Əfrahim hüseynli



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə22/36
tarix15.03.2018
ölçüsü2,49 Kb.
#31829
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

132 
 
QULAQ AS, BALA 
   
Dünya duyğu yeri, nəşə yeridir, 
gəncliyi qəflətdə yatmazlar, bala. 
İnsanda çox şey var zinətdən baha, 
hər pula gedəni satmazlar, bala. 
   
Həyatda hər şeyin əks üzü var
yaxşının pisi var, kəcin düzü var. 
Əməl tarazlanır, geci-tezi var, 
nahaqdan günaha batmazlar, bala. 
   
Qocalar evinə ayaq bas bir gün
bənizlər kədərli, baxışlar küskün. 
Can qurban edərlər valideyn üçün, 
atanı, ananı atmazlar, bala. 
   
Baxma ki, özündən razıdır hər kəs, 
hamıya sağlam ruh, bədən verilməz. 
Milyon nataraza bir ağıllı bəs, 
səni çaşdırmasın, qoy azlar bala. 
   
Axdıqca ciblərə bu xalqın varı, 
unutduq vədləri, əhdi, ilqarı. 
Söz vermək ayrıdır, iş görmək ayrı, 
yenə fənd axtarır işbazlar, bala. 
   
 
 


133 
 
Biz kimdən öyrənək mədəniyyəti, 
böyüklər nəfsi ac, mədə niyyətli. 
Hələ azdır bizdə kişi qeyrəti, 
hələ ürəyimiz sızıldar, bala. 
   
20.03.2002 
   
 
NİKBİNLİK 
   
Mən çox nikbin bir insanam, çox mətin insan, 
hələ neçə ər doğacaq mərd Azərbaycan. 
Mən aləmə haqq səsimi qaldıracağam, 
sabahımın Xətaisi doğulan zaman. 
   
Bəşər daim inkişafda, yeniləşmədə, 
mən tarixə həm dərs deyib, həm dərs almışam. 
Məni heç vaxt qorxutmayıb iğtişaş, hədə, 
uduzduğum anlarda da məğrur olmuşam. 
   
Zaman gələr, ağlar gözüm kiriyər, gülər, 
torpağımın hər qarışı səngərə dönər. 
Nə qədər ki, içimizdə yurd yanğısı var, 
Xətailər çadırda da doğula bilər. 
   
30.12.2003 
   
 
 


134 
 
YAXŞIDIR 
   
Dünya elə yaranışdan yaxşıdır, 
yaxşı səma, yaxşı Günəş, yaxşı Ay. 
Ömrümüzün, bəxtimizin naxışıdır 
yaxşı sutka, yaxşı həftə, yaxşı ay. 
   
Xoş günlərin carçısıdır, əl eylər, 
dağda-daşda cığır salar, yol eylər. 
Nemət adlı ruzisini bol eylər 
yaxşı payız, yaxşı bahar, yaxşı yay. 
   
Bardan qalar onsuz bostan, bağ, zəmi, 
elimizin, obamızın zəmzəmi. 
İsti gündə təşnəmizin məlhəmi 
yaxşı bulaq, yaxşı kəhriz, yaxşı çay. 
   
Bir dəmət tut bağından gül dərilsə
sözdən yarat, ömür qəsrin hörülsə. 
Müdriklikdir, təmannasız verilsə 
yaxşı bəxşiş, yaxşı sovqat, yaxşı pay. 
   
Ay Fəxrəddin, ötüşdükcə ruzgar, 
hər arzudan, kaş doğa bir xoş qərar. 
Nə yaxşı ki, hələ vardı yaxşılar, 
yaxşıların yaxşısını yaxşı say! 
   
06.09.98 


135 
 
AYRILIQ 
(Xumar Qədimova musiqi bəstələmişdir). 
   
Dad sənin əlindən, aman, ayrılıq, 
məndən can cövhəri uman ayrılıq. 
Qəlbimi zülmünlə ram eylədikcə, 
içimdə inləyən kaman ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
           
Gör, mən nə sayırdım, fələk nə saydı, 
bəlkə bu, bəxtimə kəsilən paydı? 
Sən mənim yaramı sızlatmasaydın, 
məni sındırmazdı zaman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
     
O getdi, dərdimin dərmanı getdi, 
gələn xoş günümün fərmanı getdi. 
Olum yollarının qurbanı, getdi, 
doldu gözlərimə duman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
   
Mən son nəfəsdəyəm, sən can həvəsdə, 
mən qan ağlayıram, sən kam həvəsdə. 
Qəlbim səksəkədə, qulağım səsdə, 
sın, ey çərxi fələk, dayan, ayrılıq, 
dayan bircə anlıq, bir an, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq, 
aman, ay ayrılıq, aman, ayrılıq! 
  27.09.99 


136 
 
NƏ GÖZƏL 
   
Ömrü məftunluqla yaşa dünyada, 
hər ağlı çaşdıran rəna nə gözəl. 
Min istək yaradar lal baxışında, 
hilal qaşındakı məna nə gözəl. 
   
Yoxdur bu səltənət meydə, məzədə, 
göz yum içindəki o xoş həsədə. 
Ürəyin çoxuna meyl eyləsə də
bəxtini biriylə sına, nə gözəl.   
   
Qəmzəsi qədərsiz, qəmi az ola, 
incə ruhlu ola, xoşavaz ola. 
Gözəldə gərəkdir işvə, naz ola, 
girə gündə on cür dona, nə gözəl. 
   
Davrana, danışa utancaq kimi, 
yığıla boynunda tər muncuq kimi. 
Dodağı çırtlaya tumurcuq kimi, 
üzü lalə kimi yana, nə gözəl. 
   
Sürə dövranını bəxtəvər kimi, 
ona vurğunluqdan bixəbər kimi. 
Gedəsən yanına müzəffər kimi
şux qəddin önündə sına, nə gözəl. 
   
 


137 
 
Deyə bilmirsənsə ürək sözünü, 
ha gözlə gözünə görünən günü. 
Elə mərhəm et ki, ona özünü 
gəlsin dərd-bəlası sana, nə gözəl. 
   
Fəxrəddin, eşqində Kərəm deyilsən, 
şadlan qurban getsən, sevin, əyilsən. 
Ona ürəyini ver, verə bilsən
yetsin intizarın sona, nə gözəl. 
  26.01.1998 
   
SƏNSƏN 
   
Mən səni görəndən hüsnünə heyran, 
sən mənim əzizim, mehribanımsan. 
Sən mənə duyğumu bəxş edən insan, 
sən mənim ikinci yaradanımsan. 
   
Sən mənim qəlbimdə ilahi istək
fikir-xəyalımda gəzdirdiyim tac. 
Ay məni eşqində sınayan mələk, 
mən sənin bir adi sözünə möhtac. 
   
Bu sevgi qəlbimdən əskilməz bir dəm, 
gündə yüz yol alan canımı, sənsən. 
Dövrümün ən bədbəxt kişisi mənəm, 
dünyanın ən gözəl xanımı sənsən. 
  17.07.1999 


138 
 
RAFİQ VƏLİZADƏ (KƏRƏMOĞLU)
 
(1953) 
 
   
Rafiq 
Vəlizadə 
(Vəliyev 
Rafiq  Kərəm  oğlu)  1953-cü  ildə 
Qazax rayonunda anadan olmuş-
dur.  1970-ci  ildə  orta  məktəbi 
doğma rayonda  bitirmişdir. Son-
ra Azərbaycan Dövlət Tibb İnsti-
tutunun  müalicə-profilaktika  fa-
kültəsinə daxil olmuş və təhsilini 
uğurla başa vurmuşdur (1970-1977). 
  80-ci illərin əvvəllərində “YENİ SƏSLƏR” alma-
naxında  20-dən  artıq  şeiri  çap  olunmuşdur  (Redak-
toru: Müzəffər Şükür). Sonralar onun imzasına dövri 
mətbuatda tez-tez rast gəlmişik. 
  Rafiq  Vəlizadə  (Kərəmoğlu)  yeddi  dahi  yazara 
həsr  edilən  məşhur  “YEDDİ  OĞUL  İSTƏRƏM” 
kitabının iki tərtibatçısından biridir. 
   
DAĞLAR O DAĞLARDIR, O ÇAĞLAR HANI 
   
Dağlar yaşamaqdan illəri yorub, 
Qayalar necə var, elə də durub. 
Həmin bulaqlardır göz kimi durur... 
Qanımda qaynayan bulaqlar hanı? 
Dağlar o dağlardır, o çağlar hanı? 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə