3
AZƏRBAYCAN ATABƏYLƏRİ ELDƏNİZLƏR
Köhnə sovet tarix nəzəriyyəsi, müasir Avropa və İran tarixçiliyi
Səlcuqluların, ümumiyyətlə, oğuz türklərinin Azərbaycanı işğal etdiyini və bunun
nəticəsində bu coğrafiyada yaşayan "irani" xalqları asimilə etdiyini qeyd edirlər.
Bu tarix görüşü, ideoloji bir görüş olub, Yaxın və Orta Şərq tarixində türk
gerçəyinin inkarına yönəlik bir düşüncəyə xidmət edir. Mövcud qaynaqlarımız
yuxarıda da geniş bəhs etdiyimiz kimi, oğuz fəthlərindən əvvəl Cənubi Qafqazda,
Şərqi Anadoluda, indiki İranın bütün şimali və mərkəzi torpaqlarında qələbəlik
türk ünsürünün yaşadığını ortaya qoymaqdadır.
1
Böyük Səlcuqlu dövlətinin quruluşu ərəfəsində və sırasında Azərbaycan
daha sonra İraq türkmənləri adını alacaq oğuzların vətəni olmuşdur. XI əsrin
ortalarında isə Azərbaycan və Aran oğuz kütləsinin ən çox olduğu coğrafiyaların
başında gəlməkdə idi. F.Sümərin də qeyd etdiyi kimi "Anadolunu fəth edən və
oradakı türklüyü uzun bir zaman bəsləyənlər Azərbaycandakı qələbəlik oğuz
kütlələri olmuşdur".
2
Azərbaycan və Aran oğuzları qısa müddət sonra bu coğrafiyaya uyğun adlar
almış və bunlar ümumi oğuz-türkmən boylarının tarixində böyük rol oynamışdılar.
Navekiyyə türkmənləri, Gəncə türkmənləri, Aran türkmənləri sadəcə, Azərbaycanın
deyil, Anadolu və Suriyanın fəthində əvəz edilməz fəaliyyətlər həyata keçirmişdir.
Yəni oğuzların Azərbaycana gəlişi bu ölkənin türkləşməsinə səbəb olmamış,
sadəcə, buradakı türk ünsürü çoxalmış və hakim mövqeyinə çıxartmışdır.
Səlcuqlulardan əvvəl də Azərbaycan türk boylarından hunların, peçeneqlerin,
sabirlərin, oqur/oğuzların, xəzərlərin, qanqlıların və d. kompakt (birlikdə) yaşadığı
ölkə olmuşdur.
Azərbaycan və Aran coğrafiyası Səlcuqlular tarixində mərkəz rolunu
oynamışdır. Böyük Səlcuqlu sultanları Alparslan və xüsusilə də Məlikşahdan
etibarən Azərbaycan və Aran Səlcuqluların vəliəhd ölkəsi və ya "şahzadə sancağı"
elan edilmişdir. Xorasan ilə Azərbaycan oğuz türkləri üçün vazkeçilməz iki
ölkədən biri idi. Məlikşah dövründə Azərbaycanda Səlcuqlu əmirliyi təsis edilmiş
və Gəncə paytaxt elan edilmişdir. Gəncədə oturan Məlikşahın oğlu Məhəmməd
Tapar Azərbaycan türklərinin dəstəyi ilə böyük sultanlıq taxtı uğrunda mübarizəyə
başlamış və Bərkiyaruqun ölümü ilə hakimiyyəti əlinə keçirmişdir. Azərbaycan
əmirləri və atabəylərinin İraq Səlcuqlu sultanları zamanında da mərkəzi
hakimiyyəti ələ keçirmək mübarizəsi davam etmişdir. Paytaxtın Reydən Həmədana
köçürülməsi və Həmədan şəhərinin Azərbaycanın cənub sərhədi içində yer alması
bu coğrafiyanı imperiyanın mərkəzinə çevirmişdir. 1161-ci ildə Azərbaycan
1
Bu barədə geniş məlumat üçün bax. Hatä'i Külliyatı, Haz: Necef E.N. - Cavanşir B., İstanbul 2006,
Giriş kısmı.
2
Sümər, Oğuzlar, Bakı nşr, s. 141.
4
Atabəyləri Eldənizlər İraq Səlcuqlu taxtını əllərinə keçirmiş və otuz ildən çox İraq
Səlcuqlu sultanlarının atabəyi sifətiylə Səlcuqluların qərb torpaqlarının tamamını
idarə etmişdir. Bunun birinci səbəbi oğuz əsgəri güclərinin Azərbaycanda özlərinə
böyük yurdlar əldə etmələri idi. Nəsəvi, o dövrdə Azərbaycanı "türklərin dəniz
qumunun dənələri qədər çox olduğu ölkə" olaraq təsvir etməkdədir.
Qaynaqlarda "türk", "türkmən", hətta "oğuz" adları köçəri türklərə şamil
edildiyindən yerləşmiş türklər məskun olduğu şəhər və əyalətləri adıyla (təbrizlilər,
həmədanlılar, şirvanlılar kimi) qeyd edilirdilər. Buna görə də məskunlaşmış və
əkinçilik, ziraatla məşğul olan türklər, müasir Qərb və Sovet tarixçiləri tərəfindən
türk olmayan xalqlar olaraq göstərilmişdir. O isə, Səlcuqlulardan əvvəl və
Səlcuqlular dövründə köçəri türklər xaricində Azərbaycan və indiki İranın özündə
də çoxlu miqdarda yerli türk qrupları yaşamaqda idi.
Azərbaycanda Səlcuqlu hakimiyyəti
Səlcuqlular dövründə Azərbaycana qələbəlik sayda oğuz-türkmən kütləsi
gəlib yerləşdi. 1040-cı ildə meydana gələn Dandanakan savaşı nəticəsində Qəznəli
ordularının ağır məğlubiyyəti Yaxın və Orta Şərq qapılarını oğuzların üzünə açdı.
Beləcə, Səlcuqlu sultanı Toğrul Bəyin hakimiyyəti dövründə (1040-1063) oğuz-
türkmən boylarının Azərbaycan köçləri başladı.
3
Reydə qazandıqları müvəffəqiyyətlərdən sonra oğuz birlikləri buradan
Azərbaycan istiqamətində hərəkətə keçdilər. Bu vaxt İraqda və Azərbaycanda
siyasi vəziyyət heç də yaxşı deyildir. Bölgə çoxlu sayda sülalə dövlətləri tərəfindən
paylaşılmışdır. Bu sülalələr ərəb, türk və iran mənşəlidirlər. Deyləmilər
Deyləmanda Kakaveyhilər sülaləsini qurmuşdular. Azərbaycanda Rəvvadilər və
Şirvanşahlar sülaləsi mövcudkən, Azərbaycan ilə Şərqi Anadolunun bir hissəsi
Şəddadilərin əlində idi. Oğuz birlikləri Reyi tərk edincə, Deyləman
Kakaveyhilərdən İsfahan və Hamədan hakimi Əlaüd-dövlə buraya hücum etmişdir.
Ancaq müvəffəq ola bilməmiş, xüsusilə də Əbu Səhl-i Həmdavi qarşısında məğlub
olunca oğuzlardan kömək istəmişdir. Azərbaycan tərəflərinə hərəkət edən oğuz boy
bəylərindən Qızıl bu dəvət üzərinə geri döndü. Qızılın əmrində cəmi 1500 qədər
əsgər var idi. Ancaq onun Əläüd-dövlə ilə dostluqları uzun davam etmədi. Qısa
vaxt sonra münasibətləri pozuldu və Qızıl talanlara davam etməyə başladı. Qızılla
birlikdə Azərbaycana gələn Boğa, Göy Daş, Mənsur və Dana Anadoluya qədər
uzanan səfərlərinə davam etdilər.
4
Oğuzların Azərbaycana gəlişi Rəvvadi
Vəhsudanın dəvəti ilə olmuşdur. Vəhsudan, ərazidəki digər dövlətləri öz təsiri
altına almaq üçün oğuzlarla ittifaq qurmuşdur. Necə ki, Rəvvadi Vəhsudan
gələnləri dostca qarşılamış və hətta bu dostluğu qız qohumluğuyla gücləndirmişdir.
3
Ağacanov, Oğuzlar, s. 300-320; Sumer, Oğuzlar, s. 80-86.
4
Sumer, Oğuzlar, s. 80.