Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

86 
 
Almaniya,  Belçika,  Hollandiya  və  s.  ölkələrdə  problemlərlə  üzləşmişdir.  Nəticədə  banklar  ya 
milliləşdirilmiş,  ya da onlara iri həcmli dövlət yardımları verilmişdir. 
 
Böhran  maliyyə  vasitəçiləri  və  maliyyə  bazarlarının  həssaslığının,  onların  risk 
zonalarının  qabaqcadan  müəyyən  olunması  və preventiv  tədbirlərin  görülməsi  məsələlərini  ciddi 
şəkildə  aktuallaşdırmışdır.  Bank  böhranının  əvvəlcədən  müəyyən  edilməsi  metodologiyası 
sırasında Kaminsky, Lizondo və Reinhart  (Kaminsky, 1999) tədqiqatını xüsusi qeyd etmək olar. 
Tədqiqat  işində 26 ölkənin 10 illik zaman sıraları əsasında böhranı əvvəlcədən müəyyən etməyə 
imkan  verən  siqnallar  metodu  təklif  edilmiş  və  qiymətləndirilmişdir.  Bu  təqdiqatda  M2/valyuta 
ehtiyatları, dövlət borcu/ÜDM, cari hesab defisiti/ÜDM nisbətlərindən və s. istifadə edilmişdir. 
 
Beynəlxalq  təcrübədə  geniş  nüfuza  malik  olan  digər  tədiqiqat  işi  Bussiere  və  Fratzscher 
(Bussière  Matthieu,  2004)  tərəfindən  aparılmışdır.  Tədqiqat  nəticəsində  böhranın  müəyyən 
edilməsində  real  effektiv  məzənnənin  xətti  trendindən  kənarlaşması,  özəl  sektora  kreditlərin 
ÜDM-də   payının   artması,   M2/valyuta   ehtiyatları   nisbəti   və   ixracın   artım   tempi   kimi 
göstəricilərin böhranın baş verməsində rolu qiymətləndirilmişdir. 
 
Ümumi  baxdıqda  isə  iqtisadi  ədəbiyyatda  böhranların  təsnifləşdirilməsi  aşağıdakı   kimi 
verilir: 
 
 
1)   Valyuta  böhranı. Ölkənin  milli  valyutasının  məzənnəsinin  kəskin  ucuzlaşması və 
beynəlxalq  valyuta  ehtiyatlarının  milli  valyutanın  məzənnəsinin      qorunması  üçün 
istifadəsi  fonunda  baş  verən  böhranlar  valyuta  böhranlarına  aid  edilir; 
2)   Bank  böhranları  bank  sisteminə  olan  inamın  azalması  fonunda  fiziki  və  hüquqi 
şəxslər  tərəfindən  kommersiya  banklarında  olan  depozitlərin  kütləvi  şəkildə 
çıxarılması   nəticəsində   likvidlik   probleminin  yaranması  ilə  müşayiət   olunur.  Bu 
zaman   dövlət   bank   sisteminin   vəziyyətinin bir qədər   yaxşılaşdırmaq   üçün   böyük 
məsrəflər   hesabına   iri   həcmli   müdaxilələr   etmək  məcbüriyyətində  qalır.  Zəruri 
anda   dövlət   tərəfindən   bank   böhranın      qarşısının      alınması      üçün      tədbirlər 
görülməzsə,   bu,  ölkənin   maliyyə   sistemi   üçün   daha   ağır   fəsadlarla   nəticələnə 
bilər; 
3)   Ödəmə sisteminin  fəaliyyətinin  hər  hansı  bir səbəbdən  iflic olmasından  irəli gələn və 
maliyyə  bazarlarında  pozulmalarla  xarakterizə  olunan  böhranlar  -  sistem    maliyyə 
böhranlarına  aid  edilir; 
 
4)   Ölkə  xarici  borclarını  ödəmək  iqtidarında  olmadığı  halda  yaranan  böhranlar   xarici 
borc  böhranlarına  aid  edilir. 
 
Məqalədə  əsasən  bank  böhranının  əvvəlcədən  müəyyən  edilməsi  və  qiymətləndirilməsi 
məsələləri müzakirə olunacaqdır. 
 
 
 
2. Bank böhranın əvvələcədən müəyyən edilməsi və qiymətləndirilməsi indeksləri
 
 
Bank böhranının müəyyən edilməsi məqsədilə ilk növbədə bank böhranını yarada biləcək 
risklər müəyyən edilməlidir (Şəkil 2). Şəkil 2-dən göründüyü kimi, bank böhranının baş verməsi 


87 
 
əsasən  üç  risk  faktorunun  (kredit  riski,  likvidlik  riski,  bazar  riski)  baş  verməsi  nəticəsində 
yaranır.  ABŞ-da  baş  vermiş  və  sonralar  bütün  maliyyə  bazarlarına  yayılmış  ipoteka  böhranı  hər 
üç  risk  amilinin  eyni  səviyyədə  əhəmiyyətli  olduğunu  bir  daha  sübut  etdi.  Bu  üç  risk  amilinə 
əlavə olaraq əməliyyat riskini də qeyd etmək olar. 
 
Şə
kil 2. Bank böhranını yarada biləcək risklər
 
 
 
 
Bank böhranı, 
öhdəliklərin yerinə 
yetirilməməsi, 
zərərlər 
 
 
 
 
Bazar riski 
Likvidlik riski 
Kredit riski 
 
 
 
 
Milli valyutanın 
dəyərdən düşməsi 
 
Xarici valyutada 
öhdəliklərin artımı 
 
Faizlərin artması, 
faiz marjının 
kəskin azalması 
 
Bankların səhm 
indeksində və bank 
istiqrazları üzrə 
spredin dəyişməsi 
 
Bankdan depozit 
qaçışı 
Kreditlərin kəskin 
atımı, 
konsentrasiyası və 
ya qeyri- işlək 
kreditlərin artımı 
 
 
 
Mənbə: müəllif tərəfindən hazırlanmışdır 
 
 
 
2.1.  Maliyyə sağlamlığı indeksi
 
 
Bank  böhranının  müəyyən  edilməsi  məqsədilə  bəzi  ölkələrdə  (məs.  Türkiyə  və  İsveçrə) 
bank  sisteminin  dayanıqlığını   və  sağlamlığını   müəyyən  edən   indekslərdən  istifadə  olunur. 
Türkiyə  Mərkəzi  Bankı  tərəfindən  istifadə  olunan  maliyyə  sağlamlığı  indeksi    (TCMB,  2007) 
(MSİ)  bank  sisteminin  sağlamlığını  müəyyən  etmək  üçün  istifadə  olunur.  Bu  məqsədlə  bank 
sisteminin qarşılaşdığı riskləri və zəif nöqtələri müəyyən etmək üçün müvafiq əmsallar müəyyən 
olunur və hər bir əmsalın çəkisi nəzərə alınmaqda indeks hesablanır. 
 
İndeksin  hesablanması  zamanı  aktivlərin  keyfiyyəti,  likvidlik,  məzənnə,  faiz  riskləri, 
mənfəətlilik  və  kapital  adekvatlığını  əks  etdirən   altı  alt  indeksdən  istifadə  olunur  (cədvəl  2). 
MSİ bu altı alt indeksin orta qiyməti olaraq müəyyən edilir. 
 
Cədvəl 1. Maliyyə sağlamlığı indeksinin dəyişənləri
 
 
 
Maliyyə sağlamlıq göstəricisi 
İndeksə
 təsiri 
Çəki 
 
Aktivlərin 
keyfiyyəti 
Qeyri işlək kreditlər/cəmi kredit 
neqativ 
0.33 
Qeyri işlək kreditlər/kapital 
neqativ 
0.33 
Sabit aktivlər
17
/cəmi aktivlər 
neqativ 
0.33 
Lİkvidlik 
Likvid aktivlərin
18
/cəmi aktivlərə nisbəti 
pozitiv 
0.40 
 
 
17 
Sabit  aktivlər (fixed assets) -  İnvestisiyalar, qiymətli dəyərlər və qeyri-işlək kreditlər. 
18 
Likvid aktivlər – Nağd vəsaitlər, mərkəzi banka olan tələblər və əks repo aktivləri ifadə edir. 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə