Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə3/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   2   3   4   5   6   7   8   9   ...   54


 
fiskal  korreksiyadan  Avrozona  iqtisadiyyatında 
“yorğunluq”  yaranmışdır.  10  aparıcı  ölkədə 
dövlət  borcu  hələ  də  ÜDM-in  90%-ni  ötür  və 
bu  ölkələr  dünya  iqtisadiyyatının  40%-ni  təşkil 
edirlər.  Dünyada   müxtəlif  sürətli  artım  məkanı 
yaranmışdır:  1)  inkişaf  edən  ölkələr  artmaqda 
davam   edir   2)   ABŞ   və   Avrozona   üzrə   isə 
iqtisadi  artım  templəri  arasındakı  fərqlər 
böyüyür. 
Böhranın  buraxdığı  dərin  izlər  qlobal 
müstəvidə 
inkişaf 
paradiqmalarına 
yeni 
baxışların  formalaşmasına  səbəb  olmuşdur.  Bu 
baxışların  episentrində  balanslı  yığım-istehlak, 
intizamlı  və  kompakt  dövlət  modeli  durur. 
Hazırda  ölkələrdə  yığım-istehlak  ləng  olsa  da, 
balanslaşmağa  başlayır.  Beynəlxalq  Valyuta 
Fondu  bu  proseslərin  hələ  bir  neçə  il  davam 
edəcəyini    proqnozlaşdırır.    Son    qlobal 
konsensus  ondan  ibarətdir  ki,  dövlət  xərclərinin 
azaldılması  qısamüddətli  dövrdə  iqisadi  artıma 
və  sosial  duruma  mənfi  təsir  etsə  də, 
uzunmüddətli  dövrdə  dayanıqlı  iqtisadi  artımın 
mühüm şərtidir. 
Lakin,  alternativ  fikirlər  də  səslənməyə 
başlamışdır.    Bəzi    beyin    mərkəzləri    və 
ekspertlər 
resessiya 
şəraitində 
(xüsusilə 
avrozonada)  fiskal  korreksiyanın  vaxtı,  sürəti 
və  vasitələrini  düzgün  seçməyi  təklif  edirlər. 
Onların  fikrincə,  özəl  sektor  dövlət  sektorunu 
tez bir zamanda əvəz edə bilmirsə, fiskal qənaət 
və  korreksiya  siyasətləri  sosial  gərginliyi  artıra 
bilər. 
Hazırda  iri  həcmli  dövlət  borcuna  malik 
dövlətlərdə 
iqtisadiyyatın 
restrukturizasiyası 
məsələsi  aktuallaşır.  Burada  iqtisadi  artımın 
əsasən 
yüksək 
məhsuldarlıq 
hesabına 
generasiyasına  cəhd  edilir.  Bunun  üçün  büdcə 
xərclərinin 
restrukturizasiyası 
mühüm 
amillərdən  biri  hesab  edilir.  Əsas  ideya  budur 
ki,  xərclərin  optimal  stukturu  iqtisadi  artımın 
yüksək  faktor  məhsuldarlığı  hesabına  baş 
verməsinə  şərait  yaratmalıdır.  Burada  mühüm 
priortetlərdən   biri   təhsil   və   innovasiyaların 
xeyrinə xərclərin restrukturizasiya olunmasıdır. 
Ümumən,  fiskal  qənat  şəraitində  hazırda 
iqtisadi    artım    və    əmək    bazarının 
canlandırılması  vəzifəsi  müvəqqəti  olaraq  pul 
siyasətinin 
üzərinə 
düşür. 
Yumşaq 
pul 
siyasətlərin  hələ  ki,  sağlam  olmayan  və  “toksik 
aktivlər”dən  qurtulmayan  maliyyə  sektorunda 
yenidən  “köpük”  yaratması  riskini  artıra  bilər. 
Bunu  nəzərə  alaraq,  hazırda  dünyanın  aparıcı 
ölkələri  bank-maliyyə  sektorunda  “kontrtsiklik” 
tənzimləmə  çərçivəsini  formalaşdırırlar.  Bu 
istiqamətdə 
 
Bazel 
 
Komitəsi 
 
aktiv 
məsləhətverici və metodoloji fəaliyyət aparır. 
Ümumiyyətlə,  belə  bir  fikir  formalaşır 
ki, 
hazırda 
dünya 
industrial 
inkişaf 
mərhələsindən  innovativ  inkişaf  mərhələsinə 
daxil  olmağa  başlayıbdır.  İndustrial  inkişafa 
daha  çox  bol  və  ucuz  mineral  xammal 
mənbələrinə  əsaslanırdı  və  onların  geniş 
istifadəsi  yüksək  iqtisadi  artıma  imkan  verirdi. 
Lakin,    mineral    xammalın    bahalaşması    və 
onların 
məhdud 
ehtiyatları 
şəraitində 
innovasiyalar  yüksək  iqtisadi  artımın  əsas 
amilinə  çevrilməkdədir.  Yalnız  bu  amil  yüksək 
iqtisadi  effektivliyə  və  məhsuldarlığa  imkan 
yaradır. 
Bu  baxımdan  dünya  iqtisadiyyatında 
innovasiya  axınlarının  intensivləşməsini  təmin 
edə  bilən  yeni  institusional  şərait  tələb  olunur. 
Yeni    modeldə    inkişaf    fazaları    dəyişdikcə, 
dünya 
iqtisadiyyatında 
işgüzar 
tsikllərin 
dinamikası  və  strukturu  da  dəyişə  bilər.  Bəzi 
ekspertlər  hesab  edirlər  ki,  bu  gedişat  müəyyən 
olunduqca 
qlobal 
iqtisadiyyatda 
müxtəlif 
adaptasiya    “spazmaları”    və    yeni    şoklar 
qaçılmaz  olacaqdır.  Bu  amillər  iqtisadi  artıma 
və  makroiqtisadi  tarazlığa  güclü  təsir  edə  bilər. 
İqtisadçıların  ilkin  qənaəti  ondan  ibarətdir  ki, 
innovasiyaları  çevik  tətbiq  edən  ölkələrin 
iqtisadi gələcəyi daha perspektivlidir. 



 
Göründüyü  kimi,  dünyanın  iqtisadi 
inkişaf  gündəliyi  nə  qədər  rəngarəng  və 
mürəkkəbdirsə,  iqtisad  elminin  cavab  verəcəyi 
eyni  məzmunlu  sualların  qoyuluşu,  tədqiqi  və 
konseptuallaşması  bir  o  qədər  çətin  və  qeyri- 
monotondur.  Son  qlobal  iqtisadi  böhrandan 
sonra  dünyada  iqtisadi  düşüncə  tərzi  dəyişsədə 
də,   sual   eyni   olaraq   qalır:   necə   etmək   ki, 
iqtisadi  inkişaf  sabit,  dayanıqlı  və  inklüziv 
olsun?            Güman  edirik  ki,  bu  kontekstdə 
Azərbaycan    iqtisadiyyatının    inkişafının 
dərindən  öyrənilməsi  analitiklər  və  siyasətçilər 
üçün  həm  maraqlı,  həm  də  vacibdir.      Dünya 
tarixində  qısa  müddətdə  iqtisadi  möcüzə 
yaratmış  çox  az  sayda  ölkələr  vardır.   Mövcud 
təcrübələrin  təhlili  göstərir  ki,  istənilən  ölkənin 
sosial-iqtisadi    həyatında    baş    verən    radikal 
dönüş  ilk  növbədə  siyasi  iradə  və  güclü  liderin 
olmasından asılıdır. 
Məlum olduğu kimi, son 10 il ölkəmizin 
iqtisadi  və  sosial-mədəni  həyatında  sıçrayışlı 
inkişaf  dövrü  olmuşdur.  Ölkə  başçısı  İlham 
Əliyev  cənablarının  rəhbərliyi  altında  əldə 
olunmuş  sürətli  iqtisadi  inkişaf  nəticəsində 
Azərbaycan  orta  gəlirli  dövlətlər  qrupuna  daxil 
olaraq 
burada 
öz 
mövqeyini 
möhkəmləndirmişdir.    Ölkəmiz    orta    gəlirli 
dövlət  statusunu  cəmi  3  il  ərzində  qazanmışdır. 
Halbuki,  ən  yaxşı  təcrübələrdə  belə,  uğurun 
müddəti 10 ildən az olmamışdır. 
Bazar  iqtisadiyyatına  keçid  uğurla  başa 
çatdırılmış,    özəl    sektor    iqtisadi    inkişafın 
mühüm  amilinə  çevrilmişdir.  Ölkədə  müasir 
sosial-infrastruktur  yaradılmış,  regional  inkişaf 
sürətlənmişdir. 
İqtisadi 
artım 
strategiyası 
gəlirlərin  bərabər  bölgüsünü  hədəfləmişdir. 
Nəticədə  əhalinin  rifah  səviyyəsi  əhəmiyyətli 
yüksəlmiş,  yoxsulluq  10  dəfədən  çox  azalaraq 
6%-ə  enmişdir.  Azərbaycan  153  ölkə  arasında 
yoxsulluq  səviyyəsinin  ən  aşağı  olduğu  20 
ölkədən     biridir.     Makroiqtisadi     dayanıqlıq 
səviyyəsinə  görə  də  ölkəmiz  dünyada  ilk 
iyirmilikdədir. 
Azərbaycanın 
beynəlxalq 
reytinqləri  daim,  hətta  böhran  illərində  belə 
artmışdır. 
Ölkə  başçısı  İlham  Əliyev  cənablarının 
“Azərbaycan-2020: 
gəcələyə 
baxış 
“ 
konsepsiyası  qarşıdakı  strateji  dövrdə  yeni 
inkişaf  məqsədlərini  müəyyən  edir.  Azərbaycan 
iqtisadiyyatının 
yüksək 
dərəcədə 
şaxələndirilməsi,  rəqabətli  qeyri-xammal  ixrac 
imkanlarının  genişləndirilməsi,  ölkənin  yuxarı 
gəlirli  dövlətər  sırasına  qatılması  və  iqtisadi 
inkişafın  dayanıqlığının  təmin  olunması  başlıca 
prioritetlərdir. 
Beləliklə, 
əldə 
olunmuş 
inkişaf 
nəticələrinin 
elmi-analitik 
şərhi, 
həyata 
keçirilmiş 
iqtisadi 
strategiyanın 
xarakteristikasının  təhlili,          yeni  strateji 
prioritetlərin  əsaslandırılması  iqtisadi  təhlildə 
adekvat  empirik  tədqiqat  metodlarının  və 
yanaşmalarının  tətbiqini  zəruri  edir.  Təbii  ki, 
bütün  bunlar  öz  növbəsində  müasir  iqtisad 
elminin 
ən 
mütərəqqi 
nəzəri-konseptual 
çərçivələrinin  mənimsənilməsi  səviyyəsindən 
asılıdır.   “Mərkəzi  bank   və  iqtisadiyyat”   adlı 
yeni  elektron  jurnalın  intellektual  dövriyyəyə 
buraxılması  iqtisadi  məsələlərin  elmi  cəhətdən 
öyrənilməsi  və  qiymətləndirilməsində,  iqtisadi 
nəzəriyyə  və  praktikanın  sintezinə  imkan  verən 
yanaşmaların 
formalaşmasında, 
cəmiyyətdə 
iqtisadi  biliklərin  yayılmasında  mühüm  rol 
oynaya bilər. 
Elmi-nəzəri  və  praktiki  səciyyə  daşıyan 
“Mərkəzi  bank  və  iqtisadiyyat”  jurnalının  əsas 
vəzifəsi  makroiqtisadiyyat,  mikroiqtisadiyyat, 
monetar  iqtisadiyyat,  maliyyə-bank  sektoru, 
inkişaf 
iqtisadiyyatı, 
sosial 
sfera 
kimi 
sahələrdəki 
aktual 
məsələlərin 
tədqiqinin 
nəticələri  və  ən  müasir  metodoloji  açarlar  ilə 
oxucuları   tanış   etməkdir.   Bu   istiqamətlərdə 
ayrı-ayrı  fundamental  tədqiqatların  aparılması 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə