Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   46   47   48   49   50   51   52   53   54

146 
 
 
 
Mündəricat
 
 
 
Giriş ............................................................................................................................................147 
 
1.Dinamik Stoxastik Ümumi Tarazlıq yanaşması ..................................................................147 
 
2.Siyasət qurucusunun nəzərə almalı olduğu tədqiqat ..........................................................150 
 
3.İ
qtisadi modellərin siyasət quruculuğunda rolu..................................................................151 
 
3.1.İqtisadi modelin məqsədi ...................................................................................................151 
 
3.2.DSÜT modelləri həqiqətən nəzəriyyəyə uyğundurmu?......................................................152 
 
3.3.DSÜT modeli aydınlaşdırıla və hesablana bilərmi?..........................................................152 
 
3.4.DSÜT və SVAR modelləri ..................................................................................................152 
 
3.5.Siyasət prosesində DSÜT modellərinin praktiki tətbiqi.....................................................152 
 
4.Nəticə........................................................................................................................................153 
 
Ə
dəbiyyat....................................................................................................................................154 


147 
 
Giriş
 
 
 
 
Son   dövrlər   monetar   siyasətin   formalaşdırılması   və   implementasiyası   istiqamətində 
nəzəri  və  empirik  modellərdən  istifadə  akademik  dairələrdə  və  siyasət  qurucuları  arasında  geniş 
müzakirə  obyektinə  çevrilmişdir.  Mövcud  modellər  əsasında  formalaşan  yeni  baxışlar  müxtəlif 
dövrlərdə  siyasət  müzakirələrinin  və  adekvat  monetar  siyasətinin  dizaynına  təkan  vermişdir. 
Xüsusilə  son  qlobal  iqtisadi  bohrandan  sonra  riyazi  modellərin  riskləri  əvvəlcədən  aşkar  etmək 
qabiliyyətlərinin  artırılması  dünya  beyin  mərkəzlərində  aktuallaşan  ən  mühüm  məsələlərdən 
biridir. 
 
Müasir  fundamental  tədqiqatlar  əsasən  inflyasiyanın  və  biznes  tsikllərinin  yaratdığı 
itkilərin  öyrənilməsinə  yönəlir.  Burada  əsas  məqsəd  monetar  siyasətin  dizaynına  və 
diaqnostikasına  töhfə  verməkdir.  Son  zamanlar  siyasət  qaydaları  və  sistemli  siyasət  davranışları 
sahəsində   aparılan   araşdırmalar   əslində   Lukas   və   Sarjent   tərəfindən   monetar   iqtisadiyyat 
haqqında  irəli  sürülən  ideyalara  söykənir.  Lukas  və  Sarjent  (Lukas  və  Sarjent,  1978)  öz 
tədqiqatlarında aşağıdakı nəticəyə gəlmişlər: 
 
“....hökumətin kontr-tsiklik siyasəti özəl agentlər tərəfindən yalnız təxmin edilməməlidir... 
həm  də  o,  (siyasət)  iqtisadiyyatın  vəziyyəti  ilə  sistematik  asılılıqda  olmalıdır.  Beləliklə, 
siyasətin  effektivliyi  iqtisadi  agentlərin  monetar  və  fiskal  siyasətdəki  sistem  meyilləri 
fərqləndirə bilməmələri ilə bağlıdır.” 
 
Siyasətin  effektivliyi  “iqtisadi  agentlərin  iqtisadi  meylləri  müəyyən  edə  bilməməsi”  ilə 
əlaqəli olduğundan, optimal siyasətlərin  iqtisadçılar tərəfindən tədqiq edilməsinə  heç  bir  zərurət 
qalmır. Lakin, bunun əksinə olaraq Vudford (Woodford, 2003) yeni baxışları nəzərə alaraq qeyd 
edirdi: 
 
“...mərkəzi bankların fəaliyyət istiqaməti həm də özəl sektor tərəfindən anlaşıldıqda onun 
stabilləşdirmə  hədəfi  effektiv  olur.  Belə  ki,  özəl  sektorda  gözləntilərin  effektiv  idarə 
olunması   qaydalara   əsaslanan   qərar   prosedurları   ilə   dəstəklənir.   Yalnız   bu   halda 
mərkəzi bankın fəaliyyətinin sistematik xarakter daşıması ictimaiyyətə aşılana bilər.” 
 
Vudfordun qaydaları  vurğulamasına  baxmayaraq,  o, həm də  sistemli  siyasət  fəaliyyətinin 
iqtisadi  agentlər  tərəfindən  müəyyənləşdirilməsini  monetar  siyasətin  effektivliyinə  töhfə  verən 
əsas  amil  olduğunu  vurğulayır.  Deməli,  siyasətin  effektiv  olması  üçün  o,  yalnız  Lukas  və 
Sarjentin iddia etdiyi kimi, qabaqcadan müəyyənləşdirilə  bilən deyil, həm də sistematik, anlaşıla 
bilən və şəffaf olmalıdır. 
 
Belə  yeni  yanaşma  sistematik  siyasətin  öyrənilməsinə  təkan  verməklə  yanaşı  həm  də 
akademik  dairələrin  və  mərkəzi  bankların  tədqiqat  baxışlarını  uzlaşdırır.  Bu  səbəbdən  monetar 
nəzəriyyənin  monetar  siyasət  üçün  əhəmiyyəti  yenidən  artmışdır.  Monetar  nəzəriyyənin  Lukas 
və  Sarjent  tərəfindən  irəli  sürülən  səviyyədən  Vudfordun  müdafiə  etdiyi  mövqeyə  qədər 
evolyusiyası  son  15  ildə  nəzəriyyənin  praktika  üzərində  əvvəlkindən  daha  çox  təsirə  malik 
olmasını göstərir. 
 
1.   Dinamik stoxastik ümumi tarazlıq yanaşması
 
 
90-cı  illərdə  monetar  tədqiqatlarda  sadə,  xətti  rasional  gözləntilər  modelindən  geniş 
istifadə edilirdi. Modelin əsas komponentləri kimi Lukasın məcmu buraxılış kəsirini  inflyasiyaya 
bağlayan  təklif  funksiyası  təşkil  edirdi.  Bu  zaman  pul  kütləsinin  tələb  ilə  əlaqəsi  siyasət  aləti 
kimi IS-LM modeli daxilində verilirdi. 


148 
 
Ekzogen  stoxastik  şoklar  həm  təklif,  həm  də  tələb  funksiyasına  daxil  edilirdi.  Bu 
modellərin  empirik  uyğunluğu  hamı  tərəfindən  qəbul  edilmişdi  və  onlar  mərkəzi  banklarda 
siyasət  qərarları  üçün  istifadə  edilən  modellərdən  fərqli  idi.  Siyasət  qurucuları  bu  modellərə 
yararsız, elmi dairələr isə mərkəzi bankların istifadə etdikləri modelləri “Lukas tənqidi”ndən asılı 
modellər kimi təsvir edirdilər. 
 
Müasir   fundamental   tədqiqatlar   isə   Dinamik   Stoxastik   Ümumi   Tarazlıq   (DSÜT) 
modelinə  əsaslanır.  Burada  optimallaşdırma  aparan  agentlərin  qarşılıqlı  əlaqəsi  nominal 
friksionlarla  xarakterizə  olunan  mühitdə  baş  verir.  Nəticədə  siyasətlə  bağlı  tədqiqatların  sayının 
sürətlə  artmasında  həm  akademik  iqtisadçıların,  həm  də  mərkəzi  bank  tədqiqatçılarının  fəal 
iştirakı mühüm rol oynadı. 
 
Klarida,  Qali  və  Qertlerə  görə  (1999)  DSÜT  modelinin  geniş  yayılmasına  təsir  edən 
amillərdən biri nominal friksionlar, digəri isə iqtisadi fluktuasiyaların mənbəyi olan yeni monetar 
amillərdir.  Biz  burada  üçüncü  amil  kimi  siyasət  aləti  qismində  pul  kütləsi  əvəzinə  faiz 
dərəcəsindən  istifadə  olunmasını  da  qeyd  edərdik.  Nəticədə  monetar  nəzəriyyəni  siyasət 
qurucularının baxışlarına daha da uyğunlaşdırmış oluruq. 
 
Yeni  nəsil  DSÜT  modelləri  siyasətin  formalaşmasına  müxtəlif  istiqamətlərdə  dəstək 
vermişdir.  Birinci,  onlar  monetar  siyasətin  transmissiyası  ilə  bağlı  yeni  ideyalara  aydınlıq 
gətirmişdir.  İkinci,  iqtisadçıları  iqtisadi  şokların  mənbələri  haqqında  daha  ehtiyatla  düşünməyə 
təşviq  etmişdir.  Əslində  biz  siyasət  təhlilləri  üçün  tələb  və  təklif  şoklarının  təbiətini  anlamalı, 
onların  səmərəsiz  fluktuasiyalara  səbəb  olub-olmaması  kimi  məsələləri  aydınlaşdırmalıyıq. 
Üçüncü,  bu  modellər  məcmu  buraxılış  kəsirinin  kəmiyyətcə  ölçülməsinə  imkan  vermişdir. 
Dördüncü,  DSÜT  modelləri  rifah  əsaslı  siyasətlər  üçün  zəmin  yaradır.  Nəticədə  inflyasiya  və 
stabilləşmə  siyasəti  zamanı  müvafiq  hədəflərə  dair  yeni  baxışların  formalaşmasına  köməklik 
göstərir. 
 
Hazırda  mərkəzi  banklar  tərəfindən  geniş  istifadə  olunan  DSÜT  modelləri  özəl  sektora 
təsir edən  iqtisadi  mühiti  tam  xarakterizə edir.  İqtisadiyyatda struktur dəyişiklikləri  baş  verdikdə 
isə,  modellər  kalibrasiya  edilməklə  siyasət  qiymətləndirmələri  sahəsindəki  çətinlikləri  aradan 
qaldırır.  Lakin,  bu  modellər artıq elə  bir  mərhələyə çatmışdır ki, statistik zaman sıraları əsasında 
da  onları  qiymətləndirmək  mümkündür.  Bu  zaman  qiymətləndirilən  rüblük  biznes  tsiklləri 
monetar  siyasətdə  qərarvermə  prosesi  üçün  vacib  olan  qısamüddətli  proyeksiyaların  yaradılması 
baxımından mühüm əhəmiyyət kəsb edir. 
 
Eyni   zamanda   gözləntilərin   monetar   transmissiya   prosesinə   təsir   imkanları,   siyasət 
dizaynı  və  mərkəzi  bankların  kommunikasiyasına  dair  aparılan  tədqiqatlar  bu  sahədə  yeni 
baxışların formalaşmasına səbəb olmuşdur. 
 
50-ci    illərdən    başlayaraq,    Fridman,    Modilyani    və    Brumbergin    tədqiqatlarında 
gözləntilərin  əhəmiyyəti  xüsusi  vurğulanmışdır.  Bu  modellərdə  gözləntilərin  qiymət  və  əmək 
haqqlarının  tənzimlənməsində  mühüm  rol  oynaması  əsas  yeniliklərdəndir.  Belə  ki,  mərkəzi 
bankın  davranışı  əsasında  formalaşan  gözləntilər  monetar  siyasətin  real  effektlərinin  müəyyən 
olunmasında  əhəmiyyətli  rola  malikdir.  Həmçinin  siyasətin  yalnız  sistematik  hissəsi  gələcəklə 
bağlı  gözləntilərə  təsir  edə  bildiyindən,  bu  fikirlər  əslində  mərkəzi  bankın  monetar  siyasət 
haqqında düşüncələrini ifadə etmiş olur. 
 
Mervin  Kinqin  (2005)  qeyd  etdiyi  kimi,  “İnflyasiya  gözləntiləri  ev  təsərrüfatlarının  və 
firmaların davranışları üçün əsasdır və mərkəzi bankın qərarlarının gözləntilərə necə təsir etməsi 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə