Elçin
92
sadə sözlər, sadə anlayışlardır. Misal üçün, eyni
mənalı «məktəb», «oxumaq», «dərs» obrazlarını
götürərək, M.Ə.Sabirin məşhur şerlərini xatırlayaq:
məktəbə münasibət psixologiyaları müəyyənləşdirir,
xalqın gələcəyinə münasibətin sinoniminə çevrilir. Əli
Nəzminin qələmə aldığı tip «-Məktəb demə, ondan
sarı qəlbim dolu qandır!» - deyir. Yaxud Ə.Qəmkü-
sarın yaratdığı tip «-Şeytan işidir, düşmə yaxın dərsə,
kitaba, əfsanəyə uyma!» - deyə nəsihət verir.
M.S.Ordubadinin seçdiyi tip «-Bir söylə görüm
məktəbi-ürfan nəyə lazım?» - deyə yana-yana soruşur.
Bütün bu şikayətlər, nəsihətlər, suallar, hədə-qorxular,
təkrar təsiri bağışlamır, çünki mollanəsrəddinçi şairlər
bir-birini təkrar etmirdilər. Onlar adicə olaraq eyni
məqsəd naminə mübarizə aparırdılar.
Yeri gəlmişkən, bir məsələni də qeyd etmək
istəyirik. Mollanəsrəddinçi poeziyasının lideri, ən
nüfuzlu nümayəndəsi M.Ə.Sabir idi və onun yaradı-
cılığı həm böyük emosional təsir, həm də ədəbi təsir
gücünə malik idi. Ə.Nəzminin, Ə.Qəmküsarın, Ham-
balın, M.Ə.Möcüzün və digər görkəmli mollanəsrəd-
dinçi şairlərin yaradıcılığında açıq-aşkar Sabir təsirini
görmək çətin deyil, lakin ən əhəmiyyətli cəhət
burasıdır ki, onları qətiyyən epiqonçu şairlər kimi
qiymətləndirmək olmaz. Epiqonçuluq kor-koranə
yamsılamaqdır, mollanəsrəddinçi şairlər isə Sabirin
dərin təsirini hiss etsələr də, qələmə aldıqları tipləri
özləri görür, özləri həyatdan seçirdilər. Biz hər bir
Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
93
şerdə onların, yaradıcı bir fərd kimi, ürəklərinin
ağrısını hiss edirik.
Mollanəsrəddinçi şairlərin ürək ağrısı pessimizmə,
əlacsızlığa gətirib çıxarmırdı, əksinə, onların mübariz-
liyinə, qorxmazlığına daha artıq bir şövq verirdi.
Məhz belə bir qorxmazlığın nəticəsi idi ki, M.Ə.Sabir:
«-Harda müsəlman görürəm, qorxuram!.» - deyirdi,
yaxud Ə.Nəzmi «Molla Nəsrəddin» jurnalına müra-
ciətlə «-Qorxuram, Molla, tökülsün axırı qanın sənin»
- deyirdi.
Bu cür vətəndaş cəsarətinə arxalandığı üçün
«Molla Nəsrəddin» ənənələri qalib mübarizəyə və
qalib ənənəyə çevrildi.
Haqqında danışdığımız kitab bir daha belə bir
cəhəti qabarıq şəkildə nəzərə çarpdırır ki, «Molla
Nəsrəddin» ədəbi məktəbinin yaratdığı mənəvi sərvət
məhz mollanəsrəddinçi təşəbbüskarlığı ilə təqdim
edilməli və üzə çıxarılmalı və bu kitabda olduğu kimi,
həmin ədəbi məktəbə layiq şəkildə müasir oxuculara
çatdırılmalıdır.
İşığa səsləyən sənət. Kommunist qəzeti. 1989-22 sentyabr.
Seçilmiş əsərləri. 10 cilddə. Redaktor Dilsuz. Bakı. Çinar-
çap. 2005. VII C. Səh 470-474.
Elçin
94
O, BEYNƏLMİLƏLÇİ «MİLLƏTÇİ»DİR
- Abbas müəllim, səhv etmirəmsə tale sizi
erməni millətçilərinin riyakarlığı ilə ikinci dəfə
üzləşdirir...
- Erməni daşnaklarının fitnə-fəsadları ilə çox
üzləşmişəm. Ancaq ikinci dəfədir ki, bu qonşu xalqın
qanlı faciələrə sürükləndiyinin canlı şahidiyəm. 7-8
yaşım ancaq olardı. Naxçıvan elatının, o cümlədən
Şərur rayonunun camaatı vahimə içində yaşayırdı.
Erməni daşnaklarının hücumlarından yaxa qurtarmaq
üçün çoxu Cənubi Azərbaycana qaçırdı.
1918-ci ildə bizim Maxta kəndinin sakinləri də
İrana keçməli oldular. Anam rəhmətə getmişdi. Atam,
qardaşım İsmayıl və mən Xoy şəhərində sığınacaq
tapdıq. Atam bir ərbabın yanında muzdurluq edirdi.
Həyat şəraiti çox çətin idi. Qardaşım bu məhrumiy-
yətlərə dözməyib öldü...
Daşnak hökuməti devriləndən sonra kəndimizə
qayıtdıq. Nə cütümüz vardı, nə öküzümüz. Belə olan-
da əkinçinin əli hər yerdən üzülür. Atam da qalmışdı
naəlac.
- Bəs uşaq evinə necə düşdünüz?
- Elə dolanışığın çətinliyinə görə. Atam ikinci dəfə
evlənmişdi. Körpə bacı-qardaşım vardı. Kişi gördü ki,
ailəni dolandıra bilmir, məcbur olub məni uşaq evinə
verdi. Bir müddət Naxçıvanda qaldım, sonra Bakıya
Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
95
göndərdilər. Bakıya məni atam gətirdi. Uşaq evinin
müdiri harasa getmişdi. Qatarın geri qayıtmasına az
qalırdı. Ona görə atam onu gözləyə bilmədi. Məni
uşaq evinə qoyub qayıtdı.
Axşamüstü uşaq evinin müdiri Səkinə xanım Rəsi-
zadə gəlib çıxdı. Bu mehriban qadın Hüseyn Cavidin
bacısı idi. Məni yanına çağırıb başımı sığalladı:
- Adın nədir?
- Mirabbas...
O, üzünü katibəsinə tərəf çevirdi:
- «Miri»ni at, Abbası saxla, - Sonra yenə soruşdu.
- Atanın adı nədir?
- Mir Fəttah.
- «Miri»ni at, Fəttahı saxla. Bəs familin?
- Seyidzamanov...
- «Seyid»i at, Zamanovu saxla.
Beləliklə, mən oldum Abbas Fəttah oğlu
Zamanov. Naxçıvandakı qohum-qardaşın isə fami-
liyasının «Zaman»ını atıblar. Onların hamısı indi
Seyidovdur.
- Deyirlər sizi uşaq evindən qovmaq istəyiblər?
Bu doğrudurmu?
- Bəli olub. Bunun da qəribə tarixçəsi var. Atam
əkib-becərdiyi bostandan üç-dörd yemiş-qarpız gətirib
evin qabağında gözəyarı qəpik-quruşa satırmış. Bunun
üstündə onu «kulak» adlandırıb səsini alırlar. O vaxt
səsin alınması çox dəhşətli idi. Həmin adam səs verə
bilməzdi və bütün qapılar üzünə bağlanardı. Sonra
götürüb Mərkəzi Komitəyə bir məktub da yazırlar ki,
Dostları ilə paylaş: |