Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

 
93 
söykənib. Sifəti dəyirmi, yaraşıqlı, utancaq təbəssümlüdür,  əlləri 
qarnında çarpazlaşmışdır. Sağ  əlində  təsbeh vardır.  İlahə çox gözəl 
bəzəklərlədir. Başında güllərdən bəzək vardır, bədəninin yuxarı hissəsi 
azacıq çılpaqdır, sinəsində saçaq, əynində uzun yubka, dirsəklərində 
havada yellənən uzun lentlər vardır. Qaməti qız  əndamı kimi şux və 
gözəldir. Hədər yerə  əcnəbi turistlər onu “şərqin Venerası” 
adlandırmırlar. Mağarada Sun sülaləsindən qalma “Ditszan Buddasının 
şəklini dəyişmiş obrazları” vardır, insan boyundan acazıq artıq dörd 
heykəl də saxlanmışdır. Bu fiqurlar dəqiq və çox düzgün yonulmuşdur. 
O saat bəlli olur ki, heykəltəraşlar öz işlərinin mahir ustaları olublar. 
Baodinşan dağı  qəza  şəhəri Datszudan 15 killometr şimal-qərbdə 
yerləşir. Sun sülaləsinin tanınmış monaxı Çjao Çjifenin nəzarəti altında 
Budda heykəltəraşları burada 70 ildən artıq işləmişdilər. Bu gün bu 
mağaraların 800 ildən çox yaşı var. Baodinşan dağında Buddanın 10 
min heykəli var, bütün kompozisiya 500 metr uzanır. Mağaralar və 
qayalarda bir-birinin ardınca iri həcmli heykəllər vardır, onlar 
təmtəraqlı  və cazibədar görsənirlər. Onların arasında “Nirvana Şakya-
Muni”  ən məşhurudur. Buddizmin banisi Şakya-Muni böyrü üstə 
uzanıb, heykəlin uzunluğu – 31 m-dir. Bu hələ Buddanın bədəninin 
yuxarı hissəsidir, qalan hissəsi isə elə bil ki, qayaların arasında 
gizlənmişdir və bütöv dağı tutur. Bu yolla insanlarda bütün fiqurun 
nəhəngliyi təsəvvürü yaranır.  Şakya-Muninin sifəti sakit və 
xeyirxahdır, gözləri azacıq yarımaçılıdır. Heykəldə Buddanın nirvanaya 
dalmadan əvvəlki böyük taleyi hiss olunur. “Şakya-Muninin doğumu”, 
digər adı isə “Doqquz əjdaha taxt-tacın varisini çimizdirir” olan heykəl 
nadir şah əsərdir. O, incəsənəti elmlə çox gözəl birləşdirir. Qayalardan 
doqquz  əjdaha başı  çıxır.  Şəffaf mənbə başlanğıcını  əsas  əjdahanın 
ağzından götürür, bu da yeni doğulmuş  Şakya-Muninin vannasına 
tökülür. Bütün heykəl olduqca canlı və maraqlıdır. Baodinşan dağında 
yalnız bir mağarada ayaq üstə durmuş üç Buddanın iri fiquru – “Üç 
müqəddəs” heykəli vardır. Mərkəzdə - Budda Vayroçana, hər iki 
tərəfdən isə Mancuşri və Samantabxadra durub. Bu heykəllərin 
hündürlüyü – 7 m-dir. Kompozisiyaya aydın ifadə olunmuş üçölçülülük 
xarakterikdir. Budda Samantabxadranın əlində - 500 kq çəkisi olan daş 
paqoda vardır, o, orada min il qalmışdır. Həkkak daş mexanikasından 
yaxşı istifadə etmiş - əlin altından yerə sürünən  əba həkk etmişdir. 
“Min əlli Quanin” heykəil isə oymanın zərifliyi ilə seçilir. 88 m
2
 sahəsi 
olan qayada Bodisatva Quaninin xüsusi 7,6 metrlik fiquru 


 
94 
yonulmuşdur, onun yuxarı, sağa və sola uzanmış 1007 əli vardır, təsvir 
uzaqdan haradasa tovuzquşunu xatırladır. Hər  əlində bu və ya digər 
buddist əşyası vardır. Baodinşandakı heykəllər arasında sadə camaatın 
həyat səhnələrini təsvir edən xeyli heykəl vardır. İnsanlar ya, yatır, ya 
da musiqi alətlərində çalır. Bütün fiqurlar canlıdır. Datszu oyma işi 
yüksək ustalıq və böyük miqyası ilə tanınmışdır. Hər bir heykəl canlı və 
cazibədar görünür.  
Yunnan Üççaylığı  – fövqəladə  təbii gözəllikdir. Üç iri çay – 
Tszynşatszyan (Yantszı), Lantszantszyan (Mekonq) və Nutszyan (Naq-
çu) öz başlanğıclarını Tsinxay-Tibet yaylasından götürür və Yunnan 
əyalətinin hüdudlarında üç paralel axına çevrilirlər. “Yanaşı axan, lakin 
birləşməyən çayların suları” şimaldan cənuba 170 km-dən çox ərazidə 
Likaşan, Qaolisyanşan, Nuşan, Yunlin dağ  sıldırımları  və zirvələri 
arasından sürətlə axır. Tszynşatszyan ilə Lantszantszyan çayları 
arasında ən qısa məsafə düz xətt üzrə 66 km təşkil edir, Lantszantszyan 
və Nutszyan arasında məsafə isə 19 km-dən azdır. Üç çaydan və onların 
axını ərazisindəki dağlar zəncirindən ibarət bu təbiət gözəlliyi 1,7 mln. 
ha sahəni tutur. Buraya 9 qoruq və Yunnan əyalətinin Litszyan şəhəri
Ditsin-tibet və Nutszyan-lisuan muxtar dairələri rayonunda yerləşən 10 
ən məşhur təbii mənzərə daxildir. Bu ərazidə üç coğrafi vilayət birləşir: 
Şərqi Asiya, Cənubi Asiya və Tsinxay-Tibet yaylası. Bu Yer səthinin 
təkamül dəyişkənliklərini  əks etdirən nadir yüksək dağlıq relyefdir. 
Bura həmçinin dünyada canlı varlıqların məskunlaşdığı  ən zəngin 
ərazilərdəndir. Üççaylıq – dünyada ən qiymətli təbii coğrafiya və 
geomorfologiya muzeyidir. 40 mln. il bundan əvvəl Hind subkontinenti 
ilə Avrasiya materikinin toqquşmasından sonra dağ  zəncirlərinin 
köndələn parçalanması baş vermişdir, bu da yer səthinin qəfil təzyiqi, 
qalxması, yarılması ilə  nəticələnmişdir. Dağlar və çaylar yerlərini 
dəyişmiş və dünyada təbiətin unikal möcüzəsini əmələ gətirmişdir – üç 
çayın suları 170 km məsafəcə iti axınla və qovuşmayaraq yanaşı axır. 
Yunnan Üççaylığı boyunca dik qarlı zirvələr zənciri uzanır. Onların 
hündürlüyü 760 metrdən – Nutszyan çayının Qanjexe axını  dərəsi – 
6740 metrə - Kavaqebofen (Qaofın, Deçen) yüksəkliyi qədərdir. Bu 
rayonda dağlıq dərələrdən və yüksəkliklərdən, qarlı zirvələrdən və 
buzlaqlardan, yüksək dağ  çəmənləri və meşələrindən, yüksək dağ 
düzənlikləri və bataqlıqlardan,  şirin sulu göllər və digər gözəllikərdən 
ibarət maraqlı  səfalı  mənzərələrə rast gəlmək olar. Bütün zona boyu 
dəniz səviyyəsindən 5 min metr hündürdə olan qəşəng formalı 118 qarlı 


 
95 
zirvə vardır. Onlarla yanaşı  səssiz, balta dəyməmiş meşələr, yüzlərlə 
buzlaq gölləri vardır. Kavaqebofan – Meylisyueşan dağlarının 
hündürlüyü 6740 m olan ən böyük zirvəsi – minillik buzlaqlarla 
örtülmüşdür.  Şəffaf kristal buzlaqlar dağın zirvəsindən dəniz 
səviyyəsindən 2700 m hündürlükdə yerləşən Minyuntsun kəndinin 
meşə örtüyünə  qədər uzanır. Bu dəniz səviyyəsindən aşağıda alt en 
dairədə yerləşən dünyada ən möhtəşəm və nadir yeni dövr musson 
okean buzlaqlarıdır. Bir neçə yüz min il bundan öncə Tibet xalqalrı 
Meylisyueşan dağını müqəddəs sayırdılar və lüzum olmadan oraya 
dırmaşmaq qadağan idi. Laotszyunşan dağında, Litszyan çayının 
yaxınlığında Çində sahəcə  ən böyük və daha tam formalaşmış çox 
gözəl Dansya relyefləri yerləşir. Onlar toxunulmamış meşələrin sıx 
yaşıl cəngəllikləri arasında mozaika formasında döşənmişdir. Küləyin 
təsirindən çatlayaraq gözəl forma almış  qırmızı qayalıq səthləri də az 
deyil. Belə qayalardan biri minlərlə balaca tısbağanı xatırladır, təbiət 
onları elə qaydada səhmanlamışdır ki, onlar bir yerdə günəşin çıxdığı 
şərqə  tərəf yol alan böyük tısbağa formasını almışdır. Yunnan 
Üççaylığı “dünyanın genetik xəzinsəi” adını almışdır. Belə ki, 
dördüncü buzlaq dövründə bu rayon materik buzlaqları ilə 
örtülmədiyindən, həmçinin rayonun dağ silsilələri cənubdan  şimala 
uzandığından o, Avrasiya faunasının bir çox növlərinin daldalanacağına 
və  əsas miqrasiya yoluna çevrilmişdir. Bu yer bioloji qrupların 
yaşadığı, müxtəlifliyinə görə  ən zəngin zonadır. Rayonun sahəsi – 
bütün Çin ərazisinin 0,4%-dir. Bununla belə, bu rayonda ölkənin bütün 
ərazisində yetişən dağ bitkiləri növlərinin 20%-dən çoxuna və 25% 
heyvan növünə rast gəlinir. Hal-hazırda bu rayonda nəsli kəsilməkdə 
olan meymun, sayqak, qar leopardı, banqladeş  şiri, qaraboyun durna 
növləri və dövlət mühafizəsində olan digər 77 heyvan növü yaşayır. 
Ərazidə kunninqamiya, sekvoyya və Qırmızı Kitaba salınmış digər 34 
bitki növü bitir. Hər il baharın gəlişi ilə güllər çiçək açanda, yaşıl 
xalçaya bənzər çəmənlərdə, səssiz meşələrdə, mavi göllərin sahilində - 
hər yerdə gül xalçaları açılır. Bioloqlar Üççaylığı “təbii yüksək dağlıq 
bağı” adlandırırlar. Bu rayon həm də 16 milli azlığın daimi yaşayış 
yeridir.  
Kağızda naxış açma sənəti – “Tszyançji”. Kağızdan bəzək 
kəsmə – “Tszyançji” – Çin ənənəvi xalq dekorativ-tətbiqi sənət 
növlərindən biridir, o, bu yaxınlarda YUNESCO tərəfindən dünya 
mədəni irsi sırasına daxil edilmişdir. Kağızda naxış açma sənətinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə