Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   46   47   48   49   50   51   52   53   54

137 
 
Sxemdə məzənnənin üç kanal vasitəsi ilə real sektora təsiri əks olunmuşdur: 
 
a)   əmtəə idxalı-ixracı 
b)   xidmətlərin idxalı-ixracı 
c)   maliyyə sabitliyi 
 
Əmtəə  idxalı  transmisiya  kanalına  görə  məzənnənin  dəyişməsi  həm  hazır  məhsullar 
(daxili bazarda sıxışdırma effekti), həm də aralıq  istehlak malları (istehsal  xərcləri effekti) idxalı 
ilə  ticari  sektora  təsir  göstərir.  İxrac  kanalı  vasitəsi  ilə  məzənnənin  dəyişməsi  isə  xarici  bazarda 
sıxışdırma effekti ilə real sektora ötürülür. 
Sxemdən göründüyü kimi,  xidmətlərin  idxal-ixracı  və  maliyyə  sabitliyi kanalları tədqiqat 
işində  araşdırılmamışdır.  Bunun  əsas  səbəblərindən  biri  tədqiqatın əhatə  dairəsinin  həddən artıq 
genişlənməsi  ilə  bağlıdır.  Eyni  zamanda  tədqiqat  işində  transmisiya  obyekti  kimi  yalnız  ticari 
sektor seçilmişdir. 
 
1.2 Təsnifatın metodologiyası
 
 
Tədqiqat işinin ilkin məqsədi real  sektorun funksional təsnifat metodologiyasının müəyyən 
edilməsindən ibarət olmuşdur. Bu məqsədlə sahə təsnifatına istinad edilmişdir. 
 
Sahə təsnifatı dedikdə, Dövlət Statistika Komitəsi (DSK) tərəfindən müntəzəm dərc edilən 
PRODCOM  təsnifat  sisteminin  2  rəqəmli  kodlaşdırması  nəzərdə  tutulur.  2  rəqəmli  kodlar 
(məsələn,  ərzaq  sənayesi)  isə  öz  növbəsində  6  rəqəmli  kodların  (məsələn,  ət  məhsulları,  bitki 
yağlarının  istehsalı  və  s.)  cəmindən  ibarətdir.  Bu  təsnifat  əsasında  istehsalın  həcmi,  qiymət 
dinamikası,  məşğulluğun  strukturu  və  s.  kimi  statistik  göstəricilər  DSK  tərəfindən  aylıq  əsasda 
dərc etdirilir. 
Funksional   təsnifat   –   sahə   təsnifatı   əsasında   bir   neçə   funksional   meyarı   özündə 
birləşdirən  sektorları  müəyyən  etmək  üçün  aparılmış  təsnifatdır  (məs:  yerli  məhsula  əsaslanan 
ixracyönümlü  sektor,  gətirilmə  xammala  əsaslanan  idxalla  rəqabət  aparan  sektor  və  s.).Tədqiqat 
işinin obyekti olaraq “real sektorun sahələri” kimi məhz bu təsnifat əsas götürülmüş və aşağıdakı 
meyarlar əsasında sahə təsnifatı qruplarının ümumiləşdirilməsinə əsaslanmışdır. 
 
 
Sxem 5. İqtisadiyyatın sektorlarının funksional təsnifat matrisi və məzənnənin təsiri
 
 
 
 
İ
XRAC OLUNUR 
 
İ
XRAC OLUNMUR 
 
YERLİ İSTEHSALI OLAN MALLAR 
 
İ
DXAL OLUNMUR 
 
ixrac sektoru (təsir var) 
 
yerli istehsal sektoru (təsir yoxdur) 
 
 
 
İ
DXAL 
OLUNUR 
 
son istehlak 
ixracyönümlü/idxalla rəqabət 
aparan sektor (təsir var) 
 
idxalla rəqabət aparan sektor (təsir var) 
 
aralıq 
istehlak 
 
gətirilmə məhsula əsaslanan ixrac 
yönümlü sektor (zəif təsir) 
 
gətirilmə məhsula əsaslanan və yerli 
bazara istiqamətlənən istehsal sektoru 
(zəif təsir) 
 
YERLİ ISTEHSALI OLMAYAN MALLAR 
İ
DXAL OLUNMUR 


 
İ
DXAL OLUNUR 
 
təkrar ixrac sektoru (təsir yoxdur) 
 
idxal sektoru (rəqabət qabiliyyəti 
prizmasından təsir yoxdur) 


138 
 
Göründüyü  kimi,  qeyd  edilmiş  metodologiya  əsasında  8  funksional  təsnifat  sektoru 
müəyyən olunmuşdur ki,  onlardan  yalnız 6-nın  məzənnədən  təsirlənməsi  mümkün  hesab olunur. 
Bu zaman 2 amil diqqət mərkəzində saxlanmışdır: 
 
     
mövcud sektorun  idxal  və ixracının  həcmi.        Başqa    sözlə,    sektorun    xarici    açıqlıq 
dərəcəsi  nə  qədər  yüksək  olarsa,  məzənnənin  bu  sektorda  rəqabət  qabiliyyəti  ilə  tərs 
mütənasib əlaqəsi bir o qədər güclü olar. 
     
mövcud sektorun aralıq və kapital yönümlü məhsul idxalının həcmi.  Kapital  yönümlü  və 
aralıq  məhsul  təyinatlı  idxalın  çox  olması  məzənnənin  möhkəmlənməsinin  neqativ 
effektlərini yumşaldır. 
Təsnifləşdirmə  meyarlarının  müəyyən  olunması  zamanı  ABŞ-ın  Milli  iqtisadi  tədqiqatlar 
bürosu  tərəfindən  irəli  sürülmüş  (Bradford  &  Branson,  1987,  s.  316)  və  2010-cu  ildə  həmçinin 
Rusiya timsalında qiymətləndirilmiş (С.Смирнов, 2010) metodologiyaya istinad edilmişdir: 
a.   İstehlakda yerli malların payı 3 səviyyədə müəyyən olunmuşdur: 
>90% - yerli istehsal sektoru  (idxalı olmayan) 
90%>>10% - idxalla rəqabət aparan sektor 
<10% - idxal sektoru 
b.   Yerli istehsalın ixrac olunan hissəsi 3 səviyyədə müəyyən olunmuşdur: 
>90% - ixrac sektoru 
90>>10% - ixracyönümlü sektor 
<10% - yerli istehsal sektoru (ixracı olmayan) 
c.   Sektorun   aralıq   idxalı   2   səviyyədə   müəyyən   olunmuşdur.   İdxal   olunmuş   aralıq 
istehlakın (aralıq və kapital yönümlü məhsullar) cəmi aralıq istehlakda xüsusi çəkisi: 
>50% - gətirilmə məhsula əsaslanan sektor 
<50% - yerli məhsula əsaslanan sektor 
 
 
 
1.3 Sahəvi REM rəqabət qabiliyyətinin güzgüsü kimi
 
 
Sektorların  rəqabət  qabiliyyətinin  mövcud  vəziyyətini  müəyyən  etmək  məqsədilə  sektorial 
real effektiv məzənnə (REM) hesablanmışdır. 
 
 
 
 
Burada,  NEM  –  nominal  effektiv  məzənnə, 
–  Azərbaycanda  istehsalçı  qiymətləri 
indeksi (sənaye və kənd təsərrüfatı istehsalçılarının qiymət indekslərinin kombinasiyası), 
– tərəfdaş ölkələrdə idxal və ixrac qiymətləri indeksidir. Tərəfdaş ölkələrin idxal qiymətləri ixrac 
çəkili  REM-in  hesablanması  zamanı,  ixrac  qiymətləri  isə  idxal  çəkili  REM-in  hesablanması 
zamanı istifadə edilmişdir. 
Sahəvi  REM  metodoloji  baxımdan  ənənəvi  REM-lə  müqayisədə  aşağıdakı  üstünlüklərə 
malikdir: 
Azərbaycan üçün İQİ əvəzinə İsQİ-dən istifadə olunması: 
• 
məhz  Azərbaycanda  istehsal  olunmuş  malların  qiymət  dəyişməsini  əhatə  edir.  İQİ  isə 
yerli  istehsalı olmayan  idxal  mallarını da özündə  ehtiva edir. Məsələn, tropik  meyvələrin 
daxili  bazarda  bahalaşmasını  heç  bir  halda  Azərbaycan  iqtisadiyyatının  rəqabət 
qabiliyyətinin azalması kimi izah etmək olmaz; 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə