Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

88 
 
 
 
3  aydan  yuxarı  aktivlər/  3  aydan  yuxarı 
passivlər 
pozitiv 
0.60 
 
Məzənnə riski 
Balans   daxili   açıq   valyuta   mövqeyi   / 
kapital
19
 
neqativ 
0.50 
Cəmi açıq valyuta mövqeyi / kapital 
neqativ 
0.50 
 
 
 
 
Faiz riski 
(1    aya    qədər    faizə    həssas    manatla 
aktivlər   –   1   aya   qədər   faizə   həssas 
manatla passivlər) / kapital 
neqativ 
0.50 
(1 aya qədər faizə həssas xarici valyutada 
aktivlər – 1 aya qədər faizə həssas xarici 
valyutada passivlər) / kapital 
neqativ 
0.50 
 
Mənfəətlilik 
ROA 
pozitiv 
0.50 
ROE 
pozitiv 
0.50 
Kapital 
adekvatlılığı 
Sərbəst kapital
20 
/ cəmi aktivlər 
pozitiv 
0.50 
Kapital adekvatlıq əmsalı 
pozitiv 
0.50 
Mənbə: Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı, maliyyə sabitliyi hesabatı, 2007 
 
 
 
2.2. Bank sektorunda stress indeksi
 
 
İsveçrə  Mərkəzi  Bankı  (Swiss  National  Bank,  2007)  tərəfindən  istifadə  olunan  indeks 
bank  sektorunda  stress  indeksi  adlandırılır.  Bu  indeks  hər  hansı  bir  tarixə  bank  sistemində  olan 
stress  səviyyəsini  müəyyən  edir.  BSSİ  indeksi  bazar  və  balans  məlumatlarının,  nəzarət  orqanı 
məlumatlarına  əsasən  hesablanır.  İndeks  aşağıdakı  stress  simptomları  nəzərə  almaqla   müəyyən 
edilir: 
 
-  bankların səhm indeksində azalma; 
-  bank istiqrazları üzrə spredin dəyişməsi; 
-  banklararası depozitlərdə azalma; 
-  bankların mənfəətliyinin azalması; 
-  bank kapitalının azalması; 
-  bankların  aktivlər  üzrə  potensial   itkiləri  qarşılamaq   məqsədilə   yaradılan  ehtiyatların 
həcminin artması; 
-  tənzimləyici  orqanının  nəzarətində  olan  bank  aktivlərinin  payı  (qeyri-işlək,  problemli 
kreditlər və s.); 
-  bank filiallarının sayının azalması. 
 
Hər hansı  bir stress  simptomunun  intensivliyi stress  indeksinin səviyyəsini  artırır.  İndeks 
tarixi  orta  qiymətdən  standart  kənarlaşmasının  hesablanması  metodu  ilə  müəyyən  edilir.  Hər bir 
simptom  indeksə  müvafiq  çəkin  nəzərə alınmaqla  daxil  edilir.  İndeksin  pozitiv  (neqativ) olması 
stresin tarixi orta qiymətdən yüksək (aşağı) olmasını göstərir. 
 
 
 
19
Kapital – Məcmu kapitalı ifadə edir. 
20 
Sərbəst kapital – Kapital məbləğindən sabit aktivlərin (fixed assets) çıxılması ilə hesablanır. 


89 
 
2.3. 
Bank sektorunun kövrəklik indeksi
 
 
Bank  sektorunun  kövrəklik  indeksi  (BSKİ)  bankın  qarşılaşdığı  risklərə qarşı  həssaslığını 
qiymətləndirmək,  bankın  kövrəklik  dərəcəsini  müəyyən  etmək  məqsədilə  istifadə  olunur 
(Kibritçioğlu,  2003).  Bunun  üçün  ilk  öncə  risklərin  artmasını  stimullaşdıran  indikatorlar  təyin 
edilir.  İndeksin    hesablanmasında    qeyd  olunmuş  risklərə  birbaşa  təsir  edən  3  indikatordan 
istifadə olunur: 
 
bank depozitləri; 
ev təsərrüfatlarına verilmiş kreditlər; 
bankların xarici borcu. 
 
Bu  3  indikator  müvafiq  olaraq  likvidlik,  kredit  və  məzənnə  risklərinin  dəyişməsini  əks 
etdirir.  Başqa  sözlə,  bu  indikatorların  kəskin  dəyişməsi  istənilən  ölkənin  bank  sektorunun 
kövrəkliyinə  dəlalət  edir.  İqtisadi  risklər  nəzərə  alınaraq  bankların  böhrana  qarşı  kövrəkliyini 
ölçən BSKİ indeksinin düsturu aşağıdakı kimidir: 
 
 
 
 
 
 
 
Burada, 
 
BSF3 - bank sektorunun kövrəklik indeksi, mütləq ifadədə; 
LCPS – özəl sektora kreditlər, mütləq ifadədə; 
LFL – xarici borc üzrə öhdəliklər, mütləq ifadədə; 
LDEP – əhalinin əmanətləri, mütləq ifadədə; 
CPS – özəl sektora kreditlərin illik dəyişməsi, %; 
 
FL – xarici borc üzrə öhdəliklərin illik dəyişməsi,%; 
 
DEP – əhalinin əmanətləri göstəricilərin illik dəyişməsi, %; 
 
μ və σ – göstəricilərin müvafiq olaraq orta riyazi qiyməti və standart 
kənarlaşmasıdır. 


90 
 
(2),  (3)  və  (4)  düstürlarında  indikatorlar  12  aylıq  nisbi  (faiz)  dəyişmə  ilə   göstərilir.  12 
aylıq  faiz  dəyişməsinin    istifadəsi  hesablama  zamanı  bir  sıra  mənfi  təsirlərdən  kənarlaşmaq 
imkanı verir: 
 
   
mövsümi yayınmaların qeyri-adekvat təsirlərinin kənarlaşdırılması; 
 
     
aylıq  dəyişmənin  istifadə  edilməsi  halında  yarana  biləcək  səhv  interpretasiyalardan 
uzaqlaşmaq.  Belə  ki,  bank  böhranları  orta  və  uzunmüddətli  proseslər  nəticəsində 
yaranır  və  dəyişənlərin  aylıq  dəyişməsinin  hər  hansı  bir  siqnal  verə  bilməsi  ehtimalı 
azdır. 
 
BSKİ  indeksi  bank  sistemindəki  yüksəlmə  və  enmə  dövrlərini  müşahidə  etmək  üçün 
istifadə olunur.  Onun  müəyyən  olunmuş  dövr üçün  orta  qiyməti  0-a bərabərdir.  BSKİ-nin  0-dan 
əhəmiyyətli dərəcədə kənarlaşması  baş  verməyənədək   bank sistemində qısamüddətli dövr üçün 
hər  hansı  bir  böhranın  baş  verəcəyi  ehtimal  olunmur.  Kövrəklik  indeksində  baş  verən  enmələr 
heç  də  həmişə  bank  sistemində  böhranın  baş  verməsi  demək  deyil.   Bu  səbəbdən  indeks  üçün 
orta və yüksək kövrəklik həddləri müəyyən olunmuşdur. BSKİ-nin: 
 
   
(-0.5; 0) intervalında  dəyişməsi bank sistemi orta kövrəklik; 
 
   
(0;  0,5)  intervalında  dəyişməsi  bank  sisteminin  yüksək  artım  tempi  ilə  inkişaf  etməsi  və 
potensial risklərin akkumulyasiyası; 
 
   
[0.5;  və  yuxarı)  intervalında  dəyişməsi  bank  sistemində  hərarətlənmə  və  köpüklərin 
yaranması; 
 
   
[-0.5;  və  aşağı)  intervalında  dəyişməsi  yüksək  kövrəklik  və  risklərin  reallaşmasının 
ehtimalının yüksək olması deməkdir. 
 
 
 
2.4. Bank sektorunun maliyyə dayanıqlığı indeksi
 
 
Bank  sektorunun  maliyyə  dayanıqlığı  indeksi  (BSMDİ)  əsasında  bank  sektorunda 
monitorinqi  aparılır  (Центральный  Банк  Казахстана,  2008).  İndeksin  hesablanması  üçün  bank 
sisteminin  cari  vəziyyətini  əks  etdirən  göstəricilər  istifadə  olunur.  Hesablama  zamanı  bank 
sisteminin  daha  çox  həssas  olduğu  risklər nəzərə  alınır.  İstifadə  edilən  göstəricilər  aşağıda qeyd 
olunmuş qruplara bölünür: 
 
   
Kapital   səviyyəsini   əks   etdirən   göstəricilər   –  bank   kapitalının   adekvatlıq   səviyyəsi. 
Kapital üzrə normativ tələblərə riayət olunması qiymətləndirilir; 
 
   
Likvidlik risklərini əks etdirən göstəricilər – müştərilər qarşısında cari öhdəliklərin yerinə 
yetirilməsi məqsədi ilə bankda likvid aktivlərin səviyyəsi qiymətləndirilir; 
 
   
Rentabellik  göstəriciləri  –  rentabellik  göstəricilərini  təhlil  edərək  bankın  mənfəətliyi 
qiymətləndirilir; 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə