Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   24   25   26   27   28   29   30   31   ...   52

 
84 
lamaya təşrif buyurduğu və  mərkəzi hökumətin onu müqəddəslər 
dərəcəsinə yüksəldilməsini təsdiq etdiyi zamandan bəri burada təntənəli 
dini mərasimlər keçirilir. Poçjanmabonun əsas tikilisi 8 sərdabəni – 
matəm paqoda-həvəngini yaradır. Onlardan ən irisi və cah-cəlallısı 
Beşinci dalay-lamanın paqodasıdır. O, 3721 kiloqramlıq lay qızılla 
döşənmiş  və qiymətli daşlarla naxışlanmışdır. Poçjanmabonun ən iri 
pavilyonunda Tsin imperatoru Tsyanlunun imzası ilə xatirə lövhəsi və 
Tsin imperatoru Kansi tərəfindən hədiyyə olunan çox yaraşıqlı pərdələr 
təqdim olunmuşdur. Rəvayətə görə, bu pərdələri hazırlamaq üçün 
imperator Kansi xüsusi emalatxana yaratmağı  əmr etmişdi və onların 
tikilməsinə bütöv il sərf olunmuşdur. Buradan koridorla sarayın  ən 
qədim hissəsinə - Snoqyal pavilyonuna düşmək mümkündür, burada 
çar Srontszanqambonun, şahzadə Vençenin və  əyanların heykəlləri 
saxlanır.  Ən hündür pavilyon olan Sasronlantszedə Tsin imperatoru 
Tsyanlunun təsvirinə  və xatirə lövhələrinə qurbanlar kəsilirdi. Beşinci 
dalay-lamanın ölümündən sonra Tibet təqvimi ilə yeni il günlərində 
onun xələfləri qurban kəsirdilər. Mərmər divarlar, qızıl damlar, 
yaraşıqlı karnizlər öz zərli bəzəkləri ilə birlikdə Potal sarayını 
təsviredilməz dərəcədə əzəmətli və möhtəşəm edir. Oradakı rəngbərəng 
divar naxışları Buddaların və loxanların təsvirini verir, Beşinci dalay-
lamanın həyat və  fəaliyyətini, Tan şahzadəsi Vençenin Tibetdə 
təntənəli nitqini gerçək  əks etdirir, Tibet buddizminin, qədim Tibet 
mədəniyyətinin inkişafını  təsvir edir. Potal sarayının qədim memarlıq 
ahəngi – xalqın ağıl və bacarığının məhsulu, tibetlilər və xanlılar 
arasında mədəni əlaqələrin sübutu və Tibetin sarsılmaz simvoludur.  
  Konfutsinin vətəni.  Şandun  əyalətinin cənubunda yerləşən 
Tsyuyfu  şəhəri qədim tarixə malikdir və  qədim Çin mədəniyyət 
ocaqlarından biridir. Tsyuyfu bütün dünyada məşhurdur – 
Konfutsiçiliyin banisi, Çin tarixinin dahi mütəfəkkiri, siyasətçisi və 
pedaqoqu – Konfutsi burada dünyaya gəlmiş  və yaşamışdır. Konfutsi 
təlimi nəinki Çin cəmiyyəti, tarixi və mədəniyyətinin inkişafına böyük 
təsir göstərmiş, eləcə  də dünya sivilizasiyasının, xüsusən  şərq 
sivilizasiyasının inkişafını çox zənginləşdirmişdir. Konfutsi – dünyada 
qəbul edilmiş  mədəniyyət xadimidir. Konfutsinin ölümündən sonra 
dahi mütəfəkkir və maarifçinin şərəfinə  vətənində eyni adlı  məbəd və 
nəhəng saray tikilisi ucaldılmış, meşə salınmışdır, burada hər yerdə 
qədim Çin mədəniyyəti hiss olunur. Konfutsi məbədi Tsyuyfu şəhərinin 
mərkəzində yerləşir,  şərq memarlıq üslubunun mühüm nümunəsidir, 


 
85 
Pekindəki Ququn sarayı  və “Bişuşançjuan” Xebey imperator 
iqamətgahı ilə birlikdə üç görkəmli qədim Çin memarlıq abidələrindən 
biridir.  İmperatorların Konfutsiyə qurban kəsdikləri yer – Konfutsi 
məbədi e.ə. 478-ci ildə tikilmişdir (Konfutsinin ölümündən iki il sonra), 
ilk vaxtlar onun 3 zalı vardır. Xan dövründə (e.ə. 206-220-ci illər) 
imperator Udi konfutsiçiliyi son dərəcə yüksəltdi və o, tədricən Çinin 
ortodoksal feodal mədəniyyətinə çevrildi. Öz maraqlarından çıxış edən 
hökmran saraylar Konfutsini “mükəmməl müəllim” hesab edərək 
konfutsiçilik ehkamlarını  dəyişdilər. Burada imperatorların özləri və 
onların çoxsaylı elçiləri Konfutsiyə qurbanlar gətirirdilər. Tsin 
imperatoru Tsyanlun Konfutsi məbədini səkkiz dəfə ziyarət etmişdi. 
Aydındır ki, Konfutsi məbədinin sərhədləri  əsrdən-əsrə genişlənrdi. 
Dəyişiklərə  uğrayan, Min (1368-1644-cü illər) və Tsin (1644-1911-ci 
illər) dövrlərində daim genişlənən Konfutsi məbədi bugünki şəklini 
almışdır. O, 218 kv. m təşkil edir, 9 saraydan ibarətdir, 466 müxtəlif 
otağı var, 54 xatirə arkasına malikdir. Onun üç əsas pavilyonu 
cənubdan  şimala mərkəzi xəttdə yerləşmişdir, digər tikililər onun hər 
iki tərəfindən simmetrik düzülmüşdür. Konfutsi məbədi qırmızı 
kərpicdən olan divarla əhatə olunaraq xatirə alaqapıları  və künc 
qüllələri ilə çərçivəyə alınmışdır, o, öz möhtəşəmliyi, əzəməti, ideya və 
memarlıq həlli bitkinliyi, zərif işi və yüksək tikinti ustalığı ilə bütün 
ölkədə  və dünyada məşhurdur. Konfutsi məbədində 2100-dən artıq 
yazılı daş lövhə saxlanılır. Daş lövhələr həm çox gözəl tarixi şəkillər, 
həm də xəttatlıq və oyma sənəti sərgisidir.  
 Konfutsinin nəvələri 9 nəsiləcən ata-baba evində yaşamışlar. 
Titullarının və sarayda mövqelərinin artması ilə Konfutsinin nəsli 
mütəmadi olaraq ata-baba mülkünü genişləndirmişdilər. Sun 
imperatoru Jentszun Konfutsinin 46-cı  nəsil nəvəsinə “Yanşenqun” 
titulu vermişdi, bundan sonra nəsil evi “Yanşenqun  İqamətgahına” 
çevrilmşdi. Bu memarlıq-park kompleksinin 463 ayrı-ayrı otağı vardı, 
o, 160 m
2
 əhatə edir və cənubdan şimala 2 km uzanır. Konfutsinin saray 
kompleksi məbəddən şərqdə yerləşir,o, şərqi, qərbi və mərkəzi hissələrə 
bölünür.  Şərq hissəsində  dədə-baba yurdu və emalatxanalar yerləşir, 
qərb hissəsi qonaqların qəbulu və traktat oxunma yeri rolunu oynayır, 
mərkəzi hissədə isə bu saray ahənginin əsas tikililəri yerləşir: ön hissə - 
xidmət otağı, arxa hissə - yaşayış yeridir. Cah-cəlallı mövqe, zərif 
səliqə-səhman və  mədəni dəyərlər komlpeksin qonaqlarını valeh edir. 


 
86 
Konfutsi sarayında saxlanılan qədim abidələr qədim Çin tarixi və 
mədəniyyətinin öyrənilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir.  
 Konfutsi meşəsi Tsyuyfudan 1 km şimala uzanır, burada 
Konfutsinin nəsil qəbirstanlığı vardır, hansı ki, Çində  ən iri və yaxşı 
saxlanmış  qəbirstanlıq sayılır. Konfutsi Tsyuyfu şəhərinin  şimalında, 
Çjuşuy çayının sahilində dəfn olunmuşdur. Konfutsi təliminin rolunun 
artması ilə onun ata-baba meşəliyi durmadan genişlənirdi, Tsin 
dövründə o, artıq 2 km
2
 təşkil edir, 3,4 m hündürlüyü olan 7,5 km-lik 
divarla  əhatə olunurdu. Konfutsi meşəsi eyni zamanda çox gözəl 
yaradılmış parkdır, burada qədim Çin memarlığının bir çox tikililəri 
ucalır, 20 mindən çox minillik ağac və 100 min iri ağac sıx bitir. 
Meşənin hər yerində  Şimali Sun sülaləsi, sonralar isə Min və Tsin 
dövrlərinə aid yazılı daş plitələrə  və daş heykəllərə rast gəlmək 
mümkündür. Bu müasir adamlar üçün əsl xəlvət cənnətdir.  
  İxeyuan yay imperator sarayı Çində  ən iri yaxşı saxlanılmış 
imperator bağıdır. O, Pekinin şimal-qərb şəhərətrafı rayonunda yerləşir. 
Ümumi sahəsi 290 ha-dır.  İxeyuan üç hissədən ibarətdir: kompleks, 
Vanşouşan təpəsi (Uzunömürlük dağı) və Kunminxu gölü. Şərq 
qapılarından girdikdə saray kompleksinin mərkəzi olan Jenşoudyan 
pavilyonunu görürsən. Jenşoudyanın  əvvəlki adı Tsinçjindyandır, 
burada imperatorlar dövlət işlərini idarə edirdilər. Hər iki tərəfdən 
qarovulu simvolizə edən iki qara daş qoyulmuşdur. Pavilyonun 
içərisində yüksəkdə taxt qurulmuşdur, o, pərdə ilə, uzun yelpiklərlə 
çərçivəyə alınmışdır, yaxında üçayaq və durna formasında fənərlər 
vardır. Pərdələrin üzərində 9 əjdaha çəkilmiş və bir-birindən fərqli 226 
“uzunömürlük” heroqlifi yazılmışdır. Yuylantan pavilyonu ilə belə bir 
tarixçə bağlıdır. Burada imperator Quansyuy imperatriça Tsısi 
tərəfindən həbsə alınmışdır və hakimiyyət başqa  əllərə keçmişdir. 
Quansyuyun məşuqəsi İyunquan pavilyonunda yaşayırdı, şimal-qərbdə 
isə imperatriça Tsısinin Leşoutan (Sevinc və uzunömürlük) pavilyonu 
yerləşirdi. Deyirlər ki, Tsısinin gündəlik yemək xərcləri 60 lyan gümüş 
(1 lyan – təxminən 31,25 qramdır) təşkil edirmiş. Tsısinin sarayından 
şimala Dexeyuan pavilyonu yerləşir, bu Tsin dövründə inşa edilmiş üç 
ən iri səhnədən birincisidir (ikinci səhnə Ququn muzeyundəki 
Çaninqedir, üçüncü Tsininqe – Çende şəhərindəki Bişuşançjuan 
iqamətgahındadır). Hər il öz ad günündə Tsısi burada bayram şənliyi 
təşkil edərmiş. Leşoutan pavilyonundan qərbə Yaoyuemen qapılarından 
keçdikdə 728 m uzunluğu olan qalereya vardır, o, Çin memarlıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə