ƏKBƏr qocayev, ġƏhla qulġyeva, sevda əLĠyeva



Yüklə 484,89 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix16.11.2017
ölçüsü484,89 Kb.
#10547
1   ...   12   13   14   15   16   17   18   19   20

36 

 

mədəniyyətinə  keçid  dövrü  (Ġtaliyada  XIV-XVI  əsrlər,  digər  ölkələrdə  XV  əsrin 



sonu  XVI  əsr).  Renessans  -  intibah  mədəniyyətinin  mühüm  xüsusiyyətləri  onun 

dünyəvi səciyyə daĢımasında, humanist dünya görüĢü, antik mədəni irsə müraciət 

və onu sanki "dirçəltməsindədir". 

Repressiya

 (latınca) — əzilmə, təzyiq göstərilmə. 

Reskript


 — Qədim Roma imperiyasında təqdim olunmuĢ məsələ üzrə imperatorun 

qanun  qüvvəsində  olan  cavabına  deyilirdi.  XIX  əsrdə  bu  söz  sərəncam,  fərman, 

göstəriĢ mənasında iĢlənirdi. 

 

Restavrasiya



 (latınca) — bərpa etmək deməkdir. 

Respublika

  (latınca)  —  ümumxalq  iĢi  deməkdir.  Respublika  -  müəyyən  seçilmiĢ 

adamlar  tərəfindən  idarə  olunan  dövlətdir.  Respublika  antik  dövrdə  meydana 

gəlmiĢdir.  Respublikaların  iki  əsas  tipi  mövcuddur:  1.  Prezidentli  respublika;  2. 

Parlamentli  respublika.  Prezidentli  respublikada  dövlət  baĢçısı  və  hökumət 

baĢçısının  səlahiyyəti  seçki  yolu  ilə  seçilmiĢ  prezidentin  əlində  cəmləĢir. 

Parlamentli respublikada formal olaraq parlametin üstünlüyü prinsipinə əsaslanılır. 

Hökumətə baĢçılıq edən baĢ nazir, adətən, hakim partiyanın lideridir. 

Referendum

 — dövlət həyatının ən mühüm məsələlərinə dair keçirilən rəy sorğusu. 

Rəhdari 


— ticarət yollarının qorunması üçün alınan vergi. 

Rəiyyət


  (ərəbcə)  —  təbəə,  vergi  verən  təbəə,  əkinçi  kəndli.  Rəiyyətlər  asılı 

kəndlilərin  əksəriyyətini  təĢkil  edirdilər.  Rəiyyət  dedikdə,  pay  torpağına  və  Ģəxsi 

təsərrüfata  malik  olub,  həm  feodala,  həm  də  dövlətə  vergi  və  mükəlləfiyyətlər 

ödəyən kəndlilər nəzərdə tutulur. 

Rəncbər

 — təsərrüfatı, torpağı olmayan kəndlilər. 



Rəsmi kapan

 — XVIII əsrdə tərəzi xərci, gömrükxanalarda alınan vergi. 

Risalə 

—  Mərkəzi  Asiya  və  Qazaxıstanda  sex  sənətkarlarının  hüquq  və 



vəzifələrinin tənzimləndiyi nizamnamə. 

Riton


  (yunanca)  —  "axıram"  deməkdir.  AĢağı  nazik  ucunda  kiçik  deĢiyi  olan 

buynuz  formalı  qədim  içki  qabı.  Riton  gil,  metal  və  ya  buynuzdan  hazırlanaraq 

üzəri  müxtəlif  naxıĢlarla  bəzədilirdi.  Ritonun  aĢağı  hissəsi,  əsasən,  heyvan  baĢı 

formasında olurdu. Mingəçevirdə küp qəbirlərdən birində maral baĢı formasından 

düzəldilmiĢ saxsı riton tapılmıĢdır. 

Ritorika


 — natiqlik məharəti. 

Rükniddin 



(ərəbcə)  —  dinin  təməli  deməkdir.  Səlcuq  hökmdarı  Sultan  I  Toğrul 

1055-ci  ildə  Bağdada  daxil  oldu.  Abbasi  xəlifəsi  onun  Ģərəfinə  təntənəli  ziyafət 

verdi. Bu məclisdə xəlifə onu "ġərqin və Qərbin hökmdarı" elan etdi və Rükniddin 

titulunu verdi. 

Rüsum

 — dövlət caniĢinləri və ruhanilər üçün natura ilə alınan vergi. 



 

Sabirlər 

—  Xəzər  dənizinin  Ģimal-qərb  sahillərində  yaĢamıĢ  türk  mənĢəli  tayfa. 

Sabirlər haqqında ilk dəfə Ptolomey məlumat vermiĢdir. 




37 

 

"Sabit  qiymətlər"



  —  Fransada  yakobinçilərin  tətbiq  etdiyi  qayda.  Bu  qaydaya 

əsasən, ərzaq və digər az tapılan mallar üçün müəyyən qiymət norması qoyulurdu. 

Bu normalardan yuxarı qiymətə həmin malların satılması qadağan edilirdi. 

Sabotaj 


— bir iĢi yerinə yetirməkdən boyun qaçırmaq və ya yalnız formal surətdə 

yerinə yetirmək yolu ilə qəsdən pozmaq. 

SakitləĢdirmə  paktı

  —  Ġtaliya  faĢistləri  ilə  Sosialist  partiyası  arasında  bağlanmıĢ 

saziĢ (1921). 

Sajen


 — dərinlik ölçü vahidi, 2,5 metrə bərabərdir. 

Sancaq


 (türkcə) — bayraq deməkdir. Osmanlı imperatorluğunda inzibati vahid. 

Sanasion  rejim

  —  siyasi  həyatın  "sağlamlaĢdırılması".  20-30-cu  illərdə  PolĢada 

Pilsudskinin yeritdiyi rəsmi dövlət siyasəti. 

Sandıxdar ağası

 — xəzinədar (xanlıqlar dövründə). 

Sankyülot

  (fransızca)  —  uzunĢalvarlı  deməkdir.  Fransada  zadəganların  kasıblara 

geyimlərinə  görə  həqarətlə  verdikləri  ad.  Ġnqilab  illərində  Ģəhər  yoxsulları  bu 

ləqəbi özlərinə götürdülər və iftixarla daĢımağa baĢladılar. 

Satrap 

— Satraplığın baĢçısı, caniĢin. 



Satraplıq

  —  caniĢinlik.  Əhəməni  hökmdarı  I  Daranın  yaratdığı  inzibati  vergi 

dairələri. 

Sekir


 — Qədim Misirdə uzun saplı döyüĢ baltası. 

Seqreqasiya

  —  ABġ-da  əvvəllər  ictimai  yerlərdə,  məktəblərdə,  nəqliyyatda  və 

digər yerlərdə "rəngli" əhali ilə "ağ" əhaliyə fərq qoyulması. 

Seminariya

 (latınca) — məktəb, orta ruhani təhsili verən xristian ruhani məktəbləri 

və ibtidai məktəb müəllimləri hazırlayan xüsusi orta təhsil müəssisəsi. 

Senat


  (latınca)  —  1)  ağsaqqallar  Ģurası.  Qədim  Romada  ali  dövlət  orqanlarından 

biri; 2) demokratik ölkələrinin əksəriyyətində parlamentin yuxarı palatasının adı. 

Senator

 — senatın üzvləri. 



Sentimentalizm

  —  ədəbi-bədii  cərəyan.  Sentimentalizm  klassizmin  əksinə  olaraq 

Ģəxsi  intim  həyat  məsələlərini,  insan  münasibətlərini,  sadəliyi,  səmimiliyi,  ailə 

həyatı ziddiyyətlərini və s. geniĢ planda verir. 

Separatçılıq

 — ayrılmağa meyl, ayrılma təĢəbbüsü. 

"Səhra gəmisi"

 — bədəvilər (bax: bədəvilər) dəvəni belə adlandırırdılar. 

Sənətkar

 — qab-qacaq, silah, parça və digər məmulatlar hazırlayan usta. 

Sələmçi 

— yüksək faizlə borc verib mənfəət qazanan Ģəxs. 

Səlib yüruĢləri

  (ərəbcə)  —  xaç  yürüĢləri.  Roma  papası  II  Urban  "Ġsanın      qəbrini 

kafirlərin  (yəni  müsəlmanların)  əlindən  xilas  etmək"  bəhanəsilə  xristianları  ġərq 

ölkələrinə  yürüĢə  çağırdı.  Əslində  isə  bu  yürüĢlərdə  məqsəd  var-dövlət  və  yeni 

torpaqları ələ keçirmək idi. Xaç yürüĢlərinin iĢtirakçılarını "səlibçilər", bu yürüĢləri 

isə  "səlib  yürüĢləri"  adlandırırdılar.  Bu  yürüĢlərdə  iĢtirak  etmək  istəyənlər 

paltarlarına qırmızı parçadan xaç tikdiklərinə görə xaç yürüĢləri adlanır. Səkkiz xaç 

yürüĢü təĢkil edildi. Lakin Qərb feodalları ġərq ölkələrini iĢğal etmək məqsədlərinə 

çatmadılar. 



Yüklə 484,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə