Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

MEHRALI BƏY 
179 
 
 
Necə də doğmaydı bu torpaqların, 
Ormanı, qayası, dağı, qartalı. 
 
Dərbənddən buruldu kəndlərə sarı, 
Həsrətlə baxaraq hər küncə, tinə. 
Məhəmməd Qaziylə görüşmək üçün, 
Bir dəli göndərdi Gimri kəndinə. 
 
Soraq tutan kimi Məhəmməd Qazi, 
Gəldi, at belində qabaqlaşdılar. 
Hər iki qəhrəman enib yəhərdən
Cəmi həsrətlər tək qucaqlaşdılar. 
 
Sürdülər atları yan-yana onlar, 
Məhəmməd Qazinin düşərgəsinə. 
Səs yayılan kimi görüşmək üçün, 
Durdu bir-birinin el də bəhsinə. 
 
Görüşüb dağıldı hərə bir yana, 
Üzlərdə məmnunluq, ürəkdə həvəs. 
Küçədə, keçiddə ağızdolusu, 
İgid Mehralıdan danışdı hər kəs. 
 
Yetişdi görüşə Musa Qunduxov, 
Qəlbində məhəbbət, dilində sevgi. 
Gəzdi bu məclisin söz yağmurunda, 
Söhbət daşqınında, selində sevgi. 
179 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
180 
 
 
Elə ki, xəlvətlik düşdü araya, 
Üz-üzə durdular bu qəhrəmanlar. 
Dövranın çərxində yaşananları, 
Saf-çürük etdilər məclisdə onlar. 
 
Rusların qəsbindən düşən kimi söz, 
Söhbət ciddiləşdi, böyüdü, şişdi. 
İgidlər ağzından od püskürürdü, 
Elə ki, nifrətin anı yetişdi. 
 
Açdı ürəyini öncə Mehralı: 
– Yamanca qalnıyıb kafirin tükü. 
Mənim millətimdi, sizin dininiz, 
Tək qoya bilmərik meydanda Türkü. 
 
– Salıb Osmanlını gücdən döyüşlər, 
Ruslara yardımda qərb gözləmir hədd. 
Gücümüz çatanı eləyəcəyik, 
Ümdə borcumuzdu, – dedi Məhəmməd. 
 
Qarışdı söhbətə bu an Qunduxov: 
– İgidin igidə minnəti olmaz! 
Əgər Türk yıxılsa, biz də yıxıldıq, 
Dağlı bu savaşa biganə qalmaz. 
 
Məsləhət, məşvərət, təkliflər oldu, 
Günlərlə uzandı bu yöndə söhbət. 
180 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
181 
 
 
Mehralının dərdi aşıb başından, 
Daha qayıtmaqdı vətənə məqsəd. 
 
Asdılar qılıncı, bağlandı qatar, 
Yəhərləndi atlar dan sökülməmiş. 
Ötürdü onları bir dəstə atlı, 
Yola qarğa-quzğun, sar tökülməmiş. 
 
O qarlı dağları, sarf qayaları, 
Osmanlıya doğru aşdı igidlər. 
Təpələri dağa, daşı qayaya, 
Bulaqları çaya qoşdu igidlər... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
181 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
182 
 
 
 
 
Mehralı bəyin sevinci 
 
Şindi dağlarına çatmışdı onlar, 
Vətənin qoxusu gəldi sazaqdan. 
Mehralı bir dəstə atlını görüb, 
Hüseyni tanıdı dərhal uzaqdan. 
 
Yaxınlaşan kimi hər iki dəstə, 
Çəkdilər atların qantırğasını. 
Sıçrayıb yəhərdən Kələnin oğlu, 
Salamladı igidlərin xasını. 
 
Dostlar qucaqlaşdı, amma bu dəfə
Sevinc Mehralını tez qabaqladı. 
– Ayə, oğlun olub, – dedi Hüseyn, 
Qəhrəman dostunu muştuluqladı. 
 
Danışdılar dostlar gördüklərini, 
Olub-keçənlərdən oldular halı. 
Hüseyn bir məktub verdi dostuna, 
Artdı Mehralının dərdi, məlalı... 
 
 
 
 
182 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
183 
 
 
 
Baharın məktubu 
 
...Yaman tutulmuşdu qaşı-qabağı, 
Kədər göstərirdi Baharın tası. 
Elə bil bu axşam zalım qızının, 
Yanında sınmışdı qəm arabası. 
 
Gözünə dəymirdi hicranın sonu, 
İçi sızlayırdı, inildəyirdi. 
Əlləri qoynunda, nəzəri yerdə
Bənövşə gülü tək boynun əyirdi. 
 
Sevgi dastanları düşdü yadına, 
Açmazdı sirrini məbadə qızlar. 
Butası gəlincə eşqin odunda 
Yanıb əriyirdi şahzadə qızlar. 
 
Həsrətdən saçlar da saz tək dinirmiş, 
Əl atdı bu sirri yoxlamaq üçün, 
Qara saçlarından üç tel ayırdı, 
Qəlbində hicranı dağlamaq üçün. 
 
Pıçıldadı tellər qəlbinə sirri
Lalələr qızardı yanaqlarında. 
Eşqinin səsiydi dilində sözlər, 
Nəğməyə büründü dodaqlarında: 
183 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
184 
 
 
Gözləri yaşlı qalmışam, 
Bəs döymü, yarım, intizar? 
Bilirəm yoxdur günahın, 
Qoyubdu Tanrım intizar. 
 
Dön nuruma, işığıma, 
Yaraşıq ver otağıma, 
Çor düşüb bağça-bağıma, 
Bağbansız barım intizar. 
 
Yarıb göylərin qatını, 
Minib gəldi göy atını, 
Gəl, qoy oğluyun adını, 
Qalmasın yavrum intizar. 
 
Məktubu oxuyub susdu Mehralı, 
Elə bil tükəndi, bitdi sözləri. 
Xiffət bir tərəfdən, sevinc bir yandan
Qəlbini sıxdıqca doldu gözləri: 
 
– Hüseyn, hicranın ömrü çox olmaz, 
Bu sevinc göylərdən düşdü, desinlər. 
Söylə ki, təmkinlə gözləyib məni, 
Oğlumun adına “Rüşdü” desinlər. 
 
Rüşdü – ərlik demək, ərənlik demək, 
Gəlişsin, Haqq yolu olsun qisməti. 
184 
Elbəyi Cəlaloğlu 


MEHRALI BƏY 
185 
 
 
Bu elin, elatın, xalqın eşqinə, 
Cihad eyləməyə çatsın qeyrəti. 
 
Zamanın gərdişi bitmək istəmir, 
Bizə şir ürəkli ər oğul lazım. 
İndiki qılınclar o qılınc deyil, 
Qaldırıb vurmağa ağıl, qol lazım. 
 
Gözümə gün düşdü, gəl, 
Həsrət qəlbi deşdi, gəl! 
Atan meydan qurubdur, 
Min atını, Rüşdü, gəl! 
 
Dil üstdə dil bitib, tükənmir sözü, 
Görünmür gözünə yoxuşlar, yallar. 
Üzünü güldürür Mehralı bəyin, 
Baharla Rüşdüyə köklü xəyallar... 
 
 
 
 
 
 
 
 
 
 
185 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə