Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə24/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   133

77 

Butulkalar mantar tıxacla hermetik bağlanır. Mantar tıxacların 

qalpağı ağ tənəkədən hazırlanmaqla 13345 saylı QOST-a uyğun 

olmalıdır. 

Mineral  su  butulkaları  13360  saylı  QOST-a  uyğun  ağac 

qutulara  və  18575  saylı  QOST-a  uyğun  büzməli  kardondan 

plasmas  qutulara,  metal  saxlayıcılı  qutu  altlıqlarına,  həmçinin 

24831 saylı QOST-a uyğun qab avadanlıqlara yığılır. 

Hər mineral su butulkasına 16353 saylı QOST-a uyğun etiket 

yapışdırılır və orada göstərilir: 

 

Hazırlayıcı-müəssisənin və tabeçiliyində olduğu qurumun 



adı və əmtəə nişanı; 

 



Suyun  adı  və  onun  qrupu,  bulağın  (mənbənin)  nömrəsi 

yaxud adı; 

 

Minerallaşması, q/dm



3



 

Suyun istifadə istiqaməti (müalicəvi, müalicəvi-süfrə); 

 

Müalicəvi tətbiqinə dair göstəriş; 



 

Saxlanmasına dair tövsiyə; 



 

Doldurulma tarixi; 



 

Saxlanma müddəti; 



 

Briqadanın yaxud çıxdaş edənin nömrəsi; 



 

Mövcud standartın adı. 



Mineral su ilə dolu butulkalar bütün növ nəqliyyat vasitələri 

ilə, tez xarab olan yüklərin daşınma qaydalarına uyğun nəqliyyat 

növlərində  və  universal  konteynerlərdə  18477  saylı  QOST-a 

əsasən nəql olunur. 

Mineral  su  butulkaları  qab-avadanlıqlarda,  dəmir  yol 

nəqliyyatı istisna olunmaqla, bütün nəqliyyat növləri ilə daşınır. 

Mineral su butulkaları arakəsməli mantar tıxacla bağlandıqda 

qutu, yaxud qutusuz tərəcələrdə üfüqi vəziyyətdə 18 cərgədən çox 

olmayan hündürlükdə saxlanır; plast-izoləedici arakəsməli mantar 

tıxacla  bağlananlar  isə  həm  üfüqi,  həm  də  şaquli  vəziyyətdə 

saxlanır. 

Mineral  su  butulkaları  havalanan  qaranlıq  binalarda  5-20

0



temperaturda saxlanır. 




78 

İstehsalçı  doldurulmuş  mineral  suların  standartın  tələblərinə 

uyğun  saxlanma  və  nəqletdirmə  şəraitinə  əməl  etməklə  dəmirli 

sular üçün 4 ay; digər sular üçün isə doldurulmadan sonra 12 ay 

müddətində dayanıqlığa təminat verir. 

 

1.2.3.6. Az



ərbaycanın tə

bii 

mineral suları

 

 

Mineral  su  ehtiyatları.  Yer  kürəsində  olan  suların  ümumi 

miqdarı 1,8 mld km

3

-ə  bərabərdir.  Bunun  400  mln  km



3

-i  yeraltı 

suların payına düşür ki, onun da çoxu mineral sulara aiddir.  

MDB ölkələrində mineral su mənbələrinin əksəriyyəti şimalı 

Qafqaz,  Zaqafqaziya,  Ukrayna,  Krım  və  az  miqdarda  Orta 

Asiyadadır.  Azərbaycan  mineral  sularla  zəngindir.  Əsas  su 

mənbələri  Hacıkənd,  İstisu,  Turşsu,  Şuşa,  Naftalan,  Badamlı, 

Sirab, Vayxır və digər yerlərdə yerləşmişdir.  

Respublikamızda  1000-dən  çox  mineral  su  bulağı  vardır. 

Bulaqların çoxu dağlıq rayonlarında yerləşir. Düzən rayonlarda da 

buruq qazma yolu ilə mineral sular çıxarılır.  

Təbii mineral su bulaqlarının 90%-dən çoxu, yəni 905-i dağlıq 

rayonda, qalanları isə, yəni 98 mineral su bulağı düzənlik rayonda 

yerləşmişdir. 

Abşeron  yarımadası  mineral  su  mənbələri  ilə  zəngindir. 

Suraxanı,  Sabunçu  və  Şıx  burnunda  çıxan  mineral  sular  böyük 

müalicə əhəmiyyətinə malikdir. Tərkibində  yod, brom və böyük 

müalicə  təsiri  gücünə  malik  çoxlu  başqa  maddələr  olan  mineral 

suları Abşeronu daha da şöhrətləndirmişdir. 

Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  200-dən  çox 

mineral su bulağı vardır. Ən qiymətli mineral su yataqları Darıdağ, 

Sirab, Nəhəcir, Badamlı, Cəhri, Qəmir, Qahab, Dəstə və başqaları-

dır. 

Dağlıq  Qarabağda  mineral  su  bulaqlarından  Turşsu,  Şirlan, 



Çərəktar, Kolataq və b. göstərmək olar.  

Laçın-Kəlbəcər bölgəsinin 63 bulağı İstisu (Kəlbəcər rayonu) 

və İlıqsu (Laçın rayonu) növlərinə bölünür. Burada Yuxarı İstisu, 



79 

Aşağı  İstisu,  Qoturlu,  Çərəktar,  İlıqsu,  Turşsu  və  digər  bu  kimi 

mineral bulaqları göstərmək olar. 

Gəncə ətrafında Hacıkənd yaxınlığında karbonat turşulu bulaq 

və çoxlu sayda içməli su çeşmələri vardır. 

Şamaxı bölgəsində azot və kükürdlü oksigen xassəli termal və 

soyuq su mənbələri mövcuddur. Onlardan Xaltan, Jimi və Həşim 

suları (Quba rayonu), Çuxuryurd suları (Şamaxı rayonu), Bum və 

Xalxal suları (Qəbələ rayonu) qeyd olunmalıdır.  

Lənkəran bölgəsində 157 mineral su mənbəyi mövcuddur. On-

lar azot və metan tərkiblidir. Astaranın İstisu kəndində, Lənkəra-

nın  İbadısu,  Haftoni  kəndlərində,  habelə  Masallının  Qəriblər 

kəndində və s. tapılan mənbələr xüsusilə dəyərlidir.  

Salyan  rayonu  ərazisində  Babazənən  dağlarında  hidrogen-

sulfidli,  metanlı,  xloridli  və  kalsiumlu  isti  və  soyuq  mineral  su 

bulaqları vardır.  

Ölkəmizin  aran  bölgəsində  yerləşən  Naftalanda  olan  müali-

cəvi neft yatağı dünyada yeganədir. Hazırda bu neftdən səhiyyənin 

bütün sahələrində uğurla istifadə olunur.  

Azərbaycanda  mineral  suların  temperaturu  4

0

C-dən  65



0

C-yə 


kimi  dəyişir.  Bu  yalnız  təbii  su  çıxarlarına  aiddir.  Lakin  buruq 

qazma üsulu ilə Azərbaycanda yerin dərin qatlarından temperaturu 

95

0

C-yə çatan su çıxır.  



Yüksək  temperaturlu  mineral  sular  Qoturlu  (64

0

C),  Donuz-



ütən  (64

0

C,  Masallı  rayonu),  İstisu  (62



0

C-yə  qədər,  Kəlbəcər 

rayonu) bəllidir.  

Temperatur xüsusiyyətlərinə görə 35-36

0

C temperatura malik 



olan  sular  daha  qiymətlidir.  Həmin  temperatur  insanın  bədən 

temperaturuna  uyğun  olduğundan,  bu  cür  suların  müalicə 

əhəmiyyəti daha yüksək olur. Belə sulara Xaltan (Dəvəçi rayonu), 

İlisu (Qax rayonu) (36-42

0

C) və başqaları aiddir. 



 

 

 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə