Edilməsi üçün kontr-tsiklik kapital buferi tətbiq edilə bilər. Bu məqsədlə kontr-tsiklik



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix17.09.2018
ölçüsü3,81 Mb.
#69220
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

 
Giriş
 
Nəzəri və empirik tədqiqatlarda inflyasiyanın iqtisadi artıma təsirinə dair müxtəlif nəticələr 
əldə  edilmişdir.  Belə  ki,  yüksək  inflyasiyanın  bir  sıra  mənfi  nəticələri  mövcuddur:  yüksək 
inflyasiya sosial rifahı dəyərsizləşdirir,  resursların səmərəli  bölgüsünü  və  maliyyə  vasitəçiliyinin 
inkişafını  məhdudlaşdırır,  iqtisadiyyatın  rəqabət  qabiliyyətini  azaldır  və  nəticədə  uzunmüddətli 
dövrdə iqtisadi artıma mənfi təsir göstərir. 
“Ölkələr  üçün  hansı  inflyasiya  səviyyəsi  hədəflənməlidir?  İnflyasiya  və  iqtisadi  artım 
arasında  xətti  və  ya  qeyri-xətti  əlaqə  mövcuddurmu?  Bu  sual  daim  iqtisadi  siyasəti  quranları 
düşündürür. 
Biz  bu  tədqiqat  işində  inflyasiyanın  iqtisadi  artım  üçün  zərərli  olmayan  həddini  müəyyən 
etməyə və bu həddən sonra inflyasiyanın iqtisadi artıma təsirinə baxacağıq. 
Tədqiqat  aşağıdakı  bölmələrdə  verilmişdir:  I  bölmə  -  inflyasiyanın  iqtisadi  artım  üçün 
zərərli  olmayan  həddinin  hesablanmasına  dair  ədəbiyyatların  xülasəsi.  II  bölmə  -  metodologiya 
və  məlumat  bazası.  III  bölmə  -  qiymətləndirmənin  nəticələri.  Sonda  siyasət  nəticələri  qeyd 
edilmişdir. 
 
 
1.   Ədəbiyyatların xülasəsi
 
İqtisadi  ədəbiyyatlarda  inflyasiyanın  iqtisadi  artım  üçün  zərərli  olmayan  kritik  həddinin 
tapılmasına dair aparılmış tədqiqatlarda ölkə qrupları üzrə tədqiqatlar üstünlük təşkil edir. (Sarel, 
1996);  (Ghosh);  (Khan  M.  ,  2005)və  (Khan  M.  a.,  2001).  Bu  tədqiqatlar  mühüm  empirik 
nəticələrə  malik  olsa  da,  heterogen  faktorlar  fərqli  ölkələrə  məxsusdur  və  konkret  ölkəni  əhatə 
etmir. 
Bruno  (1998)  apardığı  tədqiqat  çərçivəsində  1961-92-ci  illər  üzrə    inflyasiya  böhranını 
yaşamış  26  ölkəni  tədqiq  etmişdir.  Tədqiqat  zamanı  illik  inflyasiyadan  istifadə  etməklə  iqtisadi 
artımın  determinantlarına  baxılmışdır.  Empirik  nəticələr  göstərir  ki,  inflyasiyanın  iqtisadi  artım 
üçün təhlükəsiz həddi 40%-dir. Bu halda inflyasiyanın 40% və ondan yüksək olması böhran üçün 
təhlükəli hədd hesab edilir. 
Lakin,  aparılmış  tədqiqatda  yüksək  inflyasiyalı  ölkələr  qiymətləndirməyə  daxil 
edilmədiyindən  inflyasiya  və  iqtisadi  artım  arasında  əlaqənin  təhlükəli  həddən  aşağı  olmasına 
qənaətinə  gəlinmişdir.  Bu  isə  uğurlu  nəticə  hesab  edilə bilməz.  Bununla  yanaşı  empirik  təhlillər 
sübut edir ki, təhlükəli həddən sonrakı səviyyədə inflyasiya ilə iqtisadi artım arasında müvəqqəti 
neqativ  əlaqə  mövcuddur.  Empirik  nəticənin  əhəmiyyətliliyini  qiymətləndirməyə  şok  xarakterli 
amillər daxil edilməklə baxılıb. 
Bruno  (1998)  belə  hesab  edirdi  ki,  inflyasiyanın  təhlükəli  həddinə  malik  olan  ölkələrdə 
iqtisadi  artım  canlandıqdan  sonra  inflyasiya  təhlükəli  həddən  aşağı  düşür.  Bu,  yüksək 
inflyasiyanın iqtisadi artıma daimi mənfi təsirə malik olmadığını göstərir. 
Boyd  (2001)  1960-1995-ci  illər  üzrə  bankların  özəl  sektora  kredit  qoyuluşu,  bank 
öhdəliklərinin  həcmi,  fond  bazarının  kapitallaşması  (ÜDM-ə  nisbəti)  və  ticarətin  həcmi  kimi  5 
illik  orta  göstəricilər  ilə  inflyasiya  arasımda  əlaqəni  qiymətləndirmişdir.  Nəticədə  inflyasiya  ilə 
maliyyə  sektorunun  inkişafı arasında qeyri-xətti əlaqə aşkar edilmişdir.  İnflyasiya  özəl  sektorun 


61 
 
banklardan   borclanma   və   fond   bazarının   kapitallaşma   səviyyəsinin   və   ticarətin   həcminin 
azalmasına səbəb olur. 
(Sarel, 1996) əhali, ÜDM, istehlak qiymətləri, ticarət şəraiti, real valyuta məzənnəsi, dövlət 
xərcləri   və   özəl   investisiyaların   artım   tempi   kimi   göstəricilər   əsasında   qiymətləndirmə 
aparmışdır.  Bu  statistik  məlumatlar  1970-1990-cı  illəri  əhatə  etməklə  illik  əsasda  87  ölkə  üzrə 
hazırlanmışdır.  Alınmış  empirik  nəticələr  struktur  sınmaların  əhəmiyyətli  rola  malik  olmasını 
sübut  etmişdir.  Qiymətləndirmələrə  görə  inflyasiya  8%  təşkil  etdikdə,  iqtisadiyyatda  struktur 
sınmalar baş verir. İnflyasiya 8%-dən aşağı olduqda iqtisadi artıma təsir etmir. Lakin, inflyasiya 
8%-dən  yuxarı  olduqda,  onun  iqtisadi  artıma  neqativ  təsiri  baş  verir.  Bu  nəticə  siyasət  üçün 
konkret kəmiyyət hədəfi kimi çıxış edir. 
(Khan  M.  a.,  2001)  ilkin  olaraq  (Kung-Sig,  1998)  və  (Hansen,  1999)  ekonometrik 
metodlardan  istifadə  etməklə  inflyasiyanın  iqtisadi  artım  üçün  mənfi  təsir  göstərən  həddini 
müəyyən etmişdir. Qiymətləndirmə məqsədilə onlar 140 ölkə üzrə 1960-1998-ci illəri əhatə edən 
statistik  məlumatlardan  istifadə  etmişlər  (həm  inkişaf  etmiş  ölkələr  (İEÖ),  həm  də  inkişaf 
etməkdə  olan  ölkələr  (İEOÖ)  daxil  olmaqla).  Bəzi  IEOÖ  üzrə  göstəricilər  olmadığından  təhlil 
zamanı  “qeyri-bərabər  panel”  göstəricilərdən  istifadə  edilmişdir.  Empirik  nəticələrə  görə 
inflyasiyanın  iqtisadi  artım  üçün  zərərli  həddi  mövcuddur.  Zərərli  həddən  aşağıda  inflyasiya 
iqtisadi  artıma  təsir  etmir,  zərərli  həddən  yuxarıda  isə  iqtisadi  artım  üçün  neqativ  təsir  yaradır. 
Empirik  qiymətləndirmə  zərərli  həddin  inkişaf  etmiş  ölkələr  üzrə  1-3%,  İEOÖ  üzrə  isə  7-11% 
səviyyəsində müəyyən edilməsinə imkan vermişdir. 
(Kremer  S.,  2009)  öz  tədqiqatında  63  ölkənin  (İEO  və  İEOÖ  üzrə)  məlumatları  əsasında 
inflyasiyanın  uzunmüddətli dövrdə iqtisadi  artım  üzərində təsirinə  baxmışdır. Empirik  nəticələrə 
görə  İEÖ-də  inflyasiya  2%-i,  İEOÖ-də  isə  12%-i  üstələdikdə  iqtisadi  artımı  məhdudlaşdırır. 
Lakin,  tədqiqatda  inflyasiyanın  iqtisadi  artıma  pozitiv  təsir  etməsi  və  zərərli  həddinin  aşağı 
olması göstərilmişdir. 
İnflyasiyanın  iqtisadi artım üçün zərərli  həddinin müəyyən edilməsinə iqtisadçı alimlərdən 
(Hodge, 2005) Cənubi Afrika, (Fabayo, 2006), Nigeriya, Kheir-El-Din və Abou-Ali (2008) Misir 
üzrə müvafiq hesablamalar aparmışlar. 
Hodge  (2005)  Cənubi  Afrika  üzrə  inflyasiya  və  iqtisadi  artım  arasında  əlaqədə  2  əsas 
məsələyə baxmışdır: 
1.   Cənubi  Afrika  üzrə  məlumatların  testi  uzunmüddətli  perspektivdə  inflyasiyanın  iqtisadi 
artıma mənfi təsiri haqqında nəticəni sübut edirmi? 
2.   Qısa müddətli dövrdə inflyasiya hesabına yüksək artım təmin edilirmi? 
 
Nəticə  ondan  ibarət  idi  ki,  Cənubi  Afrikada  inflyasiya  və  iqtisadi  artım  arasında 
uzunmüddətli  dövrdə  neqativ  əlaqə  mövcuddur.  Qısamüddətli  dövrdə  isə  iqtisadi  artıma  dəstək 
vermək üçün inflyasiyanın artması mümkündür. 
(Fabayo,  2006)  Nigeriya  üzrə  inflyasiyanın  iqtisadi  artım  üçün  zərərli  həddinin  müəyyən 
edilməsi zamanı Khanın modelindən istifadə etmişdir. Qiymətləndirmə 1970-2003-cü illəri əhatə 
edən  geniş  bir  dövr  üzrə  aparılmışdır.  Tədqiqat  zamanı  inflyasiyanın  iqtisadi  artım  üçün  zərərli 
həddinin  6%  səviyyəsində  olması  müəyyən  edilmişdir.  Həssaslıq  testinin  təhlili  də  alınmış 
nəticəni  bir  daha  təsdiq  edir.  Tədqiqat  sübut  edir  ki,  təkrəqəmli  səviyyəyə  qədər  inflyasiyanın 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə