Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   46   47   48   49   50   51   52   53   54

143 
 
5.   Müzakirələr
 
Tədqiqat  işinin  aparılması  zamanı  müəyyən  olunmuş  çərçivədən  kənara  çıxan,  lakin 
gələcəkdə  araşdırılması  məqsədəuyğun  olan  bir  çox  mövzular  aşkarlanmışdır.  Bunlardan  biri 
məzənnənin qeyri-ticari sektora təsirinin qiymətləndirilməsindən ibarətdir. 
Bundan  başqa,  tədqiqat  işi  çərçivəsində  sektorial  bölgü  işinin  statistik  yükünü  nəzərə 
alaraq  PRODCOM  təsnifat  sistemi  2-rəqəmli  kodlaşdırma  əsasında  aparılmışdır.  Bu  bölgünün 
daha  geniş  təsnifatda,  başqa  sözlə  6-10  rəqəmli  kodlaşdırma  əsasında  aparılması  məqsədəuyğun 
olardı. 
Panel  modelləşdirmə  ilə  yanaşı  dinamik  sıralar  əsasında  reqressiya  modellərinin 
qurulması  və  nəticələrin  müqayisə  edilməsi  məqsədəuyğun  olardı.  Bu  məqsədlə  daha 
qısamüddətli zaman tezliyində (aylıq və ya rüblük) statistik sıralardan istifadə zəruridir. 
Funksional  təsnifatla  yanaşı  real  sektoru  kapital  və  əməktutumlu  sektorlar  olmaqla 
təsnifləşdirmək  və  məzənnənin  bu  sektorlara  təsirini  ayrıca  tədqiq  etmək  maraqlı  nəticələr  əldə 
etməyə  imkan  verərdi.  Bu  sektorların  məzənnəyə  müxtəlif  cür  adaptasiyası  haqqında  iqtisadi 
ədəbiyyatda müvafiq nəzəri müddəalar vardır. 
 
 
Ə
dəbiyyat
 
1.   Bagellaa, M., Becchettia, L., & Hassan, I. (2004). The anticipated and concurring effects 
of the EMU: exchange rate volatility, institutions and growth. Discussion paper of the 
Bank of Finland. 
 
2.   Benhima, K. (2008). Exchange Rate Volatility and Productivity Growth: the Role of 
Original Sin . 
 
3.   Boar, C. (2010). Exchange rate volatility and growth in Emerging Europe . 
 
4.   Bradford, C., & Branson, W. (1987). Trade and structural change in Pacific Asia. 
Chicago: National Bureau of Economic Research. 
 
5.   Hausman, J. A. (1978). Specification tests in Econometrics. Econometrica , 1251-1271. 
 
6.   IMF. (2010). Manual for the Export and Import Price Indices. IMF statistic manual . 
 
7.   Miroudot, S., Lanz, R., & Ragoussis, A. (2009). Trade in Intermediate Goods and 
Services. OECD Working Paper . 
 
8.   Varela, G. (2007). Real Exchange Rate Volatility and Output: A Sectoral Analysis 
 
9.   С.Смирнов, Е. Л. (2010). Курсовая политика как фактор изменения структуры 
российской экономики. Вопросы Экономики , 63-81. 


144 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ
qtisadi modellərin pul siyasətində
 
rolu
 
 
 
Xaqani Abdullayev, Salman Hüseynov
 


145 
 
Xülasə 
 
Təcrübə  göstərir  ki,  müasir  iqtisadi  tədqiqatların  ən  mükəmmək  alətlərindən  biri  – 
empirik  riyazi  modellərdir.  Məhz  bu  səbəbdən  təqdim  olunan  araşdırma  mərkəzi  banklarda 
siyasət  qərarlarının  qəbul  edilməsində  modelləşdirmə  praktikasının  rolunun  tədqiqinə  həsr 
edilmişdir.  Pul  siyasətində  rasional  qərarların  qəbul  edilməsində  mürəkkəb  iqtisadi  modellərin 
özünəməxsus  yeri  vardır.  Aydındır  ki,  siyasət  qərarlarının  verilməsi  ilk  növbədə  siyasət 
qurucularının təcrübədən irəli gələn fərdi instuisiyalarına əsaslanır. 
 
Lakin,    riyazi  modellər  iqtisadiyyatda  oturuşmuş  əlaqələri  ifadə  edən  mühüm  analitik 
vasitədir.    Bu  vasitə  xüsusən  proqnozlaşdırma  işlərində  siyasətçilərin  köməkçisi  rolunda  çıxış 
edir.  Təsadüfi  deyil  ki,  hazırda  Beynəxalq  Valyuta  Fondu  tərəfindən  iqtisadi  proqnozlarda 
universal Dinamik Stoxastik Ümumi Tarazlıq modeli aktiv istifadə olunur. 
 
Riyazi  modellərin  keyfiyyəti  hər  bir  iqtisadiyyatın  fərdi  özəlləyinə  uyğun  olaraq  iqtisadi 
asılılıqların  məntiqinin  düzgün  qoyulması  ilə  müəyyən  olunur.  Təbii  ki,  iqtisadi  informasiyanın 
əhatəsi və keyfiyyəti də riyazi modellərin nəticələrinə bilavasitə təsir edir. Mühüm məqamlardan 
biri  də  ondan  ibarətdir  ki,  riyazi  modellər  adaptiv  olmalı,  iqtisadiyyatda  baş  verən  struktur 
dəyişikliklərini daim nəzərə almalıdır. 
 
 
 
Abstract 
 
The  recent  experiences  demonstrate  that  the  quantitative  economic  modelling  is 
considered  to  be  the  most  advanced  tool  in  the  realm  of  the  modern  economic  research. 
Therefore,  the  present  research  is  devoted  to  the  study  of  modeling  practices  in  the  monetary 
policy formulation conducted by central banks. The sophisticated economic modeling framework 
substantially  contributes  to  the  rationality  of  monetary  policy  formulation  practices.  It  is 
inevitable  that  individual  intuitions  of  policymakers  based  on  rich  experience  form  the  initial 
basis to the formulation of monetary policies. 
 
But  the  quantitative  models,  are  meant  to  be  important  analytical  tools  in  the  study  of 
existing economic linkages, which assist the policy-makers in doing better economic forecasting. 
Currently,  International  Monetary  Fund  actively  uses  Dynamic  Stochastic  General  Equilibrium 
Model to conduct economic forecasting. 
 
The  quality of  mathematical  models  is  determined  by their  adequacy to  meet  coherently 
individual  characteristics  of  existing  economic  linkages.  However,  the  coverage  and  quality  of 
economic statistics and information directly affect the results of the quantitative models. Another 
important factor is that mathematical  models are to be adaptive  in  terms  incorporating structural 
changes in economy. 
 
 
 
Açar sözlər: mərkəzi bankçılıqda tədqiqat bazası, tədqiqat və inkişaf 
 
Key words: research capacity at central banking, research & development 
 
 
Müəlliflərin e-mail ünvanları: 
khagani_abdullayev@cbar.az

salman_huseynov@cbar.az
 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə