Еlcan həbibzadə


Yeni ili Çində necə qarşılayırlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

 
99 
Yeni ili Çində necə qarşılayırlar. Çuntsze – və ya “Bahar 
bayramı” – Çinin ən böyük və sevimli bayramı olaraq qalmaqdadır. 
“Mədəni inqilab”dan sonra o, bağlı olduğu xalq ənənələrinin bütün 
zənginliyi və  rəngarəngliyi ilə yenidən doğulmuşdur. Kənd  əhalisi 
şəhər sakinlərinə, xüsusən paytaxt sakinlərinə nisbətən bayramın 
mərasim tərəflərini daha artıq dərəcədə saxlamışdır, lakin mahiyyət 
etibarilə  hər bir çinli gələcək ailə  səadətini, sağlamlıq və rifahını 
Çuntsze ilə bağlayır.  
Bahar bayramı imperator U-dinin vaxtından (e.ə. 140-86-cı illər) 
yeni ilin başlanğıcı sayılır. Buna görə  də, Bahar bayramı Qriqorian 
təqvimi ilə müxtəlif illərdə yanvarın axırından tutmuş fevralın ikinci 
yarısına qədər müxtəlif tarixlərə düşür.  
Pekində Çuntszenin gəlişi artıq bayrama bir neçə həftə qalmışdan 
hiss olunur. Xeyli əvvəldən müxtəlif  şəhərlərdə,  əyalətlərdə, çox vaxt 
isə xaricdə yaşayan qohumlar arasında yazışma başlayır. Onlar Bahar 
bayramında görüə biləcəklərmi? Axı  həmin gecə ümumi ailəvi 
toplanma – minillərdən qalmış ənənədir. Çuntsze ərəfəsində məktəb və 
universitetlərdə  tətillər, müəssisələrdə isə  məzuniyyətlər mövsümünün 
qızğın çağı başlayır. Yüz minlərlə insan vağzalların kassalaına hücum 
çəkir. Dəmir yolu bileti alverçiləri ora-bura qaçırlar. Polisin işi həddən 
çox artır: alverçilərlə məşğul olmaq lazım gəlir, sərnişinlərin əşyalarını 
da diqqətlə yoxlamaq lazımdır ki, vaqonlara artıq bir çox dəmir yolu 
faciələrinin səbəbi olan təhlükəli yük – partlaqanlar daxil olmasın.  
Bu partlaqanlar Çuntszenin daimi atributudur. Axı bayramdan 
qabaq hər yerdə ümumi təmizlik işləri görürlər: pəncərələri yuyur, 
otaqlardan tozu silir və  həyətin palçığını  təmizləyirlər. “Qeyri-maddi” 
zibili bəs neyləməli? E.ə. IV əsrdən başlayaraq Çində yeni il qabağı 
gecəsi sobaya bambuk çubuqlar atmaq adəti meydana gəlmişdir ki, bu 
da öz şaqqıltısı ilə ailə ocağından “pis nəfsləri” qovlayırdı. Daha 
sonralar bambuk atışan çubuqlar (Çin dilində - baoçju) barıt 
partlaqanlarla  əvəz olunmuşdur, lakin onların  əvvəlki adı 
saxlanılmışdır. Hazırda Pekində bayram ərəfəsində “pirotexnika” 
ticarəti hər yerdə gedir və alıcılara zəngin seçim təklif olunur: burada 
adi  şaqqıltı ilə partlayan partlaqanlar da, uzun taxta millərdən dik 
yuxarı uçan raketlər də, bir xeyli fışıldayan rəngbərəng raketlər atan 
uzun karton lülələr də, sonsuz pulemyot növbəsi effekti yaradan ardıcıl 
birləşmiş kiçik fişəng hörükləri də vardır. Lakin son zamanlar 
paytaxtda, eləcə  də ölkənin digər  şəhərlərində hökumət bu təhlükəli 


 
100 
əyləncənin məhdudlaşdırılması istiqamətində addımlar atır. Çünki ilbəil 
partlaqanlarla ehtiyatsız davranma ucbatından daha çox yanğın və 
yaralanma halları baş verir. Yeni il günlərində küçələrdə yenicə kibrit 
yandırmağa öyrənmiş uşaqların bir qucaq raketlə yaraqlandığına tez-tez 
rast gəlmək mümkündür. Bazara çoxlu sayda əldə qayrılmış, olduqca 
etibarsız və  təhlükəli pirotexnika çıxır. Məhz bu səbəbdən polislər 
sərnişinlərin yükünü yoxlamağa və oradan partlayış  təhlükəli 
“sovqatları” götürməyə məcburdular.  
Son illər Bakıda və Azərbaycanın digər  şəhərlərində Yeni il və 
Novruz bayramı  şənlikləri zamanı  uşaqar, eləcə  də böyüklər Çindən 
gətirilmiş barıt partlaqanlardan atəş açır, müxtəlif əyləncəli pirotexniki 
vasitələrdən istifadə edirlər.  
Bayram pekinlilər üçün böyük sevincdir, lakin o, bir sıra  əlavə 
xərclər də  tələb edir. Çində belə hesab edirlər ki, Yeni ili necə 
qarşılayarsansa, o, elə də keçəcək. Yeni ilə bir neçə ay qalmış ailə pul 
ayırmağa başlayır. Pekin mağazalarında  ərzaq qıtlığı yoxdur, amma 
süfrə üçün ləziz  şeylər almaq üçün bir az səxavətli olmaq lazımdır. 
Buna görə  də,  əlavə saxlanclara ehtiyac var, həm də  ənənəyə uyğun 
ötən ildən qalma borcları da Yeni il ərəfəsində mütləq qaytarmaq 
lazımdır.  
Bayramdan  əvvəlki gün iş bir az tez qurtarır. Ticarət küçələri, 
bazar və mağazalar ağzınacan camaatla dolu olur.  
Ənənəyə görə bayram süfrəsiniı gecə düşməzdən bir neçə saat 
qabaq hazırlamaq lazımdır: axı  mətbəxdə  bıçaqdan istifadə etməil 
olursan, onunla isə  əlini kəsib talenin qismət etdiyi xoşbəxtliyi itirə 
bilərsən. Yeni il süfrəsinə demək olar ki, həmişə düşbərə hazırlanır, bu 
da adətən bütün ailə ilə birlikidə hazırlanır.  
Bayramı müşayət edən bir çox mərasimlər böyük şəhərəlrdə artıq 
keçmişdə qalmışdır, burada əcdadalara sitayiş, onların qəbirlərinə baş 
çəkmə, evə “pis nəfslər” girməsin deyə  əsas qapının gecə yarısından 
əvvəl kağız yarlıklarla yapışdırılması artıq unudulmuşdur. Bu gün 
Pekində televizor qarşısında sakit ailəvi süfrə  ənənəsi, bir-birinə 
hədiyyə vermək (hədiyyələr müxtəlif ola bilər, ancaq mütləq qəşəng 
bükülü kağızda qablaşdırılmalıdır) və  əlbəttə ki, təntənəli özfəaliyyət 
atəşfəşanlığının təşkili qorunub saxlanılmışdır. Gecə yarı Pekin 
üzərində qulaqbatıran gurultu yayılır, həyətlərdən və çoxmərtəbəli 
evlərin balkonlarından atəş fontanı qalxır, küçələr qara tüstüyə bürünür 
və  uşaqdan-böyüyə hamı sevinc içində olur. Atəşfəşanlıq yavaş-yavaş 


 
101 
səngiyərək səhərə  qədər davam edir və yeni gün Pekin küçələri kağız 
doğramaclarla – partlaqan və raketlərin qalıqaları ilə dolu olur.  
Sonrakı iki-üç gündə Pekin dincəlir. Ancaq sonra tam iki həftə 
axşamlar şəhər parkları və məbədləri bayram əhval-ruhiyyəli insanlarla 
dolu olur. Ən izdihamlı gəzintilər Bayyunquan, Daçjunsı məbədlərində 
və Daquanyuan, Ditan, Tszıçjuyuan parklarında olur. Burada 
akrobatların və gözbağlayıcıların tamaşalarını görmək olar. Kütlənin 
diqqət mərkəzində adətən ekzotik şir və  əjdaha rəqsləri olur. Çoxlu 
maraqlı  və  səmərəsiz  şeylər satılan saysız-hesabsız xırdavat dükanları 
arasında veyillənmək, tüstülənən qazanlar və manqallarda ləzzətlə bişən 
Pekin isti çərəzlərinin dadına baxmaq da olar.  
Əfsanəyə görə,  şirlər rəqsinin yaranması  Cənub və  Şimal 
sülalələri dövrü ilə bağlıdır.  Əfsanələrə uyğun olaraq eramızın 466-cı 
ilində imperator Ven-dinin qoşunları  cənub xalqları ilə müharibədə 
vuruşlarda döyüş fillərindən istifadə edən düçmənlə qarşılaşmışlar. Bu 
qorxulu düşmənlə üzləşən çinlilər böyük itkilərə məruz qalmış və bir-
birinin ardınca məğlubiyyətə düçar olmuşlar. Nəhayət sərkərdələrdən 
biri vəziyyətdən orijinal çıxış yolu təklif etmişdir, o, fikirləşirdi ki, 
fillər mütləq  şirdən qorxmalıdırlar. Çində canlı  şir heç zaman 
olmamışdır, lakin orduda qızğın iş gedirdi: lifdən və parçadan parlaq 
rənglənmiş sifəti və yekə dişləri olan çoxlu “şir” dərisi tikirlər. Hər 
dəriyə iki döyüşçü girirdi ki, onlar da “şiri” hərəkətə gətirirdilər.  
Həlledici döyüş günü yetişir. “Şirlər” ağaclıqlarda gizlənirlər, 
döyüş gedəcək sahədə isə “canavar xəndəkləri” qazılır və üstü örtülür. 
Döyüş başlanır, düşmənin döyüş  xəttində fillər öz yerini alan kimi 
barabanların gurultusu altında ağaclıqlardan “şirlər” dəhşətlə 
nərildəyərək çıxırlar. Fillər qaçışaraq süvariləri bellərindən atır, öz 
qoşunlarının sıralarını dağıdır və  xəndəyə yuvarlanırlar.  İmperator 
qoşunları tam qələbə qazanırlar. Bundan sonra təntənəli günlərdə Çin 
əsgərləri  şirlər rəqsi ifa edirlər. XIV-XV əsrlərdəbu rəqs Quandun 
əyaləti kəndlərində Bahar bayramında meydana gəlmiş, sonralar isə 
bütün Çinə yayılmışdır. Bu zaman o, yeni ildə mümkün 
bədbəxtliklərdən müdafiəni simvolizə edirdi.  
Əjdahalar rəqsi  də demək olar ki, elə o qədər qədim tarixə 
malikdir. Artıq eramızın VII əsrində o, tez-tez bayram mərasimlərinə 
daxil edilir. Əjdaha rəqsində insanların bu qüdrətli məxluq qarşısında 
ehtiramı  və ondan küləyin qarşısını almaq və torpağa, bol məhsul 
götürmək üçün zəruri olan yağış göndərmək xahişi ifadə olunur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə