Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   46   47   48   49   50   51   52   53   54

141 
 
məhsula  və  gətirilmə  məhsula  əsaslanan  sektorlar  adı  altında  təsnifləşdirilmişdir.  Miroudot, 
Lanz,  &  Ragoussis,  (2009)-un  müəyyən  etdiyi  metodologiya  əsasında  sektorların 
ixracyönümlüyünü  müəyyən  etmək  məqsədi  ilə  təsnifləşdirilmə  aparılmışdır.  Nəticədə      - 
ixracyönümlü/idxalla  rəqabət  aparan  sektor  və  idxalla  rəqabət  aparan  sektor  adı  altında 
funksional təsnifləşdirilmə müəyyənləşdirilmişdir (Cədvəl 1). 
Bundan  əlavə,  sektorial  təsnifatın  aparılması  daxili  istehlakın  idxal  komponentlərinin 
hesablanmasına da imkan vermişdir. 
 
(2) 
 
Lakin, ənənəvi praktikaya əsasən yerli istehlakda idxalın payı aşağıdakı kimi hesablanır: 
 
 
(3) 
 
 
Başqa sözlə, yerli istehlakı ifadə edən göstərici kimi PƏD götürülür. Lakin, burada kəsrin 
surəti istehsalçı qiymətlərinə, məxrəci isə istehlakçı qiymətlərinə əsaslandığından xəta baş verir: 
 
 
(4)
 
Təklif  edilən   yanaşmanın  metodoloji  üstünlüyü  ondan  ibarətdir  ki,   yerli  istehlak  da 
istehsalçı  qiymətlərinə  əsaslanır.  Hesablama  nəticəsində  müəyyən  olunmuşdur  ki,  istehlakda 
idxal mallarının payı baxılan dövrdə azalmışdır
33

 
 
2.2. Sahəvi REM-in hesablanması
 
 
Baxılan  dövr  ərzində  (2004-2009-cu  illər)  REM  bahalaşsa  da,  xarici  bazarlarda 
Azərbaycanın  qeyri-neft  ixracının  payı  əksinə,  artmışdır.  Bu  fakt  rəqabət  qabiliyyətinin 
ölçülməsinə yeni metodoloji prizmadan yanaşılmasını zəruri etmişdir. 
Tədqiqat  işi  çərçivəsində  alternativ  üsulla  hesablanan  sahəvi  REM  bu  məqamı  qismən 
aydınlaşdırmağa  imkan  vermişdir.  Hesablamalar  rəqabət  qabiliyyətinin  nisbi  sabit  qaldığını 
göstərmişdir.  Belə  ki,  baxılan  dövr  ərzində  ənənəvi  REM-lə  müqayisədə  ixracyönümlü  sektor 
üzrə hesablanmış  REM  26  faiz  bəndi,  idxalla rəqabət  aparan  sektor  üzrə  REM  isə 21  faiz  bəndi 
aşağı olmuşdur
34

 
İdxalla  rəqabət  aparan  sektorun  rəqabət  qabiliyyəti  qlobal  böhrana  qədərki  dövrdə  daha 
stabil  dinamikaya  malik  olmuşdur.  Bunun  başlıca  səbəbi  dünya  ərzaq  məhsulları  bazarlarında 
davamlı   bahalaşma   meyli   olmuşdur.   Bu   bahalaşma   revalvasiyanı   kompensasiya   etmiş   və 
nəticədə rəqabət qabiliyyəti sabit qalmışdır. 
Sahəvi  REM-in  trendinin  formalaşmasında  daxili  və  xarici  bazarlarda  qiymət  nisbəti 
əhəmiyyətli  rol  oynasa  da,  dispersiyanın  dekompozisiyası  göstərmişdir  ki,  sahəvi  REM-in 
dinamikasında  volatilliyin  başlıca  mənbəyi  nominal  effektiv  məzənnədir.  Digər  bir  mühüm 
məqam  ondan  ibarətdir  ki,  REM-in  yaratdığı  volatillik  effekti  ənənəvi  REM-lə  müqayisədə 
sahəvi REM-də daha böyükdür. 
İqtisadi  ədəbiyyatda  rəqabət  qabiliyyətinin  volatilliyinin  məcmu  buraxılışa  mənfi  təsiri 
haqqında birmənalı mövqe vardır (Bagellaa, Becchettia, & Hassan, 2004), (Boar, 2010), (Varela, 
 
 
33
Bu xüsusi çəkilər inflyasiyanın xarici amillərinin hesablanması zamanı mühüm əhəmiyyət kəsb edir. 
34
Tədqiqat  işi  çərçivəsində  yalnız ixracyönümlü  və idxalla rəqabət  aparan sektorlar  üzrə ayrılıqda sahəvi REM hesablanmışdır. 
Məzənnənin təsirinin az olduğunu nəzərə alaraq digər sektorlar üzrə REM göstərilməmişdir. 


142 
 
2007),  (Benhima,  2008).  Bu  hal  ticari  istehsalın  REM-in  volatilliyindən  daha  çox  təsirləndiyini 
göstərir. 
 
 
2.3 Emprik qiymətləndirmələr
 
Qiymətləndirmə  zamanı  panel  statistik  bazadan  istifadə  olunmuşdur.  Baza  2002-2009  cu 
illərdə 15 əsas ticarət tərəfdaşı üzrə idxal-ixrac, iqtisadi artım, məzənnə və s. məlumatları özündə 
cəmləşdirmişdir.  Asılı  dəyişən  kimi  modelə  ayrı-ayrı  tərəfdaş  ölkələri  ilə  idxal  və  ixracın  həcmi 
götürülmüşdür.  Hər  bir  dəyişən  həmin  sektor  üzrə  mövcud  qiymət  indeksi  vasitəsi  ilə  real 
ifadəyə gətirilmişdir. 
Qiymətləndirmə
35 
zamanı  müəyyən  olunmuşdur  ki,  idxalla  rəqabət  aparan  sektorda 
revalvasiya ilə idxalın artması arasında birbaşa əlaqə kifayət səviyyədədir (cədvəl 2). 
 
 
Cədvəl 7. Modelin nəticələri
 
 
dəyişənlər 
ə
msal- 
lar 
sərbəst dəyişən: idxalla rəqabət aparan sektor 
t-statistika 
95% 
etibarlıq intervalı 
 
sabit 
-10.67*** 
-2.73 
[-18.5  -2.8] 
real effektiv məzənnə 
1.55* 
1.88 
[-0.1 
3.2] 
qonşuluq 
2.93*** 
2.54 
[0.6 
5.2] 
R

0.26 
.99 
 
** *p<0.01, **p<0.05, *p<0.10 
 
İxracyönümlü    sektorda    isə    məzənnənin    təsiri    cüzi    olmuşdur.    Bunun    mümkün 
səbəblərindən  biri  bu  sektorun  getdikcə  daha  çox  gətirilmə  xammala  əsaslanmasıdır.  Başqa 
sözlə, bu sektor məzənnənin bahalaşdırıcı təsirlərini xarici xammala yönəlməklə aradan qaldırır. 
 
 
3. Nəticə
 
Məzənnənin  təsirinin  effektivliyinin  düzgün  qiymətləndirilməsi  üçün  real  sektorun 
funksional  təsnifatı  metodologiyasının  tətbiqi  daha  məqsədəuyğundur.  Bu  təsnifat  əsasında 
müəyyən olunmuşdur ki, yerli istehsalın məzənnəyə həssaslığı kifayət səviyyədədir. 
Son  illərdə  məzənnənin  dəyişim  dinamikası   aralıq  idxalın  (aralıq  və  kapital  təyinatlı 
mallar)  ucuzlaşmasına  şərait  yaradaraq  ixracyönümlü  sektorun  rəqabət  qabiliyyətinin 
qorunmasına təsir etmişdir. 
Ənənəvi  REM  ticari  sektorda  cari  rəqabət  qabiliyyətinin  dəyişməsi   haqqında  dolğun 
təəssürat  yaratmır.  Alternativ  metodologiya  ticari  REM-in  əhəmiyyətli  dərəcədə  aşağı  templə 
dəyişməsini göstərir. 
 
 
 
 
 
 
 
35 
Hausman (1978) testi vasitəsilə panel qiymətləndimə zamanı təsadüfi effektlərin nəzərə alınması münasib olduğu 
müəyyən olunmuşdur. 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə