Əhli Beytin fəzilət



Yüklə 274,49 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix14.07.2018
ölçüsü274,49 Kb.
#55521
1   2   3   4   5   6   7   8

edilib. Bu ayədə onları istisna etmək cümlələr arasında uyğunluğu pozur. 

Qeyd edək ki, təfsir alimi Razinin bu məsələyə münasibəti belədir: «Ayədə qeyd olunan 

Ə

hli-Beyt  ifadəsi  peyğəmbərin  (s.a.v.)  zövcələrini  də  əhatə  edir.  Çünki  ayələrin  ardıcıl  şəkildə 



gəlməsi  buna  dəlalət  edir.  Peyğəmbərin  (s.a.v.)  zövcələrini  istisna  etmək  və  bu  ayəni  başqa 

insanlara şamil etmək düzgün deyil. Həmin ayədə müraciətin kişi cinsində edilməsi «əhl» sözünə 

və  ya  ərəb  dilində  kişi  ilə  qadına  birlikdə  müraciət  edildiyi  zaman  kişi  cinsinə  üstünlük 

verilməsindən irəli gəlir. Əgər müraciət qadın cinsində olsaydı bu ayə təkcə peyğəmbərin (s.a.v.) 

zövcələrinə  aid  olar  və  Fatimə  (r)  Əhli-beytdən  sayılmazdı.  Əslində  isə  alimlər  onun  Əhli-

beytdən olması məsələsi ətrafında yekdil fikirdədirlər. 

Beləliklə yuxarıda qeyd etdiklərimiz fikirlərdən belə nəticəyə gəlmək olar ki, Məhəmməd 

peyğəmbərin  (s.a.v.)  zövcələri  onun  Əhli-beytindəndirlər.  Bu  Əhl  əs-Sünnə  və-l-cəmaənin 

ə

qidəsidir  və  hər  bir  müsəlmanın  əqidəsi  belə  olmalıdır.  Sonda  qeyd  edək  ki,  Peyğəmbərin 



(s.a.v.) Əhli-beyti onun zövcələri, övladları, əmiləri və onların oğullarıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Ə

HL -BEYT N FƏZ LƏT  

 

1.  Abdullah  bin  Abbasa  (r)  istinadən  Peyğəmbərin  (s)  belə  dediyi  rəvayət  olunur:  “Sizə 



verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə Əhli-beytimi 

sevin”

 (ət-Tirmizi, Mənaqib 4042, hədis həsən, qəribdir). 

Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz 

üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik. 

2. Səd bin Əbu Vaqqas (r) rəvayət edir ki, 

«Sənə  göndərilən  elmdən  sonra  buna  dair  səninlə  mübahisə  edənlər  olsa,  onlara  de: 

“Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz 

də  özümüzü,  siz  də  özünüzü  çağıraq!”»  («Ali- mran»,  61)  ayəsi  nazil  olanda,  Rəsulullah  (s) 

Ə

lini,  Fatiməni,  Həsən  və  Hüseyni  (r)  yanına  çağırdı  və:  “Allahım,  bunlar  mənim  ailəmdir”  – 



buyurdu. (ət-Tirmizi, Təfsir «Ali- mran», 3002).

16

 



3.  Ummu  Sələmə  (r)  rəvayət  edir  ki,  “Mən  Rəsulullahın  (s)  evinin  qapısının  ağzında 

oturduğum zaman bu ayə nazil oldu: “... Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi 



tərtəmiz (pak) etmək istər!” («əl-Əhzab», 33). Evdə Rəsulullah (s), Əli, Fatimə, Həsən və Hüseyn 

var idi. Rəsulullah (s) onları örtüklə bürüdü və: “Allahım, bunlar mənim Əhli-beytimdir, bunlardan 



çirkinliyi  yox  et  və  bunları  təmizlə

  –  dedi.  Mən  dedim:  “Ya  Rəsulallah,  mən  Əhli-beytdən 

deyiləmmi?”  Dedi:  “Sən  onsuz  da  xeyir  içindəsən.  Sən  Peyğəmbərin  zövcələrindənsən”  (ət-

Tirmizi, Mənaqib, 3870). 

Hədisdəki  incə  məsələ  Rəsulullahın  (s)  Ummu  Sələməyə  “Sən  onsuz  da  xeyir  içindəsən. 

Sən Peyğəmbərin zövcəsisən” – deməsidir. Bunu iki cür şərh etmək olar:  

1-ci məna: “Sən onsuz da xeyir içindəsən. Mənim Əhli-beytimdən olduğuna görə, örtüyün 

altına  girməyinə  ehtiyac  yoxdur”.  Onun  örtüyün  altına  salınmasının  qarşısını  alan  Əlinin  (r) 

örtüyün altında olmasıdır. 

2-ci  məna:  “Sən  Əhli-beytimdən  olmasan  da  xeyir  içindəsən”.  Çünki  o,  Peyğəmbərin  (s) 

zövcələrindəndir. 

Alimlərin fikrinə görə birinci məna daha düzgündür. Çünki digər rəvayətlərdə peyğəmbərin 

qadınlarının onun Əhli-beytindən olduqları bildirilir. Doğrusunu Allah bilir. 

4. Ənəs bin Malik (r) rəvayət edir ki, “Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və 



sizi tərtəmiz (pak) etmək istər!” («əl-Əhzab», 33) ayəsi nazil olandan sonra Rəsulullah (s) altı aya 

yaxın bir müddətdə hər namaza gedərkən Fatimənin (r) otağının qarşısından keçdikdə: “Namaza 



gəlin, ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” 

- deyərdi”. 

(ət-Tirmizi, Təfsir «əl-Əhzab», 3204). 

5.  Aişə  (r)  rəvayət  edir  ki,  “Rəsulullah  (s)  üzərində  qara  naxışlı  bir  parça  olduğu  halda 

mənim yanıma gəldi. Bu zaman Həsən də gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu 

da saldı, sonra  Fatimə  gəldi, onu da saldı. Sonra  Əli  gəldi, onu  da saldı.  Sonra  dedi:  “Siz  ey  ev 

ə

hli!  Allah  sizdən  çirkinliyi  yox  etmək  və  sizi  tərtəmiz  (pak)  etmək  istər”  («əl-Əhzab»,  33). 

(Müslim, Fadailus-səhabə, 61/2424). 

6. Yezid bin Həyyan rəvayət edir ki, “Bir  gün Hüseyn bin Səbrə və Amr bin Muslim ilə 

birlikdə Zeyd bin Ərqamın (r) yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd bin Ərqama belə dedi: 

“Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullahı (s) gördün, eşitdin, birlikdə döyüşlərdə oldun və 

arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullahdan (s) eşitdiklərindən 

bizə danış. Zeyd dedi: “Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Rəsulullahdan 

(s)  eşitdiklərimdən  bəzilərini  unutmuşam.  ndi  rəvayət  edəcəklərimi  qəbul  edin,  susanda 

danışmağa məcbur etməyin: 

– Məkkə və Mədinə arasında “Xum” adlanan yerdə Rəsulullah (s) bir bulaq başında xütbə 

verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: “Ey insanlar! Mən ancaq bir bəşər övladı, 

Rəbbimin  elçisiyəm.  Allah  qarşısında  cavab  verəcəyim  və  Onun  yanına  qayıdacağım  gün 

yaxınlaşır.  Sizə  iki  ağır  şey  tərk  edirəm.  Birincisi,  Allahın  hidayət  və  nur  kitabı  olan  Qurandır. 

                                                 

16

 Яlbanи, 3197; 2398. Иsnadы sяhиhdиr. 




Yüklə 274,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə