Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

 
111 
Yanlış olaraq əcdadlara sitayişi yalnız mövhumata aid edirlər: 
onun mövhumatçı  mənasından başqa, dirilərin ölülərin xatirəsini 
qorumaq vəzifəsi də vardır. Əcdadlara pərəstiş Çin xalqı üçün təkcə din 
yox, həm də yeganə  əxlaqi kodeksdir. Çinlinin gözündə böyüklərə 
hörmətsizlikdən betər əxlaqsızlıq mövcud deyil.  
Ruhlara etiqad. Mövhumatçı çinlilər guya ki, təbiət qüvvələrini 
təcəssüm etdirən müxtəlif ruhlara: səma, yer, dağ, dəniz ruhlarına, 
heyvanların, ağacların ruhlarına sitayiş edirlər. Ruhlar müxtəlif 
yönümlərdə ixtisaslaşmışdır: tarlanı ziyanvericilərdən qoruyan ruh, 
sevinc və  əmin-amanlıq ruhu, bazar ruhu, ipəkqurdunu himayə edən 
ruh və s. 
Əjdahaya pərəstiş. Bu mifik canlı çinlilər arasında çox 
məşhurdur. O, Çin xalqının ulu əcdadlarının totemi, Çin millətinin 
qədim rəmzi və onun mədəni inkişafının başlanğıcı hesab edilir. 
Çin miologiyasına görə əjdaha – su ünsürünün hamisi – insanlara 
su verir, ona sadiq xidmət edənlərin tarlasını bolluca suvarır, kəndliləri 
saysız-hesabsız fəlakətlərdən qoruyurdu. Çin allahları iyerarxiyasında 
əjdaha Səma və Yerdən sonra üçüncü yerdə gəlir.  
Əjdaha ən əcaib şəkillərdə təsvir olunurdu. Onun gözləri dovşan 
gözlərinə, qulaqları isə inək qulaqlarına oxşayırdı; onun uzun bığları 
var, gövdəsi isə pulcuqlarla doludur, dörd şir pəncələri qartal 
caynaqlarına malikdir və s. Lakin hər bir halda bu mifik varlığın siması 
əzəmətli, zabitəli və mübariz görünür.  
Qədim dekorativ tətbiqi sənət  ənənəsi beş min il bundan 
əvvəldən qabaq inkişaf etməyə başlamışdır, onu müasir Çin ustaları 
davam etdirirlər. Onların 600-dən çox növü var.  
Çin tətbiqi sənəti və sənətkarlığı yeddi əsas kateqoriyaya bölünür: 
oyma, metal üzərində  iş, toxuculuq və naxış tikmə, səbət və  həsir 
toxuma, çini qab və dulusçuluq istehsalı, gül və bitkilərdən şəkillər, və 
eləcə də lak çəkmə.  
Oyma sənətinə nefrit və digər daşlar, sümük, ağac, bambuk, 
buynuz, hindqozu, kirəmit üzərində naxış oyma daxildir. Nefrit 
üzərində Çin oyma naxışı daha çox məşhurdur, bu daş ənənəvi olaraq 
Çində ən qiymətli daşlardan sayılır. Həmin məmulatlar dünyada geniş 
tələbata malikdir. Fil sümüyü üzərində naxış oyma qədimdən bədii 
sənətkarlıq növləri içərisində ən məşhurlarından hesab olunur.  
Çin – zəngin toxuculuq və naxış tikmə ənənələrinə malik ölkədir. 
Bu sənət növünün mütəxəssisləri zərxara və kesa istehsal edir, krujeva 


 
112 
hörürlər. Onlar applikasiya edir, paltarda əl toxumaları tikirlər. Parçanı 
soldurma sənəti yüksək səviyyəyə çatmış, rəngləmə  işi yaxşı inkişaf 
etmişdir.  
Saxsı məmulatlar – bir neçə nəsil Çin dulusçularının nailiyyətinin 
məhsuludur. Bənzəri olmayan milli üsulla qonur keramika xüsusi 
zərifliyi və gözəlliyi ilə seçilir.  
Çinin ağ-mavi və çəhrayı çini qabları, həmçinin “yumurta qabığı” 
adlanan çox incə çini qablar bütün dünyada məşhurdur.  
Çində  həmçinin toxuma məmulatlarının (səbət, meyvəqabları, 
pərdə, şlyapa, yelpək və s.) hazırlanması kimi sənətkarlıq növü də çox 
məşhurdur, xammal qismində bambukdan, rattandan (hind qamışı), dağ 
söyüdündən, dənli bitkilərin gövdəsindən istifadə olunur. 
Çinin  ənənəvi lakla işləmə üsulu lakla oyma, lakla parıldatma, 
sədəflə naxışlamadır. 
Çayiçmə  ənənəsi.  Qədim Çin hikmətində deyilir: “Öz evinin 
kandarından daxil olduqda, ilk növbədə yeddi şeyin qeydinə qal: 
kömür, düyü, yağ, duz, soya sousu, sirkə və çayın”. Artıq xeyli vaxtdır 
ki,  əksər çinlilər kömürsüz keçinirlər, lakin çaysız isə, hərçənd ki, 
“yeddi  şey”in axırıncısıdır, nə  kəndli, nə  də  şəhərli həyatını  təsəvvür 
etmir. Onsuz süfrə başında səmimi söhbət yoxdur.  
“Ça” Çin dilində “cavan yarpaq” deməkdir. Elə Çinin ingilis 
dilində adı da bu sözdən götürülmüşdür – China (“Çayna” kimi tələffüz 
edilir). Çayın yaranması haqqında bir çox rəvayətlər mövcuddur. Ən 
geniş yayılanı – meditasiya zamanı yatan buddist monax haqqındadır. 
O, oyandıqda peşimançılıqla bütün kipriklərini qoparmış  və onları 
torpağa atmışdır. Onlardan da ilk çay kolları bitmişdi.  
Eramızın dördüncü əsrindən başlayaraq Çində çaydan müalicəvi 
bitki kimi istifadə olunurdu. Axı onun tərkibində üzvi turşular, efir yağı 
və orqanizm üçün zəruri olan demək olar ki,bütün vitaminlər vardır. 
Yalnız iki əsr keçdikdən sonra o, gündəlik məişətə keçmişdir. O zaman 
o, elə qiymətli idi ki, universal dəyər hesab olunurdu və tacirlər mala 
görə onunla ödəniş edirdilər.  
Doqquzuncu  əsrdə çinlilər çayı artıq elə sevirdilər ki, onu milli 
içki kimi qəbul etmiş, xüsusi çay mərasimi ritualı işləyib hazırlamış və 
çay evləri tikməyə başlamışdırlar. Qonağa bir fincan ətirli içkidən təklif 
etməklə ev sahibi öz dost münasibətini göstərir və ona öz rəğbətini 
bildirir. Qonaq özünü daha rahat hiss etməyə başlayır – çay eyni 
zamanda həm yorğunluğu çıxarır, həm də canlandırır.  


 
113 
Hazırda dünyada iki mindən artıq çay növü məlumdur. Çində 
yeddi  əsas kateqoriya mövcuddur: yaşıl, qırmızı, ulun (firuzəyi), ağ, 
sarı, qara və çiçək rəngi. Hər növün öz xüsusiyyətləri var. Yaşıl 
susuzluğu  əla yatırır. Ancaq qırmızı çayı  qəndlə içmək qəbul 
olunmuşdur. Arıqlamaq üçün qara çay yaxşıdır. Ağ çayı açılmamış 
tumurcuqlardan hazırlayırlar və onun çox zərif ətri var. 
Sortlar arasındakı  fərq çay yarpağının emal xüsusiyyətlərinə 
əsaslanır. Bu prosesdə  ən başlıcası  qıcqırtmadır - ətir və  rəng ondan 
asılıdır. Yaşıl yarpaqlar getdikcə  qırmızı-qəhvəyi rəng alır. Emal nə 
qədər davamlıdırsa, yarpaqların rəngi də bir o qədər tünd olur və  ətir 
çiçək  ətirindən meyvə  ətrinə  dəyişir. Çaydan istifadə qida qəbulunda 
xüsusi rol oynayır. Çində hesab edirlər ki, yeməkdən əvvəl və sonra bir 
fincan çay həzmə çox gözəl təsir edir.  
İlk vaxtlar çaydan yorğunluğu çıxaran, ruhu təzələyən, iradəni və 
görməni gücləndirən dərman kimi istifadə edirdilər. Tan sülaləsi 
dövründə (618-907-ci illər) yaşamış Lu Yuy toplanmış məlumatları bir 
yerə  yığaraq dünyada ilk toplu elmi “Çay haqqında traktat” (Çatszin) 
yazmışdır. Kitab bütün Çində çayiçmə  sənətini yaymağa kömək 
göstərdi və imperator saray əhlindən tutmuş axırıncı kasıba qədər 
hamını bu müalicəvi içkinin həris pərəstişkarına çevirdi. Artıq bundan 
sonra çay Koreya, Yaponiya və digər qonşu ölkələri də fəth etdi.  
Çində çayı balaca fincanda və ya piyalədə içirlər, onu birbaşa 
dəm çaydanından süzür və qaynanmış su əlavə etmirlər. İçərisi ağ olan 
fincanlara üstünlük verilir: bu yolla dəmin tündlüyünü rənginə görə 
asanlıqla təyin etmək olur. Stəkan isə, çinlilərin fikrincə, bu içkiyə 
təhqirdir.  
Yetişdirilən sortların müxtəlifliyinə görə heç bir ölkə Çinlə yarışa 
bilməz. Təkcə çayın vətəni hesab edilən Yunnan cənub əyalətində onun 
iki yüzdən çox növünü becərirlər, bütün ölkədə isə onların sayı beş 
yüzdən artıqdır. Uzun əsrlər boyunca ən sevimli “Luntszin” (Əjdaha 
quyusu), jasmin çayı  və  ağız qamaşdırıcı himalay “puer” olaraq 
qalmaqdadır. Bir çox əcnəbi turistləri məzəli kürəciklər  şəklində 
burulub bağlanmış çay yarpaqları  cəlb edir. Belə dairəcikləri 
qaynanmış suya atırsan və gözünün qabağında çiçək kimi çoxlu 
ləşəklər açır.  
Pekində il ərzində 12 min ton, adambaşına, demək olar ki, bir 
kiloqram çay işlədilir. O, əsasən çəki ilə satılır. Qiymətlər çox 
müxtəlifdir. Çox yüksək olmayan keyfiyyətli sortların 1 tszini 50-100 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə