir. 
15 
(Ossowski, Villafuerte, Medas, & Thomas, 2008) 


78 
 
makroiqtisadi   sabitlik   məqsədləri   ilə   uzlaşdırılmasını   və   dövlət   xərclərinin   səmərəsinin 
artırılmasını nəzərdə tutan strateji menecment vasitəsidir. 
 
Təbii  ehtiyatlar  üzrə  gəlirlərin  volatilliyi  və  qeyri-müəyyənlik.  Fiskal  lövbərin 
müəyyən  olunması  zamanı  təbii  ehtiyatların  qiyməti  və  hasilatı  daim  nəzarətdə  saxlanılmalıdır
Belə  ki,  iqtisadi  artım  zamanı  təbii  ehtiyatlardan  əldə  olunan  gəlilər  yığıma  yönəldilməli  və 
gələcəkdə  yarana  biləcək  qeyri-məyyənliklər  zamanı  xərclənməlidir.  Qabaqlayıcı  yığımların 
formalaşdırılması əmtəələrin qiymətlərinin davranışından və tükənmə müddətindən asılıdır. 
 
Ölkə   təcrübələri.   Bufer   məqsədilə   yığımların   həcminin   müəyyənləşdirilməsi   üçün 
xüsusi  qiymətləndirmələrə  ehtiyac  vardır.  Məsələn,  Nigeriya  üçün  aparılmış  qiymətləndirmələr 
göstərir  ki,  3  il  ərzində  büdcə  xərclərinin  sabitliyini  təmin  etmək  üçün  qabaqlayıcı  yığımların 
həcmi illik gəlirin 60%-nə bərabər olmalıdır. 
 
Beləliklə,  fiskal  lövbərlərin  seçilməsi  fiskal  siyasət  çərçivəsinin  əsas  elementlərini  təşkil 
edir. 
 
 
 
4  Nəticələr
 
Təbii  resursla  zəngin  ölkədə  mövcud  fiskal  çərçivə  ölkə  spesifikasına  uyğun 
formalaşdırılmalıdır.Formalaşdırılmış  çərçivə  fiskal  siyasətin  dayanıqlığını  təmin  etməlidir.  Bu 
dayanıqlıq  üçün  meyar  kimi  daimi  gəlir  (DG)  və  ya  dövlətin  xalis  sərvətinin  sabitləşdirilməsi 
götürülməlidir. 
 
Ölkə xüsusiyyətlərini nəzərə alınmaqla iki lövbər əsas götürülə bilər:  fiskal dayanıqlıq və 
ya  qısa-müddətli  dövrdə  tələbin  idarə  olunması.  Absorbsiya  məhdudiyyətlərinə  malik  ölkələrdə 
xərclərin  miqyasının  genişləndirilməsi  tədricən  baş  verməli  və  həmçinin,  daxili  təklif 
məhdudiyyətləri yumşaldılmalıdır. 
 
Təbii  sərvətlərdən  əldə  olunan  gəlirlərinin  volatilliyi  və  qeyri-müəyyənliyi  fiskal  siyasət 
dizaynının formalaşdırılmasında vacib hesab olunur və öncədən kifayət qədər həcmə malik fiskal 
buferlərin  yaradılmasını  tələb  edir.  Fiskal  siyasət  çərçivəsinin  şəffaflığı  və  etibarlığı  keyfiyyətli 
şəkildə  formalaşdırılmış  fondlardan  təsirlənir.  Bu  tip  fondlar  büdcə  və  fiskal  çərçivə  ilə  tam 
inteqrasiya olunmalıdır. 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə