Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə21/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   133

67 

 



Mineral  içilən  (süfrə)  sular  azı  1  q/dm

3

  minerallaşma  ilə, 



lakin bioloji aktiv maddələrin miqdarına görə balneoloji normadan 

aşağı; 


 

İçilən müalicə-süfrə suları 1-dən 10 q/dm



3

 minerallaşma ilə, 

arsen, bor, yod və digər başqa komponentlərin yüksək miqdarına 

malik (cədvəl 1.16). 

Cədvəl 1.16 

Mineral sular 

Bioloji fəal 

komponentlər 

Komponentlərin 

kütlə qatılığı, 

mq/dm



Karbonat turşulu 



Sərbəst karbon qazı 

(həll olmuş) 

500,0 

Dəmirli 


Dəmir 

10,0 


Arsenli 

Arsen 


0,7 

Borlu 


Ortobor turşusu 

35,0 


Silisiumlu  

Metasilikat turşusu 

50,0 

Bromlu 


Brom 

25,0 


Yodlu 

Yod 


5,0 

Üzvi maddələrə 

malik 

Üzvi maddələr 



(karbon hesabı ilə) 

3,0 


 

Mineral suların kimyəvi tərkibinin kəsr şəklində göstərilməsi 

qəbul  olunmuşdur:  surətdə  –  üstünlük  təşkil  edən  anionlar, 

məxrəcdə  –  qatılığı  20  mq·ekv%-dən  çox  olan  kationlar  yazılır. 

İonlar artan qatılıqla yazılaraq, mq·ekv%-lə ifadə olunur. 

Kəsr  xəttindən  solda  ümumi  minerallaşma  (q/dm

3

),  qazlar 



(q/dm

3

) və bioloji aktiv mikroelementlər (q/dm



3

) göstərilir. Suyun 

adı az miqdarda olan iondan başlanır. Bu, üstünlük təşkil edən ionu 

tam, az əhəmiyyətliləri qısa adlandırmağa imkan verir. 

Kimyəvi  tərkibinə  görə  mineral  sular  52  qrupa  bölünür  ki, 

onlar daxildə minerallaşmaya görə tiplərə malikdir. 

Qrupun  adlanması  yuxarıda  qeyd  etdiyimiz  prinsipə  uyğun 

üstünlük təşkil edən anion və kationlara görə aparılır. 

Mineral suların texnoloji təsnifatı da vardır. Ona uyğun olaraq 



68 

doldurulmadan əvvəl suyun işlənmə sxemi müəyyən olunur. 

 

1.2.2. T

ə

bii mineral 

suların

 s

ə

naye 

doldurulmasının

 

texnologiyası

 

 

Təbii  mineral  sular  –  mürəkkəb  çox  komponentli  sistemdir. 



Onlarda təcrübi olaraq bütün məşhur kimyəvi elementlər tapılır. 

Suların  çoxunda  müxtəlif  formalarda  kationlar  –  natrium, 

kalsium,  maqnezium,  kalium;  anionlar  –  xloridlər,  sulfatlar, 

hidrokarbonatlar, karbonatlar və s. olur.  Əsas mikroelementlər – 

yod,  brom,  flor,  selen,  bor,  arsendir.  Mineral  sularda  həll  olan 

vəziyyətdə karbon qazı, metan, hidrogen sulfid və azot qazı olur. 

Bu  qazlardan  əhəmiyyətlisi  karbon  qazıdır.  Digərləri  əlavə  yük 

olub, suyun onlardan təmizlənməsi lazım gəlir. 

Mineral  sularda  üzvi  maddələrdən  humin  maddələri,  bitum, 

fenollar,  yüksək  molekulu  turşular  olur.  Bütün  qeyd  olunan 

maddələr bu və ya digər müalicəvi xüsusiyyətə malik olur.  

Mineral sular təbii qaynaqlarda müxtəlif dərinliklərdə yerləşir. 

Sənaye doldurulması üçün onları çıxarmaq tələb olunur. 

Suyun  çıxarılması  və  nəql  etdirilməsində  mühüm  şərt  onun 

kimyəvi tərkibinin saxlanması və mikrobioloji təmizliyidir. 

Doldurulmaya qədər suyu hermetik toplayıcılarda CO

2

 təzyiqi 



altında saxlayırlar. 

Su doldurulmadan əvvəl filtrləmə, cansızlaşdırma, soyutma və 

karbon qazı ilə doydurma əməliyyatlarını keçməlidir. 

Filtrləmə  filtr  kardon,  yaxud  keramik  filtrdən  keçirilməklə 

aparılır.  Sonuncu  minerallığı  7-8  q/dm

3

-a  qədər  olan  sular  üçün 



istifadə olunur. 

Cansızlaşdırma.  Mineral  suların  bakterial  təmizlik  səviyyəsi 

onlarda  bağırsaq  çöplərinin  olmasına  görə  müəyyən  olunur. 

Butulkaya doldurulan mineral sularda bağırsaq çöplərinin miqdarı 

1 dm

3

-da 3-dən çox olmamalıdır. Cansızlaşdırmada bütün mikro-




69 

orqanizmlər,  o  cümlədən  patogenlər  məhv  edilməlidir.  Ultrabə-

növşəyi  şüalardan,  gümüş  duzundan,  natrium  hipoxloriddən 

istifadə olunur. Təbii mənbədən 2-dən aşağı koli-titrlə daxil olan 

su cansızlaşdırılmaya verilmir. 

Soyutma. Suyun karbon qazı ilə doyma səviyyəsini artırmaq 

üçün  aparılır.  4-10

0

C-dən  aşağı  olmamaq  şərtilə  soyudulur.  Bu 



işdə məqsəd suyun duz sisteminin stabilliyinin pozulmamasıdır. 

Karbon qazı ilə doydurma. Suda həll olmuş duzların saxlan-

ması suyun saxlanma müddətinin artırılması və ona dad xüsusiy-

yətləri  vermək  məqsədilə  aparılır.  Bütün  mineral  sular  CO

2

  ilə 


doydurulur  və  bunun  üçün  müxtəlif  tipli  saturatorlardan  istifadə 

olunur. 


Müalicəvi  mineral  sularda  karbon  qazının  kütlə  payı  0,15-

0,20%, müalicə – süfrə sularında azı 0,3%, dəmirlilərdə – 0,4%-ə 

qədər olur. 

Mineral  sular  avtomat  doldurma  xəttində  pivə  və  spirtsiz 

içkilərə oxşar şəkildə doldurulur. 

Mineral sular xarici amillərin təsiri altında dəyişən qeyri stabil 

komponentlərə malik ola bilir. Bu komponentlərin təbiətindən asılı 

olaraq  mineral  sular  beş  texnoloji  qrup  üzrə  təsnifləşdirilir. 

Onların hər biri üçün xüsusi işlənmə formaları tətbiq olunur. 

I  qrup  –  karbonat  turşusuz  (CO

2

-na  malik  olmayan)  su  – 



tərkibində  asan  oksidləşən  komponentlərə  malik  olmur.  İşlənmə 

sxemi adi olub, karbon qazı ilə doydurma da daxildir. 

II  qrup  –  karbonat  turşulu  (CO

2

-na  malik  olanlar).  Əgər 



onlarda asan oksidləşən komponentlər olmazsa işlənmə adi sxem 

üzrə  aparılır.  Lakin  bu  zaman  suda  həll  olan  karbon  qazı  itkisi 

minimum olmalıdır. 

III  qrup  –  dəmirə  malik  sulardır.  Suda  olan  müalicəvi 

xüsusiyyətli  dəmirin  oksidləşməməsi  üçün  ona  askorbin  yaxud 

limon turşusu vururlar. 

IV  qrup  –  hidrosulfidli  və  hidrosulfid-hidrogensulfidli  sular, 

20 mq/dm


3

-a qədər hidrogensulfidə və 30 mq/dm

3

-dək hidrosulfid 



ionuna malik olur. Bu, kükürdün reduksiya olunan forması olub, 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə