Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

 
96 
tarixi qədimdir, o, Şan və ya Çjou sülalələri dövründə meydana gəlmiş 
və  nəsildən-nəslə ötürülərək bizim günlərə  qədər gəlib çatmışdır. Bu 
sadə və təbii kağız əsərlərin əsas süjeti sadə xalqın əmək və həyatıdır. 
Şansi  əyalətinin Ansay qəzasında yaradılan kağız naxışlar bütün 
dünyada şöhrət qazanıb. Kağızda naxış açma – Çində ən məşhur xalq 
yaradıcılığı növlərindəndir. Arxeoloqların məlumatlarına görə, o, öz 
başlanğıcını VI əsrdə götürmüşdür, lakin bir çoxları hesab edir ki, 
əslində onun tarixi daha bir neçə yüz il əvvələ gedib çıxır. İlk vaxtlar 
kəsilmiş naxışlardan dini mərasimlər zamanı və interyerin bəzədilməsi 
üçün istifadə olunurdu. Qədim zamanlarda çinlilər adətən kağızdan 
müxtəlif  əşyaların təsvirini və insan fiqurlarını  kəsib onu ölənlə bir 
yerdə tabuta qoyur, ya da dəfndə yandırırdılar. Oxşar adətə indiyə qədər 
də Çinin hüdudlarından kənarda bəzi yerlərdə rast gəlinir. Kağızdan 
kəsilmiş təsvirlər adətən simvolik mənaya malikdir, buna görə də onlar 
dini mərasimlərin bir hissəsinə çevrilmişdir. Bundan başqa, bu orijinal 
naxışlar allahlara və  əcdadlara pərəstiş  mərasimlərində qurbanlıq 
sovqatların bəzəyi kimi də  aşkar olunmuşdur. Hal-hazırda kağız 
naxışlardan hər şeydən öncə interyerin bəzədilməsi üçün istifadə edilir, 
divar, qapı, pəncərə, evin sütunları, güzgü, lampa və  fənərlər onunla 
bəzədilir. Onlardan, həmçinin hədiyyələrin bəzədilməsi üçün istifadə 
olunur, bəzən isə özü hədiyyə rolunu oynayır.  Əvvəllər xalq arasında 
bu cür kağızdan kəsilmiş naxışlar əl işi və lak məmulatları ornamentləri 
üçün nümunə idi. Kağızdan naxış açma yalnız  əl ilə görülür. Naxış 
açma iki növdə olur: birincisi – qayçının köməyi ilə naxış açma: eyni 
vaxtda bir neçə kağız vərəqindən istifadə olunur (adətən bir dəfəyə 8-
dən çox olmayaraq), ustalar onları kağıza yapışdırır və iti bıçağın 
köməyi ilə naxışı ideal vəziyyətə  gətirib çıxarır; ikinci üsul – bıçağın 
köməyi ilə naxış açmadır: əvvəlcə kağızı bir neçə yerə qatlayırlar, onu 
heyvan külü və yağından hazırlanmış yumşaq yapışqanın üstünə qoyur, 
sonra bıçağı şaquli vəziyyətdə tutaraq diqqətlə kağızda naxış açırlar, və 
onu tədarük görülmüş nümunəyə  əsasən hazır  şəklə salırlar.  İkinci 
üsulun üstünlüyü ondadır ki, o, eyni zamanda bir neçə naxış kəsməyə 
imkan verir. Kəndlərdə naxış açma ilə adətən qız və qadınlar məşğul 
olurlar.  Əvvəlllər bu bacarığa bütün qızlar malik olmalı idi, bundan 
başqa bu nişanlı seçimində mühüm kriteriyalardan biri idi. Lakin o 
zaman peşəkar ustalar əsasən kişilər idi, belə ki, əvvəllər yalnız kişilər 
bu sənətlə xüsusi emalatxanalarda məşğul olmaq imkanına malik idilər.  
 


 
97 
4. ÇİNİN BAYRAMLARI, ADƏT VƏ ƏNƏNƏLƏRİ 
 
   
   BAYRAMLAR 
   
  Çin – qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir və öz 
bayramlarının çoxcəhətli ənənəsi ilə məşhurdur.  
  Rəsmi bayramlar Çində Yeni il (bütün ölkədə yanvarın 1-i 
qeyd olunur), Bahar bayramı (Ay təqvimi ilə Yeni il, bütün ölkədə üç 
gün qeyd olunur), Beynəlxalq qadınlar günü (8 mart), Zəhmətkeşlərin 
beynəlxalq həmrəylik günü (1 may), ümumxalq tərəfindən bir gün qeyd 
olunur, Çin gəncliyi günü (4 may), Uşaqların beynəlxalq müdafiəsi 
günü (1 iyun), Çin Milli-azadlıq ordusunun yaranması günü (1 avqust), 
Müəllim günü (10 sentyabr), ümumxalq səviyyədə üç gün qeyd olunan 
ÇXR Milli bayramıdır (1 oktyabr).  
Bunlardan  əlavə Çində  Milli bayramlar geniş qeyd edilir. 
Cədvəl 5-də bu bayramların adı və keçirilmə tarixi göstərilir.  
Ümumi bayramlarla yanaşı bir çox milli azlıqlar öz ənənəvi 
bayramlarını da qoruyub saxlamışdılar. Məsələn, daylarda bu “Su 
bayramı”, monqollarda “Nadom”dur, iyanlar “Məşəl bayramını” qeyd 
edir, yaotyanlar “Danu bayramını” bayram edir, baylar “Mart bazarı”, 
çjuanlar – mahnı yarışları keçirir, tibetlilər tibet Yeni ilini və “Vanqo” 
məhsul bayramını, myaotyanlar “Tyaoxua” bayramını keçirirlər.  
Çin Yeni ili – qış gündönümündən sonra ayın təzə  çıxdığı 2-ci 
gündür. O, yeni tarix hesabı ilə yanvarın üçüncü ongünlüyündən 
fevralın ikinci ongünlüyünə  qədərki günlərin birinə düşür. Sinxay 
inqilabından sonra (1911-ci il) Çində yeni tarix hesabı tətbiq olunmağa 
başlanmışdır. Yeni üsulla Yeni ili fərqləndirmək üçün Ay təqvimi ilə 
Yeni il Bahar bayramı adlandırılmışdır.  
Çin əfsanəsinə görə 12 heyvan öz aralarında 12 illik dövrəyə kim 
başçılıq edəcək deyə mübahisə edirlər. Bu məsələni həll etməyi itdən 
xahiş edirlər və o təklif edir ki, kim çayı birinci keçərsə, o da birinci 
olsun. Qalanlar illərini hansı ardıcıllıqla çayı keçmələrindən asılı olaraq 
alacaqlar. Hamı suya tullanır. Siçan öküzdən xəbərsiz onun belinə çıxır 
və o, sahilə yanaşanda tullanır və birinci olur. Beləliklə  də siçan ili 
siyahıya başçılıq edir. Donuz axırıncı gəlib çıxır.  
 
 


 
98 
Cədvəl 5 
Çin bayramlarının adı və tarixi 
Bahar bayramı – 
Yeni il 
Ay təqvimi ilə yeni ilin birinci ayının birinci günü 
Məşəllər bayramı Ay 
təqvimi ilə yeni ilin birinci ayının 15-ci günü 
Əjdaha bayramı Ay 
təqvimi ilə ikinci ayın ikinci günü 
Mərhumlara 
rəhmət günü 
Ay təqvimi ilə ikinci ayın axırı yaxud üçüncü ayın 
əvvəlində 
Yayın başlanması 
bayramı 
Ay təqvimi ilə beşinci ayın beşinci günü 
İkiqat yeddilik 
bayramı 
Ay təqvimi ilə yeddinci ayın yeddinci günü 
Ay bayramı Ay 
təqvimi ilə səkkizinci ayın on beşinci günü  
İkiqat doqquzluq 
bayramı 
Ay təqvimi ilə doqquzuncu ayın doqquzuncu 
günü 
 
“Bahar bayramı” zamanı Çin “Qızıl həftə” adlanan yeddigünlük 
tətilə  çıxır. Fasiləsiz dövrə müəssisələrindən və dövlətin həyat 
əhəmiyyətli xidmətlərindən başqa bütün idarə  və müəssisələrin işi 
dayanır.  
“Çusi” adlandırılan Bahar bayramı gecəsi bütün ailə bir yerə 
yığışır. Bol bayram süfrəsi açılır, bundan sonra müxtəlif mövzularda 
söhbətlər aparılır, oyunlar oynanılır. Bir çox ailələrdə bütün gecəni 
yatmırlar, bu “Şousuy” – Yeni ili gözləmə adlanır. Növbəti günün 
səhəri qohum və yaxınların evlərinə baş çəkib təbrik edir və xoşbəxtlik 
diləyirlər. Bahar bayramı günlərində  ənənəvi kütləvi tamaşalar:  şirlər 
rəqsi,  əjdahalar rəqsi, “quru qayıqları” yallısı oynayır, ağacayaqlarda 
nömrələr düzənlənir.  
Ümumçin ictimai rəyin öyrənilməsi institutunun Çini iri və kiçik 
şəhərlərində keçirdiyi sosioloji tədqiqata görə, hər bir ailə yeni ili 
qarşılamağa – bayram süfrəsinə və qohum və dostlar üçün hədiyyələrə - 
1,5-3 min yuan (183-366 ABŞ dolları) xərcləyir. Xüsusi gərginlik 
növbəti həftədə  nəqliyyatın üstünə düşür – adətən bu günlərdə 
validyinlərə, qohumlara baş çəkmək və turist səfərlərinə çıxmaq qəbul 
olunub. Ənənəyə əsasən bayram şənlikləri köhnə ilin qurtarmağına 10 
gün qalmış başlayır və yeni ilin birinci ayının axırıncı günü ilə sona 
çatır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə