Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə16/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   133

52 

karbon  qazı,  turşuluq,  dayanıqlıq,  spirtin  kütlə  payı;  süni 

minerallaşdırılmış sularda – duzların kütlə payı. Spirtsiz içkilərdə 

(qazlaşdırılmış və qazlaşdırılmamış), kvas, şərbətlərdə quru mad-

dələrin kütlə payını müəyyən etmək üçün areometrik, piknometrik 

və  refraktometrik  metoddan  istifadə  olunur.  Areometrik  metod 

quru maddələrin kütlə payının areometr-saxarometrin köməyi ilə 

təyininə  əsaslanır.  Bu  məqsədlə  məhsulda  tam  inversiya  aparıl-

maqla, əvvəlcədən qazlaşdırılmış içkilərdən karbon qazı və spirtli 

şirələr  əsasında  hazırlanan  içkilərdən,  şərab  və  spirtə  malik 

kompozisiyalardan spirt kənar edilir. 

Cədvəl 1.14 

Müxtəlif kvas və içkilərin fiziki-kimyəvi göstəriciləri 

İçkilər 


Quru 

maddələrin 

kütlə payı, % 

Turşuluq, 100 

sm



kvasa (içki-



yə) qatılığı 1 

mol/dm


3

olan 


qələvi məhlulu-

nun sm


3

-la 


sərfiyyatı 

Karbon 


qazının 

kütlə payı, 

%-lə 

Kvaslar: 



Rus 

10,0 


3,5 

0,3 


Moskva 

7,3 


3,0 

0,3 


Aromatlı 

8,2 


2,0 

0,3 


Ballı 

9,9 


2,8 

0,3 


Litvalı 

10,0 


3,0 

0,3 


İçkilər: 

Sağlam 


14,0 

2,9 


0,3 

Payız 


16,5 

3,5 


0,3 

Ostankino 

8,0 

4,0 


0,3 

Qıtıqotu ilə 

kvas 

10,0 


3,5 

0,3 


Reyhan və 

qıtıqotu ilə kvas 

10,0 

3,5 


0,3 

 

Sınaqlar  nəticəsində  iki  paralel  təcrübədən  əldə  edilən  orta 




53 

hesabı ədəd götürülür. Quru maddələrin kütlə payı sorbit və ksilit-

də olan içkilər üçün nəticənin 1,2 əmsalına vurulması ilə alınır. 

Piknometrik  üsul  məhsul  nümunəsində  tam  inversiya  aparıl-

dıqdan sonra piknometrin köməyilə içkinin nisbi sıxlığının təyi-

ninə və quru maddələrin kütlə payının hesablanmasına əsaslanır. 

Bu  metod  yalnız  fikir  ayrılıqları  zamanı  keyfiyyəti  qiymətlən-

dirmək  üçün  istifadə  olunur.  İki  paralel  təcrübədən  əldə  edilən 

nəticələrin orta hesabı ədədi götürülür. Nəticə onda bir dəqiqliyə 

qədər yuvarlaqlaşdırılır.  

Refraktometrik metod nümunədə inversiya aparıldıqdan sonra 

20

0



C temperaturda refraktometrin şkalasındakı göstəriciyə uyğun 

quru maddələrin kütlə payının təyininə əsaslanır. Metod spirtsiz, 

qıcqırdılan, çörək xammalı əsasında alınan içkilərdə quru maddə-

lərinin  kütlə  payının  təyininə  əsaslanır.  İki  paralel  təcrübədən 

alınan  nəticələrdən  orta  hesabı ədəd  çıxarılır.  Nəticələr  onda  bir 

dəqiqliklə  yuvarlaqlaşdırılır.  Ksilit  və  sorbitdə  içkilərdə  də  quru 

maddələrin kütlə payı areometrik metodla müəyyən olunur. 

Spirtsiz  qazlaşdırılmış,  qazlaşdırılmamış  içkilər  və  kvaslarda 

turşuluq 66874-86 saylı QOST-a uyğun təyin edilir. Bu metodda 

içkidən  karbon  qazı  kənar  edildikdən  sonra  tərkibindəki  bütün 

turşu  xarakterli  maddələr  qələvi  məhlulu  ilə  neytrallaşdırılır.  İki 

paralel təcrübədən alınan nəticələrdən orta rəqəm çıxarılır. Hesa-

bat 0,01 sm

3

-a qədər dəqiqliklə aparılır və sonra 0,1 sm



3

-a qədər 

yuvarlaqlaşdırılır. 

Spirtsiz  içkilər,  kvaslar  və  çörək  xammalı  əsasında  içkilərin 

dayanıqlığı 6687,6-83 saylı QOST-la təyin edilir. Metod bulanlıq 

və  çöküntü  yaranana  qədər  keçən  vaxtın  müəyyən  edilməsi, 

titrləşən  turşuluğun  yol  verilən  həddə  qədər  yüksəlməsi  və  quru 

maddələrin  kütlə  payının  yol  verilən  həddən  aşağı  düşməsinə 

əsasən  müəyyən  edilir.  Bu,  durulma  anından  nəzərə  alınır. 

Dayanıqlığı  müəyyən  etmək  üçün  içki  butulkası  termostatda 

20±2

0

C sabit temperaturda yerləşdirilir. 



Qeydiyyat  üçün  şəffaf  içkilərin  keyfiyyət  xüsusiyyətlərinin 

dəyişməsinin başlanması anı müəyyən olunur. Bunun üçün məhsul 




54 

olan butulka çalxalanılmadan hər gün işıq mənbəyi qarşısında göz 

önündə  40-50  sm  məsafədə  baxılır  və  bulanlıq  olub-olmaması 

müəyyən edilir.  

Şəffaf içkinin dayanıqlığı doldurma anından sonra heç olmasa 

bir butulkada bulanıq, yaxud çöküntü əmələ gəlməsi ilə müəyyən 

olunur və günlə ifadə olunur. Qeyri-şəffaf içkinin, kvasın və çörək 

xammalı əsasında içkilərin  dayanıqlığı  da  günlə  ifadə  olunur  və 

doldurulma  anından  titrləşən  turşuluğun  müəyyən  olunmuş 

həddən  yüksəlməsi  və  quru  maddələrin  kütlə  payının  həmin 

həddən  aşağı  düşməsi  ilə müəyyən  olunur.  İçkilər  və  şərbətlərin 

dayanıqlığı  28188-89  və  28499-90  saylı  QOST-a  uyğun 

tənzimlənir (cədvəl 1.15). 

Cədvəl 1.15 

İçkilərin dayanıqlığı 

İçkilər 


Dayanıqlıq, gün 

Qazlaşdırılmış: 

Pasterizə olunmamış və konservantsız 

10 


Pasterizə olunmuşlar 

30 


Konservantla 

20 


Qazlaşdırılmamış: 

Qıcqırtma içkiləri 

Çəllək və avtosisternlərdə 



Butulkalarda 

Içkilərin konsentratı: 



Natrium bikarbonata malik olanlar 

1 ay 


Natrium bikarbonata malik olmayanlar 

1 il 


Şüşə qablarda şərbət: 

Konservantsız 

60 

Konservantla 



90 

İsti doldurma 

120 

Pasterizə olunmuşlar 



180 

Digər qab növlərində şərbət: 

Konservantsız 

30 


Konservantla 

40 


 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə