Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə2/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   2   3   4   5   6   7   8   9   ...   54


 
Dünyada  iqtisadi  inkişaf  siyasətlərinin 
son  məqsədləri  ötən  60  ildə  əhəmiyyətli 
dəyişmişdir.  50-60-cı  illərdə  əsas  məqsəd  kimi 
yalnız  ümumi  daxili  məhsulun  artımı  və 
məşğulluq  qəbul  edilirdisə,  70-80-ci  illərdə  bu 
məqsədlərə 
yoxsulluq, 
yenidən 
bölgü, 
makroiqtisadi  sabitlik  əlavə  olunurdu.  Növbəti 
dekadalarda    məqsədlər    dairəsi    genişlənərək 
1990-2000-ci  illərdə  keyfiyyətli  institutlar  və 
effektiv idarəetmə, 2000-ci ildən sonra isə insan 
inkişafını da əhatə etmişdir. 
Ötən  onilliklərdə  əsasən  klassik/neo- 
klassik  və  keynsianizm/neokeynsianizm  nəzəri 
cərəyanları    bütün    ölkələrin    iqtisadi 
siyasətlərində  bu  və  ya  digər  dərəcədə  tətbiq 
olunmuşdur.  Heç  də  bir  ölkənin  iqtisadi  inkişaf 
resepti  digər  ölkədə  tətbiq  olunarkən  alınan 
nəticələr  eyni  olmamışdır.  Bu  fərqlər  hər  bir 
ölkənin  institusional  xüsusiyyəti,  ənənələri  və 
digər  speisifik  amillər  ilə  baglı  yaranır.  Belə 
nəticəyə  gəlmək  olar  ki,  iqtisadi  doktrinaların 
məzmunu,    ardıcıllığı,    müxtəlif    iqtisadi 
maraqları 
balanslaşdıra 
bilməsi 
səviyyəsi, 
nəhayət,  insan  kapitalına  söykənməsi  dərəcəsi 
inkişaf  fərqlərinin  yaranmasında  ən  mühüm 
səbəblərdir. 
İqtisadi  inkişafın  “inklüzivliyi”,  yəni 
ondan hamının  bəhrələnməsi  baxımından ortaya 
çıxan  iqtisadi  siyasət  məsələləri  akademik 
dairələr,  praktiklər,  institusional  iqtisadçılar  və 
qlobal    beyin    mərkəzləri    üçün    hazırda    ən 
mühüm  tədqiqat  predmetlərindən  biridir.  Son 
illər  xüsusilə  Dünya  Bankı  inklüziv  artım 
konsepsiyasını    geniş    təbliğ    etməkdədir. 
İnklüziv artımın hamı tərəfindən qəbul olunmuş 
tərifi yoxdur. Bəzi təriflər bunlardır: 
 

“İnklüziv   artım   elə   artımdır   ki,   o   yalnız 
iqtisadi  imkanlar  yaratmır,  həm  də  bu 
imkanlara    cəmiyyətin    bütün    üzvləri 
tərəfindən  bərabər  çıxişi  təmin  edir.  (Əli  və 
Zuang, Asiya İnkishaf Bankı, 2007”); 
“İnklüsiv    artım    məhsuldar    məşğulluq 
hesabına  baş  verən  artımdır.  Məhsuldar 
məşğulluq    elə    məşğulluqdur    ki,    onun 
gətirdiyi  gəlir  işçiyə  və  ondan  asılı  olan 
insanlara  yoxsulluq  səviyyəsindən  daha 
yüksək  olan  istehlaka  imkan  yaradır.” 
(Ronnas,  2011) 
 

“İnklüziv   artım   sektorlar   arasında   geniş 
yayılmış  və  ölkənin  əmək  qüvvəsinin  böyük 
hissəsinin    iştirak    etdiyi    məhsuldar 
məşğulluq  hesabına  baş  verən  artımdır.” 
(Lanchovichina ve Lundstrom, DB, 2009) 
Beləliklə,  bu  təriflərdən  görünür  ki, 
inklüziv  artım  “yoxsullar  yönümlü”  artımdır. 
Lakin,  düşünürük  ki,  geniş  mənada  inklüziv 
artıma  “insan  yönümlü”  artım  kimi  tərifin 
verilməsi  daha  məqsədəuyğun  olardı.  Bu 
konsepsiya 
neoklassik 
baxışları 
bölüşür, 
institusional    xüsusiyyətləri    nəzərə    alır, 
induksiya  və  deduksiya  yolu  ilə  təcrübələrə 
əsaslanır,  məhsuldar  məşğulluğa  xususi  rol 
ayırır.  İnklüziv  artıma  nail  olmaq  üçün  artımın 
sürətinə 
deyil, 
onun 
mənbəyinə 
diqqət 
edilməlidir. 
Eyni  zamanda  gəlirlərin  ex-post  yenidən 
bölgüsünə  deyil,  istehsal  potensialının  ex-ante 
bölgüsünə 
diqqət 
edilməlidir. 
Məşğulluq 
fərdlərlə  artım  arasında  transmissiya  kanalıdır. 
Çünki,  əmək  yoxsulların  yeganə  aktividir  və 
yoxsulluğun 
 
azaldılmasının 
 
əsas 
determinantıdır.   İnklüziv  inkişafa  nail  olmağın 
ən  mühüm  şərtlərindən  biri  –  təhsil  və  insan 
kapitalıdır.      Dünya  araşdırmaları  göstərir  ki, 
təhsil  və  yoxsulluq,  təhsil  və  innovativ  inkişaf, 
təhsil   və   dayanıqlı   iqtisadi   artım   arasında 
birbaşa və çox güclü əlaqələr mövcuddur. 
Dünya  Bankının  118  ölkə  üzrə  apardığı 
araşdırmalara  görə  inkişaf  etmiş  ölkələr  təbii 
sərvətlərin  həcminə  görə  kasıb  ölkələrdən 
təxminən  5  dəfə  varlıdırlar.  Buna  baxmayaraq, 
varlı ölkələrdə “görünməz kapitalın”, yəni insan 



 
kapitalının    qiymətləndirilən    həcmi    kasıb 
ölkələrə  nisbətən  90  dəfəyədək  çoxdur.  İnkişaf 
etmiş      ölkələrin  milli  sərvətinin  strukturunda 
görünməz  kapitalın  xüsusi  çəkisi  80%-i  otür. 
Bu  fərqlərin  izah  edilməsi  ilə  baglı  dünyada 
çoxsaylı  empirik  araşdırmalar  aparılmışdır. 
Araşdırmalar  göstərir  ki,  təhsillin  yüksək 
keyfiyyəti  milli  sərvətin  optimal  strukturunun 
formalaşmasını  təmin  edən  başlıca  amildir. 
Bununla  belə,  ən  yüksək  dərəcədə  inkişaf  etmiş 
cəmiyyətlərdə   belə   iqtisadi   sistemlər   bəzən 
ciddi  şoklara  və  dərin  tənəzzüllə  uğrayırlar.  Ən 
mükəmmək  institutlar,  idarəetmə  sistemləri  və 
insan  kapitalına  malik  ölkələr  belə  sistem 
böhranlarına    məruz    qalırlar.    Son    qlobal 
resessiya bunun bariz nümunəsidir. 
Qlobal  böhrandan  öncəki  dövrdə  aparıcı 
ölkələrdə  iqtisadiyyatın  maliyyə  sektorunun 
əhəmiyyətli  liberallaşması  şəraitində  dayanıqsız 
istehlak  davranışı  formalaşmışdı.  Ekspansionist 
makroiqtisadi  siyasəti  tətbiq  olunur,  dövlət 
borclanmasının    həddən    artıq    artırılması 
hesabına  sosial  xərclər  maliyyələşdirilirdi. 
Nəticədə  maliyyə  köpüklərinin  yaranması  geniş 
vüsət   alırdı   (qlobal   maliyyə   aktivləri   2000- 
2007-ci  illərdə  73%  artmış  və  dünya  ÜDM-ni 
3.7  dəfə  üstələmişdir).  Bu  baxımdan  ABŞ-da 
ipoteka  böhranı  və  Lehman  Brothers-in  iflası 
yığılmış  problemlərin  partlaması  üçün  səbəb 
deyil, sadəcə bir təkan idi. 
Bu  problemlər  makroiqtisadi  tarazlığın 
uzun  illər  ərzində  ciddi  pozulması  səbəbindən 
toplanmış,  dünya  iqtisadiyyatı  protsiklik  inkişaf 
trayektoryasına  çıxaraq  əhəmiyyətli  dərəcədə 
hərarətlənmişdir.  Son  onilliklərdə  dünyada 
virtual  maliyyə  iqtisadiyyatının  sürətlə  inkişaf 
etməsi    də    maliyyə    böhranlarının    baş 
verməsində  mühüm  rol  oynamışdır.  “Maliyyə 
injinirinqi”nin 
inkişaf 
etməsi 
müxtəlif 
derivativləri  yaratmaqla  onların  spekulyativ 
əməliyyatlarda  genişmiqyaslı  tətbiqinə  şərait 
yaratmışdır.    Ani    maliyyə    riskləri    və    ya 
pessimist    xəbərlər    yayıldıqda    isə    məhz 
derivativ  bazarı  zəncirvari  reaksiya  verərək 
maliyyə şoku  yarada və dünya maliyyə sisemini 
“virusa 
yoluxdura” 
bildilər. 
Təxmini 
hesablamalara  görə  derivativ  bazarının  həcmi 
dünya ÜDM-ni 9-10 dəfə üstələyir. 
XXI  əsrin 
ilk  Böyük  Resessiyası 
dünyanın  aparıcı  güc  mərkəzləri  üçün  ciddi 
sosial-iqtisadi  itkilərlə  nəticələnmişdir.  Böhran 
əsasən    ixracyönlü    sahələrə    mənfi    təsir 
göstərərək 
dünya 
ticarətini 
azaltmışdır. 
Milyonlarla  insan  işsiz  qalmışdır.  Böhran 
nəticəsində  işçi  qüvvəsinin  ixtisas  profili  və 
kompetensiyaları  ilə  biznesin  tələbləri  arasında 
uçurum  dərinləşmişdir.  Bu  səbəbdən  böhranın 
aktiv  fazası  arxada  qalsa  da,  işsizlik  artmaqda 
davam  edir.  Hazırda  ixtisas  və  kompetensiya 
uyğunsuzluğu  problemini  təhsil  sistemi  çevik 
olan  ölkələr  nisbətən  uğurla  aradan  qaldıra 
bilirlər. 
Hazırda  dünya  iqtisadiyyatında  çox 
mürəkkəb  bir  proses  –  rebalanslaşma,      yəni 
dünyanın   iri   kəsirli   və   profisitli   ölkələrinin 
fiskal  və  tədiyə  balanslarının  tarazlaşdırılması 
prosesi 
gedir. 
Bu 
istiqamətdə 
aparılan 
makroiqtisadi   “reanimasiya”   tədbirləri   artıq 
ilkin  müsbət  nəticələri  verir.  İnkişaf  etmiş 
ölkələrdə  orta  büdcə  kəsirinin  ÜDM-ə  nisbəti 
2009-cu  ilə  nəzərən  2  dəfə  azalmışdır.  2014-cü 
ildə  qlobal  iqtisadi  artımın  cari  ilə  nisbətən  bir 
qədər  sürətlənəcəyi  gözlənilir.  Avrozonada  isə 
3  illik  resessiyadan  sonra  iqtisadi  artımın  baş 
verəcəyi 
proqnozlaşdırılır. 
Ümumən, 
qısamüddəli  dövr  üçün  risklərin  kəskinliyi 
yumşalmışdır.  Maliyyə  bazarlarında  optimizm 
nisbətən artmışdır. 
Buna  baxmayaraq,  risklər  hələ  də 
qalmaqdadır. 
Xüsusilə 
Avrozonada 
kredit 
kanallarının  məhdudluğu  və  büdcə  xərclərinin 
əhəmiyyətli    sekvestri    iqtisadi    artım    üçün 
başlıca    maneədir.    Beynəlxalq    Valyuta 
Fondunun  son  hesabatında  qeyd  edildiyi  kimi, 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə