Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏHİh dua və ZİKİRLƏR



Yüklə 17,81 Mb.
səhifə10/56
tarix25.06.2018
ölçüsü17,81 Mb.
#51819
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

فضل التوبة و الاستغفار

TÖVBƏ VƏ İSTİĞFAR DİLƏMƏYİN FƏZİLƏTİ
قَالَ أَبُو هُرَيْرَةَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ وَاللَّهِ إِنِّي لَأَسْتَغْفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ فِي الْيَوْمِ أَكْثَرَ مِنْ سَبْعِينَ مَرَّةً.
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Allaha and olsun ki, mən gündə 70 dəfədən artıq Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!»300.
سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ بُسْرٍ يَقُولُ قَالَ النَّبِىُّ  «طُوبَى لِمَنْ وَجَدَ فِى صَحِيفَتِه ِ)كِتَابِهِ( اسْتِغْفَارًا كَثِيرًا». قال الشيخ الألباني : صحيح
Abdullah İbn Busr  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “(Qiyamət günü) Əməl dəftərində çox istiğfar tapana müjdələr (Tubə) olsun”301.
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ  «إِنَّ اللَّهَ  لَيَرْفَعُ الدَّرَجَةَ لِلْعَبْدِ الصَّالِحِ فِى الْجَنَّةِ فَيَقُولُ يَارَبِّ أَنَّى لِى هَذِهِ؟ فَيَقُولُ بِاسْتِغْفَارِ وَلَدِكَ لَكَ». قال الألباني : حسن
Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Allah  əməlisaleh qulunun Cənnətdə dərəcəsini artırır. O deyir: “Ey Rəbbim! Bu mənə haradandır?“ Allah buyurur: “Övladının sənin üçün bağışlanma diləməsinə görədir“302.
عن بكر بن عبد الله المزني قال رسول الله صلى الله عليه وسلم : ( حياتي خير لكم تحدثون ويحدث لكم فإذا أنا مت كانت وفاتي خيرا لكم تعرض علي أعمالكم فإن رأيت خيرا حمدت الله وإن رأيت غير )شرا( ذلك استغفرت الله لكم ) قال الألباني : ضعيف .
Bəkr İbn Abdullah əl-Muzəni  rəvayət edir ki, Peyğəmbərin  buyurdu: “Mənim yaşamağım sizin üçün xeyirlidir, siz mənə danışırsınız məndə sizə danışıram. Öldüyüm zaman ölümümdə sizin üçün xeyirli olacaqdır. Əməlləriniz mənə ərz olunacaqdır, xeyirli bir şey görsəm (və ya gördükdə) Allaha həmd edəcəm (və ya Allah həmd etdim). Bundan başqa (yəni şərr) görsəm (və ya gördükdə) Allahdan sizin üçün bağışlanma diləyəcəm303.
عن الزبير : أَنَّ رَسُولَ اللَّهِ  قَالَ: مَنْ أَحَبَّ أَنْ تَسُرَّهُ صَحِيفَتُهُ فَلْيُكْثِرْ فِيهَا مِنَ الاسْتِغْفَارِ. قال الشيخ الألباني : حسن
Zubeyr  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Kim əməl dəftərinin onu sevindirməsini istəyirsə, qoy onu istiğfarla (bağışlanma diləməklə) çoxaltsın»304.
عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ  يَقُولُ «إِنَّ إِبْلِيسَ قَالَ لِرَبِّهِ بِعِزَّتِكَ وَجَلاَلِكَ لاَ أَبْرَحُ أُغْوِى بَنِى آدَمَ مَا دَامَتِ الأَرْوَاحُ فِيهِمْ. فَقَالَ اللَّهُ فَبِعِزَّتِى وَجَلاَلِى لاَ أَبْرَحُ أَغْفِرُ لَهُمْ مَا اسْتَغْفَرُونِى». قال الشيخ الألباني : صحيح
Əbu Səid əl-Xudri  rəvayət edir ki, Allah Elçisinin  belə buyurduğunu eşitdim: «İblis Rəbbinə  dedi: «İzzətinə və Ucalığına and olsun! Nə qədər ki, Adəm övladlarının ruhları bədənlərindədir, mən onları azdırmaqdan əl çəkməyəcəm». Rəbb  ona dedi: «İzzətimə və Ucalığıma and olsun! Nə qədər ki, onlar Məndən bağışlanma diləyəcək, Mən onları bağışlayacam!»305.
ابْنَ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « يَا أَيُّهَا النَّاسُ تُوبُوا إِلَى اللَّهِ فَإِنِّى أَتُوبُ فِى الْيَوْمِ إِلَيْهِ مِائَةَ مَرَّةٍ ».
İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «Ey insanlar! Allaha tövbə edin! Mən Ona gündə 100 dəfə tövbə edirəm!»306.
أَنَّ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- قَالَ إِنَّهُ لَيُغَانُ عَلَى قَلْبِى وَإِنِّى لأَسْتَغْفِرُ اللَّهَ فِى الْيَوْمِ مِائَةَ مَرَّةٍ.
Peyğəmbər  buyurdu: «Mənim də qəlbim tutulur və mən gündə 100 dəfə Allahdan bağışlanma diləyirəm!»307.
عَنْ أَبِى بَكْرٍ الصِّدِّيقِ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « مَا أَصَرَّ مَنِ اسْتَغْفَرَ وَإِنْ عَادَ فِى الْيَوْمِ سَبْعِينَ مَرَّةً ». قال الألباني : ضعيف .
Əbu Bəkr əs-Sıddıq  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İstiğfar edən kimsə gündə 70 dəfə (günahı) təkrar etsə belə, günahda israr etmiş sayılmaz”308.
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَلِىِّ بْنِ عَبْدِ اللَّهِ بْنِ عَبَّاسٍ عَنْ أَبِيهِ أَنَّهُ حَدَّثَهُ عَنِ ابْنِ عَبَّاسٍ أَنَّهُ حَدَّثَهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « مَنْ لَزِمَ الاِسْتِغْفَارَ جَعَلَ اللَّهُ لَهُ مِنْ كُلِّ ضِيقٍ مَخْرَجًا وَمِنْ كُلِّ هَمٍّ فَرَجًا وَرَزَقَهُ مِنْ حَيْثُ لاَ يَحْتَسِبُ ». قال الألباني : ضعيف .
İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim istiğfar etməyə davam edərsə Allah o, kimsə üçün hər kədərdən bir qurtuluş, hər sıxıntıdan bir çıxış yolu ehsan edər və onu ummadığı yerdən ruziləndirər”309.
عن عائشة أن النبي صلى الله عليه و سلم كان : يقول ( اللهم اجعلني من الذين إذا أحسنوا استبشروا . وإذا أساءوا استغفروا ). قال الألباني : ضعيف .
Aişə  rəvayət edir ki, Peyğəmbər  belə dua edərdi: “Allahummə! Məni o kəslərdən et ki, (xeyirli bir əməl) etdikləri zaman müjdələnir və xəta etdikləri zaman istiğfar edərlər”310.
عن زر بن حبيش قال : ... قال النبي صلى الله عليه و سلم حتى ذكر بابا من قبل المغرب مسيرة سبعين عاما عرضه أو يسير الراكب في عرضه أربعين أو سبعين عاما قال سفيان قبل الشام خلقه الله يوم خلق السموات والأرض مفتوحا يعني للتوبة لا يغلق حتى تطلع الشمس منه قال الشيخ الألباني : حسن
Uzun bir hədisin son hissəsi: Zir İbn Hubeyş  rəvayət edir ki, Peyğəmbər  uzun danışdıqdan sonra: “Məğrib tərəfdə bir qapıdan bəhs etdi ki, bu qapının genişliyi bir miniklinin 40 il və ya 70 il yeriməsi kimidir. Allah bu qapını göyləri və yerləri yaratdığı gün tövbə üçün açmışdır. Günəş məğribdən doğana (Qiyamətə) qədər bu qapı bağlanmayacaqdır”311.
عن عبد الله قال : قال رسول الله صلى الله عليه و سلم سلوا الله من فضله فإن الله عز و جل يحب أن يسأل وأفضل العبادة انتظار الفرج. قال الشيخ الألباني : ضعيف
Abdullah İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allahın lütfündən diləyin. Çünki Allah Ondan istənilməsini sevər və ibadətlərin ən fəzilətlisi sıxıntının getməsini gözləməkdir”312.
أَنَسُ بْنُ مَالِكٍ - وَهُوَ عَمُّهُ - قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « لَلَّهُ أَشَدُّ فَرَحًا بِتَوْبَةِ عَبْدِهِ حِينَ يَتُوبُ إِلَيْهِ مِنْ أَحَدِكُمْ كَانَ عَلَى رَاحِلَتِهِ بِأَرْضِ فَلاَةٍ فَانْفَلَتَتْ مِنْهُ وَعَلَيْهَا طَعَامُهُ وَشَرَابُهُ فَأَيِسَ مِنْهَا فَأَتَى شَجَرَةً فَاضْطَجَعَ فِى ظِلِّهَا قَدْ أَيِسَ مِنْ رَاحِلَتِهِ فَبَيْنَا هُوَ كَذَلِكَ إِذَا هُوَ بِهَا قَائِمَةً عِنْدَهُ فَأَخَذَ بِخِطَامِهَا ثُمَّ قَالَ مِنْ شِدَّةِ الْفَرَحِ اللَّهُمَّ أَنْتَ عَبْدِى وَأَنَا رَبُّكَ. أَخْطَأَ مِنْ شِدَّةِ الْفَرَحِ ».
Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah  qulunun tövbə etməsi ilə sizdən hər hansı birinizin bu halından daha çox sevinir». Bir kimsə otsuz boş bir quru ərazidə dəvəsi ilə gedirdi. Dəvənin üzərində də o, kimsənin yeyəcək və içəcək şeyləri də vardır. (Başqa rəvayətdə: «Çöllük bir əraziyə çatdıqda ona şirin bir yuxu gəldi. Dəvəsi üzərindən enərək bir ağac tapıb altında mürgüləmək üçün uzandı). Oyandıqda bir də baxdı ki, dəvəsi yeyəcək və içəcək şeylərlə birlikdə yoxdur. Dəvəsini axtarmaq üçün o yana bu yana qaçır. Nəhayət dəvəsini axtarıb tapmaqdan ümüdünü kəsdikdə yatdığı yerə qayıdaraq: «Artıq buradan ölənə qədər ayrılmayacağam!» deyib yan tərəfi üstə uzanaraq yatdı. (Ayıldıqda) Bir də baxdı ki, dəvəsi başı üzərində dayanıb. Dəvəsinin ipindən tutaraq sevincinin şiddətindən: «Allahummə Əntə Abdi Və Ənə Rabbukə Allahım Sən mənim qulumsan, mən də Sənin Rəbbinəm!» deyə şükr edir. «Sizdən hər hansı biriniz (itmiş dəvəsini) üzərində yemək və içəcəyi ilə birlikdə tapmasından daha çox, Uca Allah tövbə etmiş mömin qulunun tövbəsindən ötrü sevinir»313.
عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ حَدِيثَيْنِ أَحَدُهُمَا عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَالْآخَرُ عَنْ نَفْسِهِ قَالَ إِنَّ الْمُؤْمِنَ يَرَى ذُنُوبَهُ كَأَنَّهُ قَاعِدٌ تَحْتَ جَبَلٍ يَخَافُ أَنْ يَقَعَ عَلَيْهِ وَإِنَّ الْفَاجِرَ يَرَى ذُنُوبَهُ كَذُبَابٍ مَرَّ عَلَى أَنْفِهِ فَقَالَ بِهِ هَكَذَا قَالَ أَبُو شِهَابٍ بِيَدِهِ فَوْقَ أَنْفِهِ ثُمَّ قَالَ لَلَّهُ أَفْرَحُ بِتَوْبَةِ عَبْدِهِ مِنْ رَجُلٍ نَزَلَ مَنْزِلًا وَبِهِ مَهْلَكَةٌ وَمَعَهُ رَاحِلَتُهُ عَلَيْهَا طَعَامُهُ وَشَرَابُهُ فَوَضَعَ رَأْسَهُ فَنَامَ نَوْمَةً فَاسْتَيْقَظَ وَقَدْ ذَهَبَتْ رَاحِلَتُهُ حَتَّى إِذَا اشْتَدَّ عَلَيْهِ الْحَرُّ وَالْعَطَشُ أَوْ مَا شَاءَ اللَّهُ قَالَ أَرْجِعُ إِلَى مَكَانِي فَرَجَعَ فَنَامَ نَوْمَةً ثُمَّ رَفَعَ رَأْسَهُ فَإِذَا رَاحِلَتُهُ عِنْدَهُ تَابَعَهُ.
Abdullah İbn Məsud  iki rəvayət – birini Peyğəmbərdən , digərini də özündən danışıb demişdir: “Mömin bəndə öz günahlarına baxanda elə düşünür ki, sanki dağın ətəyində oturmuş və az qala bu dağ onun başına uçacaqdır. Günahkar bəndə isə öz günahlarını sanki burnuna qonmuş bir milçək sanır (və elə güman edir ki, əli ilə) onu qovacaqdır.” Sonra: “Allah Öz qulunun tövbəsinə, üstündə yemək-içməyi yüklənmiş dəvəsi ilə birgə təhlükəli bir yerdə dayanan və başını yerə qoyub yatan, oyandıqda dəvəsinin qaçdığını görən, özü də bərk istiyə və susuzluğa məruz qaldıqdan sonra: “Yerimə qayıdım”- deyib geri qayıdıb bir qədər də yatan və nəhayət, oyanıb başını qaldırdıqda dəvəsini yanında görən kimsədən daha çox sevinir”314.
عن أبي هريرة قال : قال رسول الله صلى الله عليه و سلم لله أفرح بتوبة أحدكم من أحدكم بضالته إذا وجدها. قال الشيخ الألباني : صحيح
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah sizdən birinizin tövbəsinə itirdiyini tapdığı zaman sevindiyindən daha artıq sevinir”315.
عَنْ أَنَسُ بْنُ مَالِكٍ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ  يَقُولُ «قَالَ اللَّهُ يَا ابْنَ آدَمَ إِنَّكَ مَا دَعَوْتَنِى وَرَجَوْتَنِى غَفَرْتُ لَكَ عَلَى مَا كَانَ فِيكَ وَلاَ أُبَالِى يَا ابْنَ آدَمَ لَوْ بَلَغَتْ ذُنُوبُكَ عَنَانَ السَّمَاءِ ثُمَّ اسْتَغْفَرْتَنِى غَفَرْتُ لَكَ وَلاَ أُبَالِى يَا ابْنَ آدَمَ إِنَّكَ لَوْ أَتَيْتَنِى بِقُرَابِ الأَرْضِ خَطَايَا ثُمَّ لَقِيتَنِى لاَ تُشْرِكُ بِى شَيْئًا لأَتَيْتُكَ بِقُرَابِهَا مَغْفِرَةً» قال الشيخ الألباني : صحيح
Ənəs  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah  buyurdu: «Ey Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm»316.
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ  قَالَ: «لَوْ أَخْطَأْتُمْ حَتَّى تَبْلُغَ خَطَايَاكُمُ السَّمَاءَ ثُمَّ تُبْتُمْ لَتَابَ عَلَيْكُمْ». قال الشيخ الألباني : حسن صحيح
Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  demişdir: “Əgər sizin günahlarınız səmaya belə çatsa, sonra tövbə etsəniz, Allah tövbənizi qəbul edər”317.
عن ابن مسعود قال : قال رسول الله صلى الله عليه و سلم: التائب من الذنب كمن لا ذنب له . قال الشيخ الألباني : حسن
Peyğəmbər  buyurdu: «Günaha görə tövbə edən o günahı etməmiş kimidir»318.
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « وَالَّذِى نَفْسِى بِيَدِهِ لَوْ لَمْ تُذْنِبُوا لَذَهَبَ اللَّهُ بِكُمْ وَلَجَاءَ بِقَوْمٍ يُذْنِبُونَ فَيَسْتَغْفِرُونَ اللَّهَ فَيَغْفِرُ لَهُمْ ».
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Nəfsim əlində olan Allaha and olsun ki, əgər siz günah etməsəniz Allah sizi məhv edər və sizin yerinizə elə bir qövm gətirər ki, onlar günah edər və Allahdan bağışlanma diləyərlər, Allah da onları bağışlayar”319.
عن ابن عمر : عن النبي صلى الله عليه و سلم قال إن الله يقبل توبة العبد مالم يغرغر. قال الشيخ الألباني : حسن
İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allah qulunun tövbəsini can boğaza yetişməmiş qədul edər”320.
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ سَمِعْتُ النَّبِىَّ  قَالَ )فيما يحكي عن ربه عز وجل قال («إِنَّ عَبْدًا أَصَابَ ذَنْبًا - وَرُبَّمَا قَالَ أَذْنَبَ ذَنْبًا - فَقَالَ رَبِّ أَذْنَبْتُ - وَرُبَّمَا قَالَ أَصَبْتُ - فَاغْفِرْ لِى فَقَالَ رَبُّهُ أَعَلِمَ عَبْدِى أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ غَفَرْتُ لِعَبْدِى. ثُمَّ مَكَثَ مَا شَاءَ اللَّهُ، ثُمَّ أَصَابَ ذَنْبًا أَوْ أَذْنَبَ ذَنْبًا، فَقَالَ رَبِّ أَذْنَبْتُ - أَوْ أَصَبْتُ - آخَرَ فَاغْفِرْهُ. فَقَالَ أَعَلِمَ عَبْدِى أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ غَفَرْتُ لِعَبْدِى، ثُمَّ مَكَثَ مَا شَاءَ اللَّهُ ثُمَّ أَذْنَبَ ذَنْبًا - وَرُبَّمَا قَالَ أَصَابَ ذَنْبًا - قَالَ قَالَ رَبِّ أَصَبْتُ - أَوْ أَذْنَبْتُ - آخَرَ فَاغْفِرْهُ لِى. فَقَالَ أَعَلِمَ عَبْدِى أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ وَيَأْخُذُ بِهِ غَفَرْتُ لِعَبْدِى - ثَلاَثًا - فَلْيَعْمَلْ مَا شَاءَ )اعمل ما شئت فقد غفرت لك(»
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  Uca və Böyük olan Rəbbindən belə buyurdu: «Allahın qullarından biri günah edib sonra da: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda! Mən öz qulumu bağışladım!» deyə buyurdu. Sonra o, qul (günah etmədən) Allahın dilədiyi bir müddət qədər yaşayır. Sonra yenə də günah edərək: «Allahım! Mən günah etdim, günahımı bağışla!» dedi. Pak və Uca olan Allah: «Qulum günah etdi! Günahı bağışlayan (məğfirət edən) və günaha görə cəzalandıran bir Rəbbi olduğunu bildiyi halda!». Üç dəfə: «Mən öz qulumu bağışladım! Artıq istədiyini edə bilər”321 deyə buyurdu322.
عن أبي سعيد الأنصاري قال : قال رسول الله صلى الله عليه و سلم: الندم توبة و التائب من الذنب كمن لا ذنب له . قال الشيخ الألباني : حسن
Əbu Səid əl-Ənsari  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Peşmançılıq – Tövbədir. Günaha görə tövbə edən o günahı etməmiş kimidir”323.
عن أبي أمامة قال : قال رسول الله صلى الله عليه و سلم: " إن صاحب الشمال ليرفع القلم ست ساعات عن العبد المسلم المخطئ أو المسيء ،فإن ندم و استغفر الله منها ألقاها و إلا كتب واحدة " . قال الشيخ الألباني : صحيح
Peyğəmbər  buyurdu: «Sol kitab sahibi öz qələmini günah etmiş müsəlmandan altı saat müddətinə qaldırar. Əgər o, tövbə edib bağışlanma diləyərsə etdiyi günah yazılmaz. Əksi təqdirdə onu bir günah olaraq qeyd edər»324.
أَبُو بَكْرٍ - رضى الله عنه - أَنَّهُ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- يَقُولُ « مَا مِنْ عَبْدٍ يُذْنِبُ ذَنْبًا فَيُحْسِنُ الطُّهُورَ ثُمَّ يَقُومُ فَيُصَلِّى رَكْعَتَيْنِ ثُمَّ يَسْتَغْفِرُ اللَّهَ إِلاَّ غَفَرَ اللَّهُ لَهُ ». ثُمَّ قَرَأَ هَذِهِ الآيَةَ (وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ) إِلَى آخِرِ الآيَةِ. قال الألباني : صحيح
Əbu Bəkr  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir kimsə günah etdikdən sonra gözəl şəkildə dəstnamaz alıb iki rükət namaz qılar və Allahdan bağışlanma diləyərsə Allah onu bağışlayar”. Sonra: “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər”. (Ali İmran 135) ayəsini oxudu325.
عَنْ أَنَسٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كُلُّ ابْنِ آدَمَ خَطَّاءٌ فَخَيْرُ الْخَطَّائِينَ التَّوَّابُونَ. قال الشيخ الألباني : حسن
Peyğəmbər  buyurdu: “Bütün Adəm övladı xəta edəndir. Xəta edənlərin ən xeyirlisi Allaha tövbə edənlərdir»326.
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « مَنْ تَابَ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا تَابَ اللَّهُ عَلَيْهِ ».
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Kim gün batdığı yerdən çıxanadək Tövbə edərsə Allah onun tövbəsini qəbul edir»327.
عَنِ ابْنِ عَبَّاسٍ عَنْ رَسُولِ اللَّهِ قَالَ: قَالَ اللَّهُ : «مَنْ عَلِمَ أَنِّي ذُو قُدْرَةٍ عَلَى مَغْفِرَةِ الذُّنُوبِ، غَفَرْتُ لَهُ وَلا أُبَالِي مَا لَمْ يُشْرِكْ بِي شَيْئًا». قال الألباني : صحيح
İbn Abbas  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Allah  buyurdu: “Kim Mənim günahları bağışlamağa qadir olduğumu bilsə, Mən onu bağışlayaram. Bu Mənim üçün heç nədir. Nə qədər ki, o Mənə heç bir şeyi şərik qoşmur”328.
عَنْ أَبِى سَعِيدٍ  عَنِ النَّبِىِّ  قَالَ «كَانَ فِى بَنِى إِسْرَائِيلَ رَجُلٌ قَتَلَ تِسْعَةً وَتِسْعِينَ إِنْسَانًا ثُمَّ خَرَجَ يَسْأَلُ، فَأَتَى رَاهِبًا فَسَأَلَهُ، فَقَالَ لَهُ هَلْ مِنْ تَوْبَةٍ قَالَ لاَ. فَقَتَلَهُ، فَجَعَلَ يَسْأَلُ، فَقَالَ لَهُ رَجُلٌ ائْتِ قَرْيَةَ كَذَا وَكَذَا. فَأَدْرَكَهُ الْمَوْتُ فَنَاءَ بِصَدْرِهِ نَحْوَهَا، فَاخْتَصَمَتْ فِيهِ مَلاَئِكَةُ الرَّحْمَةِ وَمَلاَئِكَةُ الْعَذَابِ، فَأَوْحَى اللَّهُ إِلَى هَذِهِ أَنْ تَقَرَّبِى. وَأَوْحَى اللَّهُ إِلَى هَذِهِ أَنْ تَبَاعَدِى. وَقَالَ قِيسُوا مَا بَيْنَهُمَا. فَوُجِدَ إِلَى هَذِهِ أَقْرَبُ بِشِبْرٍ، فَغُفِرَ لَهُ».
Əbu Səid  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İsrail oğullarından biri doxsan doqquz adam öldürmüşdü. Bundan sonra o, bir rahibin yanına gəlib (günahını etiraf etdi) və ondan: “Tövbə (etsəm, qəbul) olarmı?”- deyə soruşdu. Rahib: “Xeyr!”- dedikdə bu adam onu da öldürdü. Sonra o, (sualına cavab tapmaq üçün) soruşmağına davam etdi. (Axırda elmli) bir adam ona: “Get filan kəndə!”- dedi. Yolda ölüm onu haqladı və o, ölərkən sinəsini həmin kəndə doğru çevirdi. Bu vaxt rəhmət mələkləri ilə əzab mələkləri ona görə öz aralarında çəkişməyə başladılar. Allah yerin bu tərəfinə: “Yaxınlaş!”, o tərəfinə329 isə: “Uzaqlaş”- deyə vəyh etdi. Sonra da (mələklərə): “Bunların330 arasındakı məsafəni ölçün!”- deyə buyurdu. (Məsafə ölçüldükdən sonra) bu adamın o kəndə bir qarış daha yaxın olduğu bəlli oldu və Allah onu bağışladı”331.
عن أبي هريرة رضي الله عنه قال قال رسول الله صلى الله عليه وسلم )إن العبد إذا أخطأ خطيئة نكتت في قلبه نكتة (إِنَّ الْمُؤْمِنَ إِذَا أَذْنَبَ ذَنْبًا كَانَتْ نُكْتَةٌ سَوْدَاءُ فِى قَلْبِهِ فَإِنْ تَابَ وَنَزَعَ وَاسْتَغْفَرَ صُقِلَ مِنْهَا قَلْبُهُ وإن زاد زادت حتى يغلف بها قلبه فذلك الران )فَإِنْ عَادَ رَانَتْ حَتَّى يُغْلَقَ بِهَا قَلْبُهُ( فَذَاكَ الَّذِى ذَكَرَ اللَّهُ عَزَّ وَجَلَّ فِى كِتَابِهِ (كَلاَّ بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ) ». قال الشيخ الألباني : حسن
Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Mömin günah (Qul xəta) etdiyi zaman qəlbinə qara nöqtə düşər. Tövbə edib istiğfar diləyərsə qəlbi (günahdan) təmizlənər. Əgər (günahına qayıdarsa) artırarsa (qara nöqtə) artar hətta qəlbi onunla kilitlənər. Bu da Allahın kitabında zikr etdiyi: “Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür”. (əl-Mutaffifin 14)332.
عن معاذ بن جبل رضي الله عنه قال قلت يا رسول الله أوصني قال عليك بتقوى الله ما استطعت واذكر الله عند كل حجر وشجر وما عملت من سوء فأحدث له توبة السر بالسر والعلانية بالعلانية. قال الشيخ الألباني : حسن لغيره
Muaz İbn Cəbəl  rəvayət edir ki, mən: “Yə Rəsulullah! Mənə Vəsiyyət et!” dedim. O: “Sənə Allahdan bacardığın qədər qorxmağı nəsiət edirəm. Hər bir ağacın və daşın yanında Allahı zikr et! Bir pis iş etdikdə dərhal tövbə et ki, onu silsin. Gizlini gizlin, aşkarı da aşkarda et”333.
وعن أبي طويل شطب الممدود أنه أتى النبي صلى الله عليه وسلم فقال أرأيت من عمل الذنوب كلها ولم يترك منها شيئا وهو في ذلك لم يترك حاجة ولا داجة إلا أتاها فهل لذلك من توبة قال فهل أسلمت قال أما أنا فأشهد أن لا إله إلا الله وأنك رسول الله قال تفعل الخيرات وتترك السيئات فيجعلهن الله لك خيرات كلهن قال وغدراتي وفجراتي قال نعم قال الله أكبر فما زال يكبر حتى توارى. قال الألباني : صحيح
AbdurRahman İbn Cubeyr, o da Əbu Tufeyldən rəvayət edir ki, Peyğəmbərin  yanına ixtiyar yaşına çatmış bir kişi gəlir (Başqa rəvayətdə: Qaşları gözünün üstünü örtmüş, əsasına söykənərək Peyğəmbərin  yanında dayanaraq) deyir: «Sən yer üzündə belə bir insan görmüsənmi ki, böyüklü, kiçikli heç bir günahdan yan keçməyərək onları edib (Başqa rəvayətdə: Əgər onun günahlarını yer əhli arasında paylasaydılar hamını həlak edərdi). Mənim üçün tövbə varmı?». Peyğəmbər: «Sən İslamı qəbul etmisənmi?» deyə buyurdu. O: «O ki qaldı mənə – Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur və sən Allahın Rəsulusan» dedi. Peyğəmbər: «Yaxşı işlər gör və pis işləri də tərk et, Allah da sənin bütün əməllərini xeyirli edər» deyə buyurdu. O: «Oldu! Allahu Əkbər! – deyərək gözdən itənə qədər getdi»334.
الدعاء من الكتاب الله

ALLAHIN KİTABINDAN (QURANİ KƏRİMDƏN) ALINMIŞ MÜSTƏCƏB DUALAR
قَالَا "رَبَّنَا ظَلَمْنَا أَنْفُسَنَا وَإِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ"
Hər ikisi: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq"– dedilər. (əl-Əraf 23).
قَالَ "رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَإِلَّا تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُنْ مِنَ الْخَاسِرِينَ"
O dedi: "Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram". (Hud 47).
"رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا"
Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır". (Nuh 28).
"وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ. رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً لَكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ"
O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: "Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!”. (əl-Bəqərə 127-128).
"رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلَاةِ وَمِنْ ذُرِّيَّتِي رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ. رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ"
Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!". (İbrahim 40-41).
"رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ. وَاجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ. وَاجْعَلْنِي مِنْ وَرَثَةِ جَنَّةِ النَّعِيمِ"
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et!”. (əş-Şuəra 83-85).
"وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ"
Onların dirildiləcəyi gün məni rüsvay etmə!”. (əş-Şuəra 87).
"رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ"
"Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!". (əs-Saffət 100).
"رَبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ"
Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir”. (əl-Mumtəhinə 4).
"رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا وَاغْفِرْ لَنَا رَبَّنَا إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ"
Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!". (əl-Mumtəhinə 5).
"رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ"
Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!". (ən-Nəml 19).
"رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاءِ"
"Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən". (Ali İmran 38).
"لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ"
"Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!". (əl-Ənbiya 87).
"رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ"
"Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!". (əl-Ənbiya 89).
"رَبِّ اشْرَحْ لِي صَدْرِي. وَيَسِّرْ لِي أَمْرِي. وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي. يَفْقَهُوا قَوْلِي"
Musa dedi: "Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar!”. (Ta ha 25-28).
"رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ"
"Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!" O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”. (əl-Qəsəs 16).
"رَبَّنَا آمَنَّا بِمَا أَنْزَلْتَ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ"
Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!". (Ali İmran 53).
"رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ"
"Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!". (Ali İmran 147).
"رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِلْقَوْمِ الظَّالِمِينَ. وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ"
Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə! Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar". (Yunus 85-86).
"رَبَّنَا آتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا"
"Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!". (əl-Kəhf 10).
"رَبِّ زِدْنِي عِلْمًا"
"Ey Rəbbim! Elmimi artır!". (Ta ha 114).
"رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ. وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ"
De: "Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə axınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!". (əl-Muminun 97-98).
"رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ"
De: "Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!". (əl-Muminun 118).
"رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ"
"Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!". (əl-Bəqərə 201).
"آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ. لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ"
Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!". Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!". (əl-Bəqərə 285-286).
"رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ"
Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən”. (Ali İmran 8).
"رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ. رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ. رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ. رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَى رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ"
"Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!. Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə iman gətirin!"– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al! Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!". (Ali İmran 191-194).
"رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ"
"Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!". (əl-Muminun 109).
"رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا. إِنَّهَا سَاءَتْ مُسْتَقَرًّا وَمُقَامًا"
Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. Həqiqətən, o, nə pis məskən, necə də pis iqamətgahdır!". (əl-Furqan 65-66).
"رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا"
"Ey Rəbbimiz! Bizə gözümüzün aydınlığı olan zövcələr və övladlar bəxş et və bizi müttəqilərə imam et!". (əl-Furqan 74).
"رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ"
Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!". (əl-Əhqaf 15).
"رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ"
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (əl-Həşr 10).
"رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ"
"Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!". (ət-Təhrim 8).
"رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ"
"Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!". (Ali İmran 16).
"رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ"
"Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!”. (əl-Maidə 83).
"رَبِّ اجْعَلْ هَذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنَامَ"
"Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır”. (İbrahim 35).
"رَبِّ إِنِّي لِمَا أَنْزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ"
"Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!". (əl-Qəsəs 24).
"رَبِّ انْصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ"
"Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!". (əl-Ənkəbut 30).
"رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ الْقَوْمِ الظَّالِمِينَ"
"Ey Rəbbimiz, bizi zalımlara tay tutma!". (əl-Əraf 47).
"حَسْبِيَ اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ"
"Mənə Allah yetər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük Ərşin Rəbbidir!". (ət-Tövbə 129).
"رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ"
"Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!". O, Mədyən tərəfə yollanıb: "Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”. (əl-Qəsəs 21-22).
"يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَاءُ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا"
Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir”. (əl-Bəqərə 269).
Yüklə 17,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə