15
w Warszawie. Emigranci wobec
polityki rusyfikacji w ZSRR
Rozdzial VIII
Konferencja Partii „Musawat" w
Warszawie. Przyjete rezolucje
Rozdzial IX
Mehmeda Emina Rasulzadego
opublikowane w Polsce
Rozdzial X
Artykufy Mehmeda Emina Rasulzadego
poswiзcone Polsce
Rozdzial XI
Udzial i wystajuenia Mehmeda Emina
Rasulzadego na konferencjach w Polsce
Podsumowanie
Summary
Bibliografıa
Dodatek: Zdjccia i dokumenty archiwalne
16
GİRİŞ
Azərbaycan-PolĢa əlaqələri tarixinin öyrənilməsi olduqca əhəmiyyətlidir.
Uzun illər boyu Sovet Ġttifaqının ideoloji basqıları altında yaĢamıĢ Azərbaycanda
ayrı-ayrı ġərq və Avropa ölkələri ilə münasibətlər tarixini araĢdırmaq qeyri-
mümkün olmuĢdur. Azərbaycandakı müvcud sistem bu araĢdırmaların
aparılmasına imkan verməmiĢdir. Yalnız Sovet Konstitusiyasında qeyd olunan
Azərbaycan müstəqilliyi əslində real həyatda əksini tapmamıĢdır. Bu
mənada Azərbaycanın baĢqa xarici dövlətlərlə münasibətlərinin öyrənilməsi
mümkünsüz idi.
1991-ci ildə Sovetlər Birliyi rəsmi olaraq dağıldıqdan və Azərbaycan
Müstəqillik Aktını qəbul etdikdən sonra digər sahələrdə olduğu kimi, ölkəmizin
tarixinə, beynəlxalq əlaqələr tarixinə yeni baxıĢlar sistemi formalaĢdı. Nəticədə bu
istiqamətdə yeni araĢdırmalar, tədqiqatlar, kitablar ortalığa qoyuldu. Məlum oldu
ki, Azərbaycan xalqının tarixi bütövlükdə təhrif edilmiĢ və yenidan araĢdırmalara
ehtiyac vardır. Çoxlu sahələrdə isə tədqiqatların aparılması vacibdir.
Mövzunun aktuallığı
Belə mövzulardan biri də mühacirət dövründə Azərbaycan-PolĢa
əlaqələridir. Ümumiyyətlə isə Azərbaycan mühacirətinin yalnız son on beĢ ildə
araĢdırıldığını diqqətə alsaq, tədqiq etdiyimiz mövzunun aktuallığı bir daha
təsdiqlənər.
Ġstər PolĢada, istərsə da Azərbaycanda mühacirət dövrünün öyrənilməsi
ilə bağlı problemlər son illərdə aradan qalxsa, da geniĢ tədqiqat iĢləri ortalığa
qoyulmamıĢdır. Bu mənada tədqiqatımızda yeni arxiv sənədlərinin öyrənilməsinə
geniĢ yer vermiĢik.
Qeyd etdiyimiz kimi, Azərbaycan-PolĢa xalqları arasında sıx münasibətlər
XIX-XX əsrin əvvəllərində formalaĢmıĢdır. Azərbaycanda müxtəlif səbəblərdən
yaĢamaq məcburiyyətində qalan polyaklar öz savad və bacarıqları ilə seçilmiĢ,
ölkəmizin ictimai-mədəni həyatında mühüm rol oynamıĢlar. 1918-1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə polyaklar həm müstəqil dövlət
quruculuğu prosesində, həm də güclü bir ordumuzun yaradılmasında fəallıq gös-
tərmiĢlər.
Qeyd olunmalıdır ki, Azərbaycanın paytaxtı Bakı Ģəhərində gözəl
memarlıq nümunəsi olan bir çox binaların da müəllifi məhz polyaklar idi. Bu
memarlıq nümunələrindən Bakı Ģəhər Ġcra Hakimiyyətinin indiki binasını,
Əlyazmalar Ġnstitutunu, Səadət Sarayını, Azərbaycan Elmlər Akademiyası Rəyasət
Heyətinin binasını göstərmək mümkündür.
17
Ġlk Azərbaycan Parlamentində baĢda Vonsoviç olmaqla polyakların təmsil
edilməsi də diqqətə layiqdir.
1920-ci ilin 27 aprelində bolĢeviklərin Azərbaycanı iĢğalından sonra rejim
əleyhinə bölgələrdə üsyanlar baĢladı. XI Qırmızı Orduya qarĢı məĢhur Gəncə
üsyanında fərqlənən zabitlərdən biri polyak Stankeviç idi. Sona qədər Gəncənin
müdafiəsində dayanan Stankeviç elə orada qəhrəmancasına həlak oldu.
Azərbaycanın bolĢeviklər tərəfindən iĢğalından sonra çoxlu sayda
insanlarımız Türkiyədə və digər Avropa ölkələrində mühacirət həyatı yaĢadılar.
Məhz PolĢada məskunlaĢan azərbaycanlılar Azərbaycan Ġstiqlalı uğrunda Ģərəfli
mübarizə apardılar.
Tədqiqat iĢi əsası qismən Azərbaycan Xalq Cümhuriyyəti dövründə
qoyulan Azərbaycan-PolĢa əlaqələrinin mühacirət illərində (1920-1930-cu illər)
fəaliyyətini əhatə edir. Lakin hər iki xalq arasındakı münasibətlərin keçmiĢ tarixinə
də toxunulmuĢdur. Xüsusən, XIX əsrin sonu, XX əsrin əvvəllərində polyaklarla
qurulan dostluq əlaqələri də araĢdırılmıĢdır.
1920-ci ilin 27 aprel iĢğalından sonra azərbaycanlıların PolĢadakı
fəaliyyəti sistemli Ģəkildə tədqiqə cəlb edilmiĢdir. Bu illərdə mühacirlərimizin
baĢda M. Ə, Rəsulzadə olmaqla həm mətbu, həm də siyasi fəaliyyətinə geniĢ yer
verilmiĢdir. 1930-cu ildən baĢlayaraq azərbaycanlı mühacirlər PolĢada daha geniĢ
fəaliyyətə baĢladılar ki, bu da tədqiqat iĢində öz əksini tapmıĢdır.
Azərbaycanlı mühacirlərin bu dövr fəaliyyətinin öyrənilməsi həm
tarixĢünaslıq, həm də siyasi baxımdan zəruridir.
Məqsəd və vəzifələr
Azərbaycan-PolĢa
əlaqələrinin əsasən mühacirət dövründə M.
Ə.Rəsulzadənin rolunu araĢdırmaqda məqsəd XX əsrin Azərbaycan
tarixĢünaslığındakı boĢluğu doldurmaq, eyni zamanda təhrif edilmiĢ mühüm tarixi
dövr haqqında obyektiv məlumat verməkdir. Bu məqsədin gercəkləĢməsi üçün
tədqiqatçı aĢağıdakı vəzifələrın yerinə yetirilməsini məqsədəuyğun hesab edir:
- Uzun illər boyu mövcud olmuĢ sovet dövləti və Stalin rejimi Sovet
Ġttifaqında, eləcə də o ittifaqa daxil olan respublikalarda sərt terror rejimi yaratmıĢ
və nətıcədə çoxlu sayda mühacirlər PolĢada, Türkiyədə və digər Avropa
ölkələrində mövcud rejimə qarĢı mübarizə aparmıĢlar;
-Sovetlər Birliyinin təzyiqi ilə Türkiyədən getmiĢ azərbaycanlı mühacirlər
PolĢada yaĢamıĢ və mövcud rejimə qarĢı fəaliyyət göstərmiĢlər;
M. Ə. Rəsulzadənin və digər azərbaycanlı mühacirlərin PolĢa
rəsmiləri ilə yazıĢmaqda məqsədi bolĢevizmə qarĢı ciddi müqavimət göstərmək
olmuĢdur;
Dostları ilə paylaş: |