Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə21/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

55 
 
Aktivlərin qiymətlərinin pul siyasəti qərarlarında nəzərə alınması.  Son  qlobal  böhran  bir  daha 
göstərdi  ki,  aktivlərin  qiymətlərinin  bum  və  enmə  tsiklləri  makroiqtisadi  stabillik  üzərində  dramatik 
effektə  səbəb  ola  bilər.  Maliyyə  bumu  dövrlərində  pul  siyasətinin  effektivliyini  artıra  bilən  3  yeni 
transmissiya  kanalı  müəyyən  edilmişdir:  riskli  davranış,  pul  siyasətinin  siqnal  effekti  və  kütlə 
davranışının qarşısının alınması kanalları. 
Riskli  davranış  kanalı  (Borio,  2008)  -  aşağı  faiz  dərəcələri  olan  vaxtlarda  maliyyə  bazarı 
iştirakçılarının  izafi  riskə  getməsini  əks  etdirir.  Siqnal  kanalı  vasitəsilə  pul  siyasəti  alətlərinin 
dərəcələrində  kiçik  artımlar  investisiya  davranışlarına  əhəmiyyətli  təsir  edə  bilər.  Bu  modeldə  pul 
siyasəti  tədbirləri  mərkəzi  bankın  məlumatlarına  effektiv  şəkildə  uyğunlaşdırılmalıdır  ki,  bu  da 
investorlar arasında daha yaxşı koordinasiyanı təmin edər. 
Kütlə  davranışı  yanaşmasında  -  investorlar    başqalarının  davranışlarının  trendini  izləyərək 
köpüyü  şişirtməyə  meyllidirlər.  Müəyyən  edilmişdir  ki,  siyasət  dərəcələrinin  artırılması  kütlə 
davranışını  dayandırmaqda  effektli  ola  bilər  və  investorları  müstəqil  investisiya  qərarları  verməyə 
inandıra bilər. 
Pul  siyasəti  qərarlarının  aktivlərin  qiymətlərinə  transmissiyasının  qeyd  edilən  kanallarının 
mövcud  olması  pul  siyasəti  qərarlarında  bu  qiymətlərin  nəzərə  alınmasını  zəruri  edir.  Bu  baxımdan 
strateji  dövrdə  iqtisadiyyatda  aktivlərin  qiymətindəki  dəyişmələrin  montorinqini  gücləndirmək  və 
erkən xəbərdarlıq sistemlərinin qurulması əsas fəaliyyət isitqamətləri kimi müəyyən edilmişdir. 
Aktivlərin  qiymətlərində  mümkün  köpüklərin  qarşısını  almaq  üçün  siyasət  dərəcəsi  yetərsiz 
olduğundan,  eləcə  də  siyasət  dərəcəsindəki  radikal  dəyişmələrin  makroqitisadi  qeyri-  sabitlik  yarada 
biləcəyindən kontrtsiklik  makroprudensial alətlərdən  istifadə zəruridir.   Hazırda Azərbaycan Mərkəzi 
Bankında bu istiqamətdə zəruri işlər aparılır. 
 
 
4.   Nəticə
 
İnflyasiyanın  hədəflənməsi  rejiminin      tətbiqi  inflyasiya  üzrə  hədəfə  nail  olunmasında  ən 
effektiv  siyasət  çərçivəsidir.  Bu  çərçivə  həm  də  iqtisadi  volatilliyin  azaldılmasında  mühüm  rol 
oynayır. 
Bununa   belə,  bu  rejimə  keçid  tədrici  olmalı,    müvafiq   makroiqtisadi  və  struktur  şərait 
yetişdikcə  onun  tətbiqi  imkanlarına  baxılmalıdır.  Məzənnə  rejiminin  çevikliyinin  artırılması  burada 
xüsusi rol oynayır. Lakin, bunun üçün valyuta bazarında müvafiq şərtlər yaranmalı, maliyyə bazarının 
inkişafı dərinləşməlidir. 
İH  rejimi  nə  qədər  mükəmməl  olsa  belə,  qlobal  iqtisadi  böhran  göstərdi  ki,  maliyyə 
köpüklərinə  qarşı  effektiv  mübarizə  aparmaq  üçün  İH  rejiminin  çərçivəsi  təkmilləşməli,  onun 
hədəflərini daha dəqiq ifadə edən yeni indikatorlar işlənməlidir. 
 
 
Ə
dəbiyyat
 
1.   Batini, N. K. (2005). “Does Inflation Targeting Work in Emerging Markets?” . Chapter IV in 
International Monetary Fund, World Economic Outlook,. 


56 
 
2.   Blanchard O., D. G. (2010). "Rethinking Macroeconomic Policy" . Journal of Money, Credit 
and Banking, Blackwell Publishing, vol. 42(s1), pages 199-215. 
3.   Borio, C. E. (2008). Capital Regulation, Risk-Taking, and Monetary Policy:A Missing Link in 
the Transmission Mechanism? BIS Working Paper 268. 
4.   Duttagupta  R, F. G. (2004). “From Fixed to Float:Operational Issues in Moving Towards 
Exchange Rate Flexibility,”. IMF Working Paper04/126 (Washington: International Monetary 
Fund). 
5.   BIS Paper N 49 (December 2009) " Monetary policy and the measurement of inflation: prices, 
wages and expectations" 
6.   Medina, JP and C Soto (2008) "Oil Price Shocks and Monetary Policy Credibility" Mimeo, 
Central Bank of Chile 


57 
 
 
İnf
lyasiyanın optimal həddinin 
qiymətləndirilməsi
 
 
 
 
 
Şaiq Adıgözəlov, Vüqar Əhmədov
 


58 
 
Xülasə 
Məqalədə  inflyasiyanın  iqtisadi  artım  üçün  zərərli  olmayan  həddi  qiymətləndirilmişdir. 
Qiymətləndirmə  kritik  həddin  müəyyən  edilməsinə  dair  reqressiya  modelinə  əsaslanır.  Aparılmış 
qiymətləndirmə  Azərbaycanda  inflyasiya  ilə  iqtisadi  artım  arasında  qeyri-xətti  əlaqənin  olmasını 
göstərir. 
 
 
Abstract 
The  study  estimates  the  threshold  level  of  inflation  affecting  the  economic  growth  in 
Azerbaijan  using  OLS  framework.  The  study  revealed  the  non-linear  relationship  between  inflation 
and economic growth in the country. 
 
 
Açar sözlər: inflyasiya, iqtisadi artım, kritik hədd, ticarət şəraiti indeksi 
Key words: inflation, economic growth, critical threshold, trade conditions index 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müəlliflərin e-mail ünvanları: 
Shaig_Adigozalov@cbar.az

Vugar_Ahmadov@cbar.az
 


59 
 
Mündəricat
 
Giriş......................................................................................................................................................4 
I. Ədəbiyyatların icmalı……………………………………………………………….....................4 
II. İ
nformasiya bazası və metodologiya……………………………………………...….................6 
III. Qiymətləndirmənin nəticələri…………………………………………………….....................7 
IV. Nəticə ..............…………………………………………………………………….....................10 
Ə
dəbiyyat ……………………………………………………………………..................................11 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə