Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   46   47   48   49   50   51   52   53   54

149 
 
monetar  siyasətin  xüsusiyyətlərini  əks  etdirir”.  O,  eyni  zamanda  Vudfordun  fikirlərinə  istinad 
etməklə “digər amillərin çox cüzi əhəmiyyətə  malik olmasını” da qeyd edir. Siyasətin dizaynı və 
elementlərinin  müəyyənləşdirilməsi  zamanı  gözləntilərin  ən  azı  iki  baxımdan  faydası  vardır: 
siyasət öhdəliyindən fayda və şəffaflıq
 
Lukas  və  Sarjentin  qeyd  etdiyi  kimi,  “siyasət  stabil  qaydalar  toplusu  kimi  təsəvvür 
edilməli,  lakin  mərkəzi  banklar  bu  qaydaları  yalnız  təqib  etməməli,  həm  də  tətbiq  etdiklərini 
göstərməlidirlər”.  Monetar  nəzəriyyəyə  dair  müasir  tədqiqatlar  mərkəzi  banka  olan  inam  və 
siyasət öhdəliyindən əldə olunan fayda haqqında yeni baxışların formalaşmasına təkan vermişdir. 
 
1980-90-cı  illərdə  zaman  uyğunsuzluğu  və  siyasət  öhdəliyindən  əldə  olunan  fayda 
mülahizə  əsaslı  orta  inflyasiya  meylinin  anlaşılması  üzərində  cəmləşmişdi.  Belə  ki,  aşağı 
inflyasiya  səviyyəsində  ekspansionist  siyasətin  marjinal  faydası  onun  xərcini  üstələdiyindən 
mərkəzi  banklar  inflyasiya  yaratmağa  meyl  edirdilər. Bu  isə  iqtisadi  agentlər tərəfindən  anlaşılır 
və nəticədə mərkəzi banklar daha yüksək inflyasiyaya səbəb olurdular. 
 
Hazırda orta inflyasiya  meylinin  mövcud olduğu şəraitdə belə siyasət öhdəliyindən fayda 
da  əldə  etmək  olar.  İnflyasiya  həm  məcmu  buraxılış  kəsirindən,  həm  də  ictimaiyyətin  gələcək 
inflyasiya  ilə  bağlı  gözləntilərindən  təsirlənir.  Bu,  o  deməkdir  ki,  mərkəzi  bankın  sərəncamında 
real  iqtisadi  fəaliyyətə  təsir  edən    qısamüddətli  faiz  dərəcəsi  və özəl  sektorun  gələcək  inflyasiya 
ilə  bağlı  gözləntiləri  kimi  iki  potensial  alət  vardır.  Beləliklə,  məcmu  buraxılış  kəsirinin 
volatilliyindəki  azalma  inflyasiyanın  dispersiyasını  müşayiət  edəcəkdir  ki,  bu  da  siyasət 
öhdəliyindən formalaşan faydadır. 
 
Gələcək  gözləntilərin  monetar  transmissiya  prosesi  üçün  əhəmiyyəti  artdıqca  mərkəzi 
bankın  niyyəti  ilə  özəl  sektorun  gözləntiləri  arasındakı  uyğunluq  perspektiv  siyasətlə  bağlı 
şəffaflığı  təmin  edir.  Nəticə  etibarilə  şəffaflıq  özəl  sektorda  gözləntilər  və  monetar  siyasətin 
məqsədləri  arasında  uyğunluğu  təmin  etməklə  hədəflərə  nail  olmağa  imkan  verir.  Bu  səbəbdən 
mərkəzi banklar tədricən ictimaiyyətlə kommunikasiyanın əhəmiyyətini daha yaxşı qavrayırlar. 
 
Məlum olduğu kimi, siyasət qaydaları  bir neçə şəkildə  ifadə oluna bilər. Məsələn, Teylor 
qaydası  siyasət  alətini  makro  dəyişənlərin  kiçik  funksiyası  kimi  göstərməklə  yanaşı  özlüyündə 
bir  alətdir.  Bunun  əksinə  olaraq,  mərkəzi  bankların  hədəf  dəyişənlərinin  müəyyən  şərti 
qarşılaması hədəf qaydası hesab edilir. Bu halda hədəf qaydaları ekzogen şokları nəzərə almır. 
 
Hədəf qaydaları inflyasiyanı hədəfləyən  mərkəzi banklarda geniş yayılmışdır. Ən azından 
bir  mərkəzi bank - Norveç Mərkəzi Bankı hədəf qaydasından istifadə etdiyini açıq şəkildə bəyan 
etmişdir.  Belə  ki,  2005-ci  ilin  yanvar  ayı  üzrə  inflyasiya  hesabatında  Norveç  Mərkəzi  Bankının 
gələcək  faiz  dərəcələrini  hədəfləyəcəklərinə  dair  bəzi  meyarlar  sadalanıb.  Birinci  meyar  sadəcə 
olaraq Teylor qaydasıdır. İkinci meyar isə  inflyasiya  fərqi ilə məcmu buraxılış  kəsirinin örtülənə 
qədər  müəyyən  nisbətdə  olması  şərtidir.  Hər   iki   fərq  müsbət  olduqda  əsasən   yuxarı  faiz 
dərəcəsinə üstünlük  verilir.  Çünki  bu  zaman  inflyasiya  hədəfə  daha  yaxın  olur  və  bu  da  məcmu 
buraxılışın sabit artımını şərtləndirir. 
 
Mulahizələrə  əsaslanan  siyasətdə  isə  bu,  inflyasiya  və  məcmu  buraxılış  kəsirli  itki 
funksiyasını  nəzərə  alan  optimal  hədəf  qaydasıdır.  Məlum  olduğu  kimi,  qaydasız  siyasətdə  bu, 
məcmu  buraxılış  kəsirinin  və  inflyasiyanın  bir-birinə  qarşı  tərs  işarədə  olmasını  və  bir  nisbətdə 
qarşılaşmasını nəzərdə tutur. 


150 
 
2.   Siyasət qurucusunun nəzərə almalı olduğu tədqiqat
 
 
Siyasət  qurucuları  tərəfindən  istifadə  etmək  məqsədilə  tədqiqatçılar  tərəfindən  aparılan 
tədqiqat işlərində nəzərə alınmalı olan bəzi məsələlər vardır. Lukas (1980) tənqidinə görə iqtisadi 
göstəricilər  arasında  uzun  müddətli  əlaqənin  görünməməsi  müvafiq  siyasətin  həyata  keçirilməsi 
və  bunun  iqtisadi  əlaqəyə  birbaşa  təsirinin  olması  ilə  əlaqədardır.  Digər  tərəfdən,  son  böhranın 
baş  vermə  ehtimalı  iqtisadçılar  tərəfindən  qurulan  modellərdə  mülahizə  edilmişdir  ki,  bu  da  bir 
daha tədqiqatların önəmliyini sübut edir. 
 
Siyasət  qurucuları  üçün  tədqiqat  işlərinin  vacib  olmasını  şərtləndirən  meyarlardan  biri 
tədqiqatın  spesifik  maliyyə  orqanına  aid  olması  və  nəticəsinin  siyasi  və  karyera  maraqlarından 
uzaq   olmasıdır.   Digər   tərəfdən,   siyasət   qurucuları   tədqiqatın   keyfiyyəti   və   tətbiq   oluna 
bilməsində  maraqlı  olmalıdır.  Bunun  üçün  tədqiqat  əhatəli  oxucu  kütləsinə  malik  və  əsas 
akademik institutların qəbul etdikləri nəşrlərdə dərc edilməlidir. 
 
Tədqiqat  işinin  vacibliyini  sübut  edən  ikinci  meyar  tədqiqatın  hansı  iqtisadi  nəşrdə  çap 
edilməsidir.  Belə  ki,  bir  çox  hallarda  nəşrin  beynəlxalq  reytinqi  orada  çap  edilən  tədqiqat  işinin 
keyfiyyətinə  zəmanətçi  kimi  çıxış  edir.  Hazırda  siyasət  qurucuları  fundamental  tədqiqatlardan 
daha  çox  tətbiqi  tədqiqatlara  üstünlük  verirlər.  Lakin,  tətbiqi  tədqiqatların çap  edilməsi  üçün  az 
sayda  nəşrlər  mövcuddur  (məsələn,  Brooking  Papers  on  Economic  Activity,  Economic  Policy, 
İnternational Finance, Oxford Review of Economic Policy). 
 
Üçüncü meyar həyata keçirilən siyasətin istinad etdiyi tədqiqatın hansı zaman periodunda 
dərc  edilməsidir.  Belə  ki,  tədqiqat  bir  neçə  il  bundan  əvvəl  yazıla,  lakin  iqtisadi  şərtlərin 
dəyişilməsi   nəticəsində   cari  dövrdə  o,  öz   əhəmiyyətini   itirə   bilər.  Eyni  zamanda   əvvəlki 
tədqiqatın  nəticəsini  şübhə  altına  qoyan  digər  tədqiqat  işi  də  yazıla  bilər.  Digər  tərəfdən, 
tədqiqatın  keyfiyyəti  deyil,  nəticəsinin  cəlbediciliyi  onun  yüksək  reytinqli  nəşrlərdə  dərc 
olunmasına imkan verir. 
 
Həyata  keçirilən  iqtisadi  siyasətin  tədqiqat  işinə  istinad  etməsini  zəruri  edən  aşağıdakı  5 
səbəb mövcuddur: 
 
1.  Mürəkkəb    iqtisadi    şəraitin    dərk    edilməsi    və    adekvat    siyasət    qərarlarının 
formalaşdırılması zaman reallığı əks etdirən modellərdən istifadə məqsədəuyğundur; 
2.  İqtisadi  şərtlərin  virtual  analizi  müvafiq  effektlərin  kəmiyyətcə  ölçülməsinə  imkan 
vermədiyi üçün qiymətləndirmə məqsədilə riyazi modelə istinad edilir; 
 
3.   Lukas    tənqidində   əks    olan   Qudhart   qaydasına   görə    iqtisadi    siyasətdə   zaman 
uyğunsuzluğu  problemindən  qaçmaq  üçün  daha  mürəkkəb  modellərin  qurulmasına 
ehtiyac  yaranır.  Həyata  keçirilən  iqtisadi  siyasətdən  asılı  olmayaraq,  belə  modellər 
çərçivəsində istənilən iqtisadi əlaqələrə baxmaq mümkündür; 
 
4.  Tədqiqat  qrupunun  maliyyə  institutu  daxilində  yerləşdirilməsi  zamanı  onun  digər 
subyektlərin məlumat bazasına çıxışı asanlaşır; 
 
5.   Tədqiqatçıların mütaliyə etdikləri real  faktlar siyasət qurucularında  iqtisadi problemlərə 
dair uyğun fikirlərin formalaşmasında mühüm rol oynayır. 
 
Bruk Bensonun fikrincə, “hər bir iqtisadi əlaqəni riyazi yolla modelləşdirmək mümkün olsa 
da,  müvafiq  iqtisadi  nəticələr  almaq  çətindir”.  Belə  ki,  bəzi  hallarda  riyazi  proqnozlaşdırma 


151 
 
n
əz
ər


v
iy
y
ə
si
 
iqtisadi    qərarlara    mənfi    təsir    edir. 
Məsələn, 
valyuta 
məzənnəsinin 
proqnozlaşdırılması əksər hallarda düzgün 
 
 
əlaqələndirmədən  daha  çox  subyektlərin 
fəaliyyətini özündə əks etdirir. 
 
Qeyd  edilənləri  nəzərə  alsaq,  uyğun 
siyasətin  həyata  keçirilməsi  məqsədilə 
siyasət  qurucularına  tədqiqatın  gərəkli 
olub-olmaması   yenə  açıq   mövzu  olaraq 
 
Sxem 1. Modellərin  nəzəri və empirik 
səviyyələri  arasında  əlaqə 
 
 
 
DSÜT 
natamam 
DSÜT 
 
 
 
II tip hibrid 
modellər 
 
 
I tip hibrid 
modellər 
 
əks etdir. 
 
3.   İ
qtisadi modellərin siyasət
 
quruculuğunda rolu
 
 
İqtisadi 
ədəbiyyatlarda 
bir 
qrup 
 
 
 
 
empirik səviyyəsi 
VAR 
alimlər  siyasət  quruculuğunda  riyazi  modellərdən  istifadə  edilməsinə  xüsusi  önəm  verirlər  (Pol 
Kruqmanın  “Təsadüfi  nəzəriyyəçi”  kitabını  əldə  əsas  tutaraq).  Digər  qrup  alimlər  isə  əksinə, 
modellərin  reallıqdan  uzaq  olmasını  (Pol  Ormerodun  “İqtisadiyyatın  ölümü”  əsərində  qeyd 
edildiyi  kimi)  qeyd  edərək  onlardan  istifadəni  tənqid  edir  və  siyasi  qərarlarının  hazırlanmasında 
faydasız  hesab  edirlər.  Kruqmanın  fikrincə,  riyazi  model  reallıqdan  nə  qədər  uzaq  olsa  da, 
tədqiqatcı  hər  zaman  modelə  dəyişikliklər  edə  və  yeni  siyasi  göstərişləri  tez  bir  zamanda  aşkar 
edə bilər. 
 
Qeyd  etmək  yerinə  düşər  ki,  iqtisadi  modellərin  eyni  zamanda  həm  nəzəri,  həm  də 
empirik  cəhətdən  güclü  olmasını  inkar  edən  yanaşmalar  vardır  (Pagan,  2003).  Bu  yanaşmaya 
görə nəzəri cəhətdən  güclü olan  modellər empirik cəhətdən zəif olur  və əksinə (Sxem 1). DSÜT 
modelləri öz təbiətinə görə I qrupa daxildir. 
 
Hazırda  əksər  mərkəzi  banklar  özlərinin  siyasət  quruculuğu  sahəsində  DSÜT  modelinin 
müəyyən  növlərindən  istifadə  edirlər.  Eyni  zamanda  heç  bir  mərkəzi  bank  öz  pul  siyasəti 
qərarlarında  lazımi  mühakimələr  yürütmədən  tək  bir  modelin  nəticələrinə  əsaslanmırlar.  Bu  isə 
öz  növbəsində  belə  bir  sual  meydana  çıxarır:  bəs  onda  siyasət  quruculuğu  prosesində  iqtisadi 
modellərin həqiqi rolu nədən ibarətdir? 
 
4.   İ
qtisadi modelin məqsədi
 
 
Ənənəvi  olaraq,  ekonometrik  model  iqtisadi  məzmunlu  problemlər  ətrafında  fikir  və 
tədqiqat  aparma  vasitəsidir.  Mərkəzi  banklarda  isə  iqtisadi  modellərin  istifadəsi  bu  mahiyyətdən 
kifayət qədər uzaqdır. Belə ki, bu modellər getdikcə mürəkkəbləşir və daha az inandırıcı olur. 
 
Həmçinin modellər izah etmə və konseptuallaşdırma kimi funksiyalarını itirərək daha cox 
proqnozlaşdırma  vasitəsinə  çevrilir.  Daha  mürəkkəb  modellərə  keçidin  əsas  səbəblərindən  biri 
hesablama  gücünün  və  DYNARE  kimi  keyfiyyətli  proqramların  inkişaf  etməsidir.  DYNARE-in 
istifadəsi  DSÜT  barəsində  sadə  biliyə  malik  insanın  az  bir  zamanda  modeli  müəyyənləşdirmək, 
kalibrasiya etmək və hesablamasına imkan verir. 
 
DSÜT  modelinin  inkişafı  mərkəzi  banklar  ücün  çox  müsbət  haldır.  Çünki  bu  modellər 
nəinki  məntiqi  müntəzəmlik  daşıyır,  həm  də  kəmiyyət  etibarilə  münasibdir.  Buna  baxmayaraq, 


152 
 
DSÜT  modellərinin  geniş  yayılması  həm  də  bəzi  problemlər  yaradır.  Belə  ki,  DSÜT  modeli 
mərkəzi  bank  mühitində  hələ  də  çox  faydalı  olan  ənənəvi  minimalist  modelləşdirməni  istisna 
edir. 
 
Həmçinin  hazirda  tam  dolğun  DSÜT  modelinin  inkişafı  həddən  artıq  sərmayə  və  vaxtın 
sərf  edilməsi  səbəbindən  bəzi  narahatçılıqlar  yaradır.  Siyasət  quruculuğunda  DSÜT  modeli 
ətrafında  yaranan  mübahisələr  və  bu  modelin  mərkəzi  banklarda  istifadəsinin  münasibliyi 
məsələləri bir sıra ədəbiyyatlarda öz əksini tapmışdır. 
 
 
 
5.   DSÜT modelləri həqiqətən nəzəriyyəyə uyğundurmu?
 
 
Burada  nəzəriyyəyə  uyğunluq  (strukturluluq)  termini  siyasətin  dəyişməzliyini  və  uzun 
müddət  ərzində  olan  stabilliyini  əks  etdirir.  DSÜT  modelinin  bu  xüsusiyyətinin  VAR  (Vektor 
avtoregressiya)  modeli  üzərində  üstünlük  kimi  qeyd  edilməsi  son  illərdə  aparılan  tədqiqatlarda 
əsas mövzu olmuşdur. 
 
Lakin, Şari  və  başqaları (Chari, 2008)  iddia edirlər ki, tipik struktur şokların  nəzəriyyəyə 
tam  uyğun  olmaması  DSÜT  modelinin  müəyyənləşdirilməsi  və  bu  modelə  fərqli  ehtimalların 
daxil  edilməsindən  yarana  bilər.  Qordon  (Gordon,  2009)  DSÜT  modelinin  tamamilə  ziddiyyət 
təşkil etməsini qeyd etmişdir. 
 
6.   DSÜT modeli aydınlaşdırıla və hesablana bilərmi?
 
 
Kanova  və Sala (Canova and Sala, 2009) öz  əsərlərində tipik DSÜT  modellərinin  zəif  və 
parametrlərinin  standart  vasitələr  ilə  çətin  hesablanması  məsələlərinə  toxunmuşlar.  Bu  mənada 
daha  əhəmiyyətli  və  məzmunlu  nəticələrin  əldə  olunması  ücün  Bayes  yanaşmadan  istifadə  daha 
məqsədəuyğun olardı. 
 
 
 
7.   DSÜT və SVAR modelləri
 
 
Müasir makroiqtisadçılar strukturluluq baxımından öz tədqiqatlarında daha çox  DSÜT və 
SVAR  modellərindən  istifadə  edirlər.  Əksər  elmi  nəşrlərə  nəzər  yetirdikdə  DSÜT  və  SVAR 
modellərinin  praktiki  olaraq  daha  çox  istifadə  edilməsi  qənaətinə  gəlinir.  Lakin,  Rudebuşun 
(Rudebusch, 2005)  fikrincə, praktika bunun əksini sübut edir. Birinci ona görə ki, SVAR modeli 
Lukas  tənqidindən  daha  çox  təsirlənmişdir  və  SVAR  modellərini  hesablamaq  DSÜT 
modellərindən  daha  asandır.  İkinci,  DSÜT  modelinə  nisbətən  SVAR  modelində  verilən 
informasiya  bazası uzunmüddətli davranışlara daha çox uyğundur. Üçüncü,  həcminin kiçikliyinə 
görə SVAR modeli DSÜT modelinə nisbətən daha anlaşılandır. 
 
 
 
8.   Siyasət prosesində DSÜT modellərinin praktiki tətbiqi
 
 
DSÜT  modelinin  tətbiq  olunduğu  bir  çox  mərkəzi  banklarda  o,  əsas   və  qeyri-əsas 
hissələrə  ayrılaraq  qiymətləndirilir.  Bu  isə  məntiqi  ardıcıllıq  təşkil  edən  modelin  verilən 
informasiya  bazasına  uyğun  olmaması  problemindən  irəli  gəlir.  Bu  səbəbdən  modelin  verilən 
informasiya  bazasına uyğunluğunu  yoxlamamışdan əvvəl onun əsas hissəsi qiymətləndirilib başa 
çatdırılmalıdır. 


153 
 
Son  qlobal  böhrandan  sonra  isə  mərkəzi  banklar  qarşısında  əsas  çağırış  ondan  ibarətdir 
ki,  DSÜT  modelləri  mümkün  qədər  maliyyə  sektorunu  da  əhatə  etməlidir.  Bu  modelin  böhran 
risklərini  ölçmə  gücünü  artırmalıdır.  Bunu  etmək  üçün  tədqiqatçılar  qarşısında  ciddi  intellektual 
vəzifələr dayanır. 
 
 
 
9.   Nəticə
 
 
Aparılan  tədqiqatlara  görə  siyasət  qurucuları  daha  çox  funksiyalıdır,  tədqiqatçılar  isə 
məhdud sahədə ixtisaslaşırlar. Buna baxmayaraq, tədqiqatçıların və siyasət qurucularının birlikdə 
işini daha məhsuldar təşkil etmək olar. Bu baxımdan: 
 
1.   Ekonometrik   modellər   lazımi   mühakimələrlə   tamamlanmalı   və   siyasət   qurucuları 
tərəfindən kifayət qədər anlaşıqlı olmalıdır; 
 
2.   Bütün riyazi modellər müstəqil tədqiqatçılar tərəfindən nəzərdən keçirilməlidir; 
 
3.   Siyasət  qurucuları  geniş  məlumata  malik  olmalı,  müxtəlif  yanaşmalarda  maraqlı  olmalı, 
yalnız DSÜT  modelinə deyil, həmçinin  iqtisadi tədqiqatın digər  yanaşmalarına da  istinad 
etməlidirlər; 
 
4.   Tədqiqatçı   və   siyasət   qurucuları   bir-biriləri   ilə   müzakirələr   aparmalı   və   qarşılıqlı 
anlaşmanı  təmin  etməlidirlər.  Siyasət  qurucuları  tədqiqatçılara  modellərin  faydalı  olub- 
olmamasını  deyil,  bu  modellərin  niyə  və  hansı  əsasda  faydalı  olmağı  barədə  məlumat 
verməlidirlər. 
 
 
 
Ə
dəbiyyat
 
 
1.   Adolfson, M. A. (2007). Modern Forecasting Methods in Action: Improving 
Macroeconomic Analyses at Central Banks. International Journal of Central Banking 
vol. 3(4), pp. 111-144, December. 
 
2.   Adolfson, M. A. (2007). Modern Forecasting Methods in Action: Improving 
Macroeconomic Analyses at Central Banks. International Journal of Central Banking 
vol. 3(4), pp. 111-144, December. 
 
3.   Alvarez-Lois, P. H. (2008). On the Application and Use of DSGE Models. Journal of 
Economic Dynamics and Control, Elsevier , vol. 32(8), pp. 2428-2452. 
 
4.   Barnett, W. A. (2006). "Is Macroeconomics a Science?". MPRA Paper No. 415, 
 
5.   Benson, B. L. (2009). “Economic dissociative identity disorder: the math gamer, the anti- 
policy econometrician and the narrative political economist”. Econ Journal Watch, 6, 3. 
 
6.   Berg, A. a. (1999). "Are Currency Crises Predictable? A Test,". IMF Staff Papers, , vol. 
46(2), p. 107-138. 
 
7.   Blanchard, O. (2008). "The State of Macro",. NBER Working Paper No. 14259. 
 
8.   Blanchart, O., Dell'Ariccia, G., & Mauro, P. (2010). Rethinking macroeconomic policy. 
IMF staff pozition note. 


154 
 
9.   Blinder, A. (1997). "What Central Bankers Could Learn from Academics -- And Vice 
Versa",. Journal of Economic Perspectives, , vol. 11(2), pp. 3-19. 
 
10. Blinder, A. (1998). Central Banking in Theory and Practice,. MIT Press. 
 
11. Blinder, A. (2006). Monetary policy today: sixteen question and about twelve answers. 
 
12. Buiter, W. (March 3, 2009,). "The unfortunate uselessness of most  state of the art  
academic monetary economics",. http://blogs.ft.com/maverecon/2009/03/the-unfortunate- 
uselessness-ofmost 
 
13. Bussière, M. a. (2006). "Towards a New Early Warning System of Financial Crises",. 
Journal of International Money and Finance, Elsevier, , vol. 25(6), pp. 953-973. 
 
14. Camerer, C. F. (2003). "Advances in Behavioral Economics",. Princeton University 
Press 
 
15. Canova, F. (2002). "Validating Monetary DSGE Models through VARs",. CEPR 
Discussion Papers 3442 
 
16. Canova, F. a. (2009). "Back to Square One: Identification Issues in DSGE Models",. 
Journal of Monetary Economics, , 56, 4, pp. 431-449. 
 
17. Chari, V. V. (2006). "Modern Macroeconomics in Practice: How Theory is Shaping 
Policy", . Journal of Economic Perspectives, vol. 20(4), Fall 2006, , pp 3-28. 
 
18. Chari, V. V. (January 2009,volume 1,number 1,). "New Keynesian Models: Not Yet 
Useful for Policy Analysis",. American Economic Journal, Macroeconomics, , pp. 242- 
266. 
 
19. Colander, D. (2000). "New Millennium Economics: How Did It Get This Way, and What 
Way is İt?,. Journal of Economic Perspectives, vol. 14(1), Winter, , pp 121-132. 

Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə