Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə27/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

75 
 
Beləliklə,  təbii  ehtiyatlarla  zəngin  ölkələr  iki  fundamental  seçim  qarşısında  qalırlar:  bu 
sərvətdən əldə olunan irihəcmli gəlirləri mövcud nəsillər üçün xərcləmək,  yoxsa gələcək nəsillər 
üçün yığım şəklində saxlamaq. Təbii sərvətlərin istismarından əldə olunan gəlirlərin istifadəsinin 
konseptual alqoritmini (Sxem 2) qurmaqla bu seçimi daha yaxşı etmək üçün mümkün variantları 
müəyyən etmək olar. 
 
Sxemdən  göründüyü  kimi,  neft  gəlirlərinin  istifadəsi  ilə  bağlı  iqtisadi,  sosial  və  fiskal 
məqsədlər ön  plana  çəkilir.  İqtisadi  məqsədlər  –  şaxələnmə  və  inkişaf,  infrastruktura investisiya 
qoyuluşunu,  sosial  məqsədlər  -  neft  gəlirlərinin  yenidən  bölgüsü  və  müxtəlif  sosial  ehtiyacların 
ödənilməsini,  yığım  məqsədləri  isə  neft  gəlirlərindən  ya  yığım  fondunun  formalaşması  üçün,  ya 
da dövlət borcunun qaytarılması üçün istifadə olunmasını nəzərdə tutur. 
 
İqtisadi  və  sosial  məqsədlər  istehlak  və  investisiyaların  stimullaşdırılmasını  nəzərdə 
tutduğu   halda,   yığım   məqsədi   fiskal   dayanıqlıq   və   maliyyə   sərvətinin   tükənməməsi   kimi 
hədəflərə söykənir ki, bunlar da bir-biri ilə qarşılıqlı ziddiyət təşkil edir. 
 
Yığım  məqsədinin  məntiqi  ondan  ibarətdir  ki,  neft  gəlirləri  bərpa  olunmayan  mənbəyə 
əsaslandığı üçün  bu  gəlirlər digər  fiskal  gəlirlər  kimi cari dövrdə  (hər  fiskal  il  ərzində)  istehlak 
xərclərinə  sərf  olunarsa,  təbii  ehtiyatlar  tükəndiyi  zaman  xərclərin  həmin  səviyyəsinin 
saxlanılması  üçün  alternativ  gəlir  bazasını  təmin  etmək  çətinləşir.  Digər  tərəfdən,  istehlak 
xərcləri  qısamüddətli  perspektivdə  tələb  ilə  təklif  arasındakı  makroiqtisadi  tarazlığın  pozulması 
təhlükəsini yaradır. 
 
Fiskal  dayanıqlığın  təmin  olunmasında  ənənəvi  DG  yanaşmasının  bençmark  kimi 
istifadəsi  təcrübəsi  aşağı  gəlirli  ölkələrdə  məqsədəuyğun  hesab  olunmur.  Təbii  sərvətlərlə 
zəngin aşağı gəlirli ölkələrin əksəriyyətində kapital çatışmazlığı/kredit məhdudiyyəti mövcuddur. 
Bu  tip  ölkələrdə  xarici  investisiyalar  üzrə  aşağı  və  qeyri-məyyən  verimliliyin  mövcudluğu  ölkə 
iqtisadiyyatına ancaq yerli investisiyaların yatırılmasını mümkün edir. 
 
Aşağı  gəlirli  ölkələrdə  təbii  sərvətlərdən  əldə  olunan  gəlirlərin  investiya  kimi  istifadəsi 
qeyri-resurs iqtisadi artım potensialını  yüksəldir ki, bu da öz növbəsində qeyri-resurs gəlirlərinin 
yüksəldilməsi  ilə  nəticələnə  bilər.  Belə  olan  şəraitdə  qeyri-resurs  fiskal  balansın  DG 
yanaşmasında nəzərdə tutulan səviyyədən kifayət qədər aşağı olması müşahidə olunur. 
 
Aşağı  gəlirli  təbii  resursla  zəngin  ölkələrdə  fiskal  dayanıqlığı  təmin  etmək  məqsədilə 
alternativ   yanaşmanın  tətbiqi  daha   məqsədəuyğundur.  Yeni   yanaşmaya  görə  uzunmüddətli 
dövrdə  qeyri-resurs  fiskal  balansın  faktiki  dəyəri  (present  value)  dövlətin  xalis  sərvətinə 
11 
bərabər  və  ya  ondan  aşağı  olmalıdır.  Bu  yanaşma,  sabit  olmayan,  lakin,  dayanıqlı  hesab  olunan 
qeyri-resurs  fiskal  balansın  müəyyənləşdirilməsinə  imkan  verir.  Lakin,  bu  yanaşmanın  həyata 
keçirlməsi üçün kifayət qədər informasiya bazasının mövcudluğu və həmçinin dövlət xərclərinin 
qeyri-resurs artımına təsiri tam qiymətləndirilməlidir. 
 
 
 
11  
Dövlətin  xalis  sərvəti  -  cari  maliyyə  ehtiyatlarından  borc  öhdəlikləri  çıxılaraq  üzərinə  təbii  sərvətlər 
üzrə gəlirlərin cari dəyəri əlavə olunur. 


76 
 
Cədvəl  1. Mövcud yanaşmaların müqayisəsi
12
 
 
 
Daimi gəlir yanaşmasına əsaslanma 
Fiskal dayanıqlılıq çərçivəsi 
 
 
 
 
Üstünlükləri 
Uzunmüddətli 
dövrdə 
sərvəti 
qiymətləndirməyin  mümkünlüyü  və 
optimallaşmaya əsaslanması 
  
Uzunmüddətli 
dövrdə 
sərvətin 
qorunması (gələcək nəsil) 
  
Fiskal  dayanıqlıq  üçün  uzunmüddətli 
dövrdə bençmark rolunu oynayır 
Uzunmüddətli  büdcə  məhdudiyyətinə  əsaslanır 
İnvestisayaların  iqtisadi  artıma  təsirini  və  onun 
əvəzləmə xərcini nəzərə alır 
 
 
 
 
Çatışmazlıqları 
Aşağı  gəlirli  ölkələr  üçün  uyğun 
deyildir 
(kapitalın 
azlığı, 
kredit 
məhdudiyyəti) 
  
Sərvətin  qorunması 
aşağı  gəlirli 
ölkələr üçün optimal olmaya bilər 
  
Aşağı  gəlirli  ölkələrdə  investisiyaya 
deyil, daha çox istehlaka əsaslanması 
 
  
Tətbiqi çox  mürəkkəbdir, qeyri-resurs   iqtisadi 
artımı qiymətləndirməyi tələb edir 
Geniş  informasiya  bazasına  və  təhlilə  ehtiyac 
var 
Sərvətin  optimal  səviyyəsini  müəyyən  etmək 
üçün ölkə-spesifikası nəzərə alınmalıdır 
 
 
3. Fiskal lövbərlərin seçilməsi meyarları
 
 
Təbii   sərvətlərlə   zəngin   ölkələrdə   fiskal   çərçivə   üzrə   müxtəlif   qaydaların   seçilməsi 
meyaraları 
13 
mövcuddur. 
 
Qeyri-resurs  fiskal  balans  qaydası.  DG-ə  əsaslanan  qeyri-resurs  fiskal  balans  qaydası 
adətən  müvəqqəti  (tükənən)  təbii  sərvətlərə  malik  olan  ölkələr  üçün  uyğundur.  Təcrübədə 
gəlirlərin  ildən  ilə  dəyişməsinin  yüksək  volatilliyə  malik  olması  DG  çərçivəsində  xərclərin 
müəyyən olunmasını və fiskal lövbərin seçilməsini çətinləşdirir. 
 
Standart  DG  aşağı  gəlirli  ölkələr  üçün  adekvat  olmadığından,  yeni  DG  istifadə 
olunmalıdır.  Bu  yanaşmaya  görə  kapital  yığımının  aşağı  olması  və  zəif  infrastruktur  şəraitində 
ilkin  dövrlərdə  daha  çox  gəlirlərin  xərclənməsi  həyata  keçirilməlidir.  Belə  ki,  inkişaf  edən 
ölkələrin  spesifik  xüsusiyyətləri,  yəni,  resurs  gəlirlərinin  hazırki  nəsillər  üçün  xərclənməsi  və 
gələcək  dövrlə  müqayisədə  cari  dövrdə  iqtisadiyyatda  yüksək  əlavə  dəyər  yaratması  bu 
yanaşmanın tətbiqini adekvat edir. 
 
Nəticədə  ilkin  mərhələdə  böyük  həcmdə  xərcləmələr  və  yatırılan  investisiyaların 
effektivliyi  qeyri-resurs  iqtisadiyyatının  canlanmasını  və uzunmüddətli  dayanıqlığını  təmin  edir. 
Bu  qaydaya  görə,  başlanğıc  dövrdə  investisiya  xərclərinin  əhəmiyyətli  artırılması  nəticəsində 
qeyri-resurs   fiskal   balans   pisləşə   bilər.   Belə   vəziyyətdə   DG   yanaşmasına   görə   gələcəkdə 
müəyyənləşdiriləcək qeyri-resurs fiskal balans cari dövrdə itkini kompensasiya etməlidir. 
 
 
 
 
12 
(Baunsgaard, Villafuerte, Poplawski-Ribeiro, & Richmond, 2012) 
13 
(Davis, Ossowski, & Fedelino, 2003) 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə