Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

72 
 
 
Giriş
 
 
 
Təbii   resursla  zəngin   ölkələrdə   fiskal   çərçivə   təbii   sərvətlərdən   əldə   olunan  gəlirin 
volatilliyi  və  digər  amillər  nəzərə  alınmaqla  formalaşdırılır.  Bu  ölkələrdə  uzunmüddətli  fiskal 
dayanıqlığı  təmin  etmək  məqsədilə  müxtəlif  fiskal  qaydalar  istifadə  oluna  bilər  (bəzilərində 
istifadə  olunur).  Bu  qaydalar  təbii  sərvətdən  əldə  olunan  gəlirləri  mövcud  nəsillər  üçün  hansı 
həcmdə  xərcləmək  və  eyni  zamanda  gələcək  nəsillər  üçün  yığım  şəklində  saxlamaq  sualına 
cavab tapır. 
Tədqiqat işinin birinci hissəsində fiskal çərçivəyə nəzəri baxışlar nəzərdən keçirilir. İkinci 
hissədə  fiskal dayanıqlıq  məsələlərinə toxunulur  və  yanaşmaların  müqayisəsi  verilir. Daha  sonra 
fiskal  lövbərlərin  seçilməsi  meyarları  və  ölkə  təcrübələri  qiymətləndirilir.  Sonuncu  bölmədə  isə 
tədqiqatın nəticələri təqdim olunur. 
 
 
1.   Fiskal çərçivəyə nəzəri baxış
 
 
Təbii resursla zəngin ölkələrdə fiskal siyasət çərçivəsinin strukturu təbii sərvətlərdən əldə 
olunan  gəlirin 
volatilliyi,  qeyri-müəyyənliyi  və  tükənən  olması 
nəzərə  alınmaqla 
formalaşdırılmalıdır.  Qısa-müddətli  dövrdə  makroiqtisadi  və  fiskal  sabitliyin  təmin  edilməsi, 
uzunmüddətli  dövrdə  fiskal  dayanıqlığın  əldə  olunması,  həmçinin  gələcək  nəsli  nəzərə  alan  və 
inkişafı  dəstəkləyən  yığım  siyasətinin  həyata  keçirilməsi  vacib  hesab  olunur.  Optimal  fiskal 
çərçivələr bir qayda olaraq aşağıdakı meyarları özündə ehtiva edə bilər: 
 
Makro-fiskal sabitlik; 
Fiskal dayanıqlıq; 
İqtisadi inkişafı dəstəkləyən xərc siyasəti; 
Qabaqlayıcı rejimdə fəaliyyət göstərən yığım siyasəti. 
Qeyd olunan istiqamətlərin seçilməsi ölkə spesifikasına uyğun olmalıdır. Belə ki, ölkənin 
təbii  sərvətlərdən  əldə  olunan  gəlirdən  asılılıq  dərəcəsi  və  həmçinin  təbii  sərvətlərin  tükənmə 
müdəti
6   
makro-fiskal  siyasəti  müəyyən  edən  əsas  göstəricilərdir.  Qeyd  olunan  göstəricilərlə 
yanaşı  ölkələrin  malik  olduğu  kapitalın  həcmi,  inkişaf  səviyyəsi  və  institusional  imkanlar  da 
fiskal siyasət çərçivəsinə təsir edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

(Guide on resource revenue transparency, 2007) 


73 
 
Sxem 1. Fiskal çərçivənin müəyyənləşdirilməsi prioritetləri
7
 
 
Təbii ehtiyatlar üzrə gəlirin ümumi gəlirdə payı yüksəkdir? 
 
Bəli 
 
Təbii ehtiyatlar üzrə gəlir daimi (uzunmüddətli), yoxsa müvəqqəti (tükənən)? 
 
 
Daimi resurslar 
Müvəqqəti resurslar 
 
İqtisadiyyatda kapital çatışmazlığı varmı? 
İqtisadiyyatda kapital çatışmazlığı varmı? 
 
Bəli 
 
Xeyr 
 
Bəli 
 
Xeyr 
 
 
Seçilən istiqamətlər: 
 
Makro sabitlik 
İnkişaf (development) 
Ölkələr: 
 
İraq, Nigeriya, Anqola 
Seçilən istiqamətlər: 
 
Makro sabitlik 
Ölkələr 
 
Səudiyyə Ərəbistanı, 
Küveyt 
Seçilən istiqamətlər: 
 
Makro sabitlik 
Gələcək nəsil 
İnkişaf (development) 
Ölkələr: Qana, Uqanda 
Seçilən istiqamətlər: 
 
Makro sabitlik 
Gələcək nəsil 
Ölkələr: 
 
Norveç, Niderland 
 
 
 
Fiskal çərçivənin dizaynı fiskal siyasətin uzunmüddətli dövrdə dayanıqlığının təmin olunması ilə 
müəyyən olunur. 
 
 
2.Fiskal dayanıqlıq
 
 
Təbii  sərvətlərdən  əldə  olunan  gəlirin  tükənən  olması  uzunmüddətli  fiskal  dayanıqlığın 
təmin  olunması  zamanı  xüsusi  yanaşmanın  tətbiqini  zəruri  edir.  Standart  Daimi  Gəlir  (DG) 
yanaşmasına  görə  illik  xərclərin  həcmi  ölkənin  malik  olduğu  sərvətin  həcmini  uzunmüddətli 
dövrdə  ötə  bilməz.  Belə  bir  vəziyyətdə  qeyri-resurs  fiskal  balansın  dayanıqlığının  uzunmüddətli 
dövrdə təmin olunması üçün DG yanaşması bençmark rolunu oynayır. 
 
Təbii  sərvətlə  zəngin  ölkələr əldə etdikləri  maliyyə ehtiyatlarının  xərclənməsi  zamanı  əsas 
iki istiqaməti hədəf götürə bilərlər: 
i.   uzunmüddətli dayanıqlı inkişaf; 
ii.   təbii sərvətlərin qiymətlərinin volatilliyi dövrlərində fiskal balansın təmin olunması. 
 
Qeyd   olunan   hədəflərə   nail   olmaq   məqsədilə   Beynəlxalq   Valyuta   Fondu   müxtəlif 
yanaşmalar  və  fiskal  çərçivələr  təklif  edir.  Lakin,  son  araşdırmalar  göstərir  ki,  ölkələrin  özünə 
 
 
 
 
 
 
 
 
 
 
 

(Baunsgaard, Villafuerte, Poplawski-Ribeiro, & Richmond, 2012) 


74 
 
məxsus  xüsusiyyətləri
8  
nəzərə  alındıqda  təklif  olunan  ənənəvi  yanaşmaların  (DG  və  cari  faiz 
qaydası
9
) tətbiqi hər zaman adekvat olmaya da bilər. 
 
 
Sxem 2. Neft gəlirlərindən istifadə mexanizmi
10
 
 
Neft gəlirlərindən necə istifadə etməli? 
 
 
 
İnkişaf Məqsədləri 
(sabitlik və inkişaf) 
 
 
 
 İqt isadi:  
-iqtisadi inkişaf 
-iqtisadi şaxələnmə 
-iqtisadi infrastruktur 
Sosial: 
-
gəlirlərin bölgüsü 
-sosial 
xidmətlərin 
təkmilləşdirilməsi 
-sosial infrastruktur 
 Yığ ı 
m:  
-gəlirlərin gələcək nəsillər 
üçün saxlanması 
-dövlət borcunun 
ödənilməsi 
 
 
Xərcləmək 
Saxlamaq 
 
 
QEYRİ-NEFT FİSKAL BALANS PRİNSİPİ 
 
 
İSTEHLAK XƏRCLƏRI: 
 
Musbət cəhət: 
 
-Qısa  müddətdə  yoxsulluğun 
aradan qaldırılması 
Mənfi cəhətlər: 
-İdxaldan asılılıq 
-İnflyasiya 
-Rəqabət 
qabiliyyətinin 
itirilməsi 
-Holland sindromu 
İNVESTİSİYA 
XƏRCLƏRİ: 
Musbət cəhət: 
-İqtisadi 
inkişaf 
və 
diversifikasiya 
Mənfi cəhətlər: 
-Texniki 
potensialın 
zəif 
olması 
-Səmərəsi  yüksək  olmayan 
layihələr 
-İnflyasiya 
DAİMİ GƏLİR PRİNSİPİ: 
 
Müsbət cəhət: 
 
-Tükənən 
neft 
sərvətlərinin 
tükənməyən  maliyyə  sərvətinə 
çevrilməsi 
Mənfi cəhət: 
-Təxirəsalınmaz 
investisiya 
ehtiyaclarının  hamısının  deyil, 
prioritetlik  əsasda  hissələrlə 
ödənilməsi 
 
 
 
 
 
 
 
 
8   
A
dambaşına  aşağı  gəlirlik,  ölkə  daxilində  kapital  azlığı  və  beynəlxalq  kapital  bazarlarına  çıxış  imkanlarının 
məhdudluğu. 
9  
Cari  faiz  qaydası  (bird  in  hand)  -  Bu  yanaşmaya  görə  isə  dövlət  büdcəsinə  yalnız  maliyyə  ehtiyatlarının  idarə 
olunmasından əldə olunmuş faiz gəlirləri transfert olunmalıdır. 
10 
(Smith, 1991) 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə