Əhli Beytin fəzilət



Yüklə 274,49 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix14.07.2018
ölçüsü274,49 Kb.
#55521
1   2   3   4   5   6   7   8

Çünki  insan  anadan  olanda  yazıb-oxumağı  bacarmır.  Bu  Quranda  belə  bildirilir:  “Allah  sizi 

analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı” («ən-Nəhl», 78). 

Rəsulullahın  (s)  “ummi”  olmasına  baxmayaraq,  ona  Quran  kimi  kitabın  nazil  olması, 

onun keçmiş və gələcəkdən, kainatın mahiyyəti haqqında doğru, dəyişməz xəbərlər verməsi onun 

ə

n böyük möcüzələridir. 



Hədis belə də rəvayət olunur: “Mömin məni sevər, münafiq məni sevməz”. 

7. Cabir bin Abdullah (r) rəvayət edir ki, “Taif günü Rəsulullah (s) Əlini çağırdı və onunla 

xüsusi görüşdü. Görüşün uzun çəkdiyinə görə adamlar: “Rəsulullah (s) əmisi oğlu ilə görüşməsini 

uzatdı” – dedilər. Bunu duyan peyğəmbər (s) buyurdu: “Onunla xüsusi görüşü mə(öz arzumla) 



etmədim, Allah etdi”

 (ət-Tirmizi; Mənaqib, 3728). 

Taif səfəri zamanı peyğəmbərin (s) Əli (r) ilə görüşü o qədər uzandı ki, adamların bəziləri: 

“Əmisi  oğlu  ilə  söhbəti  uzatdı”  –  dedilər.  Bu  sözlərin  dedi-qodu  niyyəti  ilə  və  ya  düşüncələrini 

“çəkinmədən  səmimi  şəkildə  söyləmə  tərbiyəsi”  niyyəti  ilə  də  deyildiyini  izah  etmək  olar. 

Doğrusunu Allah bilir. Lakin hansı niyyətlə deyilməsindən asılı olmayaraq peyğəmbər (s) məsələni 

aydınlaşdırmışdır.  O,  bu  zaman  “Kafirləri  siz  öldürmədiniz,  Allah  öldürdü.  (Düşmənlərin 

gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı” («əl-Ənfal» surəsi, 17) ayəsinə 

uyğun üslubdan istifadə etmişdir. 

8.  Ənəs  (r)  rəvayət  edir  ki,  “Rəsulullah  (s)  Bəraət  (ət-Tövbə)  surəsini  (Ərəfatda  həcc 

ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkrə (r) göndərmişdi. Sonra onu çağıraraq: “Bunun, 

ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi uyğun deyil”

 – buyurdu. Sonra Əlini (r) çağıraraq 

surəni ona verdi” (ət-Tirmizi; Təfsir, «ət-Tövbə», 3089). 

Alimlərin fikrinə görə Əbu Bəkrdən (Alah ondan razı olsun!) sonra Əlinin (r) göndərilməsi 

ə

rəblərin  adətindən  irəli  gəlir.  Bu  adətə  görə,  müqaviləni  ancaq  onu  bağlayan  kimsə  və  ya 



ailəsindən olan başqa bir şəxs poza bilər. Buna görə Peyğəmbər (s) belə etmişdir. 

Surənin  ilk  ayələrində  müsəlmanların  müşriklərlə  müqavilə  bağlamalarından  söhbət 

getdiyini də nəzərə alsaq bunu belə izah etmək olar. Doğrusunu Allah bilir. 

9. Əbu Həzim Sələmə bin Dinardan rəvayət edir  ki, “Bir nəfər Səhl bin Sədin (r)  yanına 

gəlir və: “Mədinə əmiri filankəs minbərin yanında Əli haqqında danışır” – deyir. Səhl: “Bu əmir 

Ə

li haqqında nə deyir?” – deyə soruşur. Əbu Həzim: “Əmir Əliyə Əbu  Turab deyir” – dedikdə, 



Səhl ibn Səd güldü və: “Allaha and olsun, Əliyə bu ləqəbi Peyğəmbər vermişdir və Əlinin ən çox 

bu ad xoşuna gəlirdi” – dedi. Əbu Həzim dedi: “Mən bu ləqəbi peyğəmbərin Əliyə necə verdiyini 

öyrənməklə ləzzət almaq istədim və Səhl ibn Səddən soruşdum: “Ey Əbu Abbas, bu necə olub?” O 

dedi:  “Bir  dəfə  Əli  Fatimənin  yanına  girmiş  və  sonra  çıxaraq  məsciddə  yatmışdı.  Bu  vaxt 

Peyğəmbər  gəlib:  Əmioğlum  haradadır?”  –  deyə  soruşdu.  Fatimə:  “Məsciddədir”  –  dedi. 

Peyğəmbər  məscidə  getdi  və  Əlinin  kürəyi  torpağa  batmış  halda  yatdığını  gördü.  Peyğəmbər 

Ə

linin  kürəyindən  torpaqları  təmizləyərək:  “Otur,  ey  Əbu  Turab!  Otur,  ey  Əbu  Turab!”  –  dedi. 



(Buxari; Kitabul-fadail-əshab 9/51). 

10.  Səd  bin  Übeydə  demişdir:  “Ömərin  oğlunun  (ibn  Ömərin)  yanına  bir  adam  gəldi  və 

Osman haqqında soruşdu.  bn Ömər Osmanın yaxşı xüsusiyyətlərindən danışdı və o adama: “Bəlkə 

Osman  haqqında dediklərim sənə pis  gəlir?” – deyə soruşdu. Həmin adam: “Bəli” – deyə cavab 

verdi.  bn  Ömər:  “Allah  sənin  burnunu  yerə  sürtsün!”  –  dedi.  Sonra  o  adam  bn  Ömərdən  Əli 

haqqında  soruşdu.  bn  Ömər  Əlinin  gözəl  əməllərindən  danışdı  və:  “Əli  budur.  Evi  də 

peyğəmbərin  (s)  evlərinin  ən  gözəlidir”  –  dedi.  Sonra  yenə:  “Bəlkə,  Əli  haqqında  danışdıqlarım 

sənə  pis  gəlir?”  –  deyə  soruşdu.  O  adam:  “Bəli”  –  dedi.  bn  Ömər  ona:  “Allah  sənin  burnunu 

torpağa  sürtsün!  Get,  mənim  barəmdə  nə  bacarırsan  et!”  –  dedi”  (Buxari;  Kitabul-  fadail  əshab 

9/52). 


 

 

 



 

 



Abbas bin Abdul-Muttalibin (r) fəziləti 

 

1.  Həzrət  Əli  (r)  Rəsulullahın  (s)  belə  dediyini  rəvayət  edir:  “Kim  əmimə  əziyyət  verərsə 



mənə əziyyət vermiş olar, çünki adamın əmisi ona atası yerindədir”

 (ət-Tirmizi,”Mənaqib”, 3764; 

Ə

hməd, “Müsnəd”, 4/165; Hakim, “Müstədrək”, 3/333. Ət-Tirmizi: “Bu həsən və səhih hədisdir” – 



demişdir). 

2.  Abdullah  bin  Abbas  (r)  Rəsulullahın  (s)  onun  atası  Abbasa  belə  dediyini  rəvayət  edir: 



“Ey əmi, bazar ertəsi sabahı sən və oğlun yanıma gəlin, sizə dua edim. Allah bu dua ilə sənə və 

oğluna  xeyir  versin”

.  Atamla  Rəsulullahın  (s)  yanına  getdik.  O,  bizi  örtüyə  bürüdü  və  dua  etdi: 



“Allahım! Abbası və oğlunu bağışla. Elə bağışla ki, zahiri və batini günahları təmizlənsin, heç bir 

günahı qalmasın! Allahım, onu oğluna görə hifz et”

 (ət-Tirmizi; Mənaqib, 3766). 

Bu hədislər Abbasın (r) fəzilətinə dəlildir. Abbas (r) peyğəmbərin (s) əmisi olub, ondan 

2  və  ya  3  yaş  böyük  idi.  Ləqəbi  Əbu  Fadldır.  Məşhur  bir  rəvayətə  görə  islamı  Məkkənin 

fəthindən  sonra  qəbul  edib.  Bəziləri  hicrətdən  əvvəl  müsəlman  olduğunu,  ancaq  bunu 

gizlətdiyini,  Məkkədə  qalıb  müşriklərlə  bağlı  xəbərləri  Rəsulullaha  (s)  yazdığını  deyirlər. 

Arada  hicrət  etmək  üçün  icazə  istəmiş  və  peyğəmbər  (s):  “Sənin  Məkkədə  qalmağın  daha 

xeyirlidir”

  –  deyərək  icazə  verməmiş  və  hətta  Bədr  döyüşündə  “Abbasla  rastlaşsanız  onu 



öldürməkdən  çəkinin”

  –  əmrini  vermişdir.  Peyğəmbər  (s)  Abbasa  (r):  “Mən  peyğəmbərlərin 



sonuncusu olduğum kimi, sən də mühacirlərin sonuncususan”

 – demişdir. 

Abbas (r) Məkkənin varlılarından olub, 70 nəfər kölə azad etmişdir. 

Onun  qızlarından  əlavə  10  oğlu  olub.  Hicrətin  32-ci  ilində  Mədinədə  Osmanın  (r)  şəhid 

edilməsindən iki il əvvəl – 88 yaşında vəfat edib. Cənazə namazını Osman (r) qıldırıb. 

3.  Ənəs  bin  Malikdən  (r)  rəvayət  edilir  ki,  aclıq  illərində  Ömər  bin  əl-Xəttab  yağış 

yağdırmaq üçün Allaha Abbas bin Abd əl-Muttaliblə təvəssül edərək belə dua edərdi: “Ey Allah, 

biz peyğəmbərin (r) sağlığında onunla təvəssül edərək dua edirdik, indi isə peyğəmbərimizin əmisi 

ilə təvəssül edirik ki, bizə yağış yağdırasan!” Ənəs (r) deyir ki, Allah da yağış yağdırırdı. (Buxari; 

Kitabul-fadail-əshab, 11/58). 

 

 

 



 

 

 



 

Abdullah bin Abbasın (r) fəziləti 

 

1.  bn Abbas (r) rəvayət edir ki, “Rəsulullah (s) məni qucaqladı və: “Allahım, bunu dində 



fəqih  (alim)  et!”

  –  deyə  dua  etdi”.  Bir  rəvayətdə:  “Allahım,  ona  Kitabı  öyrət!”,  başqa  bir 

rəvayətdə:  “Allahım,  ona  hikməti  öyrət!”  –  dediyi  qeyd  olunur.  (Buxari,  “Kitabul-fadail  əshab”, 

26/96, 97, “Kitabul-elm”, 18/17; Müslim, “Fadailus-səhabə”, 138 (2477); ət-Tirmizi, “Mənaqib”, 

3823, 3824). 

Abdullah  bin  Abbas  (r)  peyğəmbərin  (s)  əmisi  oğludur.  Hicrətdən  3  il  əvvəl  Məkkədə 

anadan olub. Hicrətin 68-cı ilində Taifdə vəfat etmiş, cənazə namazını Əlinin (r) oğlu Məhəmməd 

bin Hənəfiyyə qaldırmış və: “Bu gün islam ümmətinin böyük tərbiyəçisi ölmüşdür” – demişdir. 

Peyğəmbərin  etdiyi  dua  nəticəsində  Abdullah  bin  Abbas  (r)  islami  elmlərin  hamısında 

(təfsir,  fiqh)  ən  yüksək  zirvəyə  qalxmış,  “rəisul-mufəssirin”  (Təfsirçilərin  rəisi),  “tərcumanul-

Quran”, “hibrul-ummə” kimi ləqəblərlə tanınmışdır. 

 

 



 

 

 


Yüklə 274,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə