Səhih Dua Və Zikirlər Kitabı
15
Ömər rəvayət edir ki: “Bədr günü Peyğəmbər müşriklərə baxdı. Onlar
min, əshabı isə üç yüz on doqquz nəfər. Peyğəmbər qibləyə yönələrək
əllərini göyə qaldırdı və Rəbbinə: “Allahım! Mənə vəd etdiyini yerinə yetir!
Allahım! Mənə vəd etdiyini mənə ver! Allahım! Əgər sən İslam əhli olan bu
camaatı həlak etsən, Yer üzündə sənə ibadət edən olmaz!” deyə nida etdi
24
.
.
İbn Məsud rəvayət edir ki, Peyğəmbər Kəbəyə yönələrək Qureyşdən
olan: Şeybə İbn Rabia, Utbə İbn Rabia, Valid İbn Utbə, Əbu Cəhl İbn Hişəm bir
neçə nəfərə bəd dua etdi. Allah şahiddir ki, mən onların hamısını (Bədr
döyüşündə) yerə sərildiyini (öldürüldüyünü) gördüm. Günəşin istisi onların
(cəsədlərini) dəyişmişdir”
25
.
Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər bir şeyin
Seyyidi (ağası) vardır, məclislərin (zikr, dua, elm) ağası isə qibləyə
yönəlməkdir“
26
.
Əbu Hureyra rəvayət edir ki, Tufeyl İbn Amr əd-Dövsi Peyğəmbərin
yanına gəlib dedi: “Ey Allahın elçisi! Dövs qəbiləsi asilik etmiş və (haqdan) üz
çevirmişdir. Onların əleyhinə Allaha dua et!”. Peyğəmbər üzünü qibləyə
tutub əllərini (göyə) qaldırdı. Camaat elə zənn etdi ki, Peyğəmbər onlara
bəddua edəcək. (O isə əksinə): “
Allahummə İhdi Dousən Vəti Bihim –
Allahım!
Dövs qəbiləsini doğru yola yönəlt və onları (haqqa) gətir”- deyə dua etdi
27
.
5) Əlləri Qaldırmaq
24
Muxtəsər Müslim 1158, 1760, 1763, 4687.
25
Buxari 3960.
26
əl-Albani “Səhih Tərğib” 3085.
27
Buxari “Ədəbul Mufrad” 611, əl-Albani “Səhihdə” 2941.
Səhih Dua Və Zikirlər Kitabı
16
Duanın ən böyük ədəblərindən biri də, dua edərkən əlləri qaldırmaqdır.
Çünki qul əllərini Rəbbinə tərəf qaldırmaqla özünün Ona olan acizliyini
bildirir.
...
Əbu Musa
demişdir: “...Onda Peyğəmbər
su gətizdirib dəstəmaz aldı,
sonra əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!”
(Peyğəmbər
əllərini elə qaldırdı ki, hətta) mən onun qoltuğunun ağlığını
gördüm
28
.
Salman (Farisi) rəvayət edir ki, Rəsulullah buyurdu: «Həya və Kərim
sahibi olan Rəbbimiz əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş
qaytarmaqdan Həya edir»
29
.
.
Ənəs rəvayət edir ki, Peyğəmbər buyurdu: “Rahim və Kərim sahibi
olan Allah əllərini Ona tərəf qaldırmış qulunun əllərinə xeyir qoymadan geri
qaytarmaz”
30
.
Dua Edərkən Əlləri Qaldırmaq Üç Cür Olur:
1. Ümumi Duanın Məqamı - buna istəmək deyilir. Qaydası: Əlləri
çiyinlərinə bərabər, yaxud yaxın tutub ovucunu açaraq bir-birinə birləşdirirsən
və əllərinin içini göyə, üstünü isə yerə, yaxud, içini üzünə üstünü isə qibləyə
tərəf tutursan. Bu məqamdan Vitir namazında qunut tutarkən, istisqa (yağış)
duası edərkən, həcc vaxtı dua edərkən əllərin qaldırılması sünnədə olan altı
yerdə dua edərkən, yaxud da, hər hansı bir vaxtda dua etmək istəyərkən edilir.
28
Buxari 4323, Müslim 2498.
29
Tirmizi 3551, 3556, Əbu Davud 1488, 1490, İbn Məcə 3865, Musnəd 5/438, əl-Albani “Sahihul Cəmi” 1753.
30
əl-Albani “Səhih Tərğib” 1636.
Səhih Dua Və Zikirlər Kitabı
17
İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “İstəmək (dua) - odur
ki, əllərini çiyinlərinə bərabər, yaxud yaxın tutaraq qaldırasan. İstiğfar
(bağışlanma diləmək) - odur ki, bir barmağınla (şəhadət barmağınla) işarə
edəsən. İbtihəl (yalvarmaq) - odur ki, əllərini (qollarınla) birlikdə qaldırasan”
31
.
2. Bu Məqama İstiğfar – bağışlanma diləmək deyilir. Qaydası: Sağ əlinin
şəhadət barmağını qaldırırsan. Bu məqamdan əsasən zikr edərkən, xütbədə
dua edərkən, namazda təşəhhüd oxuyarkən, namaz xaricində Təhlil (
Lə Iləhə
Illəllah
), Təsbih (
Subhənallah
) deyərkən edilir.
Umarə İbn Rueybə rəvayət edir ki, Bişr İbn Mərvan minbər üzərində
əllərini qaldırdığını görür və Allah bu əllərin xeyirini kəssin. Peyğəmbərin
əli ilə bundan artıq etdiyini görmədim deyərək şəhadət barmağına işarə etdi
32
.
Səhl İbn Sad rəvayət edir ki, Peyğəmbər nə minbər üzərində, nə də
başqa bir yerdə əllərini qaldıraraq dua etdiyini heç görmədim. Lakin işarət
(şəhadət) barmağını qaldırdı, orta və baş barmağını isə birləşdirdiyini
gördüm”
33
.
Sad İbn Əbi Vaqqas rəvayət edir ki, iki barmağımla dua etdiyim zaman
Peyğəmbər mənim yanımdan ötürdü və o, şəhadət barmağını göstərərək:
“Təklə, Təklə” deyə buyurdu
34
.
31
Əbu Davud 1489, 1491, əl-Albani “Səhih”.
32
Müslim 874, 2053.
33
Əbu Davud 1105, 1107, əl-Albani “Zəif”.
34
Əbu Davud 1499, Tirmizi 3557, əl-Albani “Səhih”.
Dostları ilə paylaş: |